Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə10/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   6   7   8   9   10   11   12   13   ...   245

31

nibsə,  xətrinə  dəyiblərsə,  istədiyini  əldə  edə  bilməyibsə,  mütləq 

qızdırması qalxacaq. Həyəcandan yaranmış qızdırmaya o, öyüd-

nəsihətilə rahatlıq gətirməyə çalışırdı. 

Həmin  gecə  Zərdabda  yuxular  ərşə  çəkildi.  Rəhim  bəyin 

əbə di  köçü  hamını  kədərə  qərq  eləmişdi.  İki  gün  sonra  Şamaxı 

gimnaziyasında növbəti dərs başlanacaqdı. Səlim bəyin başı ata sı-

nın ölümünə qarışdığından Həsən bəyi bu dəfə Şamaxıya Mehralı 

bəy apardı. Mehralı bəy ailə qurmuşdu. Rəhim bəyin Əlvənddəki 

bəyliyə aid olan mülklərinə və torpaqlarına sahib idi. 

Ata-anaya, bacı-qardaşa qırılmaz tellərlə bağlılığı heç zaman 

ona  ata  mülkündən  uzaqlaşmağa  yol  vermirdi.  Evlərindən  çox 

fikirli və qayğılı dönən Həsən yeni güc-qüvvət toplayaraq dərslərini 

oxumağa başlamışdı. O, dərslərdən əlavə, təşkil olunan dərnəklərin 

az qala hamısında istedad və bacarığını göstərirdi.

Hər dərs ilinin yekununda fərqlənən şagirdləri Qafqaz təhsil 

dairəsinin  rəhbərliyi  mükafatlandırırdı.  Hədiyyələr  rus  şair  və 

ya zı çılarının kitabları, məktəb ləvazimatları idi. Hər dəfə şagird-

ləri müxtəlif sahələr üzrə mükafatlandıranda Qafqaz Təhsil İdarə 

rəisi  Həsənin  adını  görcək  onu  “köhnə  dost”  deyərək  nəvazişlə 

salamlayırdı. Bir dəfə məktəbdə bütün şagirdlərə gələcəkdə hansı 

peşənin sahibi olacaqları haqqında inşa yazdırıldı. Həsən yazdığı 

inşada gələcəkdə müəllim olacağını, Zərdabdan Şamaxıya qədər 

bütün kəndlərdə məktəb açacağını yazmışdı: “Bizim, ailənin ma-

lik olduğu var-dövlətlə bunu etməyə çalışacağam. Var-dövlət için-

də  yaşayan  və  ya  təhsilli  olan  adam  əksəriyyəti  kasıb,  cahil  və 

savadsız olan bir məmləkətdə xoşbəxt ola bilməz. Odur ki, mən 

mənə məxsus nə varsa, gələcəkdə təhsilə, məktəbə xərcləməyə söz 

verirəm”.

İnşanın  oxunuşundan  sonra  müəllimləri  qarşılarındakı  bu 

uşağın  təfəkkürünə  və  istəyinə  heyran  qalmışlar.  İnşa  sonradan 

Tiflisə,  məxsusi  olaraq  baron  Nikolaya  göndərilmişdi.  Həsənin 

elmə-təhsilə  münasibətini  yüksək  dəyərləndirən  təhsil  idarəsi 

gələcəkdə ona daha diqqətli olmalı tapşırığını vermişdi. Mək təb də 

onun adı “Xüsusi istedadlı uşaqlar” siyahısına yazıldı. 



32

Ən yorğun günlərində, gərgin dərs çalışmalarından sonra nə 

zaman  yatağa  uzanırdısa,  Həsən  yenə  də  həmin  köhnə  yuxunu 

görürdü.  Çiynində  min  əziyyətlə  göy  üzündən  topladığı  ulduz 

torbası,  Kürün  üstü  ilə  uzanan  Ay,  işıqlı  yolla  kəndə  dönməyə 

çalışırdı.  Əvvəl  əl  boyda  deşikdən  keçirdi.  Kürün  suyu  bu  dəfə 

lilli  deyildi,  ağappaq  idi.  İşıq  selinə  bürünən  yolda  məcməyi 

içindəki şan balı, su üstündə yanan şam gah ona yaxınlaşır, gah da 

ondan uzaqlaşırdı. Arxada kəndlərinə bənzər ağ evləri olan böyük 

bir  yaşayış  məskəni  görünürdü.  Buranın  məktəbində  Zərdabın 

məscidində  olduğu  kimi  insanlar  qaynaşırdı.  Həsənə  yaxınlaşan 

məktəbin  direktoru  hərdən  onun  babasına,  bəzən  də  atasına 

bənzəyirdi.  Bu  an  məktəb  yoxa  çıxır,  ağ  şəhərin  içində  gözdən 

itirdi. 


Hər dəfə gördüyü yuxudan sonra Həsən yorğun olurdu. Ona 

elə gəlirdi bu yorğunluq heç zaman keçib getməyəcək. Amma nə 

zaman yorulurdusa, balıqqulağına baxar, onun səsini həm içinin, 

həm Kürün səsi təsəvvür edərək yüngülləşirdi. 

Səlim bəy Şamaxı məktəbində oğluna baş çəkməyə gələndə 

müəllimlər Həsəndən ürək dolusu danışırkən atanın sevinci yerə-

göyə  sığmırdı.  Həsənin  yazdığı  “Arzularım”  adlı  inşadan  baron 

Nikolayın xəbər tutmasını eşidəndə gülə-gülə: 

– Mən indi bildim ki, baban bir elə nəvənin içində tor paqlarını 

nəyə  görə  təkcə  sənə  vəsiyyət  edib.  Kişinin  ürəyinə  damıb,  sən 

məktəb açsan, torpaqlar lazım olacaq, – deyib ucadan güldü. 

– Qoy torpaqlar qardaşım Səfərəlilə Mehralının olsun. Çətin 

ki,  mən  əkinlə  məşğul  olam.  Məktəb  açmağın  daha  mükəmməl 

yollarını axtaracam. 

 – Olarsan, olarsan. Yadındamı, mən sənə xeyirxahlıq, yaxşılıq 

haqqında deyəndə demişdim... 

Həsən onun sözünü tamamladı:

–  Xeyirxahlıq,  yaxşılıq  toxum  kimidir.  Ola  bilsin,  nəzərdə 

tutulan vaxtda olmasa da, nə zamansa, haradasa bitib bar verəcək! 

Elə aydınlığı ilə xatırladım ki, ata, məni hələ qucağına alıb, əkinçi 

Həsən deyə oxşamışdın, eləmi?



33

– Bir şeyi əminliklə bilirəm. Sən o qədər zəhmətkeş, xeyir-

xahsan ki, hansı işdən yapışsan, bəhrə verəcək. 

Səlim  bəy  həftənin  üç-dörd  gününü  Mənzər  xanıma  kitab 

oxutdurub qulaq asardı. Ərəbcədən, farscadan tərcümədə Mənzər 

xanımın yüksək qabiliyyəti vardı. Mənzər xanım oxumağa həvəsi 

olmayanda  bunu  büruzə  verməz,  aram-aram  oxuyaraq  gözucu 

Səlim bəyə baxardı. İlk evləndikləri gündən bəri yanaşı oturduqları 

vaxtlar Səlim bəy onun saçının ucunu oynada-oynada sığallayardı. 

Səlim bəyi ovsunlayıb təslim edən Mənzər xanımın qapı arasında 

ilişib qalmış bu qoşa hörükləri idi. 

Həsənin  ağıllı  iri  gözləri  Mənzər  xanıma  çəkmişdi.  Kitaba 

münasibəti onun sonsuz arzularının bələdçisinə çevrilmişdi. Elə hey 

düşünürdü. İnsanın dünyaya göz açması, yaş mərhələləri, uşaqlığı, 

gəncliyi,  qocalığı  haqqında  öyrəndiyi  elmi  fikirlərə  ay dınlıq 

gətirməyə çalışır, zamanı qarşılamağa, hər şeyi tez öy rən məyə can 

atırdı. Qocalıq nədən baş verir? Onu gecikdirmək, yaxud qarşısını 

almaq  üçün  elm  son  sözünü  deyə  biləcəkmi?  Bərəkətli  Zərdab 

torpaqlarında  əsrarəngiz  Kürün  səxavətindən  bəhrələnərək  daha 

hansı işləri həyata keçirmək mümkündür? Bütün Zərdab əhalisini 

məktəblə təmin etmək üçün hansı məsələlər həll edilməlidir?

Suallara cavab axtara-axtara hərdən elə darıxırdı ki, fi kir lə-

rinin sərhədə dirəndiyini dərk edib, daha çox şey öyrənmək üçün 

uzaqlara getmək, elmin daha dərin qatlarına baş vurmaq istəyirdi. 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə