Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə7/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   2   3   4   5   6   7   8   9   10   ...   245

22

limlərindən  hələ  heç  nə  soruşmamış  Həsən  haqqında  ürəkaçan 

sözlər  eşitdi.  Onun  qeyri-adi  istedadı,  hafizə  və  təfəkkürü  oldu-

ğunu söylədilər. 

Mollaxanadan  sonra  Şamaxıdakı  məktəb  həyatı  ilk  andan 

Həsən üçün dünya-kainat haqqında biliklərin cığırına yol açmaq 

deməkdi. Elmin gərəkli qapılarını açmaq üçün məhz elə bu gün-

dən, bu dəqiqədən hər şeyi yubanmadan öyrənib mənimsəməyin 

vacibliyini  Həsən  artıq  dərk  edirdi.  Düşünürdü  ki,  bu  gün  səh-

lənkarlıqla yanaşdığı bir dərs, elmə biganəlik, sabah açarı itirilmiş 

gərəkli qapı önündə əlacsız qalmaq deməkdir. 

Məsuliyyətini dərk etməsi onu məktəbdə ideal çalışqan şagirdə 

çevirmişdi. Həsən çox tələsirdi. Bu məktəbi bitirib elmin sirlərini 

öyrənmək  üçün  uzaq  yerlərə  getməyi  arzulayırdı.  Müəllimin 

dediyi “insan elmin gücü ilə yerin, göyün, təbiətin, torpağın sirrini 

dərindən öyrənməklə ondan faydalana bilər” sözlərini qulaqlarına 

sırğa  etmişdi.  Məktəb  direktoru  bir  dəfə  gülə-gülə  Səlim  bəyə 

Həsən haqda belə demişdi:

–  Səlim  bəy,  biz  başqa  valideynlərlə  görüşəndə  onlara 

uşaqlarının az oxuması, az çalışması haqqında təəssüflə məlumat 

veririk.  Sizə  isə  təəccüblü  olsa  da  demək  istəyirik,  oğlunuza 

valideyn kimi təsir edin ki, səhhətinə və vücuduna dinclik versin. 

Gücündən,  imkanından  artıq  oxumasın.  Bəzən  bu  qədər  beyni 

və  sinirləri  yormaq  müsbət  nəticə  vermir.  Həsən  öyrənməkdən, 

oxumaqdan doymur. 

Səlim bəy oğlundan narahat deyildi. O, Həsənə hamıdan çox 

bələd idi.

Bu ilin dərs müddəti başa çatmaqda idi. Uşaqlar tətilə getməyə 

hazırlaşırdılar.

1853-cü ilin yay fəslinin bərəkəti insanlara sevinc gətir mişdi. 

Dəymiş barmaq-barmaq tutların şirəsi ağız sulandırırdı. Qadınlar 

həyət-bacadakı tutdan, alma-ərikdən qış üçün mümkün qədər daha 

çox  tədarük  etməyə  çalışırdılar.  Səlim  bəyin  həyətində  bəkməz 

qazanları qaynayır, alma-armud dərilərək qurudulmaq üçün xüsusi 

yerlərə  daşınırdı.  Mənzər  xanım  vurnuxaraq  tez-tez  alaqapıya 



23

boylanır, ilk dərs ilini başa vuran Həsəni gətirməyə gedən Səlim 

bəyin  yolunu  gözləyirdi.  Bu  bir  ildə  oğlunu  tez-tez  görməsinə 

baxmayaraq, yenə də çox darıxırdı. 

Səlim  bəyin  faytonunun  gəlişini  xidmətçilər  lap  uzaqdan 

duya  bilirdilər.  Atların  boynunda  Peterburqdan  gətirilmiş  iç-içə 

düzəldilmiş xüsusi zınqırov asılmışdı.

Həyət qapısında xalça yuyan qulluqçu Narın fayton səsini ilk 

eşidən oldu: “Ağam da gəlir, balaca bəy də. Ay xanım, ay xanım,” 

– səsləyərək Mənzər xanımın otağına yüyürdü: 

– Vallah, ağamın faytonunun səsidir bu, muştuluq verin, ay 

xanım!


Mənzər xanım sevindiyindən özünü itirdi: 

–  Sağ  ol,  muştuluğun  məndən  olsun,  –  sandıqdan  çıxardığı 

qanovuz arxalığı Narına uzatdı. 

– Yox, yox, bunu ancaq xanımlar geyər, bu, mənim harama 

yaraşar.

–  Götür,  görür,  üç  ay  sonra  toyun  olacaq.  Əsl  təzə  gəlin 

paltarıdır.

– Sağ ol, ay Mənzər xanım, Allah ürəyinizdəki mətləblə rinizi 

yerinə yetirsin. 

Mənzər xanım tələsik eyvana çıxdı. Rəhim bəyin kərpicdən 

tikilmiş böyük malikanəsi, üzü günəşə aynabəndli eyvanı aralıdan 

baxanlarda bu ailə haqqında yüksək fikir oyadırdı. 

Eyvan  boyu  qaça-qaça  həyətə  düşməyə  çalışan  Mənzər  xa-

nımın  saçları  aynabənddən  keçərkən  qapıda  qaldı.  O,  topuğuna 

çatan qoşa hörüklərini arxalığının altına salaraq, ipək baş örtüyünü 

təzədən  düzəltdi.  Saçları  həddən  artıq  uzun  olduğundan  bəzən 

qapıdan tələsik çıxarkən harasa ilişirdi. Ona görə də Mənzər bir 

qayda olaraq uzun hörüklərini arxalığının altında gizlədərdi, lakin 

olurdu ki, uzun saçlar arxalığın altından çıxaraq onun gözəlliyinə 

ayrı cazibə qatırdı. 

Səlim bəy qarabağlı Abış bəyin oğlu Hidayət bəylə dostluq 

edirdi.  Ağcabədi  yaylaqlarının  allı-güllü  vaxtında  Hidayət  bəy 

onu Qarabağa dəvət edərdi. Yaxud ov ayları başlayanda həftələrlə 



24

ovlaqlara çəkilər, ov şahinlərini qolları üstə alaraq əldən düşüncə 

at sürər, ovun dadını çıxarardılar. Qarabağlıların həyat tərzi Səlim 

bəyi  valeh  etmişdi.  Onların  qadınları  üzü  açıq  gəzərək  cəsarətli 

davranışları ilə zərdablılardan çox fərqlənirdi. 

Səlim  bəy  söyləyirmiş  ki,  bir  gün  yenə  ovdan  yorğun  qa-

yıdan  Hidayət  bəylə  malikanəyə  daxil  olarkən,  otaqda  gümüş 

işləməli  rəhnə  üstə  qoyulmuş  kitablar  onun  diqqətini  çəkir.  O 

zaman otağın yuxarı başından qapıya sarı yürüyən qoşa hörüklü, 

uca  boylu,  zərif,  valehedici  bir  qız  onlarla  salamlaşaraq  cəld 

qapıdan  çıxmağa  çalışarkən  hörükləri  qapıda  qalır.  Bir  göz  qır-

pımında  qapını  acıb  hörükləri  azad  edən  Səlim  bəy  üzbəüz  gəl-

diyi qızın gözəlliyi qarşısında donub qalır. Ona elə gəlir, ürəyini 

qapı arasında qoyub sıxdılar. Qızın baxışlarından onu sanki ildırım 

vurur. Qızın kübarlara xas ədası, zövqlə geyimini görəndə onun 

Hidayət bəyin bacılarından biri olduğu ürəyinə damır. “Allahım, 

kaş nişanlı olmayaydı!” – Səlim bəy ürəyində yalvarır.

Səlim  bəy  kitablardan  söz  salanda  Mənzər  xanımın  öz 

evlərində müəllimdən dərs aldığı aydın olur. Onların evində hamı 

oxuya, yaza bilirmiş.

Zərdabdan Qarabağa uzanan yolların intizarına son qoyulur.

Ağcabədidən  Abış  bəylə,  Zərdabdan  Rəhim  bəyin  ailə 

qohumluğu, Səlim bəylə Mənzər xanımın uğurlu izdivacı Tanrının 

tale qisməti kimi ortaya çıxır.

Faytonun  qapıda  dayanmağı  Mənzəri  xəyal  dünyasından 

ayırdı: 


– Allahım, sənə çox şükür, balam gəldi. 

Həyətin  ən  səfalı  yerində,  qoca  tut  ağacının  altında  anası 

Həsəni qucaqladı: 

– Balam, əzizim! Dayan görüm, ay aman, bu uşaq niyə belə 

üzgündü? Mən səni beləmi göndərmişdim? 

Həsən heç nə deməyib gülümsündü.

Səlim bəy hamının narahatlığına son qoydu. 

– Bəs sən onun boy atıb ucalmasını niyə görmürsən? Ona görə 

arıq görünür. 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə