Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə13/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   9   10   11   12   13   14   15   16   ...   245

41

mən Fərəc bəyi Həsənə əsl himayədar seçdim. Üç günə dayınızın 

məktubunu da sizə göndərəcəyəm.

Mehralı  bəy  yumşalmışdı.  Həsənin  Tiflisdə  oxuması  bütün 

zərdablılar üçün xeyirli bir hadisə ola bilərdi. 

 – Bura bax, qoçaq, “az-az” dediyin rusca danışmağın xoşuma 

gəldi, sən rusca tərcüməçilik edəcək səviyyədə bilirsən. Bəs bu dili 

harada öyrənmisən, harada təhsil almısan?

– Atamın  yerli  orduda  bir  dostunun  xanımı  rus  dili  müəlli-

məsiydi. O həm də mənim, qardaşımın və bacımın ailə müəllimi 

oldu.  Həsən  də  bu  dili  öyrənməyə  yenicə  başlayanda  atam  onu 

Şamaxı məktəbinə gətirdi. 

 – Əhsən! – təhsil idarəsinin müdiri münasibətini bildirdi: 

 – Madam ki, dayım Həsəni himayəyə götürür, ona daim baş 

çəkəcəyinə söz verir, neynək, mən də razıyam.

Mərasim  məktəb  marşı  ilə  başladı.  Çıxış  edənlər  çar  Rusi-

yasının ucqarlarda elmə, təhsilə ayırdığı diqqətin Qafqaz əha li si-

nə gətirəcəyi tərəqqidən ağız dolusu danışdılar. Məzunlara attes-

tatlar təqdim olundu. Şagirdlərin əl işlərindən olan sərgi Nikolay 

Pavloviçin  yüksək  tərifini  qazandı.  Məktəbin  qiraət  dərnəyinin 

şagirdləri  rusca  şeirlər  söylədilər. Tədbir  çar  Rusi yasının  huma-

nizmini tərənnüm edən xor musiqilə başa çatdı. 

Həsən qardaşı Mehralı bəylə Zərdaba qayıdırdı. Arxada neçə 

il  təhsil  aldığı  məktəb,  ilk  gəldiyi  günlərdən  bu  günə  qədər  baş 

verən hadisələrlə bağlı xatirələr, dostları, müəllimləri xəya lından 

gəlib keçdi. Həyəcan içində Zərdabla müvəqqəti olaraq vidalaşdığı 

anlar, Şamaxıya gəldiyi ilk gündəki balaca Həsən gözləri qarşısında 

canlandıqca  atasını,  babasını  xatırladı.  Şama xıya  uzanan  fayton 

yollarında bitib-tükənməyən zaman elə bil geri qayıtdı. Yol boyu 

atasına verdiyi suallar yadına düşdü:

– Ata, hələ çatmırıq?

– Hələ ki, yox.

Yoruldun ki?

– Yox! Sadəcə, evə tez çatmaq istəyirəm. 

Ata, Şamaxını niyə belə adlandırıblar? Kim qurub bu şəhəri?

– Mən də dəqiq bilmirəm. Amma oxuduğum yazılarda 2400 




42

il yaşı olması haqda məlumatlar var. Şamaxı tarixi əsərlərdə bəzən 

“Kemaxeya”, bəzən də “Əşşamaxiyyə” adlandırılıb. 

Bir onu deyə bilərəm, ən qədim Azərbaycan torpaqlarından 

biridir. Səni bu fikirlər qane etdimi?

– Sağ ol, ata, qane etdi! – Həsən o zaman belə cavab vermişdi. 

Bu gün isə o, qardaşı Mehralı ilə Şamaxıdan Zərdaba qayı-

dırdı. Bir azdan Tiflisə hazırlaşacaqdı. Şamaxıda gimnaziya illə-

rin də  oxuduğu  çoxlu  kitablar  onun  tarixi  biliklərinin,  dünya gö-

rüşünün  formalaşmasına  ciddi  təsir  göstərmişdi.  İndi  Şamaxı  və 

onun  tarixi  haqqında  Həsən  qardaşlarının  hamısından  çox  bilir-

di.  Azərbaycanda  şəhərsalma  mədəniyyətinin  qədim  mərkəz-

lərindən  biri  olan  Şamaxının Albaniya  dövlətinin  ən  iri  yaşayış 

məskənlərindən  biri  olduğunu  bilirdi.  Yunan  coğrafiyaşünası 

Klavdi Ptolemeyin “Coğrafiya” əsərində Albaniya ölkəsinin iyir-

mi  doqquz  şəhəri  sırasında  atasının  da  vaxtilə  ona  söylədiyi 

“Camaxeya”, “Kemaxeya” adları ilə Şamaxı haqqında geniş bilgi 

verilib. 

918-ci  ildə  Şamaxı  Şirvanşahların  paytaxtına  çevrilir,  şəhə-

rin  böyük  inkişaf  dövrü  başlayır.  Paytaxt  statusu  alması,  eyni 

zamanda, nəqliyyat yollarının şimal-cənub istiqamətindəki qovşa-

ğında yerləşməsi Şamaxının inkişafına əlavə təkan vermişdi. Şəhər 

həmin illərdə daha da inkişaf etmiş, gözəlləşmiş, ərazi cəhətdən 

genişlənmişdi.

  Ərəb  xilafətinin  istilasından  xilas  olandan  sonra  Şamaxı 

Şirvanşahlar dövlətinin paytaxtına çevrilib, I Şah İbrahimin döv-

ründə  daha  da  çiçəklənib.  1382-1417-ci  illərdə  Şamaxı  yüksək 

tərəqqi dövrünü keçərək xarici dövlətlərlə iqtisadiyyat və ticarət 

əlaqələrini genişləndirib, ərazilərinin sabit saxlanılıb qorunmasını 

təmin edib. 

Orta yüzilliklərdə Şamaxı İpək yolu üzərindəki ən münasib 

iqtisadi  mərkəzlərdən  biri  kimi  müxtəlif  ölkələrin  tacirlərinin 

axışdığı əsas Azərbaycan şəhərlərdən biri olmuşdu. 

Tarixçi Əl Əsir 1222-ci ildə Şamaxını monqol-tatar işğalçı-

larından  qorumaq  məqsədilə  minlərlə  insanın  həlak  olmasından 

ürək ağrısı ilə yazırdı. 




43

Şamaxı  başıbəlalı Azərbaycan  şəhəri  kimi  ayrı-ayrı  zaman-

larda bir neçə dəfə qonşu dövlətlərin və yadellilərin hücumlarına 

məruz qalmış, işğallar, zəlzələlərdən şəhər tamamilə dağılmışdı.

XV əsrin 30-80-ci illərindən başlayaraq Qaraqoyunlu hökm-

darı Cahan şah və Ağqoyunlu hökmdarı Uzun Həsənin döv ründə 

Şamaxı özünün yüksək inkişaf mərhələsinə çatmışdı. Elə bu dövrdə 

şəhər əhalisinin sayı mənbələrdə göstərilir ki, otuz-altmış min arası 

dəyişib.  1538-ci  ildə  Şirvan  əraziləri  bəylər bəyiliyi  statusunda 

bütövlükdə Səfəvilər dövlətinin tərkibinə qatılmış, Şamaxı şəhəri 

bu  bəylərbəyiliyinin  paytaxtına  çev ril mişdi.  XVI  əsrin  II  yarısı, 

XVII əsrin əvvəllərində Şamaxı şəhəri inzibati mərkəzə çevrilərək 

xeyli möhkəmlənmiş və yüksək səviyyədə inkişaf etmiş, dövrün 

əsas  ipək  istehsalı  və  ticarəti  mərkəzlərindən  birinə  çevrilmişdi. 

XVII əsr Osmanlı səyyahı Çələbi Şamaxı haqqında belə deyirdi: 

“Qırx xanlıq, qırx səkkiz qəzası, qırx nahiyəsi, yetmiş qalası, min 

üç yüzə qədər abad kəndi var Şamaxının. Hər yerindən çay keçir. 

Bağ-bağçalarının  sayı  yoxdur.  Şəhərin  iyirmi  altı  məhəlləsi  var. 

Meydan və Şabran məhəllələri şəhərin çox gözəl yeridir…” Şəhərdə 

yeddi  yüz  ev,  iyirmi  altı  məhəllə,  qırx  mədrəsə,  yetmiş  məscid, 

yeddi hamam, qırx dörd karvansara, iki yüzə yaxın dükan varmış. 

Həsən  bəy  öz-özünə  bu  rəqəmləri  Şamaxının  bugünkü  inkişafı 

ilə müqayisə edərək, “demək, indikindən daha yüksək tərəqqiyə 

malik  imiş  bu  şəhər”  qənaətinə  gəldi.  1724-cü  ildə  Rusiya  ilə 

Türkiyə arasında bağlanan “İstanbul müqaviləsi”nə görə Şirvana 

daxili  mux ta riyyət  verilmişdi.  XVIII  əsrin  əvvəllərində  Səfəvi 

imperiyasının  zəifləməsindən  istifadə  edən  ermənilər  füsunkar 

gözəlliyi olan Şamaxıya axışmağa, bu ərazilərdə məskunlaşmağa 

və bu yerlərə göz dikməyə başlayır. 

Onlar  I  Pyotra  məktub  yazaraq,  Şamaxı,  İrəvan,  Naxçıvan 

və  başqa  yerlərdən  onların  əli  ilə  azərbaycanlıları  qovmaq,  rus 

qoşunlarına  mərkəz  yaratmaq,  bu  ərazilərdə  möhkəmlənmək 

üçün Çar Rusiyasından kömək istəyirlər. Hazırladıqları on səkkiz 

bənddən ibarət olan xüsusi hərbi müdaxilə planında onlar I Pyotra 

Şamaxını  diqqətdə  saxlayıb  gələcəkdə  Güney  Qafqazda  möh-

kəmlətmək tövsiyəsi verir, bu ərazilərdə məskunlaşan ermənilərin 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə