Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
1   2   3   4   5   6   7   8

Noyabrın 14-də Vaşinqtonda 

Bakı-Tbilisi-Qars dəmir yolunun 

rəsmi açılışına həsr olunmuş tədbir 

keçirilib. Tədbirin əsas məqsədi Azər-

baycanın yerləşdiyi regionda həyata 

keçirilən infrastruktur layihələri, o 

cümlədən Bakı-Tbilisi-Qars dəmir 

yolu, eləcə də mövcud biznes və 

sərmayə imkanları barədə ABŞ-ın 

ictimai və biznes dairələrinin məlu-

matlandırılması olub. Digər tərəfdən, 

tədbir Azərbaycanın təşəbbüsü ilə 

ərsəyə gələn və 2016-cı ildən etibarən 

hər il Vaşinqtonda keçirilən Trans-

Xəzər Şərq-Qərb Ticarət və Tranzit 

Dəhlizləri Forumu çərçivəsində 

aparılan müzakirələrin davamlılığı-

nın təmin olunması və region ölkələri 

tərəfindən həmin sahələrdə əldə 

edilən nailiyyətlərin təqdim olunması 

məqsədi daşıyıb.

Azərbaycan tərəfinin təşəbbüsü və 

dəstəyi ilə Xəzər Siyasət Mərkəzi tərə-

findən təşkil olunan və BP-nin Vaşinq-

ton  ofisinin  ev  sahibliyi  ilə  keçirilən 

tədbirdə ABŞ-ın  dövlət  qurumlarının, 

akademik  təşkilatların,  ticarət  pala-

talarının,  biznes  və  siyasi  dairələrin, 

beynəlxalq  maliyyə  institutlarının  və 

diplomatik  korpusun  təmsilçiləri  işti-

rak ediblər.

Xəzər  Siyasət  Mərkəzinin  icraçı 

direktoru Əfqan Niftiyev və “BP Ame-

rica  Inc.”in  kommunikasiya  və  xarici 

əlaqələr  üzrə  birinci  vitse-preziden-

ti  Meri  Strit  tədbirin  açılışında  çıxış 

ediblər.  Sonra  tədbirin  moderatoru 

səfir Riçard Hoqland qonaqları salam-

layaraq,  müzakirələrin  əhəmiyyətini 

vurğulayıb.

Bakı-Tbilisi-Qars  dəmir  yoluna 

həsr  olunmuş  videoçarxın  nümayişin-

dən sonra Azərbaycanın və tədbirdə iş-

tirak edən digər dövlətlərin ABŞ-dakı 

səfirləri çıxış ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin 

Süleymanov  çıxışında  müasir  İpək 

Yolunun  canlandırılmasında  mühüm 

bağlantı  olan  Bakı-Tbilisi-Qars  dəmir 

yolunun  əhəmiyyətindən  və  onun  re-

gional  əməkdaşlığın  dərinləşməsinə 

töhfələrindən  bəhs  edib.  Diplomat  bu 

xüsusda  oktyabrın  30-da  Bakı-Tbili-

si-Qars  dəmir  yolunun  Bakıda  Azər-

baycan  və  Türkiyə  prezidentlərinin, 

Gürcüstan,  Qazaxıstan  və  Özbəkistan 

Baş  nazirlərinin,  habelə Türkmənista-

nın və Tacikistanın nazirlərinin,  digər 

ölkələrin  nümayəndələrinin  iştirakı 

ilə  keçirilən  rəsmi  açılış  mərasiminə 

toxunaraq, bunun tarixi hadisə olduğu-

nu söyləyib. Səfir diqqəti Azərbaycan, 

Gürcüstan  və  Türkiyə  arasında  möv-

cud  strateji  əməkdaşlığa  yönəldərək, 

üç  ölkənin  əvvəlki  dövrlərdə  enerji 

sahəsində,  o  cümlədən  Bakı-Tbili-

si-Ceyhan  neft,  Bakı-Tbilisi-Ərzurum 

qaz  kəmərləri  kimi  mühüm  əhəmiy-

yətə malik birgə irimiqyaslı layihələri 

həyata keçirdiklərini və hazırda Avro-

panın ən böyük infrastruktur layihələ-

rindən biri olan Cənub Qaz Dəhlizinin 

inşası  üzərində  işlədiklərini  vurğula-

yıb. Azərbaycan  Respublikasının  Pre-

zidenti  İlham  Əliyevin  rəhbərliyi  ilə 

ölkəmizin  regional  tranzit  və  logistik 

mərkəzə  çevrilməsi  sahəsində  həyata 

keçirilən  ardıcıl  və  məqsədyönlü  si-

yasətindən  danışan  səfir  1998-ci  ilin 

sentyabrında  ilk  dəfə  olaraq  müasir 

İpək  Yolunun  canlandırılmasına  həsr 

olunmuş  konfransın  ümummilli  lider 

Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 

keçirildiyini  xatırladıb.  Bəzi  qüvvələ-

rin istər Bakı-Tbilisi-Qars dəmir yolu, 

istərsə də digər irimiqyaslı layihələrin 

gələcəyinə  inanmadığını  qeyd  edən 

diplomat  bu  layihələrin  gerçəkləşmə-

sində əsas amil kimi Azərbaycan rəh-

bərliyinin  siyasi  iradəsini  və  strateji 

baxışını diqqətə çatdırıb. Eyni zaman-

da,  qardaş  Türkiyənin  və  qonşu  Gür-

cüstanın rəhbərliyinin qarşılıqlı dəstəyi 

və  strateji  yanaşmasının  əhəmiyyətini 

vurğulayan  səfir  son  zamanlar  həmin 

layihələrə  Mərkəzi  Asiya  ölkələrinin 

maraq göstərdiyini və ona qoşulduqla-

rını qeyd edib.

E.Süleymanov  həm  Şərq-Qərb, 

həm  də  Şimal-Cənub  nəqliyyat  dəh-

lizlərinin  mərkəzində  yerləşən  Azər-

baycanın region ölkələri ilə birlikdə bu 

dəhlizlərin  cəlbediciliyinin  artırılması 

istiqamətində  həyata  keçirdiyi  əmək-

daşlıqdan,  o  cümlədən  qonşu  ölkələr-

lə  sərhəd-keçid  və  gömrük  rəsmiləş-

dirilməsinin  sürətləndirilməsinə  dair 

görülən  tədbirlərdən  danışıb.  E.Sü-

leymanov son dövrlər ölkədə aparılan 

əsaslı islahatlardan danışarkən “ASAN 

xidmət”in təcrübəsinin buna yaxşı nü-

munə olduğunu vurğulayıb. Ölkəmizə 

əlavə xarici turist axınının təmin olun-

ması məqsədilə bu xidmətin fəaliyyəti-

nin genişləndirildiyi və “ASAN viza”-

nın təmin edildiyi bildirilib.

Səfir çıxışında, həmçinin Azərbay-

canda nəqliyyat sektorunda həyata ke-

çirilən  mühüm  infrastruktur  layihələ-

rindən danışıb. O, ölkəmizin regionun 

nəqliyyat-logistika  qovşağına  çevril-

məsi  istiqamətində  Bakı  Beynəlxalq 

Dəniz Ticarət Limanı və onun ərazisin-

də təsis ediləcək azad ticarət zonasının 

oynayacağı roldan bəhs edib. E.Süley-

manov Azərbaycan hökumətinin müa-

sir  İpək  Yolunun  canlandırılmasına 

fəal  dəstək  verdiyini  diqqətə  çatdıra-

raq,  bu  işdə  mövcud  infrastruktur  la-

yihələri  ilə  yanaşı,  nəqliyyat  sahəsinə 

məsul qurumların, o cümlədən “Azər-

baycan  Dəmir  Yolları”,  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  və  “Silk 

Way” şirkətlərinin mühüm rolunu vur-

ğulayıb. Azərbaycanın hava nəqliyyatı 

sahəsində  də  regionun  lider  ölkəsinə 

çevrildiyini deyən diplomat bu baxım-

dan  “Azərbaycan  Hava  Yolları”  və 

“Silk Way” aviaşirkətlərinin “Boeing” 

şirkəti  ilə  əməkdaşlığını  xüsusi  qeyd 

edib.

Gürcüstan, Türkiyə, Türkmənistan 



və Özbəkistanın ABŞ-dakı diplomatik 

nümayəndəliklərinin  rəhbərləri  çıxış-

larında  regionun  nəqliyyat  və  tranzit 

potensialından  tam  istifadə  olunması 

sahəsində Bakı-Tbilisi-Qars dəmir yo-

lunun  əhəmiyyətini  vurğulayıb,  onun 

qonşu ölkələr, eləcə də regionun digər 

dövlətləri arasında ticarət əlaqələrinin 

inkişaf  etdirilməsinə  və  ticarət  yolla-

rının şaxələndirilməsinə töhfə verəcə-

yinə əminliklərini ifadə ediblər. Asiya 

ilə  Avropa  arasında  yük  daşımaları 

üçün məsafə, vaxt və xərc baxımından 

daha  sərfəli  olacaq  bu  dəmir yolunun 

iqtisadi  faydaları  ilə  yanaşı,  regionda 

yaşayan  xalqlar  arasında  əlaqələrin 

daha da dərinləşməsinə xidmət edəcəyi 

qeyd olunub.

Tədbir  çərçivəsində,  həmçinin 

ABŞ  dövlət  katibinin  köməkçisinin 

ticarət  məsələləri  üzrə  müavini  Pitr 

Haas, ABŞ-ın  Ticarət  Palatasının  vit-

se-prezidenti Qari Litman, Ticarət Na-

zirliyinin  beynəlxalq  ticarət  administ-

rasiyasının  direktoru  Metyü  Edvard 

və  Xarici  Özəl  Sərmayə  Korporasi-

yasının  icraçı  direktoru  Kenet  Angel 

çıxış  edərək  Bakı-Tbilisi-Qars  dəmir 

yolunun  açılışı  münasibətilə  təbriklə-

rini çatdırıb və bunun böyük nailiyyət 

olduğunu  vurğulayıblar.  Bu  layihənin 

region  ölkələri  arasında  əməkdaşlığın 

dərinləşməsinə yardım etməklə yanaşı, 

ABŞ şirkətləri üçün yeni imkanlar aça-

cağına inam ifadə edilib. Bu kontekst- 

də  regionda  irimiqyaslı  infrastruktur 

layihələrinin  reallaşması  ilə  bərabər, 

həmin  dəhlizin  rəqabətqabiliyyətlili-

yini  artırmaq  məqsədilə  qeyri-fiziki 

infrastrukturun,  o  cümlədən  yükdaşı-

ma  tariflərinin  cəlbedici  olması,  sər-

həd-keçid və gömrük sahəsində əmək-

daşlığın vacibliyi bildirilib.

Dünya Bankının, Beynəlxalq Val-

yuta  Fondunun, Asiya  İnkişaf  Bankı-

nın, akademik dairələrin və özəl sektor 

nümayəndələri  Bakı-Tbilisi-Qars  də-

mir yolunun önəmini vurğulayıb, onun 

əməkdaşlıq üçün yeni imkanlar yarat-

dığını söyləyiblər.

Çıxışlardan  sonra  aparılan  mü-

zakirələr  zamanı  səfir  E.Süleymanov 

yeni  İpək Yolunun  yalnız  Çin  ilə Av-

ropa  arasında  əlaqələndirməyə  deyil, 

regionun  digər  ölkələri  arasında  da 

əməkdaşlığa  xidmət  edəcəyini  söylə-

yib. Diplomat buna misal olaraq, Azər-

baycandan kənd təsərrüfatı məhsulları-

nın Qazaxıstana və Mərkəzi Asiyanın 

digər ölkələrinə ixracının təşviqi üçün 

Aktauda inşa edilmiş Azərsun Logisti-

ka  və  İstehsalat  Mərkəzi  qeyd  edilib. 

Eyni  zamanda,  xarici  investisiyaların 

cəlb  olunmasından  danışılarkən Azər-

baycan da daxil olmaqla region ölkələ-

rinin  nüfuzlu  beynəlxalq  təşkilatlar 

tərəfindən  tərtib  edilən  hesabatlarda 

reytinq sıralamasında xeyli irəliləyərək 

mövqelərini  yaxşılaşdırmasının  vacib 

məqam olduğu qeyd edilib.

Aparılan  ümumi  müzakirələrdə 

belə  bir  ümid  ifadə  edilib  ki,  region 

ölkələri  arasında  uğurlu  əməkdaşlıq 

Ermənistan  üçün  nümunə  olmalı  və 

rəsmi Yerevanın Azərbaycan torpaqla-

rının işğalına son qoyması və bu əra-

ziləri  tərk  etməsi,  doğma  evlərindən 

didərgin düşmüş həmvətənlərimizin öz 

yurd-yuvalarına qayıtması, eləcə də bu 

ölkənin  beynəlxalq  hüququn  prinsip-

lərinə  riayət  etməsindən  sonra  Ermə-

nistan da regionda həyata keçirilən bu 

kimi layihələrdən bəhrələnə biləcək.

Yusif Babanlı

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



www.seanews.az

22 noyabr 2017-ci il   № 81-84 (9175)

3

Türkmənistan Respublika-

sının Çay və Dəniz Nəqliyyatı 

Dövlət Xidmətinin Dəniz Üzgü-

çülüyünə nəzarət üzrə Dövlət 

Administrasiyası Azərbaycan 

Respublikası Dövlət Dəniz Ad-

ministrasiyasının təcrübəsindən 

yararlanacaq.

Dövlət  Dəniz  Administrasiya-

sının  mətbuat  xidmətindən    bildi-

rilib  ki,  bu  barədə  Dövlət  Dəniz 

Administrasiyasında  Türkmənistan 

Respublikasının Çay və Dəniz Nəq-

liyyatı Dövlət Xidmətinin Dəniz Üz-

güçülüyünə nəzarət üzrə Dövlət Ad-

ministrasiyasının  rəisi  Bayseyidov 

Seyitqulu ilə görüş zamanı bildirilib.

Dövlət  Dəniz Administrasiyası-

nın  rəisi  Qüdrət  Qurbanov  bildirib 

ki,  əlverişli  geostrateji  mövqeyə 

malik Azərbaycanın tranzit potensi-

alının  inkişaf  etdirilməsinə  yönələn 

Heydər  Əliyev  strateji  kursu  Prezi-

dent İlham Əliyev tərəfindən uğurla 

davam etdirilir.

Tarixi  inkişaf  yolu  keçən  dəniz 

nəqliyyati bütün zamanlarda öz əhə-

miyyətliyini saxlayıb deyən Q.Qur-

banov bildirib ki, Azərbaycan 1995-

ci ilin may ayında BMT-nin nüfuzlu 

orqanı  olan  Beynəlxalq  Dəniz Təş-

kilatına  tamsəlahiyyətli  üzv  qəbul 

olunub.  Ölkəmiz  Beynəlxalq  Dəniz 

Təşkilatına üzv olduğu tarixdən eti-

barən dəniz nəqliyyatı sahəsində 20-

dən  çox  beynəlxalq  konvensiya  və 

protokola qoşulub.

Dəniz  nəqliyyatı  sahəsi  üzrə 

beynəlxalq  konvensiyaların  tələblə-

rindən  irəli  gələn  öhdəliklərin  icra 

vəziyyətinin 

qiymətləndirilməsi 

məqsədilə  Beynəlxalq  Dəniz  Təş-

kilatının  Audit  Ekspert  Qrupunun 

2017-ci ilin 28 may - 6 iyun tarixlə-

rində  Dövlət  Dəniz  Administrasi-

yasında  keçirdiyi  audit  yoxlaması 

barədə  danışan  Qüdrət  Qurbanov 

vurğulayıb  ki,  yoxlamanın  nəti-

cələrinə  əsasən  Respublikamız  172 

dünya  dəniz  dövləti  sırasında  ən 

qabaqcıllar olan Avropa dövlətlərini 

geridə qoyaraq, statistika üzrə ön sı-

rada yer tutub.

Qüdrət  Qurbanovun  sözlərinə 

görə, Audit  Ekspert  Qrupunun  ke-

çirdiyi  audit  yoxlamasının  müsbət 

nəticələri Azərbaycanda dəniz nəq-

liyyatı  sahəsində  həyata  keçirilən 

tədbirlərin,  qəbul  edilən  normativ 

hüquqi  aktların,  gəmilərin  stan-

dartlarına  nəzarət  və  müfəttişlər 

tərəfindən  yoxlanılmasının,  Dövlət 

Dəniz  Administrasiyasının  tabeli-

yində olan liman kapitanlarının fəa-

liyyətinin,  liman  akvatoriyalarında 

və  ümumiyyətlə  Azərbaycan  Res-

publikasının  bütün  ərazi  sularında 

gəmilərin  hərəkətinin  idarə  edil-

məsi  sisteminin  Beynəlxalq  Dəniz 

Təşkilatının  bütün  tələblərinə  uy-

ğun olaraq yüksək səviyyədə təşkil 

olunması  barədə  fikir  yürütməyə 

əsas verir.

Beynəlxalq  Dəniz  Təşkilatının 

Audit  Ekspert  Qrupunun  gələn  il 

Türkmənistanın Çay və Dəniz Nəq-

liyyatı  Dövlət  Xidmətinin  Dəniz 

Üzgüçülüyünə  nəzarət  üzrə  Dövlət 

Administrasiyasında audit yoxlama-

sı  keçirəcəyinə  toxunan  Q.Qurba-

nov qarşılıqlı təcrübə mübadiləsinin 

aparılması  məqsədilə  Azərbaycan-

da  səfərdə  olan  Türkmənistan  nü-

mayəndə  heyətinə  bu  istiqamətdə 

lazımi mütəxəssis köməyi göstərilə-

cəyini bildirib.

Türkmənistan  Respublikasının 

Çay  və  Dəniz  Nəqliyyatı  Dövlət 

Xidmətinin  Dəniz  Üzgüçülüyünə 

nəzarət  üzrə  Dövlət  Administrasi-

yasının  rəisi  Seyitqulu  Bayseyidov 

Beynəlxalq  Dəniz  Təşkilatının  Au-

dit Ekspert Qrupunun keçirdiyi audit 

yoxlaması zamanı əldə edilən uğurlu 

nəticələrə  görə  Azərbaycan  Dövlət 

Dəniz  Administrasiyasının  rəisini 

təbrik  edib.  Yoxlamanın  nəticələri 

Beynəlxalq Dəniz Təşkilatının hesa-

batlarında  qeyd  olunduğunu  deyən 

qonaq  bildirib  ki, Azərbaycanın  bu 

uğuru  Beynəlxalq  Dəniz  Təşkilatı-

na  üzv  dövlətlərin  rəğbətinə  səbəb 

olub.

Azərbaycan  Dövlət  Dəniz  Ad-



ministrasiyasının  liman  akvatoriya-

larında və ümumiyyətlə Azərbaycan 

Respublikasının bütün ərazi suların-

da gəmilərin hərəkətinin idarə edil-

məsi  sisteminin  təşkili,  beynəlxalq 

əlaqələr  sahəsində  qazandığı  uğur-

lar,  dəniz  nəqliyyatı  sahəsi  üzrə 

beynəlxalq  konvensiyaların  tələblə-

rindən  irəli  gələn  öhdəliklərin  icra 

vəziyyəti,  dəniz  nəqliyyatı  sahəsin-

də həyata keçirdiyi digər tədbirlərlə 

bağlı  mövcud  təcrübəsindən  yarar-

lanmağa  ehtiyac  var  deyən  qonaq 

Türkmənistan  və Azərbaycan  Döv-

lət Dəniz Administrasiyaları arasın-

da  qarşılıqlı  təcrübə  mübadiləsinin 

əhəmiyyətindən danışıb.

Görüşdə bir sıra maraq doğuran 

məsələlər ətrafında fikir mübadiləsi 

aparılıb.

Daha  sonra  Türkmənistan  nü-

mayəndə heyəti, Xəzəryanı ölkələr-

də  ilk  dəfə  olaraq  Azərbaycanda 

yaradılan, ən son naviqasiya və mü-

şahidə avadanlıqları ilə təchiz edilən 

Dövlət  Dəniz  Administrasiyasının 

Uzaq Məsafədən Tanınma və İzləmə 

Milli Mərkəzi ilə tanış olublar.



türkmənistan azərBaycan Dövlət Dəniz 

aDministrasiyasının təcrüBəsinDən yararlanacaq

Noyabrın 16-17-də 

Azərbaycan Dövlət Dəniz 

Akademiyasında ənənəvi 

“Dil-karyeraya gedən yol” 

IV ümumrespublika ali 

məktəblərarası tələbə müsa-

biqəsi keçirilib. 

Açılış 


mərasimində 

Azərbaycan  Dövlət  Dəniz 

Akademiyasının 

rektoru 


Çingiz  Əliyev  müasir  dövr-

də  tələbə  gənclərin  karyera 

hazırlığında  xarici  dillərin, 

xüsusilə  də  ingilis  dilinin 

böyük  rol  oynamasından 

danışaraq,  bu  müsabiqənin 

əhəmiyyətini 

vurğulayıb. 

Bildirib ki, özlərini dünyanın hər hansı 

mötəbər ali məktəbinin tələbəsi görmək 

istəyən,  gələcək  karyerasını  qurmaq 

arzusunda  olan  gənclər  xarici  dillərin 

öyrənilməsinə  diqqəti  artırmalıdırlar. 

ADDA  Azərbaycan Respublikası Təh-

sil Nazirliyinin dəstəyilə bu müsabiqəni 

daha geniş miqyasda təşkil edərək, tələ-

bələrə öz bilik və bacarıqlarını nümayiş 

etdirmək  imkanı  yaradır.  Məhz  bunun 

nəticəsidir  ki,  4  il  əvvəl  müsabiqənin 

ilk ilində iştirakçı sayı 8 ali məktəbdən 

32 nəfər idisə, indi bu göstərici 2 dəfə 

artaraq 16 ali məktəbdən 77 nəfər təşkil 

edir.  Bunlar Azərbaycan  Dövlət  Dəniz 

Akademiyası  ilə  yanaşı,  Bakı  Dövlət 

Universiteti,  Azərbaycan  Respublika-

sı Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyası,  Azərbaycan  Dövlət  İq-

tisad  Universiteti,  Azərbaycan  Dövlət 

Neft  və  Sənaye  Universiteti, Azərbay-

can  Texniki  Universiteti,  Milli Aviasi-

ya  Akademiyası,  Azərbaycan  Dövlət 

Pedaqoji  Universiteti,  Bakı  Slavyan 

Universiteti,  Azərbaycan  Dövlət  Aq-

rar  Universiteti,  Heydər  Əliyev  adına 

Azərbaycan  Ali  Hərbi  Məktəbi,  Bakı 

Mühəndislik Universiteti, Bakı Ali Neft 

Məktəbi, Azərbaycan Fransız Universi-

teti, Azərbaycan Kooperasiya Universi-

teti, Azərbaycan Respublikası Fövqəla-

də Hallar Nazirliyi Akademiyasıdır.

ADDA-nın  yaranma  tarixini  və 

şərəfli inkişaf yolunu əks etdirən vide-

ofilm  nümayiş  olunduqdan  sonra  res-

publikamızın müxtəlif ali məktəblərinin 

müəllimlərindən ibarət münsiflər heyəti 

təqdim  edilib.  Münsif-

lər  heyətinə  Azərbaycan 

Dillər 


Universitetinin 

professoru, 

filologiya 

elmləri  doktoru  Nigar 

Vəliyeva rəhbərlik edib. 

Daha  sonra  2016-cı 

ildə keçirilmiş müsabiqə-

nin  qalibi,  Azərbaycan 

Respublikası  Prezidenti 

yanında  Dövlət İdarəçi-

lik Akademiyasının  tələ-

bəsi Məmmədağa Baydə-

mirov builki iştirakçılara 

öz ürək sözlərini çatdırıb. 

Dəniz  Akademiya-

sının  Elmi  işlər  və  bey-

nəlxalq əlaqələr üzrə prorektoru Vüqar 

Sadıqov  müsabiqənin  şərtlərini  elan 

edərək,  iştirakçılara  uğurlar  arzulayıb. 

Qeyd  edib  ki,  hər  iştirakçıya  seçdiyi 

mövzunu 3-4 dəqiqə ərzində audio-vi-

zual materialların köməyi ilə təqdim et-

mək şansı verilir. 

Tələbələr xarici dildə çıxış etməklə 

bir daha karyeraya gedən yolda dil ami-

linin önəmli bir vasitə olduğunu göstə-

riblər. 

2 gün davam edən müsabiqənin qa-

libinə 1-ci dərəcəli diplom və noutbuk, 

II yerin sahibinə  2-ci dərəcəli diplom 

və  planşet,  III  yer  tutan  tələbəyə  3-cü 

dərəcəli  diplom  və  mobil  telefon,  bü-

tün iştirakçılara isə müvafiq sertifikatlar 

təqdim olunub. 



karyeraya geDən yolDa Dil önəmli vasitəDir

vaşinqtonDa keçirilən təDBirDə Bakı-tBilisi-qars 

Dəmir yolUnUn strateji əhəmiyyəti vUrğUlanıB


Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə