Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


22 noyabr 2017-ci il   № 81-84 (9175)

4

www.seanews.az

“zığ” gəmi təmiri və 

tikintisi zavoDU təkmilləşir

Dövlət Dəniz Administrasiya-

sında “Azərbaycan ədəbi dilinin 

qorunması və düzgün tətbiqi” 

mövzusunda maarifləndirici tədbir 

baş tutub. Tədbirdə rəhbərlik və 

Mərkəzi Aparatda çalışan əməkdaş-

lar, həmçinin Administrasiyanın 

tabeliyindəki qurumların işçiləri 

iştirak ediblər. 

Bildirilib ki, ölkəmizdə dil siyasə-

tinin    formalaşdırılması,  Azərbaycan 

dilinin dövlət dili kimi tətbiqi və ana 

dili  olaraq  dünya  azərbaycanlılarının 

ünsiyyət  vasitəsinə  çevrilməsi,  ha-

belə  beynəlxalq  aləmdə  nüfuzunun 

yüksəlməsi  Ümummilli  lideri  Heydər 

Əliyevin adı ilə bağlıdır. Onun fəaliy-

yəti dövründə dilimizin qorunması, in-

kişafı və düzgün tətbiqi istiqamətində 

qəbul edilmiş “Azərbaycan Respubli-

kasında dövlət dili haqqında” Qanun, 

habelə  “Dövlət  dilinin  tətbiqi  işinin 

təkmilləşdirilməsi  haqqında”  18  iyun 

2001-ci il tarixli və “Azərbaycan əlif-

bası və Azərbaycan dili gününün təsis 

edilməsi haqqında” 9 avqust 2001-ci il 

tarixli fərmanlar  mühüm tarixi sənəd-

lərdir.


1300 illik inkişaf yolu keçən Azər-

baycan dilinin qədim tarixə malik zən-

gin dil kimi formalaşdığı, dünya dilləri 

arasında axıcılığı və söz ehtiyatı baxı-

mından özünəməxsus yer tutduğu, eyni 

zamanda dövrün artan tələbləri nəzərə 

alınmaqla  Azərbaycan  dilinin  inki-

şafının təmini və tətbiqinə xüsusi yer 

ayrılmasının dövlətimizin daim diqqət 

mərkəzində olduğu vurğulanıb. Bu is-

tiqamətdə  atılan  ən  önəmli  addımlar-

dan  biri  kimi    Prezident  cənab  İlham 

Əliyevin  “Azərbaycan  dilinin  qlobal-

laşma  şəraitində  zamanın  tələblərinə 

uyğun  istifadəsinə  və  ölkədə  dilçili-

yin inkişafına dair Dövlət Proqramı”-

nın  təsdiqi  haqqında  9  aprel  2013-cü 

il  tarixli  Sərəncamı  barədə  məlumat 

verilib. Qeyd olunub ki, həmin sərən-

camla dil və nitq mədəniyyətinin yük-

səldilməsi,  Azərbaycan  dilinin  lüğət 

tərkibinin və qrammatik normalarının 

sistemləşdirilməsi,  dövlət  orqanların-

da  Azərbaycan  ədəbi  dilinin  düzgün 

tətbiqi məqsədilə mütəmadi maariflən-

dirmə  tədbirlərinin  keçirilməsi  vəzifə 

kimi qarşıya qoyulub.

Tədbirdə  hüquqi  aktların  “Nor-

mativ hüquqi aktlar haqqında” Kons-

titusiya Qanununun tələblərinə uyğun 

hazırlanması  və  sənədləşmə  işinin 

Azərbaycan  Respublikası  Preziden-

ti  tərəfindən  təsdiq  edilmiş  “Dövlət 

orqanlarında,  dövlət  mülkiyyətində 

olan  və  paylarının  (səhmlərinin)  nə-

zarət zərfi dövlətə məxsus olan hüquqi 

şəxslərdə  və  büdcə  təşkilatlarında 

kargüzarlığın  aparılmasına  dair  Təli-

mat”ın  tələblərinə  uyğun  aparılması, 

habelə rəsmi yazışmalar zamanı Azər-

baycan Respublikası Nazirlər Kabineti 

tərəfindən  təsdiq  edilmiş  “Azərbay-

can  dilinin  orfoqrafiya  Qaydaları”nın 

tələblərinə  əməl  edilməsi  barədə Ad-

ministrasiyanın  əməkdaşlarına  müva-

fiq təlimatlar verilib. Azərbaycan ədə-

bi dilinin norma və üslubları, düzgün 

cümlə quruluşu, xüsusilə rəsmi yazış-

malarda istifadə olunan rəsmi-işgüzar 

üslub, köməkçi nitq hissələri və durğu 

işarələrinin  cümlədə  düzgün  istifadə 

qaydaları barədə çıxışlar dinlənilib.

Sonda tədbir iştirakçılarını maraq-

landıran suallar cavablandırılıb.



“Zığ” Gəmi Təmiri və Tikintisi 

Zavodu təkmilləşir.

Sənaye  müəssisələrinin  paytaxtın 

mərkəzindən  köçürülməsi  ilə  bağlı 

Dövlət Proqramına uyğun olaraq Bul-

var  ərazisində  yerləşən  “Paris  Kom-

munası”  və  “Zaqfederasiya”  kimi  ta-

nınan  gəmi  təmiri  zavodları  sökülüb, 

Zığ  şosesi  yaxınlığında  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-nin 

strukturu  olan  “Zığ”  Gəmi Təmiri  və 

Tikintisi Zavodu inşa edilib. Zavodun 

təkmilləşdirilməsi işi bu gün də sürətlə 

davam edir. Belə ki, burada yeni sahə 

və  sexlər  tikilib.  Zavodda  beynəlxalq 

standartlara  cavab  verən  müasir  ava-

danlıqlar  quraşdırılıb,  eyni  zamanda 

müəssisədə çalışanların iş şəraiti yax-

şılaşdırılıb.

Zavod  ərazisində  sahəsi  3978 

kvadratmetr  olan  yeni  gövdə-qaynaq 

və mexaniki sexlər tikilib. Burada yeni 

2  ədəd  10  tonluq,  2  ədəd  20  tonluq 

körpülü  kranlar,  2  ədəd  elektrik  mü-

hərrikli  araba,  torna  karusel,  mərkəzi 

emal və isgənə dəzgahları quraşdırılıb. 

Eyni zamanda, həmin sexdə ikimərtə-

bəli inzibati məişət bloku yaradılıb.

Zavoddakı  yeniliklərin  siyahısı 

bununla  bitmir.  Müəssisənin  əvvəl-

lər  tullantıların  toplandığı  ərazisində 

uzunluqları  müvafiq  olaraq  400,  120, 

130, 63 metr olan 1, 2, 3 və 4 saylı də-

nizkənarı yanalma körpüləri, üzərində 

kranaltı yollar tikilib. Portal və stasio-

nar kranlar və 2 ədəd şpil quraşdırılıb. 

Yeni tikilən obyektlərin ətrafı abadlaş-

dırılıb.

Sahəsi  1971  kvadratmetr  olan  tə-

mir sexi və kompressor binası da təzə 

inşa  olunub.  1  ədəd  10  tonluq  kör-

pülü  kran,  3  ədəd  hava  kompressoru 

yeni  alınaraq  quraşdırılıb.  Qeyd  edək 

ki,  kompressorlar  yeni  inşa  olunmuş 

sahələri, yanalma körpülərini və “Nep-

tun”  üzən  tərsanəni  sıxılmış  hava  ilə 

təmin  edəcək  gücə  malikdir.  Həmçi-

nin yeni qazanxana binası müəssisənin 

istilik  təchizatını  və  isti  su  tələbatını 

ödəyə bilən 2 ədəd istilik qazanı ilə tə-

min edilib.

Zavodun  ərazisindəki  yarımstan-

siya binası da yeni tikililərdəndir. Bu-

rada təzə 2 ədəd 1000 kilovolt-amper 

gücünə  malik  transformator,  yüksək 

və  aşağı  gərginlikli  açarlar  və  1000 

kilovolt-amper  dizel  generator  quraş-

dırılıb.

Yeni  tikilən  obyektlərin  hamısı 

beynəlxalq  ekologiya  tələblərinə  və 

təhlükəsizlik normalarına cavab verir. 

Burada personalın təhlükəsiz işi üçün 

lazımi  şərait  yaradılıb.  Ərazidə  sa-

hil  işıqlandırma,  yanğından  mühafizə 

sistemləri,  təhlükəsizlik  kameraları 

quraşdırılıb. Zavodda işçilərin sağlam-

lığını təmin etmək üçün əməyin müha-

fizəsi qaydalarını əks etdirən lövhələr 

yerləşdirilib.

Qeyd edək ki, bölmə və sahələrdə 

quraşdırılan  yeni  avadanlıqlar  Tür-

kiyə, Rusiya, Belarus və İsveçin tanın-

mış brendlərinə məxsusdur.

Zavod  ərazisində,  həmçinin  müa-

sir  standartlara  cavab  verən  yeni 

yeməkxana,  məişət  binaları,  işçilərin 

asudə vaxtlarının səmərəli təşkili üçün 

idman meydançası da tikilib.

Bütün  bu  yeniliklər  isə  zavodun 

ümumi  fəaliyyətini  daha  effektiv  et-

məyə, gəmilərin təmir prosesini sürət-

ləndirməyə və keyfiyyətin artırılması-

na xidmət göstərir.



arDDa-Da “əDəBi Dilin qorUnması və Düzgün 

tətBiqi” mövzUsUnDa təDBir keçiriliB

Gəmilərin, onların avadanlığı-

nın və idarə olunmasının beynəlxalq 

müqavilələrin tələblərinə uyğunlu-

ğunun yoxlanılmasını həyata ke-

çirən liman nəzarəti üzrə ixtisaslaş-

mış qurumların nümayəndələrinin 

və üzv dövlətlərin iştirakı ilə London 

şəhərində dövlət liman nəzarəti 

üzrə seminar keçirilib. Seminar 

iştirakçıları dövlət liman nəzarəti 

üzrə əməkdaşlığın və informasiya 

mübadiləsinin inkişaf etdirilməsi, 

həmçinin vahid sistemin yaradılması 

sahəsində təcrübələrini bölüşərək 

yeni layihə və təlimatları müzakirə 

ediblər. Tövsiyələr Beynəlxalq Dəniz 

Təşkilatına və liman nəzarəti üzrə 

ixtisaslaşmış beynəlxalq qurumla-

rın regional idarəetmə orqanlarına 

baxılması üçün təqdim edilmişdir.

Liman nəzarəti üzrə ixtisaslaşmış 

beynəlxalq qurumlar tərəfindən tətbiq 

edilən yoxlama planı və həvəsləndir-

mə  tədbirlərinin  əsas  məqsədi  bey-

nəlxalq  qaydalara  uyğunluğu  təsdiq 

edilən  gəmilərdə  liman  nəzarət  yox-

lamalarının  sayının  azaldılması,  bey-

nəlxalq  konvensiyaların  tələblərinə 

uyğun  olmadığı  müəyyən  edilən  gə-

milərdə isə bu nəzarətin daha güclən-

dirilməsidir. Liman nəzarəti üzrə ixti-

saslaşmış beynəlxalq qurumlar həyata 

keçirilən  yoxlamalar  haqqında  illik 

hesabatları “Beynəlxalq Dəniz Təşki-

latının Konvensiyalarının Tətbiq edil-

məsi üzrə Alt komitə”yə təqdim edir 

və informasiya mübadiləsinə dair ra-

zılaşmalara əsasən həmin məlumatlar 

Beynəlxalq Dəniz Təşkilatının Dəniz 

Nəqliyyatı üzrə Qlobal Məlumat Sis-

temi Məcmusuna (GISIS) daxil edilir.

Görüş  iştirakçıları  “qara,  boz,  ağ 

siyahılar” təsnifatının gəmilərin indi-

vidual risk profili ilə əvəz edilməsini 

məqsədəmüvafiq  hesab  etdiklərini 

vurğulayıblar.

Seminarda  beynəlxalq  konven-

siyaların  tələblərinə  uyğun  olmadığı 

müəyyən  edilən  gəmilərin  siyahıları-

nın  hazırlanması  məqsədilə  məlumat 

mübadiləsini  asanlaşdıran  regionla-

rarası  ümumi  məlumat  platformasını 

yaratmaq və vahid yanaşmanın təşviq 

etmək tövsiyə edilib.

Beynəlxalq  Dəniz  Təşkilatının 

“Liman  nəzarəti  üzrə  prosedurlar” 

haqqında  A.1052(27)  nömrəli  qət-

naməsinə  “Liman  nəzarəti  müfətti-

şinin etik davranış Qaydaları” üzrə 1 

nömrəli əlavənin tətbiqinin asanlaşdı-

rılması  məqsədilə  Beynəlxalq  Dəniz 

Təşkilatının Konvensiyalarının Tətbiq 

edilməsi  üzrə  Alt  komitə  tərəfindən 

“Dövlət  liman  nəzarətinə  dair  gəmi 

kaptitanına məktub”un formasının ha-

zırlanmasının təklif ediləcəyi vurğula-

nıb. Adıçəkilən sənədin hazırlanması, 

yoxlamanın  həyata  keçirilməsini  və 

sənədin  liman  nəzarət  müfəttişi  ilə 

yanaşı, gəmi kapitanı tərəfindən imza-

laması  qaydalarını  müəyyən  edəcək. 

Seminar  zamanı  liman  nəzarət  yox-

lamalarının  nəticələrindən  şikayətin 

verilməsi  prosedurlarını  asanlaşdır-

maq  məqsədilə  GISIS  portalının  in-

kişaf  etdirilməsi  müzakirə  edilib.  Li-

man dövlətləri tərəfindən Beynəlxalq 

Dəniz Təşkilatı və Beynəlxalq Əmək 

Təşkilatına məlumatların təqdim edil-

mə  prosedurlarının  asanlaşdırılması 

məqsədilə GISIS portalında “bir pən-

cərə”  sisteminin  yaradılması  məqsə-

dilə  BDT-nin  katibliyinə  BƏT  katib-

liyi  ilə  müzakirələr  aparması  tövsiyə 

edilib.


Seminarın  hər  iki  ildən  bir  keçi-

rilməsi  və  növbəti  seminarlarda  di-

gər məsələlərlə yanaşı, liman nəzarət 

müfəttişlərinin  nəzarət  yoxlaması 

zamanı  kameralardan  istifadə  etməsi 

məsələsinin  müzakirə  edilməsi  təklif 

edilib.

Xatırladaq  ki,  dövlət  liman  nə-



zarəti  üzrə  ilk  anlaşma  memorandu-

mu (Dövlət liman nəzarəti üzrə Paris 

Anlaşma memorandumu) 1982-ci ildə 

imzalanıb,  daha  sonra  Beynəlxalq 

Dəniz  təşkilatı  tərəfindən  fəaliyyəti 

dəstəklənən,  həmçinin  Avropanın  və 

Şimali  Atlantikanın  ərazilərini  əhatə 

edən    digər  regional  liman  nəzarəti 

üzrə ixtisaslaşmış beynəlxalq qurum-

lar  yaradılıb.  Bunlara  Tokyo,  Latın 

Amerika,  Karib  hövzəsi,  Qərbi  və 

Mərkəzi  Afrika,  Qara  dəniz,  Aralıq 

Dənizi, Hindistan okeanı, Fars körfəzi 

və Amerika  Birləşmiş  Ştatları  aiddir. 

Azərbaycan  Respublikası  dövlət  li-

man nəzarəti üzrə Qara dəniz Anlaş-

ma  Memorandumunda  müşahidəçi 

qismində çıxış edir.



Dövlət liman nəzarəti üzrə ixtisaslaşmış Beynəlxalq 

qUrUmlar əməkDaşlığın, vahiD sistemin yaraDılmasının 

və məlUmat müBaDiləsinin inkişafını sürətlənDirəcək

Bakı Limanı Azərbaycan 

hökumətinin siyasətində ölkənin 

nəqliyyat qovşağına çevrilməsi 

üçün mühüm yer tutur.

Nəqliyyat,  Rabitə  və  Yüksək 

Texnologiyalar  Nazirliyinin  mətbuat 

xidmətindən  bildirilib ki, bu sözləri 

Fransanın Azərbaycandakı fövqəladə 

və səlahiyyətli səfiri xanım Orelia Bu-

şez nəqliyyat, rabitə və yüksək texno-

logiyalar  naziri  Ramin  Quluzadə  ilə 

Ələtdə tikilməkdə olan yeni Bakı Li-

manına səfəri zamanı deyib.

Nazir  Ramin  Quluzadə  bildirib 

ki, Ələt qəsəbəsində tikilməkdə olan 

yeni Bakı Limanı Xəzər dənizi regi-

onunun  ən  böyük  limanıdır.  Ərazidə 

tikintinin birinci fazası bitdikdən son-

ra limanın yük qəbuletmə qabiliyyəti 

ildə 15 milyon ton, sonuncu 3-cü fa-

zanın inşası ilə isə 25 milyon ton və 1 

milyon TEU konteyner olacaq.

Nazir,  həmçinin  qeyd  edib  ki, 

Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti 

və  Ələt  qəsəbəsində  tikilməkdə  olan 

yeni  Bakı  Limanı  ölkənin  ən  böyük 

nəqliyyat  layihələri  olaraq,  bərpa 

olunmaqda olan qədim İpək Yolunun 

ayrılmaz  hissəsidir.  Eyni  zamanda 

nazir  cari  ilin  yay  aylarında  Fransa-

ya səfəri zamanı fransalı həmkarı ilə 

görüşdüyünü  və  telekommunikasiya, 

nəqliyyat  sahəsində  Azərbaycanın 

əməkdaşlığa  hər  zaman  hazır  oldu-

ğunu  bildirib,  Fransa  şirkətlərini  5-8 

dekabr tarixlərində baş tutacaq XXIII 

“Bakutel” sərgisinə dəvət edib.

“Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanı”  QSC-nin  baş  direktoru  Ta-

leh Ziyadov Azərbaycanın tarixi İpək 

Yolunda  oynadığı  rolu,  yeni  limanın 

Ələtdə  inşa  olunmasının  zərurəti,  o 

cümlədən ölkə və regionun iqtisadiy-

yatına  verəcəyi  töhfələr  barədə  qo-

naqları məlumatlandırıb.

T.Ziyadov Fransa şirkətlərini yeni 

limanda  birgə  fəaliyyətə  dəvət  edib. 

Eyni zamanda baş direktor 2018-ci il 

mayın 8-11-də keçiriləcək və Bakı Li-

manının  ev  sahibliyi  edəcəyi  Dünya 

Limanları  Assosiasiyasının  (IAPH) 

illik toplantısı barədə səfirə məlumat 

verib.


Səfir Orelia Buşez öz növbəsində 

bildirib ki, Ələt qəsəbəsində tikilmək-

də  olan  yeni  Bakı  Limanı  layihəsi-

nin  inşasını  yaxından  izləyir.  Onun 

sözlərinə  görə,  qeyd  olunan  liman 

Azərbaycan  hökumətinin  siyasətində 

ölkənin  nəqliyyat  qovşağına  çevril-

məsi üçün mühüm yer tutur və Fransa 

həm  iqtisadi,  həm  də  siyasi  cəhət-

dən  qeyd  olunan  layihəni  dəstəklə-

yir.  Səfir  ölkəsinin  böyük  limanları 

olan “Marsel”, “Port of Le Havre” və 

“Dyunkerk” limanları ilə Bakı Lima-

nının  əməkdaşlıq  etməsində  maraqlı 

olduqlarını vurğulayıb.

səfir: "Bakı limanı azərBaycan hökUmətinin siyasətinDə ölkənin 

nəqliyyat qovşağına çevrilməsi üçün mühüm yer tUtUr"

Azərbaycanda səfərdə 

olan Əfqanıstan İslam 

Respublikasının maliy-

naziri Əklil Əhməd 

Hakiminin rəhbərlik etdiyi 

nümayəndə heyəti “Bakı 

Beynəlxalq Dəniz Ticarət 

Limanı” QSC-də olub.

Tanışlıq  zamanı  qo-

naqlara  Ələt  qəsəbəsində 

tikilməkdə  olan  yeni  Bakı 

Limanının inkişaf konsepsi-

yasının ölkəmizin qeyri-neft 

sektorunun  inkişafına,  ti-

carət  dövriyyəsinin  artma-

sına  ciddi  töhfə  verəcəyi 

bildirilib.

Bakı Limanının baş direktoru Ta-

leh Ziyadov 2011-ci ildə start götürən 

yeni  Bakı  Limanının  (Ələt  qəsəbəsi) 

tikintisinin  üç  fazadan  ibarət  olacağı 

barədə  məlumat  verərək  bildirib  ki, 

bütün  fazalar  bitdikdən  sonra  lima-

nın  ümumi  yükaşırma  həcminin  25 

milyon ton ümumi yük və 1 000 000 

TEU-ya qədər genişləndiriləcəyi göz-

lənilir.


Eyni  zamanda  qonaq-

ların  diqqətinə  çatdırılıb 

ki,  son  illər  ərzində  Bakı 

Limanı  tərəfindən  liman 

əməliyyatlarının  aparıl-

masında  şəffaflığın  təmin 

edilməsi,  yeni  innovativ 

texnologiyanın  tətbiqi  və 

prosedurların  beynəlxalq 

standartlara  uyğun  aparıl-

ması  istiqamətində  mü-

hüm  işlər  görülüb  və  bu 

işlər davam etməkdədir.

Əfqanıstanın  maliyyə 

naziri Əklil Əhməd Haki-

mi  öz  növbəsində  vurğu-

layıb  ki,  ölkəsinin  ticarət  dövriyyə-

sində Bakı Limanı mühüm yer tutur, 

Əfqanıstana  gələn  yüklərin  bir  qismi 

yeni Bakı Limanından keçərək ölkəyə 

daxil olur.

əfqanıstana gələn yüklərin Bir qismi yeni 

Bakı limanınDan keçərək BU ölkəyə Daxil olUr



Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə