Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


22 noyabr 2017-ci il   № 81-84 (9175)

7

yarızarafat,

yarıgerçək

yavaş danışdığım üçün dediklərim çox 

adama çatmır?

iki  uzunqulağın  arpasını  bölə  bil-

məyəndən  ancaq  və  ancaq  arpası  çox 

düşən razılıq edə bilər.

Bundan sonra ayağımın altını qazaca-

ğam.  Bir vaxtlar ayağımın altını qazanla-

rın əksəriyyəti indi imkanlı  adamlardır.

qadının  göz  yaşlarını  tökməyə  gücü 

çatan kişinin gücü soğandan çox deyil.

insan kimi yaşamağın bir yolu var:dü-

rüst olmaq.

heç nə səhvlər qədər adamı kiçiltmir.

oynamadığım  üçünmü  mən  heç  vaxt 

qazanmadım?

sənə inanana sayğı göstər, hər “sayğı” 

göstərənə isə inanma.

Bəzi  ideyaların  başağrısından  başqa, 

nəticəsi olmur.

sizi  satan  dostlarınızdan  inciməyin. 

Dəyəriniz olmasaydı, sata bilməzdilər.

ömür elə tez keçir ki, gələcək haqqın-

da fikirləşməyə vaxt tapmırsan.

gözün toxluğu bütün qarınların toxlu-

ğundan üstündür.

mən çox şey itirmişəm. amma heç nəyi 

nəyi isə qazanmaq xatirinə itirməmişəm.

söyüddən bar gözləmədiyim kimi, heç 

kəsdən mərhəmət gözləmirəm.

Bu qədər günahla allah qarşısına necə 

çıxacağıq?

mən zəngin və imkanlı adamların heç 

kimiyəm. heç kimi olmayanların isə ki-

misəyəm.

nə qədər çox dərk etdimsə, o qədər çox 

üzüldüm. nə qədər çox üzüldümsə, o qə-

dər də çox dərk etmək istədim.

Deyəsən,  “tarix-nadir”i  yarıyacan 

oxuyanların  yarısı  özünü  tarixçi  sayır, 

yarısı da ədəbiyyatçı.

əzrayıldan  qorxmağa  dəyməz.  hələ 

kimsə onu satın ala bilməyib.

onsuz  da  səni  yolundan  döndərmək 

istəyən  çox olacaq. sən də dönmək barə-

də fikirləşmə.

pulla çox şeyi satın almaq olur. ən pis 

odur ki, pul adamın ağlını başından alsın.

şəriklik pis olduğu  üçün heç kim heç 

kimin  dərdinə şərik olmur?

insanlıqdan  nə  qədər  uzaqlaşmaq  la-

zımdır ki, bir adamın başqasına yaxşılığı 

adama möcüzə kimi görünsün?

adamları  üzündən  oxuyandan  oxu-

maq həvəsim tamam ölüb.

hər günüm eyni sualla bitir:məni ba-

ğışlamaq olarmı?

səbrin və vaxtın nə qədər çox olsa da, 

pis adamdan yaxşılıq gözləmə.

mən  böyümək  istəmirəm.  onsuz  da 

adamlar gündən-günə cılızlaşırlar.

yaxşılıqdan başqa, əlimizdən gələn hər 

şeyi etdik.

Döyüşə satqınlarla gedən ağ bayraq da 

götürməlidir.

ekoloqların qadağasına baxmayaraq, 

arabir şir ürəyi də yemək lazımdır.

Bəşəriyyətin bir xilas yolu var:insanlı-

ğa doğru getmək. qalan yollar onu məh-

və aparır.

yaltaqları həmişə dəyişmək olar.

görəsən, hər vəzifəli və ya imkanlıya 

orta hesabla neçə yaltaq düşür?

yaltaqlar mənən şikəst adamlardır. və 

bəlkə  yeganə  şikəstlərdir  ki,  mərhəmətə 

yox, nifrətə layiqdirlər.

yaltaqlıq irsən keçir?

insanı həyata bağlayan... ölüm qorxu-

sudur.

kişilər ailə qurmazdan əvvəl gözlərini, 

ailə  qurandan  sonra    ciblərini  geniş  aç-

malıdırlar.

Böyük  adamın    kiçik  xətası  da  kiçik 

adamın böyük xətasından böyük olur.

hamını tanımaq vacib deyil. ətrafını 

yaxşı tanı.

ən  qısa  və  ən  rahat  yol  cəhənnəmə 

aparan yoldur.

Rasif  TAHİROV

www.seanews.az

İndoneziyada dəniz hey-

vanlarının qeyri-adi xilasedil-

mə əməliyyatı həyata keçirilib. 

Açex vilayətində xilasedicilər 

və yerli sakinlər Uconq Karenq 

çimərliyi ərazisində özlərini 

sahilə atan 10 kaşalotu xilas 

etməyə çalışıblar.

  Interfax  informasiya  agentliyi 

xəbər verir ki, hadisə nəticəsində 4 

kaşalot ölüb, 6 kaşalotu isə dənizə 

qaytarmaq  mümkün  olub.  İnsanlar 

onların  tələf  olmuş  həmcinslərinin 

yanına - sahilə qayıdacağından eh-

tiyatlanırlar.

Balinaların  bu  hərəkətinin  sə-

bəbləri məlum deyil. Ola bilsin ki, 

bu, hər hansı xəstəliklə bağlıdır.

Türkiyənin Van 

gölünün dərinliyində 

tarixi qala divarları aş-

karlanıb. Daş divarlar 

böyük bir ərazini əhatə 

edir.

Gölün dərinliyindəki 

tədqiqat  işləri  Van  Yü-

züncü  Yıl  Universiteti 

tərəfindən  aparılır.  İlkin 

ehtimala  görə,  təxminən 

3000 il yaşı olan divarlar 

Adilcevaz qalasına məxsusdur. Van 

gölünün  suyunun  tərkibində  çox 

miqdarda  soda  olduğu  üçün  qala 

divarlarının daşlarında çürümə mü-

şahidə edilməyib.



İsveçin buz otellər 

tikintisi üzrə ixtisaslaşmış 

“ICEHOTEL” şirkəti öz 

müştərilərinə yeni layihə 

təqdim edib.

  billionnews.ru  saytı  bil-

dirir  ki,  otel  ölkənin  qütb  da-

irəsinin  200  kilometrliyindəki 

kəndlərdən  birində  yerləşir. 

Binanın  daxilində  temperatur 

mənfi 5-8 dərəcə arasında də-

yişir.


Buz  çarpayıların  üzərinə 

maral  dərisi  salınır,  gecə  isə 

müştərilərə  termik  yataq  veri-

lir.


Xüsusi soyutma sistemləri 

hesabına  ilin  heç  bir  fəslində 

əriməyən  oteldə  buzdan  ha-

zırlanmış kilsə, kokteyl zalı və 

saunalar fəaliyyət göstərir.

BUz otel

Niderland arxitek-

torları “Bəsdir oturdun” 

adlı unikal layihə təqdim 

ediblər.

  billionnews.ru  saytı  bil-

dirir  ki,  layihə  müəlliflərinin 

əsas  məqsədi  oturacaq  yerləri 

olmayan  ofislərin  yaradılma-

sıdır. Bununla da ofis işçilərini 

oturaq  həyat  tərzindən  ayır-

maq,  fiziki  hərəkətlərə  vadar 

etməkdir.

işçiləri ayaq üstə işləyən ofis

İsveçin “Easypark” İT 

şirkəti ekspertlərinin araş-

dırmalarına görə, Kopen-

hagen dünyanın ən “ağıllı” 

şəhəridir. Şirkətin dərc etdiyi 

reytinqdə Danimarka pay-

taxtından sonra Sinqapur 

və Stokholm şəhərləri gəlir. 

Siyahını hazırlayanlar sürətli 

internet, ekoloji cəhətdən 

təmiz enerji ilə təchizat, əha-

linin yüksək fəallığı, sahib-

karlar üçün əlverişli şərait və 

digər amilləri nəzərə alıblar.

Almaniya  şəhərləri  ara-

sında ən “ağıllı” Berlin hesab 

edilib.  Bu  şəhər  beynəlxalq 

reytinq siyahısında 13-cü yer-

dədir.  Siyahıda  Hamburq  14, 

Münxen  25,  Düsseldorf  26, 

Bayroyt  29,  Hannover  30-cu 

yeri  tutub.  Rusiya  şəhərlərin-

dən  Moskva  77,  Sankt-Peter-

burq 88-ci yerdə olub.

“Easypark” 

şirkətinin 

açıqladığı  siyahı  urbanizasiya 

və  informasiya  texnologiya-

larının  inkişafı  mövzularını 

işıqlandıran  20  min  jurnalis-

tin  dəyərləndirməsinə  əsasən 

dünyanın 500 şəhəri haqqında 

məlumata əsaslanıb.



Dünyanın ən “ağıllı” şəhəri

Mütəxəssislər ətraf 

mühitin tədqiqi zama-

nı aşkar ediblər ki, çay 

nəqliyyatı mühərriklərin-

dən atmosferə buraxılan 

qazlar Avropanın paytaxt 

şəhərlərində havanın 

çirklənməsində mühüm 

rol oynayır.

Son illər iri çay liman-

larının  sərhədində  Vlta-

va,  Dunay,  Reyn,  Odra  ilə 

hərəkət daha intensiv oldu-

ğu üçün hökumət orqanları 

zərərli  tullantıların  atmos-

ferə buraxılmasının azaldılması yolla-

rını vacib hesab edirlər.

Təkcə  Praqanın  Smixov  şlüzün-

dən ildə 25 min kater və paroxod ke-

çir. Çexiyanın “Deník” nəşri xatırladır 

ki, hazırda paytaxtda dəniz nəq-

liyyatı  mühərriklərindən  atmos-

ferə buraxılan tullantılar heç cür 

tənzimlənmir.  Heç  bir  gəminin 

istismara nə vaxtdan buraxılma-

sının və onun vəziyyətinin qey-

diyyatı aparılmır. Hazırda şəhər 

hakimiyyət  orqanları  su  nəqliy-

yatının  hərəkətin  ümumi  tən-

zimlənməsi  sisteminə  salınması 

imkanını  müzakirə  edirlər  ki, 

bu, şəhərdə tüstü görünməsi re-

jimi elan ediləcəyi təqdirdə çay 

gəmilərinin  hərəkətinə  qadağa 

qoymağa imkan verəcək.

Pərvanə Qarayeva

sU nəqliyyatının hərəkətin ümUmi tənzimlənməsi 

sisteminə salınması imkanı müzakirə eDilir

Çinin “Zhejiang Geely Holding 

Group”u ABŞ-ın uçan avtomobillə-

rin istehsalı üzərində işləyən “Terra-

fugia Inc” şirkətini alır.

Çin  şirkətinin  rəsmiləri  alqı-satqı 

haqqında ətraflı məlumat yaymasa da, 

sövdələşmənin ABŞ-ın bütün müvafiq 

qurumları ilə razılaşdırıldığını bildirib. 

“Geely”  uçan  avtomobil  layihəsinin 

reallaşması  üçün  “Terrafugia”  şirkə-

tinə əlavə sərmayə yatırmağı söz verib. 

Razılaşmaya  əsasən,  “Terrafugia”nın 

baş  ofisi  ABŞ-da  fəaliyyətini  davam 

etdirəcək.

Qeyd edək ki, 11 il əvvəl yaradılan 

“Terrafugia” şirkəti 2019-cu ildə özü-

nün ilk uçan avtomobilini bazara çıxar-

mağı  qarşıya  məqsəd  qoyub.  Bundan 

başqa,  şaquli  istiqamətdə  enib-qalxan 

ilk  avtomobilin  2023-cü  ilədək  hazır 

olacağı güman edilir.

Müxtəlif  növ  avtomobil  və  mo-

tosiklet  istehsal  edən  Çin  şirkəti  ötən 

il  “Geely”  və  “Volvo”  brendi  ilə  1,6 

milyon avtomobil, o cümlədən “Lon-

don Taxi” modeli satıb. Şirkət 2010-cu 

ildən  “Volvo”nu  (100  faiz),  2012-ci 

ildən “The London Taxi Company”ni 

(100 faiz), cari ilin iyununda isə “Lo-

tus”  idman  avtomobili  istehsalçısını 

(49,9  faiz)  alıb.  Ümumi  dövriyyəsi 

23 milyard ABŞ dollarından çox olan 

“Geely”nin 9-u xaricdə olmaqla 18 za-

vodu, 60 mindən çox işçisi var.

Şahin Cəfərov

Avstriya sakinləri alkoqol və 

nikotin qəbuluna görə Avropada 

arzuolunmaz öncül yerlərdən birini 

tuturlar. İqtisadi Əməkdaşlıq və 

İnkişaf Təşkilatının (İƏİT) yaydı-

ğı “Sağlamlığa baxış - 2017” adlı 

hesabata əsasən, bu ölkədə əhalinin 

24 faizi hər gün siqaret və ya digər 

tütün məmulatlarından istifadə 

edir. İƏİT məkanında bu 

sahədə orta göstərici isə 

18 faizdir. Təşkilata üzv 

ölkələrdə əhali arasında 

siqaret aludəçilərinin sayı 

son 15 ildə orta hesabla 25 

faizdən 18,4 faizə endiyi 

halda, Avstriyada bu göstə-

rici dəyişməz olaraq qalıb. 

Tütün məmulatlarına mey-

llilik şkalasında Avropada 

Avstriyanı qabaqlayan 

yeganə ölkə Yunanıstan 

(27,3 faiz) olub.

Təşkilatın  hesabatında,  həmçinin 

Avstriyada  ictimai  iaşə  obyektlərində 

siqaretin tamamilə qadağan olunması-

na dair 2018-ci ilin mayında qüvvəyə 

minəcək qanun düzgün, lakin yetərin-

cə gecikmiş addım kimi dəyərləndiri-

lib.


Spirtli içkilərin istehlakında Avst-

riya Litva və Belçikadan sonra üçün-

cü yerdə qərarlaşıb. Bu ölkədə hər bir 

şəxs illik orta hesabla 12,3 litr alkoqol 

qəbul edir. Avropada ən az spirtli içki-

ni isə norveçlilər istehlak edir, bu ölkə-

də  adambaşına  spirtli  içki  istehlakı  6 

litrə bərabərdir.

Əhalinin  zərərli  vərdişlərə  mey-

lliliyinin  orta  statistikadan  yüksək 

olmasına  baxmayaraq,  Avstriya  əhali 

uzunömürlülüyü ilə diqqəti cəlb edib. 

Ötən əsrin 70-ci illəri ilə müqayisədə 

əhalinin orta ömür həddi 11 il uzana-

raq,  80,6  ilə  çatıb.  Buna  əsas  səbəb 

kimi  ölkədə  təkmil  səhiyyə  sistemi 

və  tibbi  təminatın  olması  göstərilib. 

Uzunömürlülər siyahısında liderlik isə 

87,1 yaşla Yaponiya əhalisinə məxsus-

dur.


Elgün Niftəli

alkoqol və nikotin qəBUlUna görə 

arzUolUnmaz öncül yerlərDən Birini tUtUrlar

“geely” korporasiyası 

Uçan avtomoBillər 

istehsal eDən 

şirkəti alır

Balinaların qeyri-aDi 

xilaseDilmə əməliyyatı 

gölün DiBinDə qəDim 

qala Divarları tapılıB

Çinin Quancou şəhərində dünyanın 

2 min tonluq ilk tam elektrik gəmisi suya 

buraxılıb.

Quancou  gəmiqayırma  zavodunda  inşa 

edilmiş  gəmi  2  saat  enerji  yığmaqla  80  kilo-

metr məsafə qət edə bilir. Uzunluğu 70,5 metr, 

eni 13,9 metr olan gəminin enerji batareyaları-

nın tutumu 2400 kilovat/saatdır.

Zavodun mütəxəssisləri gələcəkdə daha da 

təkmilləşdirilmiş modellər inşa etməyi planlaş-

dırırlar.

Müxtəlif mənbələrdən 

alınan məlumatlara əsasən, 

keçən əsrin əvvəlində Xəzər 

suitilərinin sayı təqribən 1 

milyona yaxın olub. Lakin 

böyük britaniyalı alimlərin 

apardıqları tədqiqat nəticə-

sində bu rəqəmin 110 minə 

qədər azaldığı müəyyənləşib. 

Rusiyanın Xəzər Balıqçılıq 

Təsərrüfatı İnstitutu isə on-

ların sayının 380 min olduğu 

barədə məlumat veriblər. Ha-

zırda Xəzər suitilərinin sayı 

təhlükəli həddə düşüb. Buna 

səbəb olan amillərdən biri də 

qidalandığı kilkələrin sayının 

on üç-on dörd il əvvələ nis-

bətən 10 dəfə azalmasıdır.

Bu  barədə    Ekologiya  və 

Təbii  Sərvətlər  Nazirliyinin 

(ETSN) Elmi-Tədqiqat Balıq-

çılıq  Təsərrüfatı  İnstitutunun 

direktoru  Mehman  Axundov 

məlumat verib.

Direktor  qeyd  edib  ki, 

Xəzər  suitilərinin  adının 

BMT-nin  Vəhşi  Heyvanların 

Miqrasiya  edən  Növlərinin 

Qorunması  üzrə  Konvensi-

yanın  1  saylı  əlavəsinə  daxil 

edilməsi  nəticəsində  bütün 

Xəzəryanı  ölkələrdə  onla-

rın  ovuna  qadağa  qoyulacaq. 

Azərbaycanda  1952-ci  ildən 

etibarən  həmin  dəniz  canlı-

larının  ovlanmadığını  vurğu-

layan  M.Axundov  suitilərin 

yalnız  Rusiya  tərəfindən  ov-

landığını  söyləyib.  Belə  ki, 

şimal  qonşularımız  qış  ayla-

rında yeni doğulmuş suiti ba-

lalarını ovlayırlar.

İnstitutun direktoru Xəzə-

rin  Şah  Dili  burnunda  Xəzər 

suitiləri  üçün  dəniz  qoruğu-

nun yaradıldığını və 200-ə qə-

dər fərdin mühafizə olunduğu 

ərazilərə gəldiyini də bildirib.

xəzəryanı ölkələrDə sUitilərin 

ovUna qaDağa qoyUlacaq

ilk elektrik gəmisi sUya BUraxılıB



Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə