Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


22 noyabr 2017-ci il   № 81-84 (9175)

Baş reDaktor

rasif iman oğlu

tahirov

ünvanımız:

az1029, Bakı şəhəri,

heydər əliyev prospekti, 152

telefonlarımız:

Baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

qəzetin təsisçisi:

“azərbaycan xəzər Dəniz

gəmiçiliyi”

qapalı səhmdar 

cəmiyyəti

qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 3379

8

www.seanews.az

İstək olan yerdə hər şey etməyin 

mümkün olduğunu düşünür. Amma 

təkcə istəməklə hər şey əldə etmək müm-

kün deyil. Deyir ki, bunun üçün çox 

çalışmalı, daima hərəkətdə olmalısan. 

Müsahibimiz dənizçi və idmançı xanım 

Fəridə Abdullayevadır. Uşaqlıqdan bəri 

idmana həvəsi olan  həmsöhbətim bil-

dirdi ki, əvvəl sırf özünümüdafiə üçün 

karate ilə məşğul olub, sonra proseslər 

peşəkar idmançı olması istiqamətində 

cərəyan edib.

Qeyd edək ki, F.Abdullayeva 1993-cü 

ildə Bakı şəhərində anadan olub. Bakıxa-

nov  qəsəbəsində  74  nömrəli  məktəbdə 

oxuyan Fəridə 9-cu sinifdən sonra təhsi-

lini  Bakı  Peşə  Liseyində  davam  etdirib: 

"Liseyi    bitirib  sənədlərimi  Dəniz  Aka-

demiyasına təqdim etdim. İmtahan verib 

Nəqliyyatda  daşımalar  və  İdarəetmənin 

təşkili  mühəndisliyi  ixtisasına  qəbul  ol-

dum. Oxuduğum müddət ərzində mağaza-

lar şəbəkəsinin birində kassir  işləyirdim. 

Dərslər günorta saat 1-də bitdiyinə görə, 

saat 6-da işə getmək imkanım olurdu. Bu 

müddət  ərzində  "Caspian  Marine  Servi-

ces” şirkətinin ümumi və kommersiya şö-

bəsində vakant yer olduğunu öyrəndim və 

orada işə başladım. Orada bir il işlədikdən 

sonra "Azersun” Holdinqdə  özümü sına-

dım.  Lakin  nədənsə,  həmişə  öz  yerimdə 

olmadığımı fikirləşirdim. Ona görə, fərq-

li  sahələrə  üstünlük  verməyə  başladım. 

"Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-də  tələbələrin  işlə  təmin  edildiyini 

öyrəndim və ora müraciət etdim. Artıq bu 

ilin fevral ayından orada çalışıram”.



- həm dənizçi, həm idmançı. Bu 

sahələrdə xanımlara çox az rast gəlinir. 

ikisi bir arada çətin deyil?

-  Bütün  bunlar  təsadüf  deyil.  Mən 

həmişə güc tələb olunan yerlərə üstünlük 

verirəm. Ona görə də liderliyin daha çox 

olduğu  sahələr  diqqətimi  çəkib.  Əslində 

istək  varsa,  hər  şey  etmək  mümkündür. 

Ancaq istəkdən əlavə, hərəkət də lazımdır. 

Mənə görə, həyat hərəkətdən ibarətdir. Su 

da bir stəkanda qalanda kiflənməyə başla-

yır. Ona görə də daima hərəkətdə olmağa 

çalışıram.  Ünsiyyətcil  biriyəm  və  insan-

ların  olduğu  mühitə  daha  çox  üstünlük 

verirəm. İdmandan əlavə, psixologiya və 

fəlsəfəyə  böyük  marağım  var.  Detektiv 

əsərləri, xüsusən Çingiz Abdullayevin ki-

tablarını oxuyuram.



- idmançı kimi ilk addımlarınızı at-

mağa nə vaxtdan başladınız?

- Atamgil  4  qardaş  olublar.  Onların 

da hərəsinin iki oğlu olub. Nəsildə ən so-

nuncu  qız  mən  olmuşam. Anam  həmişə 

fikirləşirdi ki, qızımı evdə tək qoyub get-

səm,  onu  incidə  bilərlər.  Məndən  böyük 

qardaşım  var.  Amma  o  da  sakit  təbiətli 

biridir.  İlk  vaxtlar  məni  bir  növ  özünü 

müdafiə üçün idmana göndərdilər. Lakin 

müəllimim  həvəsim  və  potensialım  ol-

duğunu gördü və mənə yarışlara çıxmağı 

təklif etdi. Qatıldığım ilk yarışda respub-

lika  üzrə  birinci  yeri  qazandım.  Bundan 

sonra həvəsləndim və daha da çox məşğul 

olmağa başladım. Onu da qeyd edim ki, 

idmanla  məşğul  olmağıma  baxmayaraq 

təhsili heç vaxt kənara atmamışam. Çün-

ki  idman  hansısa  yaş  həddinə  qədərdir. 

Amma  ixtisas,  insanın  aldığı  təhsil  ona 

həmişə lazım olur. Təqribən 13 il karate 

ilə məşğul oldum. Sonuncu dəfə İsveçrə-

də dünya kubokunda birinci oldum. Hətta 

karateni  atdıqdan  sonra  içimdəki  idman 

həvəsi  ölmədi.  Bir  müddət  taekvando, 

boksla  məşğul oldum. Amma bu idman 

növləri  mənim  diqqətimi  bir  o  qədər  də 

çəkmirdi. Sonra elə oldu ki, işə getdiyim 

vaxt kikboksinq üzrə 5 qat dünya çempi-

onu  Pərviz Abdullayevin  böyük  bir  pla-

katı ilə rastlaşdım. Araşdırma apardım və 

"Youtube”da  videolara  baxdım.  Gördüm 

ki, orada əl və ayaq döyüşləri var. Beləcə, 

kikboksinqlə  məşğul  olmağa  başladım. 

Amma  başlamamışdan  öncə  bu  sahədə 

potensialımın  olub-olmamağı  haqqında 

müəllimimin fikrini öyrəndim.



- idman şəxsi həyatınıza mane ol-

mur ki?

- Demək olar ki, şəxsi həyatım yox-

dur.  Uşaqlıqdan  bəri  ətrafımda  oğlanlar 

daha çox olub deyə, mən də oğlan kimi 

böyümüşəm. Hətta, uşaq vaxtı "samokat” 

sürürdüm. Mən uşaqlığımı telefon, kom-

püter,  televizorla  keçirməmişəm.  Yəni, 

uşaqlığımdan  istədiyim  kimi  həzz  almı-

şam. İdmanla məşğul olduğum vaxtlarda 

qızlarda karateyə  o qədər də həvəs yox 

idi.  Ona  görə  də,    karateyə  başlayanda 

orada hamı oğlan idi. Liseydə də cəmi 3 

qız idik. Orada oğlanları mən idarə edir-

dim. Hər zaman oğlanlar içində olduğuma 

görə, elə oğlan kimi də böyüyürəm.

-  ailə  qurandan  sonra  bəzən  xa-

nımlar idmana vaxt ayıra bilmirlər...

-  Məncə,  hər  bir  xanımın  dayağı 

öz  ailəsi  olmalıdır.  Adətən,  idmançılar 

məqsədə çatdıqdan sonra daha da çox qa-

zanmaq istəyirlər. Amma bu da qismətdən 

asılıdır. Gələcəkdə ailə qursam, əlbəttə ki, 

ailəmə daha çox zaman ayıraram, nəinki 

idmana. Lakin bununla belə, həmişə özü-

mü formada saxlamağa çalışaram. Ümu-

miyyətlə, artıq çəki insanın sağlamlığına 

ziyandır.  İnsan  özünə  nə  qədər  baxarsa, 

bir o qədər yaxşıdır. Adətən, insanlar gün 

boyu  ofis  şəraitində  gəzmədən  otururlar. 

Gecə  də  hərəkətdə  olmuruq.  Evə  gəl-

dikdən  sonra  yemək  yeyib  yatırıq.  Mən 

kikboksinqə başlayanda qarşıma məqsəd 

qoydum ki, su içməliyəm. Çünki burada 

çox  enerji  itirirsən  və  su  içmək  lazım-

dır. Şirniyyatı çox sevsəm də, qədərində 

yeməyə  çalışıram.  İdmanla  məşğul  ol-

madığım  vaxtlarda  belə,  hərəkətsiz  qal-

mıram.  Adi  vaxtda  gəzəndə  də  sürətli 

hərəkət edirəm. Bəlkə də bu xarakterdən 

asılıdır. Nə qədər çox aktiv və sürətli olsa-

nız,  həmişə birinci siz olacaqsınız.

- eyni vaxtda həm işə, həm idmana 

vaxt çatdırmaq çətin deyil ki?

-  Düzü,  işdən  sonra  yorğun  halda 

gecə vaxtı məşqə getmək bir az çətindir. 

Məşqlərimiz  axşam  saat  8-də  başlayır. 

Evə  çatanda  artıq  ikiqat  yorğun  oluram, 

hər şey monotonlaşır. Zəif tərəflərimi bil-

diyim  üçün  onların  üzərində  işləyirəm. 

Qorxmuram, ancaq hər zaman onu ağlıma 

gətirirəm  ki,  əlləri  aşağı  salmaq  olmaz. 

Nəinki  idmanda,  bu,  həyatda  da  belədir. 

Məsələn,  işdə  hansısa  vəzifədəyəmsə, 

zəiflik göstərib deyə bilərəm ki, əşi bu nə 

vəzifədir, gərək mən işimi dəyişim. Bəlkə 

başqa  yerdə  daha    çox  qazana  bilərəm. 

Amma o, bir müddət olacaq. Səbir göstə-

rib hər zaman möhkəm olmaq, bəzi şeylə-

ri görməməzlikdən gəlmək, hər bir vəziy-

yətə hazır olmaq gərəkdir. Bütün detallara 

fikir verməli, tələsməməlisən.

-  hiss  olunur  ki,  təkcə  fiziki  yox, 

daxilən də güclü birisiniz...

-  Fiziki  güc  başqa,  daxili  güc  tam 

başqa şeydir. Daxili güclə, dağı da yerin-

dən tərpətmək olar. Bilmirəm belə demək 

nə dərəcədə düzgündür, amma daxili güc 

bütün  sahələrdə  -  ailədə,  işdə,  idmanda 

hər  şeyi  yerindən  tərpədər.  Məsələn,  bir 

yarışda  qarşımdakını  nokaut  etməyimin 

səbəbi də daxilimdəki gücü hiss etməyim 

oldu ki, onu vurub aşıra bildim.



- Bu haqda bir az ətraflı danışasınız 

bəlkə...

- Yarışların birində rəqibimin müəlli-

mi ona mənim ayaqlarla daha yaxşı işlədi-

yimi deyib. Mənim müəllimim isə yarış-

dan əvvəl mənə dedi ki, sən qarşındakına 

sürpriz etməlisən. Bilirsiniz, müəllimdən 

çox şey asılıdır. Şükürlər olsun ki, müəl-

limim Mehman Umudov çox təcrübəlidir. 

Sürpriz deyəndə nəyi nəzərdə tutduğunu 

bilmirdim. O, hər kəsin mənim ayaqla iş-

lədiyimi, əl ilə zəif olduğumu fikirləşdiyi-

ni dedi. Əlavə etdi ki, sən onu əl ilə yıxa 

bilərsən. Və  mən  yarışda  rəqibimi  əl  ilə 

nokaut etdim. O anda mən kənardan heç 

nəyi hiss etmirdim, amma daxili gücümə 

arxalanaraq  əl  ilə  işləməyə  başladım  və 

nəticəsi də oldu.

- sizə görə, qələbənin sirri nədədir?

-  Rinqdə  olanda  rəqibin  zəif  oldu-

ğu  anı  tutmağı  bacarmalısan.  Boşluğu 

tuta bilsən, rəqibini məğlub edə bilərsən. 

Belə  olanda  rəqib  ayaq  üstə  çox  dayana 

bilməyəcək. Çünki bu, onun zəif yeridir. 

Mən  karatedən  gəldiyimə  görə,  əlim  bir 

az  zəifdir.  Həmişə  oğlanlarla  məşq  et-

məyə  çalışıram.  Bir  dəfə  qızlarla  məşq 

etdim  və  başa  düşdüm  ki,  burada  olsam 

zəifləyərəm. Güclü olmaq üçün özündən 

güclülərlə  döyüşməlisən.  Ümumiyyətlə, 

heç  bir  yarış  asan  olmur,  istər-istəməz 

həyəcan və məsuliyyət olur. Sənə inanan 

insanları  pis  vəziyyətdə  qoymamalısan. 

Mən  həmişə  özümdən  çox  müəllimimi 

fikirləşirəm.  Bu  yarışa  çıxacağımı  bil-

mirdim.  Düşünürdüm  ki,  sadəcə,  tama-

şaçı olaraq baxacağam. Kikboksinqdə ilk 

dəfə olsa da, karatedə müvəffəqiyyətlərim 

olub.  Müəllimim  mənə  "yarışa  çıxırsan” 

deyəndə, onun gözlərində olan inamı gör-

düm.  Mən  onun  inamını  yanıltmaq  istə-

mirdim.  Düzdür, özünü düşünməmək də 

yaxşı hal deyil. Amma mən həmişə belə 

olmuşam. 

 

Şəbnəm Mehdizadə

2020-ci ildə 13 şəhərdə təşkil olunacaq 

futbol üzrə Avropa çempionatına hazırlıq işləri 

ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri 

Bakıya səfərə gəliblər.

Noyabrın  17-də  AFFA-nın  inzibati  binasın-

da baş katib Elxan Məmmədovun rəhbərlik etdi-

yi  nümayəndə  heyəti  “Avro-2020”nin  ev  sahibi 

ölkələrin layihələrinin rəhbəri Guillaume Poisson 

və Fan-zonalar üzrə menecer Tomas Qlur ilə gö-

rüşüb.

UEFA  nümayəndələrinə  “Avro-2020”  ilə 



bağlı görülmüş işlər barədə məlumat verilib, on-

ları maraqlandıran suallar cavablandırılıb.

Qitə  futbol  qurumunun  təmsilçiləri  səfər 

müddətində  “Avro-2020”  zamanı  yaradılacaq 

fan-zonaların  yerləşəcəyi  ərazilərə  də  baxış  ke-

çirəcəklər.

Xatırladaq ki, “Avro-2020”nin 4 oyunu (qrup 

mərhələsinin üç, dörddəbir final mərhələsinin bir 

görüşü) Bakı Olimpiya Stadionunda təşkil oluna-

caq.


Bolqarıstanın paytaxtı 

Sofiyada batut gimnastikası 

və tamblinq (akrobatik cığır-

da tullanma) üzrə müxtəlif 

yaş kateqoriyaları arasında 

ümumdünya yarışları keçirilib.

Nüfuzlu yarışlar idman alə-

mində həm də gənclər arasında 

dünya çempionatı kimi tanınır.

Azərbaycanı  bu  mötəbər 

turnirdə  təmsil  edən  21  yaşlı 

Mixail Malkin bütün rəqiblərinə 

qalib gələrək tamblinq üzrə ya-

rışların qızıl medalını qazanıb.

Braziliyanın futbol yığma-

sı oyunçuların transfer qiyməti 

baxımından, Rusiyada keçiriləcək 

“DÇ-2018”də ən bahalı iştirakçı 

komanda olacaq.

 “Transfermarkt” saytı xəbər ve-

rir  ki,  Braziliya  yığmasının  beşqat 

dünya çempionu olan futbolçularının 

ümumi  qiyməti  671,5 

milyon  avrodur.  İlk 

beşliyə,  həmçinin  İs-

paniya (643,5 milyon), 

Almaniya,  Fransa  (hər 

biri  636,5  milyon)  və 

Argentina  (528,5  mil-

yon) daxildir.

Hazırda  Avropa 

çempionu  olan  Por-

tuqaliya  yığması  rey-

tinqdə 


doqquzuncu 

yerdədir.  “DÇ-2018”də  ən  ucuz  ko-

mandalar  Kosta-Rika  (21,8  milyon), 

Səudiyyə  Ərəbistanı  (18,83  milyon) 

və  Panama  (5,25  milyon)  yığmaları-

dır.


Rusiya ərazisində tarixdə ilk dün-

ya  çempionatı  2018-ci  il  iyunun  14-

dən iyulun 15-dək keçiriləcək.

Türkiyə 2026-

cı il Qış Olimpiya 

Oyunlarına ev 

sahibliyi edə bilər. 

Bunun üçün qar-

daş ölkədə böyük 

imkanlar mövcud-

dur.

Türkiyənin  Sa-

rıqamış,  Qars,  Ər-

zurum  və  Ərzincan 

şəhərlərinin  yerləş-

diyi  bölgədə  2026-

cı  il  Qış  Olimpiya 

Oyunlarına  namizədlik  iddiası  üçün 

hazırlıqlar  görülür.  Bu  şəhərlərin 

yerləşdiyi  coğrafiyada  Qış  Olimpiya 

Oyunlarını  təşkil  etmək  üçün  geniş 

təbii  şərait  və  böyük  infrastruktur 

mövcuddur.

Prezident Rəcəb Tayyib Ərdoğan 

məsələ  ilə  bağlı  aidiyyəti  qurumlara 

tapşırıq  verib.  Rəsmi  məlumatlarda 

bildirilir  ki,  Beynəlxalq  Olimpiya 

Komitəsi  2018-ci  ildə  Cənubi  Kore-

yada keçiriləcək Qış Olimpiya Oyun-

ları başa çatandan sonra 2026-cı ilin 

Olimpiya  Oyunlarına  namizəd  olan 

tərəflərin iddialarını dəyərləndirməyə 

başlayacaq.

Xatırladaq  ki,  2022-ci  ilin  Qış 

Olimpiya  Oyunları  Pekində  keçirilə-

cək.


Pekin İdman Univer-

sitetində təhsil alan Sadiq 

Həsənov Çində “DMS 

bodibildinq və fitnes-2017” 

yarışının final mərhələsinin 

qalibi olub.

Bodibildinq  üzrə  Çində 

keçirilən  ən  irimiqyaslı  ya-

rışlardan  olan  çempionatda 

idmançılar  9  kateqoriyada 

mübarizə  aparıb.  Pekində 

keçirilmiş  final  mərhələ-

sinə il ərzində təşkil olunan 

yarışlarda  yüksək  nəticələr 

göstərmiş  idmançılar  yarış-

maq hüququ qazanıb.

S.Həsənov fitnes-model yarışında “A” kateqoriyasında 

gücünü sınayıb. Bütün rəqiblərindən üstün olan həmyerlimiz 

yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, S.Həsənov Çində təşkil olunan ənənəvi 

yarışlarda daim yüksək nəticələr göstərir. O, bir neçə yarışda 

mükafatçılar sırasında olmağı bacarıb.

Bakının “avro-2020”yə 

hazırlığı müzakirə 

olUnUB

çinDə təşkil olUnan ənənəvi yarışlarDa 

Daim yüksək nəticələr göstərir

yeDDi yaşlı gimnastımız macarıstanDa 

Beynəlxalq tUrnirDə qızıl meDal qazanıB

özünDən güclülərlə Döyüşən xanım

azərBaycan iDmançısı gimnastika üzrə 

tamBlinq yarışlarının qaliBi olUB

ən Bahalı heyət

qış olimpiya oyUnlarına 

ev sahiBliyi eDə Bilər

Macarıstanın Pecs şəhərində bə-

dii gimnastika üzrə XIII Beynəlxalq 

Pecs Kuboku turniri keçirilib.

Yarışda iştirak edən 7 yaşlı həmyer-

limiz Mina Abbasova fəxri kürsünün ən 

yüksək pilləsinə qalxaraq turnirin qızıl 

medalına  layiq  görülüb.  Turnirdə  ev 

sahibi  Macarıstan  ilə  yanaşı,  Xorva-

tiya,  İsrail,  Avstriya,  Rusiya,  Bosniya 

və Herseqovina, Polşa, Serbiya, Birləş-

miş Ərəb Əmirlikləri, İsveç, Almaniya, 

Moldova,  Slovakiya,  Sloveniya,  Bel-

çika və s. olmaqla ümumilikdə 15-dən 

çox ölkənin təmsilçiləri iştirak ediblər.

Mina Abbasova  artıq  iki  ildir  Bu-

dapeştdə  fəaliyyət  göstərən  “Rus  RG 

Sport” klubunda gimnastika ilə məşğul 

olur. Klubun rəhbəri Lyubov Bernat və 

məşqçi İnqa Mackuz Minanın gələcək-

də istedadlı gimnast olacağına əmindir-

lər.

Beş yaşından başlayaraq iştirak et-



diyi bütün beynəlxalq yarışlarda parlaq 

çıxışı ilə yaşıdlarından fərqlənən Mina 

Abbasova Almaniya, Serbiya və Slove-

niyada keçirilən beynəlxalq turnirlərdə 

də  fəxri  kürsünün  yüksək  pillələrinə 

qalxıb.  Həmin  yarışlarda  Mina  ailə-

sinin  hazırda  yaşadığı  ölkəni  –  Maca-

rıstanı təmsil etsə də, ən böyük arzusu 

turnirlərdə  Azərbaycanın  bayrağımızı 

dalğalandırmaqdır.

M.Abbasova  dekabrın  9-da  Bu-

dapeştdə  keçiriləcək  XIII  Beynəlxalq 

“Mikulaş”  yarışında,  dekabrın  16-da 

isə Lüksemburqda VI dəfə təşkil oluna-

caq “Lüksemburq Kuboku-2017” Bey-

nəlxalq turnirində iştirak edəcək.



Pərvanə Qarayeva

Fəridə Abdullayeva: “Nə qədər çox aktiv və sürətli olsanız, həmişə birinci olacaqsınız”

Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə