Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


22 noyabr 2017-ci il   № 81-84 (9175)

5

www.seanews.az

Müsahibimiz “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-

nin  istedadlı və perspektivli 

gənclərin xarici ölkələrin apa-

rıcı dənizçilik universitetlərində 

təhsil alması məqsədi ilə təsis 

etdiyi Təqaüd Proqramının 

qalibi, hazırda proqram üzrə 

Dünya Dənizçilik Universitetin-

də (World Maritime University)  

təhsil alan Nərminə Cabbaro-

vadır. 

-  nərminə  xanım,  artıq 

yarım  ildir  ki,  isveçdəsiniz.  

təhsil  aldığınız  universitet  və 

ixtisas barədə  təəssüratlarınızı 

eşitmək maraqlıdır.

-  Öncə  bizə  bu  imkanı  ya-

ratdığına  və  dəstək  olduğuna 

görə  başda  “AXDG”  QSC-nin 

sədri  Rauf  müəllim  olmaqla, 

əməyi  keçən  hər  kəsə  təşəkkü-

rümü  bildirirəm.  Qeyd  edim  ki, 

oxuduğum  Dünya  Dənizçilik 

Universiteti  Birləşmiş  Millətlər 

Təşkilatının  (BMT)  ixtisaslaş-

mış  orqanı  Beynəlxalq  Dəniz 

Təşkilatı  tərəfindən  təsis  edilib. 

Dünyada  dənizçilik  sahəsində 

yüksək və keyfiyyətli təhsilə ma-

lik  mütəxəssislərin  sayının  artırılması  uni-

versitetin  qarşıya  qoyduğu  əsas  məqsəddir. 

Mən bu universitetdə “Dəniz daşımalarının 

idarə  olunması  və  loğistika”  ixtisası  üzrə 

təhsil alıram. Bu ixtisas daşımaların müasir 

tələblərə cavab verərək effektiv idarəedilmə-

si ilə bağlı bir çox məsələni özündə əks etdi-

rir. Bura limanların idarəedilməsi və daşıma-

lardakı rolu, strateji inkişafa maneə törədən 

problemlərin analiz yolu ilə həlli, istismar və 

kommersiya məsələləri, maliyyə risklərinin 

idarə  edilməsi,  marketinqin  daşımalara  tət-

biqi, daşınma müqavilələri və s. aiddir. Bir 

sözlə, çox əhatəli ixtisasdır. Digər tərəfdən,  

“Dəniz  daşımalarının  idarə  olunması  və 

loğistika” Dünya Dənizçilik Universitetinin  

ən  çətin  ixtisası  hesab  olunur. Amma  mən 

etimadı doğrultmaq və ölkəmizin adını uca 

tutmaq üçün əlimdən gələni edirəm.

- ümumiyyətlə, oxuduğunuz universi-

tetdə sizi daha çox nələr qane edir? 

-  Dünya  Dənizçilik  Universitetinin  qa-

needici tərəfləri çoxdur. Bir neçəsini vurğu-

laya bilərəm. Burda dərslər dənizçilik səna-

yesinin son illərdəki dəyişikliklərinə uyğun 

keçirilir. Bu da tələbələri lazım olan bilik və 

bacarıqlarla təmin edir. Təhsil yalnız profes-

sorların verdiyi ümumi biliklərə əsaslanmır. 

Əldə olunan biliklərin tətbiqinə geniş imkan-

lar yaradılır. Bundan başqa, tələbənin anali-

tik düşüncə qabiliyyətinin inkişafı da vacib 

sayılır. Müxtəlif ölkələrin təcrübəsini öyrən-

mək imkanımız var. Məsələn, bizim ixtisasın 

tələbələri Birləşmiş Krallıqda (London), Al-

maniyada  (Hamburq)  və Yunanıstanda  təc-

rübə keçəcəklər.  Universitetə tez-tez digər 

təşkilatlardan,  assosiasiyalardan,  şirkətlər-

dən beynəlxalq səviyyədə tanınmış ekpertlər 

dəvət  olunur.  Onlar  mühazirələri  ilə  dərs-

lərimizdə  iştirak  edirlər.  Ən  son  Amerika 

Gəmiçilik Bürosunun prezidenti cənab Kris 

Shernicki “Texnologiyanın inkişafı gəmiçi-

liyin gələcəyini necə formalaşdırır” mövzu-

sunda  təqdimatla  çıxış  edib.  Universitetin 

həm müəllim heyəti, həm də tələbələr dün-

yanın müxtəlif ölkələrindən formalaşıb. Bu 

da dostluq əlaqələrimizin genişlənməsinə və 

gələcəkdə  həmin  ölkələrin  nümayəndələri 

ilə əməkdaşlığa imkanlar yaradacaq.  Dünya 

Dənizçilik Universiteti böyük kitabxana re-

surslarına malikdir. Bundan başqa, 100000-

dən çox elektron kitab, İMO sənədləri, Hei-

nOnline və s. resurlarından istifadə üçün hər 

birimizin giriş icazəmiz var.



-  isveçdə  dərsdənkənar  vaxtlarınızı 

necə keçirirsiniz? ümumiyyətlə, buna im-

kan olurmu? 

-  Düzü,  dərslərimizin  çətinliyinə  görə 

asudə vaxtımız çox olmur.  Hər iki həftədən 

bir  imtahan  veririk.  Bəzən  imtahanlarara-

sı  əlavə  təqdimatlara    və  digər  tapşırıqlara 

da  hazırlaşırıq.  Amma  imkan  tapan  kimi, 

İsveçin  başqa  şəhərlərinə  və  digər  Avropa 

ölkələrinə səyahət edirəm. Həftəsonları dost-

larımızla  milli  yeməklərimizi  bir-birimizə 

təqdim edir və əylənirik. Bundan başqa, uni-

versitetdə müxtəlif idman növləri ilə məşğul 

olmaq üçün gözəl şərait var. Ümumiyyətlə, 

əminəm  ki,  burada  təhsil  aldığım  müddət 

yaddaşımda həyatımın ən unudulmaz günlə-

ri kimi qalacaq.

- Bəs, sosial layihələrdə iştirak edirsi-

nizmi?

- Bəli, sosial layihələrdə iştirak edirəm 

və  bu,  çox  vacibdir.  Çünki,  insan  bu  la-

yihələrə  qatılmaqla  həm  başqalarına  kiçik 

də  olsa  töhfə  verir,  həm  də  özünü  inkişaf 

etdirir.  Hazırda  təhsil  aldığım  universitet-

də Tələbə Şurasının Məzun və Beynəlxalq 

gün  üzrə  sədriyəm.  Bundan  əlavə,  Qadın 

Assosiasiyasında  layihə  kordinatoru  üzrə 

çalışıram.  Assosiasiyanın  əsas  məqsədlə-

rindən biri dənizçilik sahəsində qadınların 

təhsil almasına və bu sahədə daha çox uğur 

qazanmalarına dəstək olmaqdır.  Ölkəmizə 

qayıtdıqdan  sonra  da  bu  layihələrdə,  regi-

onal  digər  assosiasiya  və  ya  təşkilatlarda 

iştirakımı davam etdirmək istəyirəm.



- son olaraq təhsilini xaricdə davam 

etdirmək istəyən dənizçilərə  sözünüz?

- Öncə onu deyim ki, yaşlarından asılı 

olmayaraq xaricdə təhsil almaq arzuları var-

sa, bunun arxasınca getsinlər. Yaş məsələsi-

ni niyə xüsusi vurğulayıram? Çünki oxumaq 

heç zaman gec deyil. Burada təhsil alanların 

orta yaşına nəzər salsaq 30-dan çox olduğu-

nu  görərik.  Xüsusilə,  gənc  dənizçilərimizə 

(hazırda Akademiyada təhsil alan və məzun 

olan)  demək  istərdim  ki,  vaxtınızdan  düz-

gün istifadə edin. Vaxt elə bir şeydir ki, göz 

qırpımında gedir və geriyə dönüb baxdığı-

mızda boşluq görməmək üçün çox çalışma-

lıyıq. Təbii ki, qarşımıza maneələr çıxacaq, 

amma nəyisə etmək istəyiniz bu maneələr-

dən üstün olmalıdır. Ən əsas problem maddi 

məsələdə  yaranır,  bunun  üçün  də  müxtəlif 

təqaüd proqramlarına müraciət etmək olar.

Təbii ki, xaricdə təhsil almaq beynəlxalq 

əmək bazarına qapı açacaq. Amma, fikrim-

cə,    qazandığımız  biliklərlə  öncə  ölkəmizə 

töhfə verməyə çalışmalıyıq.  Bu, çox vacib 

məsələdir. 

“Dünya Dənizçilik UniversitetinDə oxUmaq asan olmasa Da... "

İlin əvvəlindən Azər-

baycan əhalisinin sayı 

65292 nəfər və ya 0,7 

faiz artaraq oktyabrın 

1-i vəziyyətinə 9875273 

nəfərə çatıb.

Dövlət  Statistika  Ko-

mitəsindən    bildiriblər 

ki,  bir  kvadratkilometrə 

düşən əhalinin sıxlığı 114 

nəfər olub, əhalinin ümu-

mi  sayının  53,0  faizini 

şəhər,  47,0  faizini  kənd 

sakinləri,  49,9  faizini  ki-

şilər,  50,1  faizini  isə  qa-

dınlar təşkil edir. Hazırda 

hər  1000  kişiyə  1006  qa-

dın düşür.

Ədliyyə  Nazirliyinin 

rayon  (şəhər)  qeydiyyat 

şöbələri tərəfindən cari ilin 

yanvar-sentyabr aylarında 

ölkə üzrə 107459 doğulan 

körpə qeydə alınıb və əha-

linin hər 1000 nəfərinə bu 

göstərici  14,7  təşkil  edib. 

Doğulan  körpələrin  53,1 

faizi  oğlan,  46,9  faizi  isə 

qız  uşaqlarından  ibarət 

olub.  Körpələrdən  1918-i 

əkiz, 33-ü üçəm doğulan-

lardır.

Doqquz  ay  ərzində 



ölkədə  43089  ölüm  halı 

qeydə  alınıb  və  əhalinin 

hər  1000  nəfərinə  ölüm 

səviyyəsi  5,9  təşkil  edib. 

Qeydiyyat  şöbələri  tərə-

findən  2017-ci  ilin  yan-

var-sentyabr 

aylarında 

47388 nikah və 10977 bo-

şanma halları qeydə alınıb 

və əhalinin hər 1000 nəfə-

rinə  nikahların  sayı  6,5, 

boşanmaların sayı isə 1,5 

olub. Bu ilin 9 ayı ərzində 

Daxili  İşlər  Nazirliyi  və 

Dövlət Miqrasiya Xidmə-

tinin  müvafiq  qurumları 

tərəfindən daimi yaşamaq 

üçün 2299 nəfər Azərbay-

cana  gələn,  1377  nəfər 

isə Azərbaycandan  gedən 

qeydə alınaraq, miqrasiya 

saldosu müsbət 922 nəfər 

təşkil edib.



Bakı-Tbilisi-Qars 

(BTQ) dəmir yolunun 

istifadəyə verilməsi 

Ermənistandakı bir 

sıra infrastruktur 

layihələrinin reallaş-

dırılmasına imkan 

verməyəcək. Artıq 

bir neçə layihə iflasa 

uğrayıb.

BTQ-nin  açılışından 

sonra Ermənistanda həya-

ta keçirilən və ya reallaş-

dırılması  nəzərdə  tutulan 

layihələrin  bir  neçəsi  ak-

tuallığını itirib.

Ermənistan  mətbua-

tı  yazır  ki,  bu  ölkə  üçün 

mühüm  əhəmiyyət  kəsb 

edən  “Şimal-Cənub”  av-

tomagistralı  layihəsinin 

reallaşması  artıq  şübhə 

doğurur.  Bildirilir  ki, 

2009-cu ilin sentyabrında 

Ermənistan Asiya  İnkişaf 

Bankı ilə bu yolun tikinti-

si  üçün  kredit  müqaviləsi 

imzalayıb.  Müqaviləyə 

əsasən,  magistral  yolun 

tikintisi 2016-cı ildə başa 

çatdırılmalı  idi.  Amma 

tikinti  işlərinə  müqavilə 

imzalandıqdan  üç  il  son-

ra başlanılıb. 2012-ci ildə 

yolun az bir hissəsi tikilib, 

layihənin  qiyməti  isə  ar-

tıb.  2012-ci  ilin  sentyab-

rında  layihənin  qiyməti  1 

milyard ABŞ  dolları  olsa 

da,  indi  onun  qiyməti  2 

milyard dollardır. Hazırda 

hökumət  yolun  tikintisi 

üçün  əlavə  vəsait  axtarır. 

Ermənistanın  nəqliyyat 

naziri  Vaan  Martirosyan 

deyib  ki,  avtomagistralın 

Artaşat-Meğri  (350  kilo-

metr)  hissəsinin  tikintisi 

üçün  1,5  milyard  dollar 

tələb  olunur.  Yolun  tam 

istifadəsi  üçün  daha  çox 

vəsait lazımdır.

Ermənistan  hökuməti 

hesab  edir  ki,  beynəlxalq 

maliyyə  təşkilatları  artıq 

bu  layihəyə  investisiya 

yatırmaq istəmirlər.

Ekspertlərin  fikrincə, 

“Şimal-Cənub”  avtoma-

gistralının  tikintisi  artıq 

sual altındadır. Bir neçə il-

dən sonra isə bu yol, ümu-

miyyətlə, 

mahiyyətini 

itirəcək.  Ona  görə  ki,  bu 

yol Azərbaycanın  nəqliy-

yat  şəbəkəsi  ilə  rəqabətə 

davam  gətirə  bilməyə-

cək  və  rentabelli  olma-

yacaq.  Bakı-Tbilisi-Qars 

dəmir  yolunun  açılışı  və 

ilk  konteyner  qatarının 

mənzil  başına  vaxtında 

çatması Ermənistanı şoka 

salıb.  Əvvəllər  BTQ-nin 

tikilməyəcəyi,  beynəlxalq 

maliyyə 


qurumlarının 

bu  layihəyə  investisiya 

ayırmayacaqları  barədə 

fikirlər  səslənirdi.  Amma 

Azərbaycan 

hökuməti-

nin  qətiyyəti  və  səyi  nə-

ticəsində  yolun  tikintisi 

başa  çatdırıldı.  Bu  isə  öz 

növbəsində  Ermənistanın 

nəzərdə  tutduğu  layihələ-

rin iflası deməkdir.



Xətayi Əzizov

azərBaycan əhalisinin 

sayı 9875273 nəfərə çatıB

Bakı-tBilisi-qars Dəmir yolU 

ermənistanın infrastrUktUr 

layihələrini iflasa UğraDıB

“Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yi” QSC-nin ötən il elan etdiyi “Təqaüd 

Proqramı”nın qaliblərindən biri, hazır-

da proqram üzrə İsveçin Malmö şəhə-

rində yerləşən Dünya Dənizçilik Uni-

versitetində magistr  təhsilı alan Aqşin 

Muxtarov “Seanews.az”-ın suallarını 

cavablandırıb. 

-  aqşin, oxuduğun universitet və ix-

tisas barədə nə deyə bilərsən?

-  Bizi  daim  diqqətdə  və  maraq  dairə-

sində  saxladığı  üçün  başda  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-nin  sədri 

Rauf  müəllim  olmaqla,  Gəmiçiliyin  bütün 

əməkdaşlarına təşəkkür edirəm.  Deyərdim 

ki, Dünya Dənizçilik Universitetinə (World 

Maritime  University)  gəlib  çıxmağımızda 

bütün QSC kollektivinin dəstəyini görmü-

şük.  Təhsil aldığım universitet 1983-ci ildə 

İMO Assambleyasının qərarı ilə yaradılıb. 

Məqsəd həmin təşkilatın “Təmiz okeanlar-

da  xətərsiz,  təhlükəsiz  və  effektiv  dəniz-

çiliy”ini  təhsil,  araşdırma  və  bacarıqların 

genişləndirilməsi yolu ilə təmin etməkdən 

ibarətdir.  İxtisasım  “Dənizçiliyin  idarə 

olunması və logistika”dır. Dəniz sənayesi-

nin inkişafı üçün vacib ixtisas sayılır. 



- Dərslər çətin deyil? 

-  Magistraqədərki  üç  aylıq  kurs  daha 

asan idi. Amma proqramın ilk hissəsi baş-

layandan sonra işlər tamam dəyişdi. Demək 

olar, hər üç həftədən bir imtahandır. Tədris 

olunan  dərsi  yaxşı  mənimsəmək  üçün  isə 

minimum 200-300 səhifəlik materialı oxu-

malısan. Oxumaqdan  əlavə, həmin materi-

alları  yaxşı dərk etməlisən. İşin çətin tərəfi 

odur ki, dərsin biri bitsə də, verdikləri tap-

şırıq yeni dərslə paralel inkişaf edir. Bu za-

man iki fənnə və iki imtahana eyni vaxtda 

hazırlaşmalı olursan. Bu isə ikiqat çətindir.

-  Dünya  Dənizçilik  Universitetində 

təhsil almaq sizə nə verir? ümidlərinizi 

doğruldurmu?

-  Universitet  müasir  tələblərə  tam  ca-

vab verir, hətta yeni trendlər yaratmaq qa-

biliyyətinə malikdir. Burda dərslərin möv-

zusu  gündəmə  uyğun  təyin  olunur.  Məhz 

bu,  Dünya  Dənizçilik  Universitetinin  ən 

sevdiyim  tərəflərindəndir.  Sözsüz,  burada 

İMO-nun da rolunu danmaq olmaz.  Çün-

ki, universitet birbaşa İMO-nun və eləcə də 

beynəlxalq  dənizçiliyin  gündəmində  olan 

vacib məsələləri nəzərə alır, təhsil sistemini 

buna uyğunlaşdırır. Ümumiyyətlə, aldığım 

təhsildən tam məmnunam. İnteraktiv təhsil 

sistemi,  təcrübəli  müəllim  heyəti  tədrisin 

keyfiyyətini daha effektiv edir və səmərələ-

liyini artırır. Bununla yanaşı, ölkə xaricində 

təhsil mənə müxtəlif xalqların mədəniyyə-

ti ilə yaxından tanış olmaq imkanı yaradır, 

dünyagörüşümü  artırır,  bu  isə  özlüyündə 

qiymətsiz bir təcrübəyə çevrilir.



-  Dərsdənkənar  vaxtınızı  necə  keçi-

rirsiniz? sosial layihələrə qatılırsınızmı? 

- Əslində mümkün qədər daha çox oxu-

mağı və öyrənməyi üstün tuturam. Bununla 

yanaşı,  sosial  layihələrdən  də  geri  qalma-

mağa çalışıram. Mən oxuduğumuz ixtisasın 

nümayəndəsi  (SML-course  representative) 

seçilmişəm.    Bu  da  avtomatik  məni  sosi-

al  layihələri  həyata  keçirmək  məqsədiylə 

yaradılmış  “Tələbə  konsulu”nun  (student 

council) nümayəndəsi etmiş olur. 



-  təhsilini  xaricdə  davam  etdirmək 

istəyən dənizçilərə  məsləhətiniz nə olar-

dı?

- Dünyada dənizçilik üzrə kifayət qədər 

xüsusi  universitetlər  var.  World  Maritime 

University  də  bu  siyahıda  ön  pillələrdən 

birini  tutur.  Eləcə  də  İngiltərənin,  Hollan-

diyanın və ya Avstraliyanın dənizçilik üzrə 

dərin ixtisaslaşmış universitetləri mövcud-

dur.  Lakin,  maddi  məsələlər  dənizçilərin 

və  bir çox tələbənin xaricdə təhsillə bağ-

lı planlarının üstündən xətt çəkir. Bununla 

belə,  əksər  universitetlərdə    müxtəlif  növ 

sponsorluqlar mövcuddur. Ona görə, məs-

ləhət görərdim ki, həvəsdən düşmədən də-

nizçilik  universitetlərini  və  orada  oxuya 

bilmək  üçün  sponsorluq  əldə  etmək  im-

kanlarını daha yaxşı araşdırsınlar. Gənclə-

ri daha çox motivasiyalı görmək istərdim. 

Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün 

isə var-qüvvələrini əsirgəməməlidirlər.

Rövşən Abdurəhmanov

 “alDığım təhsilDən tam məmnUnam”



Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə