Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


22 noyabr 2017-ci il   № 81-84 (9175)

6

www.seanews.az

Xəzər dənizində suyun səviyyəsi-

nin bir qədər azalması ekstremal hal 

deyil. Apardığımız kompleks araşdır-

malar bir neçə onillikdən sonra Xəzər 

dənizini nələr gözlədiyini dəqiq proq-

nozlaşdırmağa imkan verə-

cək. Belə bir təhlükə var ki

Azərbaycan torpaqlarının bir 

hissəsi səhralaşmağa məruz 

qala bilər. Qəribə də olsa bu, 

Xəzər dənizinin səviyyəsinin 

dəyişməsi ilə bağlıdır.

Bu  fikirləri  Azərbaycan 

Coğrafiya  Cəmiyyətinin  pre-

zidenti,  AMEA-nın  akademik 

Həsən  Əliyev  adına  Coğrafiya 

İnstitutunun  direktoru,  akade-

mik Ramiz Məmmədov AZƏR-

TAC-a  müsahibəsində  bildirib. 

R.Məmmədov  Xəzər  dənizinin 

Xəzəryanı  ölkələr  və  Azərbay-

can  üçün  əhəmiyyəti,  hazırkı 

vəziyyəti  və  gələcək  taleyi  ilə 

bağlı fikirlərini bölüşüb.

“Bu  yaxınlarda  “National 

Geographic”  jurnalında  ya-

zıblar  ki,  tezliklə  Azərbaycan 

ərazisinin üçdə iki hissəsi suya 

qərq olacaq. Mən buna əsla inanmıram. 

Belə  bir  proqnozu  1992-ci  ildə  Xəzər 

problemləri  üzrə  idarələrarası  elmi  şu-

ranın sədri və A.M.Obuxov adına Fizika 

İnstitutunun  direktoru,  Rusiya  Elmlər 

Akademiyasının  həqiqi  üzvü  Georgi 

Qolitsın vermişdi. O, hətta Azərbaycan 

tərəfinə  xəbərdarlıq  teleqramı  göndər-

mişdi ki, bilin, Qız qalasının bir hissəsi 

suyun altında qalacaq. Lakin son altı yüz 

il  ərzində  belə  hadisə  olmayıb.  Su  Qız 

qalasının  ətəyinə  bir  qədər  yaxınlaşıb. 

Aparılmış tədqiqatlara görə, son üç min 

ildə Xəzər dənizinin səviyyəsinin dəyiş-

məsi amplitudası 15 metrdən çox olma-

yıb”, - deyə akademik bildirib.

1978-ci ildən 1996-cı ilədək Xəzə-

rin  səviyyəsinin  2,5  metr  qalxması 

Xəzəryanı dövlətlərə, o cümlədən Azər-

baycana  2  milyard ABŞ  dollar  miqda-

rında ziyan vurmuşdu. Bu hadisəni şərh 

edən  akademik  deyib  ki,  Qazaxıstanda 

neft  buruqları,  Azərbaycanda  isə  neft 

platformaları  hazırlanan  zavodun  sta-

pelləri  su  altında  qaldı.  Bakı  bulvarın-

dakı ekzotik ağaclar məhv oldu. İtkilər 

həqiqətən böyük idi, lakin bunun təqsiri 

təbiətdə deyil, inadkarlıq edən insanlar-

dadır. Xəzər dənizinin səviyyəsi adətən 

30-40 santimetrə qədər qalxıb enir. Buna 

səbəb  dənizə  tökülən  çayların  suyu, 

dəniz  səthindən  suyun  buxarlanması-

dır. 1837-ci ildən Xəzərin səviyyəsi ilə 

bağlı müşahidələr aparılır. Məlum olub 

ki, dəniz səviyyəsinin dəyişmələri 11 il 

dövriliklə  baş  verir.  “Bizim  fikrimizcə, 

bu, günəşin aktivlik dövrləri ilə bağlıdır. 

Bədbin proqnozlarla heç vaxt razılaşma-

mışam və indi də razılaşmıram. İqlimə 

dair  1993-cü  ildə  Parisdə,  1995-ci  ildə 

Tehranda keçirilmiş konfranslarda çıxış 

edib  demişdim  ki,  Xəzər  dənizinin  sə-

viyyəsinin qalxması tezliklə dayanacaq 

və kiçik tərəddüdlərlə sabitləşmə dövrü 

başlanacaq. Belə də oldu”, - deyə akade-

mik qeyd edib.

Coğrafiya  İnstitutunun  əsas  elmi 

istiqamətlərindən  birinin  Xəzər  dənizi 

üzrə aparılan tədqiqatlar olduğunu vur-

ğulayan  R.Məmmədov  elmi-tədqiqat 

gəmisinin  olmamasının  bu  sahədə 

müəyyən çətinliklər yaratdığını bildirib: 

“Amma  bunun  da  çıxış  yolu  var.  Belə 

ki,  ətraf  mühit  üzrə  müasir  tədqiqatlar 

başlıca  olaraq  süni  peyklərdən  alınan 

məlumatlara əsaslanır. Azərbaycanın öz 

peyki ilə kosmik orbitdən Xəzər dənizi 

də daxil olmaqla, ölkə ərazisinin çəkili-

şi aparılır. Biz də həmin məlumatlardan 

istifadə  edərək  Xəzər  dənizinin  ekoloji 

monitorinqini aparır və hidrofiziki xas-

sələrini  öyrənirik.  Peyk  məlumatları 

Xəzərin  səviyyəsinin  inten-

siv  dəyişməsi  (qalxıb-en-

məsi)  fonunda  sahil  zonası 

landşaft-geomorfoloji  şərai-

tində  baş  verən  dəyişmələri 

öyrənmək imkanı yaradır. Bu 

tədqiqatlardan  məqsəd  sahil 

zonasının  mənimsənilməsi-

nin  strateji  əsaslarını  müəy-

yənləşdirməkdir”.

İnstitutun  digər  tə-

dqiqat  istiqamətlərindən  biri  

landşaft  planlaşdırılmasıdır. 

Avropa İttifaqı üçün də yeni 

istiqamət olan bu tədqiqatlar 

davamlı  inkişaf  baxımından 

müəyyən  ərazinin  inkişaf 

planını  verməkdən  ibarətdir. 

Məsələn,  “Azərbaycan  Res-

publikasının  Samur-Yalama 

Milli  Parkının  yaradılması 

haqqında”  Prezident  Sərən-

camı  imzalanmazdan  əvvəl  institut  hə-

min  üsulla  Milli  Parkın  əhatə  edəcəyi 

ərazinin  ilkin  vəziyyətini  qiymətləndi-

rib.

İnstitutda  qlobal  iqlim  dəyişmələri 



ilə bağlı elmi tədqiqat işlərinin də apa-

rıldığını  bildirən  R.Məmmədov  deyib: 

“İqlim proqnozunu hazırlamaq olduqca 

çətin  və  mürəkkəb  məsələdir,  bu  işlə 

adətən  beynəlxalq  təşkilatlar  məşğul 

olur.  Biz  əsasən  iqlim  dəyişmələrinin 

Azərbaycan  ərazisində  lokal  təzahürlə-

rini  qiymətləndirməklə  məşğuluq.  Bu 

istiqamətdə görülən işlərdən biri də Əm-

lak Məsələləri Dövlət Komitəsinin sifa-

rişi  ilə  66  inzibati  rayonda  torpaqların 

aqroiqlim  ehtiyatlarının  qiymətləndiril-

məsidir”.

Akademik  bildirib  ki,  Prezident  İl-

ham  Əliyevin  müvafiq  Sərəncamına 

əsasən,  Coğrafiya  İnstitutunda  “Azər-

baycan Respublikasının fövqəladə hallar 

atlası” nəşrə hazırlanır. İlkin mərhələdə 

yol  xəritəsi  tərtib  olunub,  müvafiq  qu-

rumların nümayəndələri ilə müzakirələr 

aparılıb. Atlasa  bir  sıra  xəritələr  -  tex-

nogen fövqəladə halların xəbərdarlığı və 

nəticələrin ləğvi, təbii təhlükə və risklər, 

fövqəladə halların bioloji-sosial, aqroiq-

lim təhlükə və riskləri xəritələri daxildir. 

İnstitut tərəfindən fövqəladə halların ar-

tıq 10 baza xəritəsi tərtib olunub.

Hazırda  institutda  “Türk  dünyası 

coğrafiyası”  çoxcildliyi  də  hazırlanır. 

Bu  barədə  məlumat  verən  R.Məmmə-

dov  qeyd  edib  ki,  may  ayında  Bakı-

da,  oktyabr  ayında  isə  İzmirdə  Tür-

kiyə-Azərbaycan  Coğrafiya  günləri 

keçirilib.  Əsas  məqsəd Azərbaycan  və 

Türkiyə  coğrafiyaşünas  alimləri  ara-

sında  elmi  tədqiqat  işlərində  əlaqələri 

daha da möhkəmlətmək, hər iki respub-

likanın təbii şəraitini, təbii ehtiyatlarını, 

demoqrafik proseslərini, iqtisadi inkişaf 

səviyyələrini  və  istiqamətlərini  qarşı-

lıqlı surətdə, birgə öyrənməkdir. Həmin 

tədbirlər  zamanı  R.Məmmədov  “Türk 

dünyası coğrafiyası” çoxcildliyinin ya-

radılması  ideyasını  gerçəkləşdirmək 

təklifini  irəli  sürüb  və  onun  təşəbbüsü 

qəbul olunub.

Akademik  bildirib  ki,  müasir  coğ-

rafiya  təbii  prosesləri,  onların  dəyişmə 

qanunauyğunluqlarını,  inkişafını,  yer 

səthində  əhali  məskunlaşmasını,  səna-

yenin  yerləşməsini  öyrənən  həm  fun-

damental, həm də tətbiqi elmə çevrilib. 

Hazırda  coğrafiya  elminin  funksiyası 

yer səthinin hər kvadratmetrini öyrənib 

ondan səmərəli istifadə etməyin yolları-

nı göstərməkdir. Bu gün sosial-iqtisadi 

həyatın,  planlaşdırmanın  elə  bir  sahəsi 

yoxdur ki, orada coğrafi məlumatlardan 

istifadə edilməsin.

Qeyd  edək  ki,  akademik  Ramiz 

Məmmədov  Azərbaycanda  və  dünya-

da  Xəzər  dənizi  problemləri  üzrə  ta-

nınmış  alim  və  mütəxəssisdir.  Onun 

elmi  tədqiqatlarının  əsasları  bilavasitə 

Xəzər  dənizinin  ən  aktual  ekocoğrafi 

problemlərinə  -  hidrofizikasına,  hidro-

logiyasına, atmosferlə dənizin qarşılıqlı 

təsirinə, dənizdə turbulent mübadilə və 

turbulent diffuziyaya, iqlim dəyişmələri 

və Xəzər dənizinin qarşılıqlı əlaqəsinə, 

ekocoğrafi  çirkləndiricilərin  dəniz  ak-

vatoriyasında yayılmasının hidrocoğrafi 

modelinin  yaradılmasına  həsr  olunub. 

Alimin  tədqiqat  sahələrinə  Kür-Araz 

hövzəsinin  transsərhəd  su  problemləri, 

Azərbaycanda  səhralaşma  prosesinin 

qloballaşması, landşaft planlaşdırılması 

və ətraf mühitin mühafizəsi kimi klassik 

problemin həlli də daxildir.

Fövqəladə Hallar Nazirliyi-

nin Mülki Müdafiə Qoşunlarının 

Mülki müdafiə idarəsi Azərbaycan 

Dövlət Dəniz Akademiyasında 

mülki müdafiə üzrə nümunəvi 

təlim keçirib.

Təlim  Akademiyanın  illik  mülki 

müdafiə tədbirlər planına müvafiq rəh-

bər,  tələbə,  müəllim-professor  və  işçi 

heyətinin iştirakı ilə baş tutub.

Tədbirdə Mülki müdafiə idarəsinin 

rəisi    polkovnik  V.Tahirov,  Mərkəzi 

mülki müdafiə kurslarının rəisi polkov-

nik A.Qəribov, Mülki müdafiənin təşkili 

və planlaşdırılması şöbəsinin rəisi ma-

yor R.Quliyev, səyyar kimya kəşfiyyatı-

nın rəisi leytenant O.Cəfərov və Mülki 

müdafiə idarəsinin digər mütəxəssisləri 

iştirak ediblər.

Təlimdə əsas məqsəd fövqəladə ha-

disələrin baş vermə səbəbləri, nəticələri 

və xilasetmə işlərinin təşkili və aparıl-

ması  qayda  və  üsullarını  əməkdaşlara 

çatdırmaqdır.  Mülki  müdafiə  idarəsi-

nin  əməkdaşlarının  əyani  vəsait  kimi 

təqdim etdikləri müasir fərdi mühafizə 

vasitələri  və  avadanlıqları  əyani    izah 

edilməklə  nümayiş  olunub.  Tədbirin 

sonunda Fövqəladə Hallar Nazirliyinin 

strukturlarının  iştirakı  ilə  2015-ci  ildə 

keçirilmiş  “Xəzər-2015” komanda-qə-

rargah təliminin video filmi göstərilib.

Dəniz akaDemiyasınDa mülki 

müDafiə üzrə təlim keçiriliB

xəzər DənizinDə sUyUn səviyyəsinin 

enməsi ekstremal hal Deyil

“Şimal axını-2” layihəsi 

ətrafında siyasi və hüquqi 

savaşlar səbəbindən Avropa 

Komissiyası Avropa İttifaqı-

nın qanunvericiliyinin fəaliy-

yətinin genişləndirilərək Ru-

siya Federasiyasından Baltik 

dənizinin dibi ilə Almaniyaya 

çəkilişi planlaşdırılan qaz 

kəmərlərinə də şamil olun-

masını təklif etmək niyyətin-

dədir. Avropa Komissiyasında 

qeyd edirlər ki, bu təşəbbüs 

“hansısa yeni qaz kəmərlə-

rinin tikintisinin qarşısının 

alınmasına” yönəlməyib. La-

kin təsdiqləyirlər ki, hazırda 

bu, yalnız “Şimal axını-2” 

layihəsinə təsir edəcək. Çün-

ki layihə lazımi qədər irəlilə-

miş mərhələdədir.

Layihəni 2019-cu ilin sonuna-

dək  başa  çatdırmaq  planlaşdırılıb. 

Bu, ikinci qol olacaq və onu 2011-

2012-ci illərdə işə salınmış birinci 

“Şimal  axını”na  paralel  çəkmək 

istəyirlər.  Lakin  məhz  ikinci  qol 

layihəsi şiddətli mübarizəyə səbəb 

olub.  Berlində  layihəyə  müsbət 

baxsalar  da,  Polşa  və  Baltikya-

nı  ölkələr  onda  təhlükə  görürlər. 

Buna görə də Avropa Komissiyası 

interkonnektor  anlamını  dəyişmək 

istəyir.  Hazırkı  Direktivdə  bu,  Aİ 

ölkələrinin qaz nəqliyyatı sistemini 

birləşdirən boru kəməri kimi göstə-

rilir.

qayığın Batması 

nəticəsinDə azı 

13 nəfər həlak 

olUB

Hindistan ərazisindən axan Krişna çayında 

qayığın batması nəticəsində azı 13 nəfər ölüb.

RİA  Novosti  agentliyi  bildirir  ki,  Andx-

ra-Pradeş ştatında baş vermiş hadisə zamanı qa-

yıqda 40-a yaxın sərnişin olub. Batmış gəmidən 

15 nəfəri xilas etmək mümkün olub.

Digər  sərnişinlərin  xilasetmə  tədbirləri  da-

vam etdirilib.

“şimal axını” layihəsi avropa 

komissiyasının günDəliyinDəDir

Qənaət tədbirlərinə və yeni tex-

nologiyaların tətbiqinə baxmayaraq, 

2040-cı ilədək dünyada enerjiyə tələ-

bat 30 faiz artacaq. Artım hazırda 

Çinin və Hindistanın birgə tələbatı-

na bərabər olacaq.

Beynəlxalq Enerji Agentliyinin 

(IEA) yaydığı “Dünya enerji icma-

lı”  adlı  hesabatda  qeyd  edilir  ki, 

Avropa, ABŞ və Yaponiyada yaxın 

gələcəkdə  enerjiyə  tələbat  azalsa 

da, Hindistan və Çin kimi ölkələrdə 

ciddi  şəkildə  artacaq.  Artan  enerji 

tələbatının ən böyük hissəsi Hindis-

tanın payına düşəcək (1 trilyon ton 

xam neft ekvivalenti). Sonrakı yer-

lərdə Çin (790 milyon ton), Afrika 

qitəsi (485 milyon ton), Yaxın Şərq 

(480  milyon  ton)  və  Cənub-Şərqi 

Asiya  (420  milyon  ton)  dayanır. 

Əlavə  enerji  tələbatının  üçdə  iki 

hissəsi  Asiya  ölkələrinin  payına 

düşəcək.


Agentliyin  proqnozuna  görə, 

tələbatın artımı ilə yanaşı, enerji da-

şıyıcılarının tərkibində də dəyişiklik 

olacaq. Enerji daşıyıcıları içərisində 

ən  çox  ehtiyac  təbii  qaza  olacaq. 

Eyni  zamanda,  bərpaolunan  ener-

ji  mənbələrindən  istifadə  də  geniş 

vüsət alacaq. Enerji artımının 40 fa-

izi bərpa olunan enerji mənbələrinin 

hesabına  təmin  olunacaq.  Bununla 

da  kömür  istehsalı  tənəzzülə  uğra-

yacaq.


Hesabatda, həmçinin qeyd edi-

lir ki, xam neftə tələbat artsa da, təd-

ricən bu yanacaq növünə ehtiyacın 

azalması  müşahidə  olunacaq.  Eyni 

zamanda, atom enerjisinə maraq öz 

qüvvəsini saxlayacaq. 2030-cu ildə 

Çin dünyanın ən böyük nüvə ener-

jisi  istehsalçısı  kimi  ABŞ-ı  geridə 

qoyacaq.

Yaponiya hökuməti bu yaxın-

larda ABŞ-dan almağa hazırlaş-

dığı yerüstü “Aegis Ashore” hava 

hücumundan müdafiə (HHM) 

sistemlərini Yapon dənizi istiqamə-

tində yerləşdirməyi planlaşdırır.

 “Yomiuri shimbun” qəzeti xə-

bər  verir  ki,  HHM  sistemlərinin 

Akita və Yamaquçi prefekturalarına 

yerləşdirilməsi nəzərdə tutulur. Ha-

zırda bununla bağlı son razılaşma-

lar aparılır.

Şimali Koreya tərəfindən artan 

nüvə-raket  təhlükəsi  fonunda  Ya-

poniya  hökuməti  ölkənin  raketdən 

müdafiə  sistemlərinin  gücləndiril-

məsinə xüsusi diqqət yetirir.

Yaponiya  özünümüdafiə  qüv-

vələri HHM sistemlərinin iki səviy-

yəsinə malikdir. “Aegis” sistemi ilə 

təchiz edilən gəmilər öz cəbbəxana-

larında raket əleyhinə SM-3 raket-

lərinə  malikdirlər  və  onlar  ballis-

tik  raketlərin  trayektoriyasına  orta 

hündürlükdə zərbə endirə bilər. Bu 

alınmadığı təqdirdə ikinci səviyyə-

də  “Patriot  PAC-3”  sistemləri  işə 

salınacaq  və  həmin  sistem  raketi 

son  mərhələdə  sıradan  çıxaracaq. 

Bu sistemin uçuş məsafəsi bir neçə 

on kilometrə bərabərdir.

Yaxın  zamanlarda  Yaponiya 

ABŞ-dan  yerüstü  “Aegis  Ashore” 

HHM sistemini almağı planlaşdırır. 

Ekspertlərin qənaətinə görə, hər bi-

rinin dəyəri 80 milyard yen (təqri-

bən 728 milyon dollar) olan iki belə 

qurğu Yaponiya ərazisini tam əhatə 

edə bilər.



Vüqar Ağayev

Venesiya öz tarixi binalarını 

qorumaq üçün iri səyahət gəmilə-

rinin şəhərin mərkəzinə daxil 

olmasına qadağa qoyur.

İtaliyanın  “thelocal.it”  saytı 

xəbər verir ki, ölkənin nəqliyyat və 

infrastruktur naziri Graçiano Delrio 

səyahət gəmilərinin tezliklə Venesi-

yanın mərkəzindən uzaqlaşdırılaca-

ğını bəyan edib.

İtaliya hökuməti çəkisi 55 min 

tondan çox olan iri səyahət gəmilə-

rinin  Venesiyanın  tarixi  mərkəzin-

dən şimal-qərbdə yerləşən Marqera 

sənaye limanına yan almasına qərar 

verib.

Venesiyanın  Bələdiyyə  baş-



çısı  Luici  Brunyaro  deyib:  “Biz  

YUNESKO-ya  və  bütün  dünyaya 

bildirmək istəyirik ki, bu problemin 

həlli yolunu bilirik”.

Nəqliyyat naziri Qrasiano Del-

rio  bu  ilin  iyulunda  təsdiq  edilmiş 

birinci planı elan edərək, yeni mar-

şrutun  dörd  il  ərzində  açılacağını 

söyləyib.

Asiman Əsədov

Yaponiya yeni liman obyektlə-

rinin və böyük dəniz şəbəkəsinin 

tikintisi üçün İndoneziyaya təqri-

bən 120 milyard yen məbləğində 

borc verəcək.

 NHK telekanalı bildirir ki, yeni 

liman paytaxt Cakartadan 120 kilo-

metr şərqdə, Patimban adlı ərazidə 

inşa olunacaq. Onun İndoneziyanın 

ən böyük limanlarından biri olacağı 

gözlənilir.

Patimbanın yaxınlığında yapon 

avtomobil  və  elektronika  istehsalı 

şirkətlərinin yerləşdiyi sənaye parkı 

var.

Yeni  limanın  yapon  şirkətləri-



nin  işini  yüngülləşdirəcəyi  və  yu-

banmaların qarşısını alacağı gözlə-

nilir.

venesiya iri səyahət gəmilərinin şəhərin 

mərkəzinə Daxil olmasına qaDağa qoyUr

enerjiyə tələBat 

2040-cı iləDək 30 faiz artacaq

hava hücUmUnDan müDafiə 

sistemləri yapon Dənizi 

istiqamətinDə yerləşDiriləcək

yeni Böyük limanın 

tikintisi üçün Borc verəcək



Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə