Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


22 noyabr 2017-ci il   № 81-84 (9175)

www.seanews.az

2

Bakıda “Beynəlxalq Transxəzər 

Nəqliyyat Marşrutu” Beynəlxalq As-

sosiasiyası Hüquqi Şəxslər Birliyinin 

(BTNM BA HŞB) ümumi yığıncağı 

keçirilib.

Tədbirdə 2017-ci il üzrə BTNM BA 

HŞB-nin işinə dair yekun hesabat, 2018-

ci il üçün daşınma həcminə dair planın 

təsdiqlənməsi,  2018-ci  il  üçün  BTNM 

BA  HŞB-nin  büdcəsinin  təsdiqlənməsi, 

2018-ci il üçün tədbirlər planının, ümu-

mi yığıncaq iclasları üzrə planın, 2018-

ci  il  üçün  illik  üzvlük  haqqının  miqda-

rının  və  həmçinin  BTNM BA  HŞB-nin 

ştat cədvəlinin təsdiqlənməsi məsələləri 

müzakirə olunub.

Həmçinin  2018-ci  il  üçün  BTNM 

üzrə  tariflərin  razılaşdırılması  və  təs-

diqlənməsi,  2018-ci  il  üçün  Bakı-Tbi-

lisi-Qars  dəmir  yolu  üzrə  tariflərin  ra-

zılaşdırlması  və  təsdiqlənməsi,  2017-ci 

il  üçün  BTNM  BA  HŞB-nin  maliy-

yə-təsərrüfat  fəaliyyətinə  dair  auditin 

keçirilməsi, BTNM BA HŞB ümumi yı-

ğıncağının və idarə heyətinin tapşırıqları 

çərçivəsində  həlli  tapılmayan  məsələlər 

və BTNM BA HŞB-nə yeni üzvlərin qə-

bulu  məsələləri  də  müzakirələrə  daxil 

edilib.

Müzakirələrdə ölkələrarası yük axı-



nının  artırılması,  həmçinin  Beynəlxalq 

Transxəzər  Nəqliyyat  Marşrutunun 

səmərəli istifadəsi, Avrasiyada perspek-

tiv  nəqliyyat  dəhlizlərindən  biri  kimi 

TBNM-in  vacibliyi  qeyd  olunub.  Eyni 

zamanda  bu  dəhlizin  potensialından  is-

tifadə  edilməsinin,  bu  istiqamətə  yük 

axınının cəlb edilməsinin zəruriliyi vur-

ğulanıb. Qeyd olunub ki, oktyabrın 30-

da  Bakı-Tbilisi-Qars  dəmir  yolu  istifa-

dəyə  verilib.  Bundan  sonra  Beynəlxalq 

Transxəzər Nəqliyyat Marşrutuna tranzit 

axını güclənəcək.

“Beynəlxalq  Transxəzər  Nəqliyyat 

Marşrutu”  Beynəlxalq  Assosiasiyası 

Hüquqi  Şəxslər  Birliyinin  ümumi  yı-

ğıncağının sonunda “Azərbaycan Dəmir 

Yolları”  QSC-nin  sədri  Cavid  Qurba-

nov,  “Qazaxıstan  Dəmir  Yolları”  Milli 

Şirkətinin prezidenti Kanat Alpısbayev, 

“Gürcüstan  Dəmir  Yolu”  SC-nin  sədr 

müavini  Aleksi  Nikolaşvili,  Türkiyə-

nin Dəmir Yolunun yük daşımaları üzrə 

baş  direktoru Veysi  Kurt,  “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri 

Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanı” QSC-nin baş direktoru 

Taleh Ziyadov və Batumi Dəniz Lima-

nının  baş  direktorunun  müavini  İlyas 

Mukatovun iştirakı ilə müvafiq sənədlər 

imzalanıb.

Bakı Ekspo Mərkəzində 8-ci Azər-

baycan Beynəlxalq Ətraf Mühit “Caspi-

an Ecology 2017” sərgisi keçirilib.

Azərbaycan Ekologiya və Təbii Sər-

vətlər  Nazirliyi  və  IDEA  (International 

Dialogue  for  Environmental  Action  – 

Ətraf  Mühitin  Mühafizəsi  naminə  Bey-

nəlxalq Dialoq) İctimai Birliyinin dəstək-

lədiyi sərginin təşkilatçısı “Caspian Event 

Organisers” şirkətidir.

Bir çox yerli və beynəlxalq təşkilatın 

iştirak etdiyi sərgidə “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC də xüsusi stendlə 

təmsil olunub.

Stenddə ziyarətçilərə maketlər, şəkil-

lər,  videoçarxların  köməkliyi  ilə  Gəmi-

çiliyin göstərdiyi xidmətlər və fəaliyyəti 

haqqında məlumat verilib. Bundan başqa, 

ətraf  mühitin  mühafizəsi  istiqamətində 

aparılan  bir  çox  digər  mühüm  işlərin,  o 

cümlədən üzən vasitələrdə, sahil obyekt-

lərində formalaşan bərk və maye istehsa-

lat,  məişət-təsərrüfat  tullantılarının  top-

lanması,  saxlanması,  daşınması,  təhvili, 

utilizasiyası və təkrar emalı kimi ekoloji 

proseslərin Gəmiçilikdə necə həyata ke-

çirildiyi əyani nümayiş olunub.

Sərginin  əsas  məqsədlərindən  biri 

insanların diqqətini ətraf mühit problem-

lərinə cəlb etməkdir. Təşkilatçılar bildirib 

ki, bu sərgi Xəzər və Qafqaz regionların-

da ekologiya və ətraf mühitin mühafizəsi 

sahəsində  təşkil    edilən  ən  iri  tədbirdir. 

Burada  ətraf  mühitin  mühafizəsi  və  tə-

biətdən səmərəli istifadə sahəsində inno-

vativ layihələr kompleks şəklində təqdim 

edilib.

İşgüzar  əlaqələrin  genişlənməsinə, 



təcrübə mübadiləsinə, yeni avadanlıq və 

sahəvi  meyillərlə  tanışlığa  kömək  edən, 

ətraf mühitin yaxşılaşdırılması istiqamə-

tində aparılan işə əlavə təkan verən “Cas-

pian Ecology 2017” beynəlxalq sərgisi üç 

gün davam edib.



Yeni Azərbaycan Partiyasının 

(YAP) yaranmasının 25 illik yubileyi 

münasibətilə partiyanın Səbail rayon 

təşkilatının və Səbail Rayon İcra 

Hakimiyyətinin təşəbbüsü ilə Cəbrayıl 

rayonunun Cocuq Mərcanlı kəndinə 

səfər təşkil olunub.

Böyük  Qayıdışın  başlanmasının 

rəmzi  olan  Cocuq  Mərcanlıya  səfərdə 

Milli  Məclisin  deputatı,  YAP  Səbail 

rayon təşkilatının sədri professor Şəm-

səddin Hacıyevin rəhbərliyi ilə partiya 

fəallarından, o cümlədən rayonun idarə, 

müəssisə  və  təşkilatlarının  nümayən-

dələrindən ibarət 90 nəfər iştirak edib. 

Onların  arasında  “Xəzər  dənizçiləri” 

ərazi  ilk  təşkilatının  nümayəndələri 

Natalya  Fatyanova  və  Laçın  Babayev  

də olub. 

Səfərin iştirakçıları əvvəlcə Füzuli 

rayonunda yerləşən “N” saylı hərbi his-

səsində xidmət edən əsgər və zabitlərlə 

görüşüblər.

Görüş  zamanı  aprel  döyüşlərində 

Vətən  uğrunda  qəhrəmancasına  həlak 

olmuş hərbçilərimizin, həyatını itirmiş 

mülki  şəxslərin  və  həmin  hərbi  hissə-

nin 19 şəhid hərbi qulluqçusunun əziz 

xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni  Azərbaycan  Partiyasının  ya-

ranmasının  25  illik  yubileyini  əsgər-

lərlə birlikdə qeyd etmək üçün Cocuq 

Mərcanlıya  gələn  YAP  Səbail  rayon 

təşkilatı nümayəndə heyətinə təşəkkü-

rünü bildirən birlik komandirinin müa-

vini,  polkovnik  Elşad  Əbilov  əlamət-

dar hadisə münasibətilə hər kəsi təbrik 

edib,  şəxsi  heyətin  xidməti-döyüş  ha-

zırlığı  barədə  məlumat  verib.  Bildirib 

ki, Azərbaycan bütün sahələrdə olduğu 

kimi,  hərbi  qüdrətini  də  gündən-günə 

artırır.  Silahlı  Qüvvələrimizin  döyüş 

qabiliyyətinin  yüksəldilməsi,  peşəkar-

lığının  artırılması  istiqamətində  mütə-

madi  tədbirlər  həyata  keçirilir.  Döyüş 

hazırlığına  ciddi  önəm  verilməsinin 

nəticəsidir ki, Azərbaycan Silahlı Qüv-

vələri hazırda istər quruda, istər hava-

da,  istərsə  də  dənizdə  istənilən  döyüş 

tapşırığını yerinə yetirməyə qadirdir.

YAP Səbail rayon təşkilatının sədri, 

Milli Məclisin deputatı Şəmsəddin Ha-

cıyev qeyd edib ki, Orduda xidmət hər 

bir Azərbaycan gənci üçün şərəf və qü-

rur mənbəyidir. Bu gün Ordumuzun hər 

bir əsgər və zabiti Azərbaycan Respub-

likasının Prezidenti, Silahlı Qüvvələrin 

Ali  Baş  Komandanı  İlham  Əliyevin 

diqqət və qayğısı sayəsində respublika-

mızın ərazi bütövlüyünün bərpası, tor-

paqlarımızı  işğalçılardan  azad  etməyə 

tam qadirdir və buna hazırdır.

Şəmsəddin  Hacıyev  2016-cı  ilin 

aprel  döyüşlərindən  danışaraq  diqqətə 

çatdırıb  ki,  Milli  Ordumuz  tərəfindən 

həyata  keçirilən  sürətli  əks-həmlə  za-

manı  Ermənistanın  hərbi  birləşmələri-

nin uzun illərdən bəri mühəndis-isteh-

kam  baxımından  möhkəmləndirdiyi 

birinci müdafiə xətti cəbhənin bir neçə 

istiqamətində  yarılıb.  Nəticədə  Ordu-

muz strateji əhəmiyyətə malik yüksək-

likləri  və  yaşayış  məntəqələrini  düş-

məndən tam azad edib. Aprel döyüşləri 

Azərbaycan hərb tarixinə ən şərəfli ha-

disələrdən biri kimi yazılıb və düşmən 

üzərində parlaq qələbə bu hərbi hissə-

nin  göstərdiyi  qəhrəmanlıqlar  nəticə-

sində qazanılıb.

“Bu  gün  Azərbaycan  əsgəri  və 

gəncliyi,  ümumən  bütün  xalqımız  öz 

əzəli torpaqlarını azad etmək üçün Ali 

Baş  Komandanımızın  əmrinə  tam  ha-

zırdır. Amma  biz  istəyirik  ki,  məsələ-

ni  beynəlxalq  hüquq  normalarına 

uyğun  olaraq,  sülh  yolu  ilə  həll  edək. 

Ali Baş Komandanımızın dediyi kimi, 

status-kvo qəbul olunmazdır və biz öz 

ərazilərimizdə ikinci erməni dövlətinin 

yaranmasına heç vaxt imkan verməyə-

cəyik, bir qarış torpağımızı da güzəştə 

getməyəcəyik”, - deyə Ş.Hacıyev vur-

ğulayıb.

Qeyd  olunub  ki,  aprel  döyüşləri 

Azərbaycan  ordusunun  gücünü  nəin-

ki  düşmənə,  eləcə  də  bütün  dünyaya 

göstərdi. Ölkəmiz gündən-günə güclə-

nir, iqtisadiyyatımız inkişaf edir. Azər-

baycanın təkcə hərbi büdcəsi Ermənis-

tanın  bütövlükdə  dövlət  büdcəsindən 

çoxdur.  Respublikamızda  elm  və  təh-

silə ayrılan vəsait Ermənistanın dövlət 

büdcəsinin yarısı qədərdir.

Diqqətə çatdırılıb ki, son iki ayda 

Azərbaycan  mühüm  müqavilələrə, 

transmilli  layihələrə  imza  atıb.  “Əsrin 

müqaviləsi”nin  davamı  olaraq,  “Azə-

ri-Çıraq-Günəşli” neft yatağının işlənil-

məsinin  2050-ci  ilə  qədər  uzadılması, 

Bakı-Tbilisi-Qars dəmir yolunun istifa-

dəyə verilməsi, Şimal-Cənub nəqliyyat 

dəhlizinin  açılması  ilə  bağlı  hazırlıq 

işləri  Azərbaycanın  gücünün,  iqtisadi 

və hərbi qüdrətinin əsas göstəriciləridir. 

Bütün  bu  layihələrdən  təcrid  olunan 

Ermənistan  özünü  daha  da  acınacaqlı 

vəziyyətə salıb.

Azərbaycan  Ordusuna  yüksək 

diqqət və qayğı göstərildiyini vurğula-

yan Ş.Hacıyev deyib ki, bu, iqtisadiy-

yatımızın inkişafı ilə bilavasitə bağlıdır. 

İqtisadiyyat güclü olanda, ordu da güc-

lü olur.

“Bu  gün  bütün  Azərbaycan  xalqı 

sizinlədir.  Biz  bu  gün  sizin  aranızda 

olmaqdan  böyük  qürur  hissi  duyur  və 

sizə  möhtəşəm  qələbələr  arzulayırıq. 

İnanırıq ki, üçrəngli bayrağımızın Ağ-

dərədə, Xankəndidə, Şuşada dalğalana-

cağı gün uzaqda deyil. Əldə etdiyimiz 

bu  uğurlar,  Prezident  İlham  Əliyevin 

düşünülmüş, qətiyyətli siyasəti nəticə-

sində Qələbə Günü getdikcə yaxınlaşır. 

Əgər məsələ sülh yolu ilə həll olunma-

sa,  biz  torpaqlarımızı  döyüşərək  geri 

qaytaracağıq”,  -  deyə  Ş.Hacıyev  qeyd 

edib.

Sonra YAP  Səbail  rayon  təşkilatı-



nın və rayon icra hakimiyyətinin adın-

dan  hərbi  hissəyə  xatirə  hədiyyələri 

təqdim olunub.

Bakı Bələdiyyə Teatrının və Füzuli 

Dram Teatrının hazırladığı səhnəciklər 

əsgər və zabitlərimizdə xoş ovqat yara-

dıb. Teatrın  üzvləri  əsgərlərlə  birlikdə 

rəqs ediblər.

Azərbaycan  əsgərinin  görüşünə 

gələn  Cocuq  Mərcanlı  məktəbliləri-

nin səsləndirdikləri şeirlər tədbirə rən-

garənglik qatıb.

Xidmətdə  fərqlənən  əsgər,  çavuş 

və zabitlərin bir qrupuna fəxri fərman-

lar verilib.

Prezident  Administrasiyasının  ic-

timai-siyasi məsələlər şöbəsinin məsul 

əməkdaşı  Rasim  Mirzəyev  hərbi  qul-

luqçuların mükafatlandırılması mərasi-

mində çıxış edərək Ordumuzun şücaət-

lərindən danışıb.

Sonra nümayəndə heyətinin üzvlə-

ri Horadiz-Cəbrayıl avtomobil yolunun 

kənarındakı “Aprel şəhidlərinə xatirə” 

abidəsini  ziyarət  edib,  şəhidlərimizin 

ruhuna ehtiramlarını bildiriblər.

Cocuq  Mərcanlıda  şəhid  Novruz 

Aslanov adına tam orta məktəbə gələn 

qonaqlar  sinif  otaqlarında,  fənn  kabi-

netlərində  yaradılan  şəraitlə  maraqla-

nıb, müəllim və şagirdlərlə həmsöhbət 

olublar.


Məktəbə  müxtəlif  hədiyyələr  və 

kompüter dəsti təqdim edilib.

Cocuq  Mərcanlıda  tikilən  Şuşa 

məscidinin bənzəri olan məscidlə tanış-

lıq da qonaqlarda unudulmaz təəssürat 

yaradıb.


Daha sonra nümayəndə heyəti Co-

cuq  Mərcanlıda  düşmənlə  təmas  xət-

tindəki  postlarda  növbə  çəkən  əsgər-

lərlə görüşüb, onların xidmət şəraiti ilə 

yaxından tanış olublar. Əsgərlərimizin 

döyüş  ruhunun  yüksək  olması  qonaq-

larda qürur hissi yaradıb.

BakıDa Beynəlxalq transxəzər nəqliyyat marşrUtUnUn 

inkişaf perspektivləri müzakirə olUnUB

Özbəkistanın paytaxtı 

Daşkənddə “14-cü Beynəlxalq 

Nəqliyyat və Logistika” sərgisi 

keçirilib.

15-17  noyabrda  baş  tutan 

sərgidə  ölkəmizi  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-

nin  tərkibinə daxil olan “ACSC 

Logistics” MMC təmsil edib.

Ziyarətçilər  “ACSC  Logis-

tics”  MMC-nin  göstərdiyi  xid-

mətlər barədə məlumatlandırılıb. 

Həmçinin,  iştirakçılara  xüsusi 

bukletlər  paylanıb.  Sərgi  zama-

nı “ACSC Logistics” MMC-nin 

stendi xüsusi marağa səbəb olub.

“TransUzbekistan”  təcrübə 

mübadiləsi,  rəqibləri  müəyyən-

ləşdirmək, yeni işgüzar əlaqələr 

qurmaq və bazarın son vəziyyə-

tini  öyrənmək  baxımından  uni-

kal  platformadır.  Sərgiyə  dün-

yanın  27  ölkəsindən  təxminən 

3568 qonağın qatılması tədbirin 

əhəmiyyətindən xəbər verir.

Xatırladaq  ki,  “ACSC 

Logistics” MMC həm ölkə daxi-

lində, həm də xaricdə nəqliyyat 

və  logistika  xidmətləri  göstərir. 

Şirkətin əsas məqsədi Avropa ilə 

Asiya arasındakı ən qısa marşrut 

kimi qədim İpək Yolu, xüsusilə 

Transxəzər Nəqliyyat Dəhlizinin 

tam  istifadəsini  təşviq  etmək, 

bu istiqamətdə əlavə yükdaşıma 

imkanlarını araşdırmaq və həya-

ta keçirməkdən ibarətdir.

Şirkət  fəaliyyətini  “Azər-

baycan  Xəzər  Dəniz  Gəmiçili-

yi”  QSC-nin  qoyduğu  ənənələr 

əsasında həyata keçirir. Belə ki, 

“ACSC Logistics” MMC şəffaf 

və aydın tarif siyasəti, innovativ 

iş  üsullarından  istifadə,  əlavə 

xərcləri  aradan  qaldırmaq  üçün 

qabaqlayıcı tədbirlərin görülmə-

si, yaranmış problemlərin həllin-

də  sürətlilik,  müqavilələrə  uy-

ğun  vəzifələrin  peşəkarlıqla  və 

vaxtında yerinə yetirilməsi kimi 

vacib prinsiplərlə işləyir. 

“ACSC  Logistics”  MMC-

nin  xidmət  dairəsi  genişdir. 

Şirkət  müştərilərinə  yüklə-

rin  daşınması  üçün  ən  optimal 

marşrut  seçimi,  təhlükəli  və  iri 

həcmli yüklər və onların daşın-

ma şərtləri barədə tövsiyələr ve-

rir, yüklərin Xəzər dənizi, Qara 

dəniz,  Azərbaycan,  Gürcüstan, 

Qazaxıstan,  Türkmənistan,  Öz-

bəkistan, MDB və Baltik ölkələ-

rinin  həm  dəmir,  həm  də  dəniz 

yolları  ilə  daşınmasını  həyata 

keçirir.  Bundan  başqa,  daşıma 

zamanı  tələb  olunan  sənədləş-

mə və müşayiət xidmətlərinin, o 

cümlədən gömrük rəsmiləşdiril-

məsi, sığorta, gəmi agenti, nəq-

liyyat, ekspedisiya və digər xid-

mətlərin göstərilməsini də təşkil 

və təmin edir.

DaşkənDDə  keçirilən “14-cü Beynəlxalq 

nəqliyyat və logistika” sərgisinDə 

ölkəmizi “acsc logistics” mmc təmsil eDiB

yeni azərBaycan partiyasının üzvü olan Dənizçilərin  Də 

iştirakı ilə cocUq mərcanlıya səfər təşkil olUnUB 

gəmiçilik “caspian ecology 2017” sərgisinDə iştirak eDiB



Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə