Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

52

“quyu haşiyə” elementini xalq tərəfindən “Kankan” (yəni kimsə 

quyu  qazır  mənasındadır).adlanması  da  bu  cür  nümunələrdən 

hesab  oluna  bilər.  Burada  təsvirdəki  elementin  quruluşuna 

baxdıqda görürük ki, “quyu”nun qazılması üçün istifadə olunan 

“çarx”  “təkər”  təsviri,  “kvadrat”  və  onun  mərkəzində  “quyu” 

elementi verilmişdir.

Tağların  tağüstü  hissələrinin    bəzənməsi  ilə  yanaşı  onların 

daha da baxımlı həddə gətirilməsi üçün yenə həmin tağların ətək 

hissəsindən tağüstü hissənin son hissəsinə qədər haşiyə (yelən) 

qurşağının olması Şirvan Şahlar sarayı tağlarının bədiiləşməsinə 

səbəb olmuşdur.

Ümumiyyətlə, pir, dini baxımdan  simvolik məna kəsb edir. 

Yəni ilahi məzmunun bir növ rəmzidir. Bektaşi inancında məscid 

də  pir  kimi  qəbul  edilir  və  “Allahın  evi”  şəklində  ifadə  olunur.

Şirvan  Şahlar  sarayının  da  memarlıq  məzmununda  qeyd  edilən 

mülahizə  və  fikirləri  açıq  aydın  görmək  o  qədər  də  çətin  deyil. 

Çünki, əcdadlarımız müqəddəsliyin necə qorunması üsullarını çox 

qədimdən dərk etmiş, öyrənmiş  və möcüzəli tikililərlə dünyaya 

tanıtmışlar. Və həmin tikililər o qədər gözəl və əfsunedici olmuşdur 

ki,  hətta  onun  tanrıdan  başqa  inanc  mənbələrini  belə  kölgədə 

qoymuşdur.

Doğurdan  da  bu  gün  böyümüş  şəhərimizin  səs  küyündən 

uzaqlaşaraq, Şirvan Şahlar sarayına daxil olan sanki, bir daxili 

sakitlik,  şüurlu  qapanma  və  ruh  dincliyini  hiss  edirik  .  Bunun 

səbəbi  isə  bu  yerin  təkcə  muzey  kimi  olması  ilə  bağlı  deyil. 

Çünki, tarixinmizi və inancımızı qoruyanların müqəddəs əməl və 

ruhlarını bu yerlərdə hiss etməmək mümkün deyil. Bu mühitdə 

mədəniyyətimizin  və  inanc  yaddaşımızın  nə  qədər  möhtəşəm 

olduğunu  dərk  edirik.  Məncə  Şirvan  Şahlar  sarayı  təkcə  saray 

anlamında  və  ya  tarixi  tikili  olaraq  araşdırılmamalıdır.  Onun 

əsrlərlə kodlaşmış inanc və semantik məcmuəsini daha dərindən 

təhlil  etmək  xalqımızın  tarixi  yaddaşının  bəsitləşməsinə  təkan 

verə bilər. Bu baxımdan yazdığım məqalə bir xalçaçı – rəssam 

kimi  məfkurəmdən  gələn  və  apardığım  elmi  müşahidələrimin 

nəticəsi kimi görülən araşdırmaların bir zərrəsi hesab etmək olar.




53

Samir  Məmmədov  

tarix üzrə fəlsəfə doktoru 

AZƏRBAYCAN ŞİRVANŞAHLAR DÖVLƏTİNDƏ HƏRB 

SƏNƏTİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

(IX-XI ƏSRLƏR)

861-ci  ildə  Şirvanın  ərəb  canişini  Heysəm  ibn  Valid 

Ərəb  Xilafətindəki  siyasi  böhrandan  istifadə  edərək  müstəqil 

Şivanşahlar dövlətini yaratdı. Yeddi əsrə yaxın yaşamış bu dövlət 

(861-1538-ci  illər)  tədricən  bütün  Cənubi  Qafqazın  ən  böyük 

və  nüfuzlu,  müəyyən  tarixi  məqamlarda  tam  müstəqil  feodal 

dövlətinə  çevrildi.  Bunun  səbəblərindən  biri  Şirvanşahların 

müsəlman hərb sənətinin qayda-qanunları əsasında təşkil etdiyi 

güclü hərbi potensiala arxalanaraq əsaslı dövlət siyasətini həyata 

keçirməsi  olmuşdur.  Belə  hərbi  potensialın  formalaşmasında 

ərəb  Rəbiə  tayfasının  rolu  inkar  edilməzdir.  Azərbaycan  və 

Arranın istilasından sonra burada yerləşdirilmiş bu və digər ərəb 

tayfaları  döyüşkənliyi,  mərdliyi  və  mübarizliyi  ilə  seçilirdilər. 

Ərəb yarımadasının səhralarında dünyaya göz açmış və çətin çöl 

şəraitində böyümüş bu insanlar hərb həyatının hər bir çətinliyinə 

dözməyi bacarırdılar. Şirvanşahlar dövlətinin ilk çağlarında onun 

ordusu, sərhəd qoşunları, hərbi donanması ilk növbədə ərəblərdən 

təşkil olunmuşdur.

Şirvanşahlar  dövlətinin  IX-XI  əsr  tarixinə  dair  son  dərəcə 

qiymətli  mənbə  olan  “Şirvan  və  Dərbənd  tarixi”ndə  göstərilir 

ki,  xəlifə  Harun  ər-Rəşid  (786-809)  Şirvanın,  Ərməniyyənin, 

Azərbaycanın  və  Dərbəndin  ərəb  hakimi  Yəzid  ibn  Məzyədi 

xaricilərə  (xəvariclərə)  qarşı  qoşunun  üzərində  komandan  təyin 

edərkən ona Peyğəmbərdən (s.a.v.) Hz. Əliyə (ə.) hədiyyə edilmiş 

zülfiqar qılıncını verərək döyüşə göndərmiş və Yəzid ibn Məzyəd 

qələbə çalmışdır . Yəqin ki, bu çox simvolik və mənadaşıyıcı faktdır.

Məlum olduğu kimi, hərb sənəti müharibə aparma məharətidir, 

düşmən  üzərində  qələbə  çalmaq  bacarığıdır.  Hərb  sənətinin 




54

müxtəlif sahələri olan hərbi strategiya, hərbi taktika, əməliyyat 

sənəti  o  dövrdə  hərb  sənətinin  ayrıca  sahələri  kimi  ayrılmamış 

və  heç  belə  də  adlanmamışdır.  Lakin  bu  sahələri  tənzimləyən 

müəyyən müddəalar müasirlərə həm nəzəri, həm təcrübə baxım-

dan  yaxşı  məlum  idi. 

Şirvanşahlar  dövləti  müsəlman  dövləti 

kimi  təşkil  olunduğundan,  burada  rəsmi  dövlət  dini  İslam  ol-

muş,  dövlət  və  ordu  quruculuğu  bu  dinin  ehkamları  əsasında 

qurulmuşdur.  Həmçinin  müharibə  aparma  qaydaları  da,  yəni 

hərb sənəti bütövlükdə dini-hüquqi müddəalarla 

tənzimlənmişdir. 

Bu xüsusiyyət isə müsəlman hərb sənətini başqalarından köklü 

şəkildə fərqləndirir. 

Müsəlman hərb sənətinin nəzəriyyəsi, yəni bu sənətin hərbi-

strateji,  hərbi-taktiki,  hərbi-hüquqi  və  s.  aspektlərinin  əsasları 

Qurani-Kərim və Muhəmməd Peyğəmbərin (s.a.v.) Sünnəsində, 

bir çox başqa hədislərdə əks olunmuş və orta əsr müsəlman hərb 

nəzəriyyəçiləri tərəfindən, ilk növbədə dahi alim, böyük sərkərdə 

və  strateq,  misli-bərabəri  olmayan  döyüşçü  Hz.  Əli  ibn  Əbu 

Talibin (ə.) (656-661) hərbi məsələlərə həsr olunmuş əsərlərində, 

onun hərbi fəaliyyətində bu mühüm müddəalara istinad etməklə 

işlənilmişdir.  Biz  bu  məlumatları  sonrakı  dövrlərdə  yazıya 

alınmış  hədislərdən  və  digər  dini-tarixi  mənbələrdən  əldə  edi-

rik.  Ona  görə  də,  Azərbaycanda  orta  əsrlərdə  müsəlman  hərb 

sənətinin problemləri araşdırılarkən, ilk olaraq bununla əlaqədar 

olan  Peyğəmbərimiz  Hz.  Muhəmmədin  (s.a.v.)  və  Hz.  Əli 

(ə.)  buyurduqları,  göstəriş  və  tövsiyyələri  tədqiq  olunmalıdır. 



Şirvanşahlar dövlətində türk etnosu çoxluq təşkil etdiyindən, 

burada  uzun  müddət  həm  də  türk  adət  hüququ  -  törə  də 

tətbiq edilmişdir. İslam hüququnda və türk törəsindəki hərbi 

müddəalar orta əsrlərdə Azərbaycanda və türklərin yaşadıqları 

başqa  ərazilərdə  müsəlman  hərb  sənətini  vəhdət  şəklində 

formalaşdırdı, beləliklə, müsəlman hərb sənəti türk savaş sənəti 

ilə sintezdə, vahid şəkildə bir araya gəlmiş və burada Hz. Əlinin 

(ə.) hərb məktəbi faktoru böyük rol oynamışdır

Qeyd edilməlidir ki, Şirvanşahlar öz hərbi fəaliyyətində hə-

min dövrlərdə Ərəb Xilafətində qəbul olunmuş hərbi nəzəriyyənin 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə