Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   15   16   17   18   19   20   21   22   23

64

Şirvanşahların  İçəri  Şəhərdəki  saray  kompleksi  əsil  saray 

kompleksidir.  Buranın  inşası  XII  əsrdən  başlamış  və  təxminən 

150-200 ilə tamamlanmışdır. Sadə quruluş-hələ kasıblıq əlaməti 

deyildir.  Sadəlikdə  olan  möhtəşəmlik  abidələrdəki  stalaktit 

bəzəklərdə,  düzgün  relyef  quruluşunda,  dəqiq  ölçülərdə  və 

dayanıqlılıqda  özünü  göstərməkdədir.  Azəırbaycanda  sözsüz 

ki,  bütün  zamanlarda  paytaxtların  hansı  şəhərd  olmasından 

asılı  olaraq  və  iqamətgahların  yerləşməsinə  görə  sarayların 

sayı  müəyyən  qədər  olmuşdu.  Amma  təəssüf  ki,  bu  günkü 

coğrafiyada  bizə  çatan  yeganə  saray  kompleksi  buradır.  Bizim 

buranı saray kimi deyil, dini xarakterli xanəgah, yaxud məzarlıq 

kimi tanıtmağımız bizlərə çox ziyan verə bilər. Bizim dövlətçilik 

tarixində  Şirvanşahlar  dövlətinin  çox  böyük  əhəmiyyəti  vardır. 

Bu gün bizlərin bu dövlətin əhəmiyyətini kiçildərək sadəcə dini 

mərkəz kimi tanımağımızın heç bir elmi əsası yoxdur.




65

Rəna Rzayeva

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət 

Tarix-Memarlıq qoruq-muzeyinin 

direktoru 

ŞİRVANŞAHLARIN BAYRAQLARINA DAİR

ARAŞDIRMALAR

Qədim  tarixə  malik  Azərbaycan  zəngin  dövlətçilik  ənə-

nə lərinə malikdir. Hələ qədim dövrlərdən – e.ə. III minilliyin I 

yarısından  yaranmış  dövlətçilik  ənənələrimizin  5  min  il  yaşı 

vardır.  Orta  əsrlərdə  inkişaf  etmiş  dövlətçiliyimizin  ənənələri 

çərçivəsində Azərbaycan ərazisində bir çox dövlətlər yaranmışdır: 

Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Atabəylər, 

Qaraqoyunlu    və Ağqoyunlular,  Səfəvilər.  Təəssüflər  olsun  ki, 

sadalanan bu dövlətlərin əksəriyyətinin bayraqları necə olmuşdur, 

bu  bizə  məlum  deyildir.  Hər  şahın  bir  və  ya  bir  neçə  bayrağı 

olardı.  Bayraq  və  ya  sancaq  bir  dövlətin,  bir  millətin  rəmzi 

olaraq istifadə edilər, xüsusi rəng, ölçü və formalara malik olardı. 

Türklər sülh və savaş zamanı, mərasimlərdə müxtəlif rənglərdə 

bayraqlar işlədərdilər. Fəqət bu rənglərin də ayrı-ayrı anlamları 

vardı.  Əvvəllər  hökmdarların  şəxsi  simvolları  olan  bayraqlar, 

zaman keçdikcə dövləti ifadə etməyə başlamışdı. Tarixdəki Türk 

dövlətlərində dövləti və hökmdarı təmsil edən bayraqlar olduğu 

kimi,  ordu  birliklərini  və  sərkərdələri  təmsil  edən  sancaqlar  da 

istifadə edilmişdir.

Bu gün hələ ki, orta əsr ədəbi irsimizi, mənbələri araşdırıb 

tədqiq etməklə, Şirvanşahların XII və XV əsr bayraqlarının necə 

olduqlarını  aşkar  etmişik.  Orta  əsrlərdə  Şirvan  bir  mədəniyyət 

mərkəzi kimi məşhurlaşmışdı. Şirvanşahlar elmli, savadlı dövlət 

xadimləri  olduqlarından  elmə,  sənətə  və  poeziyaya  himayə 

edir,  dövrlərinin  görkəmli  alim  və  sənətkarlarını,  istedadlı  şair 

və  nəqqaşlarını  öz  sarayları  ətrafina  cəlb  edirdilər.  XII  əsrdə 

hökmranlıq etmiş belə şahlardan biri də Şirvanşah III Mənuçöhr 



66

idi. Onun dövründə sarayda toplaşmış şairlərə istedadlı sənətkar 

Əbül-Üla  Gəncəvi  başçılıq  edirdi.  Əbül-Üla  Şirvanşahlar 

Sarayında  Məliküşşüara  –  şairlər  şahı  ləqəbi  ilə  məşhur  idi. 

Onu  şairlər  ustadı  adlandırırdılar.  16  il  sarayda  yaşamış  Əbül-

Üla Gəncəvi Xaqani və Fələki kimi şairlər yetişdirmişdi.( Ziya 

Bünyadov, Azərbaycan Atabəyləri dövləti, elektron variant, Bakı, 

2007, səh.207 )

Məlum  olduğu  kimi,  Şirvanşahların  XII  əsr  dövrünü  işıq-

landıran  əsas  ədəbi  mənbələr  saray  şairlərindən  Xaqani  və 

Fələkinin  əsərləridir.  Əfzələddin  Xaqani  1120-ci  ildə  Şirvanın 

Məlhəm  kəndində  sənətkar  ailəsində  anadan  olmuşdur.  İlk 

təhsilini  dövrünün  məşhur  alimlərindən  olmuş  əmisi  Ömərdən 

almışdır.  Ömər  ona,  yalnız  dövrünün  elmlərini  öyrətməklə 

kifayətlənməmişdi,  eyni  zamanda  Əfzələddinin  şeirə  olan 

marağını görüb, onu şeir sənətinə həvəsləndirmişdi. Mükəmməl 

təhsil alıb bir şair kimi tanınmağa başlamış Əfzələddin Xaqani ərəb 

dilindən tərcümədə həqiqətlər mənasını verən Həqaiqi təxəllüsü 

ilə bir zamanlar qəzəl və rübailər yazmışdır. Sonralar Əbül-Üla 

tələbəsinin qabiliyyətini görüb, onu Şirvanşah Mənuçöhrə təqdim 

etmiş və Əfzələddinə Xaqani adını vermişdi.

Bayrağın üzərində şir təsvirinin olması heç də təsadüfi deyildir. 

Ehtimal ki, şir təsviri Şirvanşahlar dövlətinin gerbində bir element 

olmuşdur.  Bu  təsvirə  Şirvanşahlar  Sarayının  qapıları  üzərində 

(Engelbert Kempfer, 1683-cü il), Bakının qala divarlarında (XII 

əsr), Şirvanın digər ərazilərində, o cümlədən Dərbənd abidələrində 

rast gəlinmişdir. İbn əl-Fəqih əl-Həmədaninin təqribən eramızın 

903-cü  ilində  yazılmış  «Kitab  əl-buldən»  (“Ölkələr  kitabı”) 

əsərində maraqlı məlumat verilir. Burada göstərilir ki, Dərbəndin 

Cihad  qapılarının  yerləşdiyi  divardakı  sütunlarda  ağ  daşdan 

düzəldilmiş şir heykəlləri durur, bundan başqa, onlardan aşağıda 

qoyulmuş  daşlar  üzərində  də  şir  təsvirləri  vardır.  Müəllif  daha 

sonra  “Məsruf  hovuzu”  adı  ilə  tanınan  ovdanın  aşağıya  enən 

pilləkənlərinin  hər  iki  tərəfində  şir  heykəllərinin  qoyulduğunu, 

eləcə də hökmdar evinin üzərində də daşdan qayrılmış və divardan 

bir  qədər  aralı  iki  şir  heykəlinin  boylandığını,  yerli  sakinlərin 

şirləri divarların talismanları hesab etdiklərini qeyd etmişdir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə