Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   15   16   17   18   19   20   21   22   23

67

                                  



Sevil Məmmədova

                                           “Şirvanşahlar Sarayı Kompleksi”

Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin

direktor müavini 

ŞİRVANŞAHLARIN SARAYLARI – ORTA ƏSRLƏRİN 

TARİXİ REALLIQLARI VƏ ONLARI TƏSDIQLƏYƏN 

MƏNBƏLƏR

Azərbaycanın şimali-şərq bölgəsində artıq VI əsrin I yarısında 

mövcud  olmuş  Şirvanşahlar  dövləti,  onun  Bakı  Sarayına  dair 

kifayət  qədər  monoqrafiya,  elmi-populyar  məqalələr  yazılmış, 

araşdırmalar aparılmışdır. Lakin etiraf edək ki, onun öyrənilməyə 

yenə  də  ehtiyacı  vardır.  Dövlətin  yerləşmiş  olduğu  Şirvan  adlı 

tarixi-coğrafi ərazi eramızın əvvəllərində artıq sıx məskunlaşmışdı. 

S.Aşurbəyli mənbələrə əsaslanaraq yazır ki, Şərvan və ya Şirvan 

adlı  şəhər  Şabaran  yaxınlığında  yerləşmişdir  və  bizim  eranın 

əvvəllərində eyniadlı vilayətin mərkəzi olmuşdur. Ehtimal ki, bu 

şəhərin qalıqları Şamaxıdan 4-5 km aralıqda yerləşir və Bineyi-

Şirvan  adını  daşıyır.  Şirvan  yerli  və  beynəlxalq  ticarətin  əsas 

mərkəzlərindən  idi.  Onun  ərazisindən  mühüm  karvan  və  dəniz 

yolları  keçirdi.  Öz  feodal  dövlətlərində  suveren  hökmdarlar 

olan şirvanşahlar sikkələr zərb etdirir, dəniz donanması, böyük 

qoşun  növləri  saxlayır,  alınmaz  qalalar,  müdafiə  istehkamları 

ucaldır,  beynəlxalq  ticarətdə  mühüm  rol  oynayırdılar.  Dövlətin 

ilk paytaxtı olmuş Şamaxı şəhəri gürcü salnaməsinin məlumatına 

görə, təqribən 1192-ci ildə dəhşətli zəlzələdən dağıldıqdan sonra, 

ehtimallardan  birinə  görə,  Şirvanşah  I Axsitan  Bakını  dövlətin 

ikinci paytaxtı etmişdi. 10 əsr ərzində öz müstəqillikləri uğrunda 

qəhrəmancasına mübarizə aparmış Şirvanşahlar dövlətinin bir sıra 

nümayəndələri görkəmli diplomat və dövlət xadimləri olmuşlar. 

Axsitan, Fəriburz, Şeyx İbrahim, Xəlilullah və digərləri görkəmli 

diplomat,  dövlət  başçıları  olmaqla  bərabər,  həm  də  bacarıqlı 



68

sərkərdələrdi.  Təkcə  şahlar  deyil,  onların  xidmətində  durmuş 

əyanlar da öz dövrlərinin son dərəcə savadlı, elmli və bacarıqlı 

şəxsiyyətləri  olmuşlar.  Təxminən  1190-1192-ci  ildə  Şamaxıda 

doğulmuş,  6  dil,  orta  əsr  poetikasını,  məntiqi,  astronomiyanı, 

fəlsəfəni bilmiş, şərq ölkələrini səyahət etmiş şairin 2 divanı bu gün 

dünya kitabxanalarını bəzəyir. Divanlarından biri Saltıkov-Şedrin 

adına kitabxanada, o biri Britaniya muzeyinin kitabxanasındadır. 

Görkəmli alimimiz Z.Bünyadovun qeyd etdiyi kimi, mənbə lərin 

təhlili Şirvanın daxili həyatını təcəssüm etdirmək, Şirvanşahların 

fəaliyyəti haqqında nəticələr çıxarmaq imkanı verir. Məsələn, iki 

şahın: I İbrahimin və I Xəlilullahın dövründə saray şairi olmuş Bədr 

Şirvaninin “Divan”ındakı qəsidələrdən belə nəticə çıxarmaq olar 

ki, Şirvanşahların ölkənin müxtəlif yerlərində təmtəraqlı sarayları 

olmuşdur. Onlar bu və ya digər vaxtda ölkəni gəzir, lazım gəldikdə 

də bu iqamətgahlardan birində dayanırmışlar. 

Qeyd  etmək  lazımdır  ki,  Bakı  Şirvanşahlar  dövlətinin  əsas 

şəhərlərindən, paytaxtlarından biri olmuşdur. Görkəmli alimimiz 

Z.Bünyadov orta əsr mənbələrinə əsaslanaraq, Bakının II paytaxt 

olamasını  XII  əsrə  aid  edir.  O  öz  monoqrafiyasında  yazır: 

“Hicri  582-ci  (miladi  1186-cı)  ildə  Şirvanşah  I Axsitan  atabəy 

Cahan  Pəhləvanın  ölümündən  sonra  Qızıl Arslanın  sultanlıqda 

vəziyyətinin qeyri-müəyyənliyindən istifadə edərək qoşunları ilə 

Azərbaycan ərazisinə soxuldu. Lakin Şirvanşah ağır məğlubiyyətə 

uğradı. Onun qoşunları isə Qızıl Arslanın təqibi altında Bakıya 

çəkildi. Bu vaxtdan etibarən Bakı Şirvanşahların ikinci paytaxtı 

oldu. Qızıl Arslan Şamaxını və Dərbəndə qədər olan torpaqları 

tutdu.  Bu  torpaqlar  bir  neçə  il  onun  əlində  qaldı.”  XII  əsrdə 

Bakının II paytaxta çevrilməsinin labüdlüyünü digər bir fakt da 

təsdiqləyir.  Bu,  seysmik  ərazidə  yerləşən  Şamaxının  dağılması 

faktıdır. Ehtimal edilir ki, Şirvanşah I Axsitan zəlzələdən sonra 

Bakı şəhərini öz iqamətgahına çevirmişdi və bu, heç də təsadüfi 

olmamışdır. Çünki paytaxt şəhəri dəyişən Şirvanşah I Axsitanın 

atası III Mənuçöhr tərəfindən Bakının qala divarları artıq XII əsrin 

əvvəllərində bərpa edilib möhkəmləndirilmişdi. Bu faktı XX əsrin 

50-ci illərində qala divarlarının yarımbürclərindən birinin uçması 

nəticəsində aşkar olunmuş kitabə də təsdiqləyir.Belə olan halda, I 

Axsitanın paytaxt kimi Bakı qalasını seçməsi təbii idi.




69

Həm  də  Bakı  mühüm  strateji  mövqeyə  və  əlverişli  limana 

malik  idi.  Digər  tarixçi  alimimiz  O.Əfəndiyev  də  öz  əsərində 

yazır:  “XV  əsrdə  Bakı  Azərbaycanın  iri  ticarət-sənətkarlıq 

mərkəzi  və  Xəzər  dənizindəki  ən  mühüm    limanı    idi.  Şamaxı 

ilə  yanaşı  Bakı  da  Şirvan  hökmdarlarının  iqamətgahı  sayılırdı. 

Böyük  sərvətləri  ilə  məşhur  olan  Şirvanşahlar  sarayı  burada 

yerləşirdi, qızılbaş rəhbərlərinin planlarında bu sərvətlərə sahib 

olmağa səy göstərilməsi əhəmiyyətli yer tuturdu.” 

 

Görkəmli  memar  alimlərimiz  Əbdülvahab  Salamzadə  və 



Elturan Avalov Şirvanşahlar Sarayının yerləşdiyi məkan ilə bağlı 

yazırlar: “İçəri şəhər”də ən gözəl və əlverişli nöqtəni seçməklə, 

memarlar  saray  üçün  dənizə  açılan  mənzərəli  panoramanı 

təmin  etmiş,  sarayı  o  dövr  Bakısının  şəhərsalma  dominantına 

çevirmişdilər.1683-cü  ildə  sarayda  olmuş,  Bakının  ilk  qrafik 

təsvirini  latın  dilində  yazmış  olduğu  2  cildli  kitabında  vermiş 

alman alimi Engelbert Kempferin təsviri də bu faktı təsdiqləyir: 

“Şəhərin  buxta  üzərində  yüksələn  ən  hündür  hissəsi  şah 

möhtəşəmliyi və qeyri-adi əzəməti ilə gözəl yonulmuş, bir-birinə 

elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, onların tikiş 

yerləri belə sezilmi

 Lakin təəssüf ki, nə həmin bürclər, nə də ala qapılar günümüzə 

qədər  gəlib  çatmamışdır.  Yalnız  alman  təbiətşünas  alimi  E. 

Kempfer  kitabında  qapıların  təsvirini  vermiş,  hər  2  qapının 

üzərində qarşı-qarşıya durmuş iki şir və onların arasında başqa 

bir heyvanın, sanki dəvə başının yerləşdirildiyini, II qapının girişi 

üzərində  də  belə  fiqurun  olduğunu  qeyd  etmişdir.  Qeyd  etmək 

lazımdır  ki,  iki  şir  və  onların  arasında  bir  öküz  başının  təsviri 

Şirvanşahlar dövlətinin gerbidir.

Həmin  gerb  təsvirinə  Bakının  qala  divarlarında,  Şirvanın 

digər ərazilərində, o cümlədən Dərbənd abidələrində rast gəlinir. 

Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz 

başı isə ölkədəki bolluğun rəmzi idi. İbn əl-Fəqih əl-Həmədaninin 

təqribən  eramızın  903-cü  ilində  yazılmış  “Kitab  əl-buldən” 

(“Ölkələr  kitabı”)  əsərində  yerli  sakinlərin  şirləri  divarların 

talismanları hesab etdikləri qeyd edilmişdir.

                                                     

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə