Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   15   16   17   18   19   20   21   22   23

58

canlanma baş verdi. Artıq XI əsrin sonunda isə Şirvanda siyasi 

yüksəlişin  başlanğıcı  nəzərə  çarpırdı.  Bu  yüksəliş  XII  əsrədək 

davam etdi. XII yüzildə Şirvanşahlar dövləti özünün çiçəklənmə 

dövrünə qədəm qoydu. Şirvanşahlar dövləti XII əsrin sonunadək 

Azərbaycan  ərazisində  mövcud  olmuş  ən  güclü  siyasi  qurum 

olmuşdur  (bir  sıra  hallarda  qonşu  dövlətlərdən  formal  asılıqda 

olmasına  baxmayaraq).  Bu  dövlət  ölkənin  müəyyən  qisminin 

mədəni, ictimai-iqtisadi, siyasi təkamülü prosesinin fasiləsizliyini 

təmin etmişdir. 

XI-XII əsrlərdə Azərbaycanda ictimai-siyasi, dini, 

dini-fəlsəfi  və  elmi-fəlsəfi  baxışlar  keçmiş  ideyalar  zəminində 

yaranıb formalaşmışdır. İslam dini burada hakim ideologiya olsa 

da,  digər  dini  əqidələr  tamamilə  aradan  qalxmamışdı.  Arranın 

bəzi yerlərində xristianlıq rəsmi şəkildə fəaliyyət göstərirdi.

Bu kiçik məqalə ilə Şirvanşahlarda dini həyatı təqdim etmək 

mümkün  deyildir.    Təbii  ki,  min  illik  tarixi  olan  Şirvanşahları 

dini həyatını bir məqalə ilə təqdim etmək mümkünsüzdür. Lakin 

müəyyən aydınlıq gətirməyə çalışdıq. Sonda ona da vurğulayaq ki, 

Şirvanşahlarda daima dini tolerantlıq olmuş və qədim inanclara, 

adət-ənələrə sayğı ilə yanaşılmışdır. Bu gün ərazilərdə insanların 

dinlərə  və  dini  inanclara  layiqli  münasibəti  yazdıqlarımızı 

təsdiqləyir.

                                                                                           




59

Fəxrəddin  Miralay

              memar

ŞİRVANŞAHLAR  SARAYI  KOMPLEKSİNİN  

MEMARLIĞINDA  HUMANİZM  ELEMENTLƏRİ

Bəlli  olduğu  kimi,  bütün  xalqların  memarlığında  kompleks-

lərin  və  memarlıq  ansambllarının  yaranmasında  müəyyən  hən-

dəsi  qaydalar  mövcud  olub.  Bu  qaydalar  başlıca  olaraq  domi-

nant  elementdən  (yəni,  ansambl  yaradan  faktordan)  və  ona  

tabe  olan  simmetriya  oxundan,  həmçinin,  tərtib  elementlərindən  

ibarət  olublar.

Bir  çox  hallarda  müxtəlif  vaxtlarda  tikilmiş  memarlıq  

abi dələrinin  toplusu  ansambllar  kimi  təqdim  edilir.  Lakin,  an-

sambl  o  vaxt  yaranır  ki,  onu  tərtib  edən  elementlər  arasında  

kom pozisyon (miqyas,  mütənasiblik  və  s.)  və  stilistik  əlaqə  

ol sun.   Antik  və  orta  əsr  komplekslərinin  yaranmasında  hən-

də sədən  və  astrologiyadan  geniş  istifadə  olunurdu.

Bununla  belə,  heç  bir  halda  ansamblların  yaranmasında  

insan  faktoru  nəzərə  alınmırdı.  Doğrudur,  bəzi  avropalı  alimlər  

Roma-Yunan  memarlığında  insanın  bədən  ölçülərinə  mütənasib  

olan    formalardan    bəhs    edirlər.    Klassik    dövr    abidələrində  

mütənasiblik  insan  vücuduna  bağlı  olsa  da,  onların  miqyası  

insani  deyildi.  Sanki,  həmin  tikililər  Tanrılar  və  Titanlar  üçün  

tikilmişdir.  Hətta,  bəzi  Avropa  abidələrinin  tikilmə  müddəti  də  

bir  insan  ömründən  qat-qat  çoxdur.  Bəzən  abidə  250-300  ilə  

tikilə  bilirdi.  Əslində  isə  həmişə  istər  sifarişi,  istərsə  də  icraçı  

yaratdığı  abidəni  görmək  və  ondan  istifadə  etmək  arzusunda  

olur.


XX  əsrin  ortalrında  isə  Le  Korbuzye  özünün  «Modulor»  

əsəri  ilə  müasir  erqonomikanın  əsasını  qoydu.  Onun  memarlıq  

yaradıcılığında  demək  olar  ki,  hər  şey  (bütün  həcmlər  və  

fəzalar)  insanın  anatomik  ölçülərinə  tabe  idi. Qürur  vericidir  

ki,  Avropanın  XX  əsrdə  anladığını  Azərbaycan  memarları  artıq  



60

XV  əsrdə  həyata  keçirmişdilər.  Bunu  Şirvanşahlar  Sarayının  

timsalında  daha  aydın  görmək  olar. Bilindiyi  kimi,  qapılar  

iki  fərqli  məkanın  əlaqələndirilməsi  funksiyasını  daşıyırlar.  

Odur  ki,  onların  ölçüləri  də  uyğun  olaraq  ondan  istifadə  

edənin  (İnsanın)  anatomik  və  psixofizioloji  xüsusiyyətlərinə  

tabedirlər.  Şirvanşahlar Sarayı  qapılarının  həndəsi  quruluşuna  

baxsaq,  insanın  silueti  və  qapı  boşluğunun  abrisi  arasında  

miqyas  və  erqonomik  bənzərlik  görərik.

Sarayın  memarı  qapılardan  o  qədər  məharətlə  istifadə  

edib  ki,  onları  vizual  qavram  nöqtələrinə  çeviə  bilib.  Qavram  

nöqtəsi  abidə  barəsində  maksimum  informasiya  əldə  edilən  

yerdir.  Aşağı  həyətin  giriş  qapısından  keçən  anda,  (yəni,  tam  

qapının  içində)  Şah  türbəsi  bütöv  olaraq  qavranır.  Burada  

görmə  bucağı  57  dərəcəyə  bərabər  olur  ki,  bu  da  insanın  

horizontal  görmə  və  qavrama  bucağına  bərabərdir.  Bu  nöqtəyə  

əsasən  memar  darvazanın  yan  divarlarının  qaborit  ölçülərini  

elə  təyin  etmişdir  ki,  türbənin  silueti  darvaza  tağının  abrisinə  

ideal  dəqiqliklə  otursun.

Eyni  hala  türbənin  portalı  altında  da  rast  gəlirik.  Burada  

isə portalın  tam  ortasından  baxarkən  Şah  məscidi  57  dərəcə  

bucaq    altında    tam    bütövlüyü    ilə    görünməkdədir.    Məscid  

portalının  altında  isə  türbə  57  dərəcəlik  qavram  fəzası  içərisinə  

daxil  olur.  Eyni  görüş  bucağı  Divanxananın  həyətində  qərb  

tərəfdəki  qapıdan  baxarkən  baş  verir.

Memar    Şirvanşahlar    Sarayınin    memarlığında    hər    şeyi  

İnsana  tabe  etsə  də,  Allahın  adını  da  unutmamışdir.  O,  Şah  

məscidinin  mehrabına  batini  dillə  (həndəsə  və  əbcəd   vasitəsi  

ilə)  «Allah»  yazmışdir.  Əbcəd  hesabına  görə  ALLAH  sözü  

rəqəmsal  anlamda  66-ya  bərabərdir.  Mehrabın  hündürlüyü  11  

gəz,  eni  isə  6  gəzdir.  Sahəsi  66  kvadrat-gəzdir.    

  



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə