Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   15   16   17   18   19   20   21   22   23

61

Rahibə Əliyeva

memarlıq üzrə fəlsəfə doktoru, dosent 

ŞİRVANŞAHLAR  SARAYINDA BƏRPA VƏ 

KONSERVASİYA  İŞLƏRİ

Tarixi abidələrimizin qorunub saxlanması və bərpası məqsə-

dilə dövlət səviyyəsində silsilə kompleks tədbirlər həyata keçi-

rilir.  Qədim  İçərişəhərdə  yerləşən  abidələrin  konservasiyası  və 

bərpası istiqamətində görülən işlər də bu tədbirlərin tərkib his-

səsidir. Maddi mədəniyyət nümunələrinin mühafizəsinə və təbli-

ğinə həssaslıqla yanaşan ölkə Prezidenti və Heydər Əliyev Fondu 

Azərbaycanın tarixi memarlıq ənənələrini və irsini dolğun şəkil-

də əks etdirən İçərişəhərdə aparılan təmir və bərpa işlərinə də öz 

dəstəyini əsirgəmir.

İçərişəhərin  “üzük  qaşı”  olan  Şirvanşahlar  sarayı  özünün 

unikallığı,  bədii-memarlıq  xüsusiyyətləri,  gözəl  silueti,  Şirvan-

Abşeron  memarlıq  məktəbi  nümunəsinin  həlli  kimi  digər 

tikililərdən  seçilir.  Şirvanşahlar  sarayı  kompleksinin  qorunub 

saxlanılması  ölkəmiz  üçün,  onun  tarixinin  əsrlərdən  süzülərək 

sabaha çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Sarayın başı 

üstünü dəfələrlə qara buludlar alsa da, bu təhlükələr sovuşmuş, 

tariximizin  yadigarı    bu  gün  renovasiya  tədbirləri  keçirilməklə  

öz həyatını yaşamaqdadır.  

Azərbaycanın Rusiyaya birləşdirilmə-

sindən sonra, 1850-ci illərdə çar höküməti Bakıda, İçərişəhərin 

ərazisindəki ən hündür yerdə Aleksandr Nevski adına kilsə ucalt-

mağı qərara alır. İçərişəhərdə yüksək relyefdə Şirvanşahlar sarayı 

yerləşdiyi üçün, kilsə məhz saray ərazisində tikilməli idi. Beləlik-

lə, saray daxilində kilsə inşası üçün torpaq işləri başlandı. Lakin 

küllü miqdarda maddi-mədəniyyət nümunələri aşkar olunduğuna 

görə iş dayandırıldı. Bu ərazidə arxeoloji tədqiqat işləri aparmaq 

üçün akademik V.V.Bartold Bakıya dəvət olundu. O, Şirvanşahlar 

sarayının ərazisində qısamüddətli, lakin geniş arxeoloji tədqiqat 

işləri aparmış, kilsənin saray ərazisində inşasının məqsədəuyğun 

olmadığını bildirmişdi. Beləliklə tariximiz xilas olunmuşdur.



62

31 may 1999-cu il tarixində Azərbaycan Respublikasının hö-

kuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 

Kredit Sazişinə əsasən, Dünya Bankı dörd memarlıq abidəmizin 

– “Möminə xatın”, “Qarabağlar” türbələri, Şəki Xan Sarayı və 

Şirvanşahlar Sarayının bərpasına kredit ayırmışdır. Həmin qurum 

Şirvanşahlar Sarayının II mərtəbəsinin bərpası üzrə elan edilmiş 

tenderdə  qalib  gəlmiş,  bu  işlərin  görülməsi  məqsədi  ilə  onunla 

2002-ci ilin fevralında müddəti 2 il 3 ay olan kontrakt imzalan-

mışdır. Beynəlxalq İnkişaf Assosiasiyası bütün bu işlərin koordi-

nasiya edilməsi məqsədilə Mədəni İrsin Qorunması Layihəsinin 

İşçi Qrupunu yaratmışdır. Bərpa işləri mərhum memar-professor 

Niyazi Rzayevin tərtib etmiş olduğu layihə əsasında həyata keçi-

rilmişdir. 5 noyabr 2004-cü il tarixində XV əsr mədəni irsimizin 

tacı olan Şirvanşahlar Sarayının II mərtəbəsinin başa çatmış bər-

pasının təqdimat mərasimi keçirilmişdir.

Əsrlərlə  ətraf  tikililərlə  harmoniyada  həllini  tapmış  saray 

kompleksi məğrurluq sinvolu kimi bu gün də turistlərin diqqət 

mərkəzindədir. Lakin saray kompleksi, onun mühafizə zonasında 

müstəqillik  illərində  inşa  olunmuş  səfirlik  binaları  və  yaşayış 

tikililərinin təsiri ilə bu estetik dəyərini itirmişdir. 

1.  Hər  şeydən  əvvəl  abidənin  mühafizə  zonası  dəqiqləş-

dirilməklə ətrafda yalnız landşaft həllinə diqqət ayrılmalıdır.

2.Tarixən Şərq dünyasında “İç qalalar”ın müdafiə divarları ilə 

əhatə olunması faktını əsas götürərək, saray kompleksi ətrafında 

arxeologi qazıntıların aparılması mütləqdir. 

3.Abidədə  dağıdıcı  xarici  təsirləri  nəzərə  alaraq  mütəmadi 

olaraq monitorinqlər keçirilməklə təmir-bərpa işlərinin aparılması  

nəzərdə tutulmalıdır.

                                               




63

 Qənirə Pirquliyeva 



tarix üzrə fəlsəfə doktoru

ŞİRVANŞAHLARIN BAKI SARAYI - KÜLLİYYAT,  

YOXSA XANƏGAH?

(faktlar, arqumentlər və mülahizələr)

Şirvanşahlar  dövlətinin  memarlıq  abidələrinin  “şahı”  sa  yı ­

lan  saray  kompleksinin  özünəməxsus  xüsusiyyətləri  –tikilmə 

tarixi, üslubu, bəzək elementləri, epiqrafik yazıları hələ XIX əsrin 

sonlarından  başlayaraq,  elm  adamlarını,  görkəmli  şərqşünasları, 

memarları, tarixçiləri özünə cəlb etməkdədir.  Rusiya  İmperiyalarının 

işğalları  prosesində  hərbçilər  buranı  sadəcə  saray,  yaxud    “Xan 

sarayı” adlandırmışlar. Yerli insanlar bu gün də sevə-sevə buranı 

saray  adlandıraraq,  məmnuniyyətlə  ziyarət  edirlər.  Dediklərimizi 

sübuta yetirmək üçün yüzlərlə elmi sitatlar, iqtibaslar göstərmək 

olar. Onlardan ən dəqiqi mərhum alim Sara Aşurbəylinin qələmə 

aldığı” Şirvanşahlar dövləti” və “ Bakı şəhərinin tarixi” adlı monoq­

rafik xarakterli,  akademik məzmunlu elmi əsərlərdir ( 3;4;). 

Müstəqillik  dövrünün  elm  aləminə  gətirmiş  olduğu  “yeni 

təsir”lərdən  biri  də    keçən  iki  yüz  ildə-XIX  və  XX  sərlərdə 

alimlərin yazmış olduqları tarxi əsərlərə şübhə ilə yanaşmaq və “bu 

yazılanın səhv olması” kimi qorxulu ideyaların cəmiyyətimizdə 

yaranması  və  yayılmasıdır.    Sözsüz  ki,  mükəmməl  ali  təhsilli 

tarixçilər  bu  cür,    birdən  birə  hər  yazılanların  üstündən  qələm 

çəkmirlər.  Amma    sosial  etnoloji  baxımdan  diqqətlə  nəzər 

yetirdikdə  və  məşhur  alim  Levi  Stossun  dediyi  “  XXI  əsr 

humanitar elmlərin zamanıdır” kimi ifadəni yada saldıqda,  belə 

cərəyanların  əsil  məqsədinin  xalqın  tarixindən  uzaqlaşdırılması 

kimi  cəhdləri  görmək  mümkündür.  Bu  proses  yalnız  ölkəmizə,  

və ya təkcə Şirvaşahlar dövlətinin saray kompleksinə aid deyildir. 

Keçmiş postsovet məkanında “yeni peyda olmuş”,  tarixçilərdən 

başqa,  cürbəcür sənət və ixtisas sahibləri tarixə sanki “hücüma” 

keçiblər. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə