Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   15   16   17   18   19   20   21   22   23

70

Səadət Ələkbərova

 “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət

Tarix-Memarlıq qoruq-muzeyinin

 Elmi-tədqiqatlar və ekspozisiya şöbəsinin müdiri    

ŞİRVANŞAHLAR SARAYI: SARAY 

VARİDATININ İZİ İLƏ...

Ulularımızdan  bizə  qalan  müqəddəs  yerlərdən  biri  də  İçə-

rişəhərin ən yüksək təpəsi üzərində inşa edilmiş Şirvan dövləti 

hökmdarlarının Bakı iqamətgahı Şirvanşahlar Sarayıdır. Azərbay-

canın  şimal-şərq  hissəsində  VI  əsrdə  yaranmış  Şirvanşahlar 

dövləti  Azərbaycanın  tarixində  çox  böyük  rol  oynamışdır. 

Şirvan  torpağı  tarixən  zəngin  təbiətli  ərazidə,  əlverişli  coğrafi 

mövqedə yerləşmişdir. Dövlətin ərazisi sonralar baş vermiş siyasi 

hadisələrlə əlaqədar gah genişlənmiş, gah da kiçilmişdi. 

XI əsrdən başlayaraq Şirvanşahların həyatında, siyasi sahədə 

bir  canlanma  baş  vermiş,  XII  yüzildə  isə  dövlət  artıq  özünün 

çiçəklənmə  dövrünə  qədəm  qoymuşdu.  Şirvanşahlar  dövləti 

bəzi tarixi zamanlarda qonşu dövlətlərdən formal asılı olmasına 

baxmayaraq,  Azərbaycan  ərazisində  mövcud  olmuş  ən  güclü 

dövlət qurumuna malik olmuşdu. Bu dövlətin başçılarının ağıllı 

və  düzgün  siyasəti,  yalnız  Şirvanın  deyil,  bütün Azərbaycanın 

mədəni,  ictimai-iqtisadi,  siyasi  cəhətdən  inkişafında  əvəzsiz 

rol  oynamışdır.  O  dövrün  səyyahları,  coğrafiyaşünas  alimləri 

Şirvanşahların Dərbənd, Şamaxı, Bakı və Kür qırağındakı  saray-

larının,  iqamətgahlarının  təsvirini  verir,  onların  gözəlliyindən 

heyranlıqla  bəhs  edirdilər.  Məsələn,  Məsud  ibn  Namdar  II 

Fəribürzün  hakimiyəti  dövründə  Şirvandan  çiçəklənən  bir 

diyar  kimi  bəhs  edirdi.  Onun  torpaqlarına  göylərin  belə  həsəd 

apardığını, Şirvanşah və onun vəziri Əbül Fərəc Məhəmməd əl 

Kakuyi tərəfindən o dövrün təhsilli adamlarına göstərilən qayğı 

və  himayəni  tərifləyirdi(  Z.Bünyadov.  Azərbaycan  Atabəylər 

dövləti. Bakı 2007-ci il. səh. 127).



71

Qərbdən  Şərqə,  Şimaldan  cənuba  qədər  və  əksinə  istiqa-

mətlənmiş bütün karvan yolları vaxtilə bu ərazilərdən keçirmiş. 

Şirvanın  məşhur  ipəyi,  qiymətli  xalçaları,  nefti,  duzu,  zəfəranı 

və  digər  sərvətləri  daim  diqqət  mərkəzində  olmuş,  bərəkətli 

torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi. 

Şirvanşahlar  Sarayı  Azərbaycanda  orta  əsr  mədəniyyətinin, 

elminin, sənətinin və bütün mənəvi gözəlliklərin ucalığını özündə 

ehtiva  edən  yeganə  saray  kompleksidir.    Çox  təəssüflər  olsun 

ki,  qədim  tariximizi,  ənənələrimizi,  mədəniyyətimizi  özündə 

yaşadan Şirvanşahlar Sarayı əldən-ələ keçdiyinə, zəngin varidatı 

talan  edilərək,  müxtəlif  yollarla  başqa  ölkələrə  daşındığına, 

daşınmaz  varidatı  isə  vəhşicəsinə  məhv  edildiyinə  görə,  onun 

saray  müxəlləfatından  bu  günümüzə  heç  nə  qalmamışdır.  Tarixi 

mənbələr  bu  deyilənləri  təkrar-təkrar  sübut  edir.  Məsələn,  XVI 

əsr tarixçisi Həsən bəy Rumlu o dövrdə baş vermiş müharibələr 

zamanı  çoxlu  qızıl,  daş-qaş  və  qiymətli  əşyaların  saraydan 

çıxarılması  haqqında  məlumat  verirdi(С.Ашурбейли.  История 

города Баку.1982. с.166-167). Həmçinin 1538-ci ildə, Şirvanşahlar 

dövlətinin  süqutundan  sonra  Gülüstan  qalası  və  Şirvanşahların 

ənənəvi  xəzinəsinin  saxlandığı  yer  olan  Buğurd  qalası  təslim 

alı“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-

muzeyinin elmi heyəti 1000 illik tarixi olan Şirvan dövləti şahlarının 

Bakı iqamətgahının talan edilərək dünyaya səpələnmiş varidatının 

aşkara çıxarılması sahəsində geniş araşdırma işləri aparmaqdadır. 

Sovet  rejimi  dağıldıqdan,  Azərbaycan  müstəqil  dövlət  elan 

edildikdən sonra muzeyin beynəlxalq mədəni əməkdaşlıq əlaqələri 

daha da genişlənmişdir. Bu illər ərzində İstanbul şəhərinin Topqapı, 

Əsgəri,  Türk və İslam Əsərləri Muzeyləri, Türkiyə Milli Saraylar 

Birliyi,  Rusiya  Federasiyası  “Ermitaj”  muzeyi,  Radişev  adına 

Saratov  Dövlət  Bədii  muzeyi,  Dərbənd  Dövlət  Tarixi-Memarlıq 

qoruq-muzeyi və s. mədəniyyət ocaqları ilə əlaqələr saxlanılmışdır. 

Şirvanşahların Saray kitabxanasına aid olan qiymətli əlyazmalar, 

hökmdar taxtı, zirehli geyimlər, divar və günbəzlərin kaşı bəzəkləri, 

saraydaxili  həyat,  saray  adamları  və  s.  haqqındakı  məlumatlar 

damla-damla toplanmaqdadır.




72

Şirvanşahlar  Sarayına  ən  böyük  zərbə  XVIII  əsrin 

əvvəllərindən  başlamışdı.  Sarayın  plan  quruluşunun  müxtəlif 

məqsədlər  üçün  dağıdılaraq  dəyişdirilməsini  sübut  edən  saysız 

misallar  göstərmək  olar.    XVII-XIX  əsrlərdə  Bakıda  olmuş, 

sarayı öz gözləri ilə görmüş səyyahlar – 1683-cü ildə alman alimi 

E.Kempfer, 1747-ci ildə ingilis səyyahı Ceyms Kuk, 1842-ci ildə 

rus alimi  İ.Berezin, 1861-ci ildə rəssam Boqolyubov, 1888-ci ildə 

səyyah K.Skalkovski və digərləri Bakı şəhərində daşdan tikilmiş, 

günbəzləri  olan  əzəmətli  sarayın  olduğunu,  sarayın  naxışlı 

divar  səthlərinin  amansızcasına  məhv  edildiyini,  dağıdıldığını 

vurğulayırdılar.  Hələ XIX əsrin əvvəllərində, Bakı xanlığının rus 

imperator ordusu tərəfindən işğal edilməsindən sonra sarayın rus 

hərbi  idarəsi  tərəfindən  səmərəli  şəkildə  istifadəsi  üçün  xüsusi 

layihələr  işlənmişdi.  1807-ci  ildə  Şirvanşahlar  Sarayında  ilk 

memarlıq-ölçmə  işləri  aparılmış,  sxem-plan  çəkilmişdi.  Planda 

Xan  Sarayının  Rus  Hərbi  İntendant  İdarəsinə  verilməsi  üçün 

yenidən  qurulması  və  dəyişdirilməsi,  burada  rus  imperiyası 

əsgər  alayının,  zabitlərin,  kilsə  xadimlərinin,  keşikçilərin 

yerləşdirilməsi,  onlar  üçün  yataqxana,  istirahət,  dəftərxana, 

mətbəx və  kilsənin,  sursat  anbarlarının və  s.  təşkili də  nəzərdə 

tutulmuşdu.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə