Sərbəst İş Mövzu: İqtisadi nəzəriyyənin predmeti, metodologiyası və metodu Tələbə: Süleymanlı Tunar baki – 2011



Yüklə 66,98 Kb.
səhifə6/6
tarix24.12.2023
ölçüsü66,98 Kb.
#158808
1   2   3   4   5   6
referat 3007

İnduksiya – latınca “yönəltmə” mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ “iqtisadi qanun”, “prinsip”, və “modellər” çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir.
Deduksiya – latın dilində mənası hasiletmə deməkdir. Deduksiya metodu vasitəsilə toplanmış faktlar əsasında nəzəri nəticələr, ümumi prinsiplər, başqa sözlə desək, əməli fəaliyyət üçün vacib tövsiyələr hazırlanır. Beləliklə, həm deduksiya, həm də induksiya metodlarının birllikdə tətbiq edilməsi nəticəsində nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək olur.
Yuxarıda qeyd etdiyimiz metodlar iqtisadi hadisə və proseslərin keyfiyyət tərəfləri vasitəsilə başa düşülməsi, dərk edilməsi idi. Lakin, bununla yanaşı bu hadisə və proseslərin kəmiyyət tərəfləri yolu ilə dərk edilməsi də mövcuddur. Kəmiyyət tərəfləri isə statistikanın, riyazi üsulların, modelləşdimə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar, metodlar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində, tədqiq edilməsində geniş istifadə olunur.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


  1. İqtisadi nəzəriyyə. Dərslik. T.S.Vəliyev, Ə.P.Babayev və M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə. Bakı. - “Çaşıoğlu” nəşriyyatı, 1999.

  2. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat – 1,2. Q.P.Juravlyovanın ümumi elmi redaktəsi ilə. Tərcümə Ə.P.Babayev redaktəsi ilə.

Yüklə 66,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə