Sərbəst İş Mövzu: İqtisadi nəzəriyyənin predmeti, metodologiyası və metodu Tələbə: Süleymanlı Tunar baki – 2011



Yüklə 66,98 Kb.
səhifə4/6
tarix24.12.2023
ölçüsü66,98 Kb.
#158808
1   2   3   4   5   6
referat 3007

Spesifik iqtisadi qanunlar – bunlar konkret, tarixən müəyyən təsərrüfatçılıq formalarının inkişaf qanunlarıdır. Məsələn, quldarlıq, təhkimçilik dövrlərindəki bölgü qanunları və s.
Xüsusi iqtisadi qanunlar – fəaliyyət göstərmələri üçün şərait olan müəyyən tarixi dövrlərə xas olan qanunlar. Məsələn, dəyər (qiymət) qanunu.
Ümumi iqtisadi qanunlar – istisnasız bütün dövrlər üçün xas olan qanunlardır. Onlar ictimai istehsalın irəliyə doğru inkişaf prosesini əks etdirirlər. Məsələn, vaxta qənaət qanunu, tələbatın yüksəldilməsi (artırılması) qanunu, ictimai əmək bölgüsü qanunu.

İqtisadi problemlərin ciddi tadqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir.


Metodologiya – metodlar haqqında elmdir.
İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O, iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur ? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar:

  1. Subyektivçi (subyektiv idealizm mövqeyindən);

  2. Neopozitivist-empirik (neopozitiv emöirizm və skeptisizm mövqeyindən);

  3. Rasionalist;

  4. Dialektik materislist;

Subyektivçi yanaşmada iqtisadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren “mən” mütləq müstəqildir, buna görə də hamı bərabərdir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur.
Neopozotivist-empirik yanaşmada hadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən mikroiqtisadiyyata bölməyi nəzərdə tutur.

Yüklə 66,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə