Sərbəst İş Mövzu: İqtisadi nəzəriyyənin predmeti, metodologiyası və metodu Tələbə: Süleymanlı Tunar baki – 2011



Yüklə 66,98 Kb.
səhifə3/6
tarix24.12.2023
ölçüsü66,98 Kb.
#158808
1   2   3   4   5   6
referat 3007

Funksiyalar – başqa dəyişən kəmiyyətlərdən asılı olan dəyişən kəmiyyətlərdir.
Funksiyalara gündəlik həyatımızda rast olunur və biz bunu çox vaxt dərk etmirik. Onlar texnikada, fizikada, həndəsədə, kimyada, iqtisadiyyatda və s. rast gəlinir. İqtisadiyyatda buna misal olaraq qiymət və tələb arasındakı əlaqəni göstərmək olar.
İqtisadi nəzəriyyənin əsas funksiyaları aşağıdakılardır:

  1. Dərkedici funksiya;

  2. Praktiki funksiya;

  3. Metodoloji funksiya;

  4. İdeoloji funksiya;

Dərkedici funksiya – iqtisadi reallığın, obyektiv iqtisadi qanunların fəaliyyət mexanizmini, iqtisadi həyatın bütün səviyyələrində baş verə hadisə və proseslərin dərk, tədqiq və izah etməyə imkan verir.
Praktiki funksiya – mövcud iqtisadi reallığı yaxşılaşdırmağa şərait yaradır, təsərrüfat təcrübəsinin, dəvlətin iqtisadi siyasətinin prinsiplərini və əsas istiqamətlərini elmi cəhətdə əsaslandırır və praktikada istifadə edir.
Metodoloji funksiya – iqtisadi hadisə və proseslərin məntiqini, predmetini, prinsiplərini, iqtisad elminin tədqiqat metodlarını, vasitələrini və elmi aparatını müəyyən edir, onlar üçün nəzəri metodoloji əsas rolunu oynayır.
İdeoloji funksiyainsanlara, cəmiyyətə, iqtisadi subyektlərə, elmi dünya görüşü aşılayır, onlarda iqtisadi reallığa mövcud iqtisadi sistemin tələblərinə adekvar, təfəkkür tərzi formalaşdırır.
İqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim tək­rarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və pro­seslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.
İqtisadi qanunların göstəricisi məhz təsadüfilik deyil, tipiklik, daimilik, iqtisadi hadisələrin və proseslərin daxili mahiyyətini ifadə etməkdir. İqtisadi qanunları təbiət qanunları və təbiətşünaslıq qanunları ilə qarışdırmaq olmaz !
İqtisadi qanunlar bütövlükdə cəmiyyətin inkişafının iqtisadi qanunlar sistemini təşkil edir ki, buraya da müxtəlif qrup və növ qanunlar daxildir.
İqtisadi qanunlar (tarixi sabitliklərindən asılı olaraq) aşağıdakı qruplara bölünürlər:

  1. Spesifik qanunlar;

  2. Xüsusi iqtisadi qanunlar (bir sıra dövrlər üçün qanunlar);

  3. Ümumi iqtisadi qanunlar;


Yüklə 66,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə