Sərbəst İş Mövzu: İqtisadi nəzəriyyənin predmeti, metodologiyası və metodu Tələbə: Süleymanlı Tunar baki – 2011



Yüklə 66,98 Kb.
səhifə2/6
tarix24.12.2023
ölçüsü66,98 Kb.
#158808
1   2   3   4   5   6
referat 3007

Əsas iqtisadi məktəblər

1

Merkantilizm (siyasi iqtisad)

2

Fiziokratlar (siyasi iqtisad)

3

Klassik (əsl) siyasi iqtisad

4

Marksist (proletar) siyasi iqtisadı

5

Tarixi məktəb

6

Neoklassik məktəb

7

Keynsçilik

8

Neoklassik sintez (müasir ekonomiks) A.Marşall və P.Samoelsonun sözlərinə görə “və ya siyasi iqtisad”

9

İnstitusionalizm (neoinstitualizm və ya yeni iqtisadiyyat)

10

İqtisadi nəzəriyyə (XX əsrin sonu-XXI əsrin əvvəli)

Belə ki, ilk siyasi iqtisad məktəbinin nümayəndələri – ilkin kapital yığımı dövrü ticarətçilərinin maraqlarını əks etdirən merkantilistlərin elmi tədqiqatlarının predmeti milli sərvət idi. Sərvətin mənbəyi ticarət elan olunurdu, sərvətin özü isə pulla eyniləşdirildi. Bu təlimin əsas vəzifəsi əmtəə-pul münasibətlərinin aktivləşdirilməsi, pula tələbatın artması ilə bağlı ölkəyə qızıl və gümüşün cəlb edilməsi hesab edilirdi. Bu təlimin gəldiyi əsas nəticə təsərrüfat həyatında mühüm rol oynayan dövlətin iqtisadi siyasətinə təsirin zəruri olması idi.


Fiziokratlar məktəbi siyasi iqtisadın predmetini – milli sərvəti – tədavül sahəsindən istehsal sahəsinə keçirtdi. Bu, iqtisadçıların böyük nailiyyəti idi, baxmayaraq ki onlar yanlış olaraq “sərvət”in mənbəyinin yalnız kənd təsərrüfatı əməyi olduğunu hesab edirdilər. Bununla da elmin praktik funksiyası kənd təsərrüfatında istehsalın həvəsləndirilməsi ilə məhdudlaşdırılırdı, gəlinən əsas nəticə iqtisadiyyatın təbii inkişafının gedişinə dövlətin qarışmasının məhdudlaşdırılmasının zəruriliyi oldu.
Klassik ingilis siyasi iqtisad məktəbinin nümayəndələri siyasi iqtisadın predmetini istehsal şərtlərinin və yığımın (A.Smit), həmçinin sənaye, kənd təsərrüfatı, tikinti, meşə təsərrüfatını və s. özündə ehtiva edən maddi istehsalın bütün bölmələrində yaradılan milli sərvətin bölgüsünün (D.Rikardo) tədqiqinə qədər genişləndirdilər.
Siyasi iqtisadı milli sərvətin istehsalı, bölgüsü və istehlakı haqqında elm hesab edən ayrı-ayrı müasir Qərb iqtisadçıları da siyasi iqtisadın predmeti haqqında həmin fikirdədir. Lakin mili sərvət məfhumunun dərki iqtisadi fikrin tarixi inkişaf prosesində dəyişkən olmuşdur. Əvvəlcə milli sərvət deyəndə pul, sonralar istehsalın nəticəsi başa düşülürdü, hazırda isə milli sərvətə insanın özü, intellekti və cəmiyyətin sonrakı inkişafının mənbəyi kimi informasiya da daxildir.
İqtisadi nəzəriyyənin predmetinə dair təriflərdən biri məşhur iqtisadçı P.Samuelsona mənsubdur. Nobel mükafatçısı, “Ekonomiks” dərsliyinin müəllifi olan professor Samuelsonun bu elmin predmetinə dair verdiyi təriflər daha çox praktiki xarakter daşıyır. O, iqtisadi nəzəriyyənin vəzifəsini istehsalın və xidmətin səmərəli fəaliyyətinin öyrənilməsində görür. Müəllif yazır ki, iqtisadi nəzəriyyə insanların və cəmiyyətin müəyyən vaxt ərzində məhdud resurslardan seçib istifadə edə bilməsini, istehsal olunan məhsulların cəmiyyət üzvləri arasında bölgüsü və istehlakını öyrənən bir elmdir"
Bütün adı çəkilən iqtisadçıların dediklərini ümumiləşdirərək, bütün deyilənləri nəzərə alaraq iqtisadi nəzəriyyənin predmetinə belə bir ümumiləşdirilmiş tərif vermək olar:
“İqtisadi nəzəriyyə bəşər tarixinin bütün pillələrində maddi nemətlərin istehsalının, bölgüsünün, mübadiləsinin, istehlakının və bunlarla sintez təşkil edən iqtisadi münasibətləri idarə edən inkişaf qanunlarını, qanunauyğunluqlarını və iqtisadi kateqoriyaları öyrənən elmdir”.


Yüklə 66,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə