Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə78/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   74   75   76   77   78   79   80   81   ...   87

vurmaqdır.   Xəbərçilik   və   qeybət   cəmiyyətdə   inamsızlıq
və nifrət yaradır.
İntriqa və etibardan salma –  bunların məqsədi  bir
kəsi iş yerində yaxud cəmiyyətdə mövqeyindən məhrum
etmək   yaxud   da   bunları   özünə   və   ya   başqasına
verməkdir. 
Yaltaqlıq   və   quyruq   bulama  ağır   günah   o   zaman
olur   ki,   başqasını   günaha   itələyir   yaxud   onu   pislikdə
möhkəmləndirir.   Yaltaqlığın   məqsədi   yalnız   ləzzət
vermək,   şərdən   uzaqlaşmaq,   çətinliklərə   qalib   gəlmək
yaxud   ədalətli   üstünlüyə   nail   olmaqdırsa,   kiçik   günaha
çevrilə bilər.
Lovğalıq  həqiqətə ziddir, çünki onun vasitəsilə insan
başqasını özü barədə aldadır.
Qərəzli rişxənd – bunun niyyəti başqasını alçaltmaq
və onu lağa qoymaqdır.
«Yalan   bundan   ibarətdir   ki,   aldatma   məqsədi   ilə
uydurma söylənilir. Rəbb yalanı iblis əməli adlandırır: “Siz
(yalançılar)  atanız   iblisdənsiniz   və   atanızın   arzularını
yerinə   yetirmək   istəyirsiniz...  Yalan   söyləyəndə   öz
xasiyyətinə   görə   söyləyir,   çünki   yalançıdır   və   yalanın
atasıdır“   (Yəh   8,   44)»   (KKK   2482).   Yalan   başqalarına
həqiqət   biliyini   ötürmək   vəzifəsini   daşıyan   sözlərin
qiymətdən   düşməsidir.   Bu   günahın   ağırlığı   həqiqətin   nə
qədər təhrif edilməsindən, yalan danışanın vəziyyətindən,
niyyətindən, həmçinin yaxınına vurduğu ziyandan asılıdır.
Müqəddəs   Yazı   yalanı   çox   ciddi   mühakimə   edir:   «Rəbb
yalançı dilə ikrah edər» (Sül 12, 22), «günahkarlar qan
tökürlər» (Sül 1, 11). 
İsa   Məsih   qeyd   edir   ki,   öz   nitqində   insan   şişirtmə,
tərifləmə   və   uzunçuluqdan   çəkinməlidir:   «Sözünüzdə
~ 521 ~
521


“bəli”niz  bəli,  “xeyr”iniz   xeyr  olsun.  Bundan   qalanı   şər
olandandır»   (Mat   5,   37).   Sözlərimiz   fikirlərimizə   uyğun
olmalıdır: əgər fikirlər «bəli» deyirsə, onda dil də «bəli»
deməlidir;   lakin   fikirlər   «xeyr»   deyirsə,   dodaqlar   da
«xeyr» deməlidir.
Riyakarlıq  –   əməllərdə   olan   yalandır.   İnsan   olduğu
kimi görünməlidir: zahiri davranışı və əməlləri onun daxili
əqidəsinə   uyğun   olmalıdır.   Əgər  bu   belə   deyilsə,   insan
riyakarlıq edir. Bunun səbəbi qürur və şöhrətpərəstlikdir.
İsa Məsih riyakarlığı çox ciddi damğalayır və xəbərdarlıq
edir:   «Fariseylərin   mayasından,   yəni   ikiüzlülükdən
özünüzü gözləyin» (Luka 12, 1).
Günahlı və çox vaxt həqiqətə uyğun olmayan  sözlə
təhqirlər edilir.
Başqasının   sirrini   bilməyə  çalışan   günah   edir:
qapının   arxasında   qulaq   asır,   özgəsinin   məktub   və
sənədlərini   oxuyur,   telefon   söhbətlərinə   qulaq   asır.
Həmçinin ciddi səbəb   olmadan   ona etibar edilmiş sirri
üzə   çıxaran   və   bununla   ona   etibar   edənə   böyük   ziyan
gətirən   və   onu   təhqir   edən   şəxs   də   (məsələn,   həkim,
vəkil) günah edir.
Sözlə   edilən   pisliyi   düzəltmək   lazımdır:   böhtanı   geri
götürmək,   qeybətlə   ləkələnmiş   təmiz   adı   insanın
fəzilətlərinə   işarə   edərək   bərpa   etmək,   təhqirlərə   görə
üzr istəmək lazımdır.
İngiltərənin lordlar palatasının sədri Müqəddəs Tomas
Mor yaxınlarının təmiz adını qorumağa və eyni zamanda
başqalarının   xətrinə   dəyməməyə   çalışırdı.   Əgər   onun
yanında bir kəs iclasda iştirak etməyən şəxs barədə pis
söz   deyərdisə,   Mor   zarafatla   deyirdi:   «Qoy   başqaları
~ 523 ~
523


istədiyini   fikirləşsinlər,   amma   məncə,   bu   ev   yaxşı
tikilmişdi   və   inşaatçı   yaxşı   usta   olub».   Burada   olanlar
onun   söz   atmasını   anlayırdılar   və   incimədən   söhbətin
mövzusunu dəyişirdilər.
~ 525 ~
525


B. KİLSƏ ƏMRLƏRİ
Ruhani   həyatımız   Kilsənin   müqəddəs   ibadəti   ilə
əlaqədardır   və   buradan   özünə   güc   alır.   Buna   görə   də
mənəvi   həyatımızın   qayğısına   qalan   müqəddəs   Kilsə
xeyirxah   ana   kimi   bizi   Allahın   müqəddəs   ayinlərdən
ibarət   olan   lütf   və   mərhəmət   mənbəyinə   birləşdirməyi
arzulayır. Öz əmrləri ilə Kilsə bizi dua və mənəvi cəhdin
minimum   həddinə   həvəsləndirir;   bunlar   iman,   ümid   və
məhəbbətimizin   nəinki   zəifləməməsi,   həmçinin   daim
inkişaf   etməsi   və   böyüməsi   üçün   zəruridir.   Gəlin   bu
əmrləri daha yaxşı anlamağa çalışaq.
1. Bayram günlərini təqdis etmək.
Bəşəriyyətin xilas hekayətinin bütün əsas hadisələrini
Kilsə   il   ərzində   təntənəli   şəkildə   qeyd   edir,   bununla
imanımızın   əsas   ayinlərini   bizə   açır,   Allaha   və   Məsihə
sitayiş   edir,   həmçinin   Müqəddəs   Bakirə   Məryəmə   və
Müqəddəslərə   hörmət   edir.  
Bu   təntənəli   bayramları
Rəbbin Günü səviyyəsində qeyd etmək lazımdır.
25 dekabr – Rəbbimiz İsa Məsihin Milad bayramı;
1 yanvar – Müqəddəs Allah Anası Məryəmin günü;
6 yanvar – İsa Məsihin Vəftiz olunması;
19 mart – Müqəddəs Yusifin günü;
25 mart – Məryəmə Xoş Xəbərin çatdırılması;
Rəbbin göylərə yüksəlməsi (tarixi dəyişilən bayram);
Məsihin Müqəddəs Bədəni və Qanı (tarixi dəyişilən
bayram);
~ 527 ~
527


29   iyun   –   Müqəddəs   Həvarilər   Peter   və   Pavlosun
günü;
15   avqust   –   Müqəddəs   Allah   Anasının   göyə
çəkilməsi;
1 noyabr – bütün Müqəddəslərin günü;
8   dekabr   –   Müqəddəs   Bakirə   Məryəmin   Günahsız
Döllənməsi.
2.   Bazar  
günlərində   və   bayram   günlərində
müqəddəs Messada iştirak etmək lazımdır. 
Kilsə   imanlılardan   hər  
bazar  
günündə   və   hər   vacib
bayram günündə müqəddəs Evxaristiyada iştirak etməyi
tələb edir. Müqəddəs Messada iştirak insana hədsiz lütf
və   xeyir-dua,   iştirak   etməmək   isə   saysız   ruhani   itki
gətirir.
Amerikanı   kəşf   edən   Xristofor   Kolumb   müqəddəs
günlərin bayram etmək barədə Kilsə əmrlərinə diqqətlə
riayət   edirdi.   Bayram   günlərində   onun   gəmiləri
lövbərlərini   qaldırmırdılar,   ağır   iş   qadağan   olunurdu.
Bayram   günlərində   onun   donanmasının   gəmiləri   üzən
məbədlərə   çevrilirdi,   burada   hamı   dua   edir   və   dini
mahnılarla Allahı izzətləndirirdi.
3.   Təyin   edilmiş   oruc   və   özünü   saxlama
dövrlərini gözləmək
Kilsə   özünü   saxlama   və   tövbə   dövrlərini   müəyyən
edib;   bunlar   imanlıları   Məsihin   Miladından   və   Məsihin
Dirilməsindən   ibarət   olan   əsas   məsihçi   Bayramlarına
hazırlaşdırmağa xidmət edir, həmçinin pis meyllərimizə
~ 529 ~
529


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə