Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə76/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   72   73   74   75   76   77   78   79   ...   87

məsihçilərdə   hər   şey   ümumi   idi.   Daha   varlı   olanlar
mülkiyyətini   satır   və   ehtiyacı   olanlarla   bölüşürdülər.
İmanlıların sanki bir ürəyi və bir canı var idi, heç kim heç
nəyi özününkü adlandırmırdı, lakin hər şey ümumi idi.
Sonralar imanlıların sayı çox artdı və belə həyat tərzi
qeyri-mümkün   oldu,   lakin   ehtiyacı   olanlara   mərhəmət
ruhu   Məsih   Kilsəsinin   Ruhu   olaraq   qaldı.   Yerusəlimdə
ərzaq   qıtlığı   olanda   həvari   Pavlos   Asiyada   və   başqa
ölkələrdə   olan   məsihçilər   arasında   pul   topladı   və
məsihçilər arasında məhəbbət və həmrəylik işarəsi olan
bu ianələri Yerusəlimə gətirdi.
Katolik Kilsəsinin tarixi təsdiq edir ki, xəstə və zavallı
adamlara göstərilən qayğı imanlıların əsas qayğılarından
biri   olmuşdur.   Xəstələr,   evsizlər   və   səyyahlar   üçün   ilk
sığınacaq   –   «hospissiya»   (bu   sözdən   «hospital»   sözü
yarandı)   Müqəddəs   Böyük   Vasili   və   Müqəddəs   Qriqori
Nazianlı   tərəfindən   təşkil   olunmuşdu.   Məsihçi
məbədlərinin yanında yetim və yolçular üçün sığınacaq
yerləri   yaranırdı.   Əsrlər   boyunca   bir   çox   kişi   və   qadın
rahib   cəmiyyətləri   yarandı;   onlar   özlərini   xəstələrə,
əlillərə,   həyatın   zərbə   vurduğu   adamlara   və   yetimlərə
xidmətə həsr edirdilər. Bu gün iki yüzə yaxın belə rahib
cəmiyyəti mövcuddur.
Hər   birimiz   bir   məsihçi   kimi   imkanımıza   görə
ehtiyacda olan qonşularımıza və iş yoldaşlarımıza kömək
etməliyik. Həqiqi məsihçi ehtiyac içində olanı görməlidir
və ədəblə ona kömək təklif etməlidir. Bunun əvəzini bizə
Rəbb Özü verəcək.
1937-ci   ildə   Hindistanın   ən   zəngin   adamı   Qvaliorlu
Maharaca Londona gəldi. Təntənəli qarşılanmadan sonra
~ 505 ~
505


o, ingilislərin həyatını görmək istədi və paltarını dəyişib,
nökərsiz   tək   şəhərə   getdi.   O,   tramvaya   mindi   və
gözlənilməz hadisə ilə rastlaşdı; onun yanına konduktor
yaxınlaşdı və ondan yol biletinin haqqını ödəməsini xahiş
etdi.   Milyonçu   heç   vaxt   özü   ilə   pul   gəzdirmirdi,   çünki
həmişə yanında olan köməkçisi onun üçün pul ödəyirdi.
Milyonçunun   yanında   bir   fəhlə   oturmuşdu.   Qonşusunu
pərt vəziyyətdə görüb onun əvəzinə pul verdi. Milyonçu
bilmirdi   ki,   ona   öz   minnətdarlığını   necə   bildirsin.
Qonşusunun   ünvanını   soruşdu   və   «mən   Hindistandan
gələn   Qvaliorlu   Maharacayam»   deyə   təkrarlayaraq
əvəzində   səxavətlə   mükafatlandıracağına   söz   verdi.
Fəhlə   milyonçunun   Londona   gəldiyi   barədə   eşitmişdi,
amma   sərnişinin   zarafat   etdiyini   fikirləşib   cavab   verdi:
«Siz nə danışırsınız, bu kiçik bir şeydir, mən isə Belçika
kralıyam!» Bir neçə gün sonra o zəmanə üçün əfsanəvi
bir   məbləğ   –   beş   yüz   funt   sterlinq   alanda   fəhlənin
təəccübünün həddi yox idi!
Allah   Hindistanlı   Maharacadan   daha   səxavətlidir,   O
bizə   Məsih   naminə   başqa   insana   məhəbbətlə   etdiyiniz
hər   bir,   hətta   kiçik   xeyirxah   əməlin   əvəzini   səxavətlə
verəcək. Məsih deyir: «Kim bu kiçiklərdən birinə şagird
olduğu   üçün   hətta   bir   kasa   soyuq   su   içirdərsə,   sizə
doğrusunu   deyirəm:   mükafatsız   qalmayacaq»   (Mat   10,
42).
İşləmək borcu barədə
Müasir insanlardan bir çoxu onları həyat sevincindən
məhrum edən əməyə ağır və dözülməz boyunduruq kimi
~ 507 ~
507


yanaşırlar.   Buna   görə   də   onlar   hesab   edirlər   ki,   əmək
dözülməsi lazım olan şərdir və ondan qaçmağa çalışırlar. 
Bir   universitet   professoru   öz   kabinetinin
pəncərəsindən   küçədə   işləyən   adamları   müşahidə
edərkən belə nəticəyə gəldi ki, beş nəfərdən yalnız biri
vicdanla işləyir.
İman isə bizi öyrədir ki, insanı yaradan Rəbb Allah ona
dünyaya   sahib   olmağı   və   digər   məxluqlar   üzərində
padşahlıq   etməyi   tapşırdı.   Allah   istəyirdi   ki,   təbiət
qanunlarını öyrənən insan onları öz rifahı üçün istifadə
etsin.   Buna   görə   də   İlahi   plana   uyğun   olaraq,   əmək
insana   sevinc   gətirməlidir.   Yaxşı   icra   olunmuş   iş   insanı
sevindirir və onu nəcib edir.
Bir   keşişi   müharibə   zamanı   həbsxanaya   saldılar.
Kamera məhbuslarla dolu idi, hava, qida, su çatışmırdı,
bitlər dözülməz dərəcədə bezdirirdi. Amma ən dəhşətli
cəza hərəkətsizlik idi. Onda keşiş başa düşdü ki, insan
üçün   əmək   nə   qədər   böyük   nemətdir!   Əməkdə   insan
özünü   reallaşdırır   və   əməyinin   səmərəsini   görüb
məmnun olur. 
Məsihçi əməyə münasibəti Məsihdən öyrənir. Allah və
insan olan Xilaskarımız otuz il ərzində ağır işdə çalışıb,
Öz   qəyyumu   Müqəddəs   Yusifə   kömək   edib.   Onun
Müqəddəs   Anası   Bakirə   Məryəm   də   bütün   həyatı   boyu
zəhmət   çəkib.   Otuz   ildən   sonra   İsa   tamamilə   Özünü
həvari   əməyinə   həsr   etdi;   O   daim   kənddən   kəndə,
şəhərdən   şəhərə   səyahət   edib,   çox   vaxt   ac   olub,
~ 509 ~
509


istirahəti   olmayıb,   açıq   səma   altında   gecələyib,   hətta
çarmıxda əzab içində ölüb.
Məsihçi   əmək   vasitəsilə   xilasa   nail   olur.   Hər   kəs   öz
çağırışına və bacarığına uyğun olaraq, fiziki, zehni yaxud
ruhani   işdə   çalışmalıdır.   İşləmək   istəməyən   şəxs   öz
borcunu   yerinə   yetirmək   istəmir   və   bununla   da  günah
edir.   Müqəddəs   Pavlos   deyir:   «Rəbb   İsa   Məsih   naminə
əmr   verib   xəbərdarlıq   edirik   ki,   sakitcə   işləyib   öz
çörəklərini   yesinlər.  Kim   işləmək   istəmirsə,   yemək   də
yeməsin»   (2Sal   3,   12.   10).   «Dua   et   və   işlə»   –   Allahı
sevən insanların şüarı həmişə belə olub.
Bütün həyatı boyu dərzi işləyən bir imanlı ölümündən
əvvəl ona iynəsini gətirməyi xahiş etdi. O, iynəni yuxarı
qaldırıb   dedi:   «Səmalara   açarım   budur!»   Bu   insan   öz
vicdanlı   əməyini   və   həyatını   qurban   verməyini   Allahın
mərhəmətlə qəbul edəcəyinin ümidinə əsaslanırdı.
Pula və maddi nemətlərə münasibət barədə
«Saxta, yalan sözlər qoy məndən uzaq olsun; məni nə
yoxsul, nə də zəngin et, ancaq mənə gündəlik çörəyimi
ver. Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm,
yoxsul   olsam,   oğurlayaram   və   Allahımın   adını
ləkələyərəm»   (Sül   30,   8   9),   –   deyə   Məsəllərin   ilhamlı
müəllifi nida edir. O, Allahdan maddi nemətlərə düzgün
münasibət   diləyir.   Müqəddəs   Avqustin   deyir:   «Dünyəvi
nemətlər   yaxşı   şeydir,   onları   pis   hesab   etmək   olmaz.
Lakin insan onları ali nemət hesab etməməlidir, həmçinin
onlardan   şər  məqsədlə   istifadə   etməməlidir».   Bir  nəfər
demişdi: «Pulun yeri ürək deyil, cibdir».
İsa   Məsih   maddi   nemətlərə   səhv   münasibət
~ 511 ~
511


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə