Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə16/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   12   13   14   15   16   17   18   19   ...   87

dirilən   bədən   qüvvətlidir;   əkilən   toxum   təbii,   dirilən
bədən   ruhanidir.   Təbii   bədən   varsa,   ruhani   bədən   də
var» (1Kor 15, 42-44). 
Təbiətdə   insanın   dirilməsinə   bənzər   olan   bəzi
hadisələr   görürük.   Torpağa   atılmış   buğda   ölür,   lakin
ondan   toxumları   ilə   gözəl   sünbül   bitir.   Sürfə   gözəl
kəpənək olur və güllərin üzərində uçur.
Bir   nəfər   İsaak   Nyutona   sual   verir:   «Bədənin
dirilməsinə inamı elmlə necə uyğunlaşdırmaq olar?   Axı
çox   vaxt   ondan   heç   nə   qalmır?»   Böyük   alim   dəmir
qırıntılarını   qumla   qarışdırdı   və   sual   verdi:   «Qırıntıları
qumdan necə ayırmaq olar?» Maqniti götürdü və quma
salıb   bütün dəmir qırıntılarını ayırdı: «Yaradan maqnitə
belə   qabiliyyət   veribsə,   bədənimi   bir   gün   yeni   həyata
çağırmasına nə üçün də inanmayım?» 
Bencamin  Franklin qəbir daşında  bu  sözləri  yazmağı
xahiş   etmişdi:   «Burada   içindən   məzmunu   çıxarılmış
köhnə kitabın cildi kimi Bencamin Franklinin bədəni dəfn
olunub,   lakin   kitab   məhv   olmayıb   və   yeni,   daha   yaxşı
halda nəşr olunacaq». 
Ölüm və şəxsi məhkəmə
Ölüm  yer   üzündəki   həyat   yolunun   sonudur,   dirilmək
məqsədi   ilə   ruhun   bədəndən   ayrılmasıdır.   Ölümün   bir
neçə mərhələsi var: klinik, bioloji və teoloji.  Klinik  ölüm
ürək dayananda, beyin və sinir sistemi isə işləyəndə baş
verir. On dəqiqə ərzində ürək iş vəziyyətinə gətirilsə, bu
halda   olan   insanı   həyata   qaytarmaq   olar.  Bioloji  ölüm
~ 64 ~
64


beyinin   hüceyrələri   öləndə   və   sinir   sisteminin   fəaliyyət
bacarığı   olmayanda   baş   verir;   bundan   sonra   insanı
həyata   qaytarmaq   mümkün   deyil.   Teoloji  ölüm   ruhun
bədəndən   ayrılmasıdır,   bu   anı   müəyyən   etmək
qeyri-mümkündür.
Ölüm günahın nəticəsidir. İnsan təbiəti fani olduğuna
baxmayaraq, sınaqdan sonra Allah insana daha kamil və
ölümsüz həyat verməyi planlaşdırırdı. Lakin insan Allahın
əmrini   pozaraq   xeyir   və   şəri   anladan   ağacın
meyvəsindən   yedi   və   ölümü   seçdi   (mənəvi   tarazlığı
pozdu)   (Yar   3).   «Allah   ölümü   yaratmadı.   ...Günah   bir
insan   vasitəsilə,   ölüm   də   günah   vasitəsilə   bu   dünyaya
gəldi» (Müd 1, 13; Rom 5, 12). 
Ölüm   anından   əvvəl   insan   Allahla   yaxud   Allahsız,
əbədi   taleyi   barədə   qərar   qəbul   etməlidir,   çünki   ikinci
dəfə   yer   üzündəki   həyata   qayıtmaq   qeyri-mümkündür.
Allahın   mərhəmətindən   istifadə   etmək   imkanının   vaxtı
ölümlə   tamamlanır.  Məsih   könüllü   və   təvazökar   ölümü
ilə ölümə qalib gəldi. Səmavi Ataya tabe olması ölümün
lənətini   bərəkətə   çevirdi.   Rəbb   insanı   Öz   yanına   ölüm
vasitəsilə çağırır. Buna görə də bəzi Müqəddəslərin Mə-
sihlə   olmaq   arzusu   aydındır.   Həvari   Pavlos   deyir:
«Arzum buranı tərk edib Məsihlə olmaqdır». Müqəddəs
Tereza   Avilalı   deyirdi:   «Allahı   görmək   istəyirəm,   lakin
Onu görmək üçün ölmək lazımdır», «Mən ölmürəm, mən
həyata daxil oluram».
İndiki   zamanda   “reinkarnasiya”   (ruhun   bir   bədəndən
digərinə köçməsi barədə) induist imanı daha populyardır,
Məsih əleyhdarının hərəkatı olan «Yeni Əsr» («New Age»)
də bu imanın tərəfdarıdır. Bu imana görə ölü bədəni tərk
edən   can   o   biri   insanın   yaxud   heyvanın   doğulan
~ 65 ~
65


bədəninə köçür. İnsan nə qədər kamil olsa, o qədər də
yaxşı bədənlə gələcəkdə təmin ediləcək (tam təmizlənən
naməlum «İlahi» ilə birləşəcək). 
Əvvəlcədən qeyd etməliyik ki, hinduizm və «Yeni Era»
Yaradan   Allahı   tanımayan   bütpərəst   dinləridir.   İnduizm
Krişna   (bədəndə   gələn   Vişnu),   Brahma,   Şiva   kimi
allahlara iman etməyi təklif edir və təcrübəsində Satidən
(dul qadınların özlərini yandırması) istifadə edir, inəklərə,
meymunlara və ilanlara müqəddəs heyvan kimi pərəstiş
edir.   «Yeni   Era»   okkultizmi   (gizli,   sirli   biliklərin   əldə
edilməsi), astrologiyanı, panteizmi, spiritizmi və nəhayət,
şeytanpərəstliyi   təbliğ   edir.   Məsuliyyətsiz   reinkarnasiya
nəzəriyyəsinə iman etmək istəyənlər bu düşüncə tərzinin
nəyə   gətirib   çıxaracağını   bilməlidirlər.   Hinduizm   yaxud
«Yeni Era» təlimi ilə yaşayan insan İsa Məsihi rədd edir,
bununla da özünü Fidiyədən məhrum edir. 
Yaradan   və   kainatın   Padşahı   Allah   sevdiyi   övladları
olan   insanların   canları   ilə   oyun   oynamır.   Rəbb   Allah
insana  tam   hörmət  edərək   yanaşır,   hər  birini   qərar  və
hərəkətlərinə   görə   məsuliyyət   daşıya   bilən   yeganə,
təkrarolunmaz   şəxsiyyət   kimi   bir   dəfə   və   həmişəlik
yaradır. Reinkarnasiyaya iman Allaha imanla yanaşı ola
bilməz.   Hər   bir   məsihçi   yaxşı   dərk   etməlidir   ki,   yer
üzündəki həyat ölümlə bitir, əbədi həyat isə məhkəmə ilə
başlanır.   Həmin   məhkəmədə   yalnız   iki   imkan   olacaq:
Allahla həyat yaxud rədd olunma. Ölülərin dirilməsinə və
Qiyamət Gününə qədər əraf hələ olacaq.
Hər   bir   adam   iki   dəfə   mühakimə   olunacaq:   şəxsi
məhkəmədə və Son məhkəmədə. Ölümdən dərhal sonra
insan   ruhunu   Allahın   şəxsi   məhkəməsi   gözləyir.   Həmin
məhkəmədə onun əbədi taleyi müəyyən ediləcək və o,
~ 66 ~
66


daha dəyişməyəcək.  Məsih bu barədə  zəngin adam  və
yoxsul   Lazar   haqqında   məsəlində   (Luka   16,   22)   və
dərrakəli   quldura   günahların   bağışlanmasını,   əbədi
xoşbəxtlikdə   iştirak   etməsini   vəd   edəndə   danışır:   «Bu
gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan» (Luka 23,
43).   Məhkəmədə   insan   Allahın   ona   verdiyi   həyat,
sağlamlıq,   ağıl,   yaddaş,   hisslər,   bacarıqlar   kimi   təbii
ənamlardan   necə   və   nə   üçün   istifadə   etməyi   barədə
Rəbbə hesabat verəcək. Daha sonra insan ruhu Allahın
ona   verdiyi   Vəftiz   lütfü,   tövbə,   Müqəddəs   Evxaristiya,
nikahlar,   müqəddəs   fikir   və   ilhamlanmalar   kimi
fövqəltəbii   ənamların   istifadəsi   barədə   Rəbbə   hesabat
verəcək. Sonra insan ruha fikrində, sözündə, əməlində və
borcunu   yerinə   yetirməməklə   etdiyi   günahlara   görə
Rəbbə   cavab   verəcək.   Yalan,   riyakarlıq,   qeyri-səmimilik
və insanlar qarşısında oyun oynamaq – bunların hamısı
mənasını itirəcək və Allahın həqiqətində insan ruhu Allah
tərəfindən   tanındığı   kimi   özündəki   bütün   gizli   cəhətləri
tanıyacaq.   Özünü   həqiqətdə   bu   cürə   dərk   etmə
Müqəddəsləri   həyəcana   gətirirdi   və   bizlərdən   heç   kim
bundan   qaça   bilməz.   İnsanın   ruhu   həmçinin   Allahın
hökmünü   biləcək   və   onunla   razı   olacaq,   çünki   o   özü
barədə həmin hökmü çıxaracaq. 
Axırda   yalnız   iki   imkan   olacaq   –   xilas   yaxud   rədd
olunma.   Lakin   səmalara   gedən   yolda   insan   ruhlarının
əksəriyyəti təmizlənmədən keçməli olacaq. 
Səma barədə
«Allahla lütf və dostluqda ölənlər kamil şəkildə təmiz
olurlar, onlar həmişə Məsihlə yaşayırlar. Onlar həmişəlik
~ 67 ~
67


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə