ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   2   3   4   5   6   7   8   9   ...   35

13 

 

edilən  Hacı  Məmmədsadıx  Əliyev  və  onun  qardaşları  Müsavatın  yerli  özəyinə 



himayədarlıq edir, hər cür maddi və mənəvi yardım göstərirdilər. 

  Azərbaycanın  ictimai-siyasi  həyatında  Müsavat  partiyasının  aparıcı 

mövqeyə  malik  olması,  nüfuzunun  orta  xətlə  yüksəlməsi  Şəki  özəyinin  də 

tərəqqisinə  əhəmiyyətli  təsir  göstərirdi.  Burada  «Türk  federalistlər»,  «Əhrar», 

«Hümmət»,  «İttihadi-İslam»  partiyalarının  yerli  özəklərinin  üzvlərinin  bir  qismi 

Şəki müsavatçıları ilə birləşib vahid mövqedən çıxış edirdilər. 

   1917-ci  il  fevral  inqilabı  nəhəng  Rusiya  imperiyasında  mütləqiyyət  üsul 

idarəsinə  son  qoydu.  Müstəmləkə  əsarətinin  əzab-əziyyətlərini  yaşayan  digər 

xalqlar kimi Azərbaycan xalqı da mütləqiyyətin süqutunda öz nicatını görürdü. 

   Kerenski  hökumətinin  iş  başına  keçməsindən  az  sonra  Şəkinin  Hürriyyət 

meydanında  toplanan  əhali  qarşısında  Sultan  bəy  Əmircanovun  bəhs  etdiyi 

mətləblər də bunu təsdiq edir. Onun söylədiklərindən: «Həzərat! Bu gün inqilabdır. 

Biz bu vaxta qədər insan deyildik. Bugünkü inqilabın əli ilə bağışlanan insaniyyət 

libasını biz məmnuniyyətlə qəbul edib geyməliyiz. 

   Çar  hökuməti  bizi  oxumaqdan  məhrum  etmişdi.  Bu  gündən  etibarən  biz 

mədəni-maarif  sarayları  tikməli  və  onun  içində  tərbiyə  almalıyız.  Cəhalət 

xarabalarında  yatmaq  zamanı  keçdi.  İndi  Kerenski  hökuməti  başda  durur.  Bu 

hökumət çara bənzəmir. Bu hökumətin verdiyi qanunlar hamını razı salacaqdır»

5



Əlbəttə, Kerenski hökumətinin Rusiya imperiyası tərkibində olan xalqların 



maariflənməsinə münasibəti heç də çarizmin bu problemlə bağlı tutduğu mövqedən 

əsaslı dərəcədə fərqlənə bilməzdi.  

Əslində  Sultan  bəy  arzularını  həqiqət  kimi  təqdim  etməklə  gümanlarının 

illüziya  olduğunun  fərqinə  varmamışdır.  Lakin  hər  necə  olsa  da  çarizmin 

devrilməsindən sonra liberallaşma prosesi həyatın bütün sahələrində özünü büruzə 

verirdi. 

  Şəki  ziyalıları  qəzada  təhsilin  inkişafını  təmin  etmək  üçün  maarif 

cəmiyyəti  təsis  etmək  qərarına  gəlirlər.  Onlar  bu  niyyəti  o  zaman  müfti  ilə  birgə 

Şəkiyə gəlmiş Şeyxülislama  da bildirirlər. O bu təşəbbüsü alqışlayır və xeyir dua 

verir. 


   1917-ci  ilin  aprelində  Bakıda  keçirilən  Qafqaz  müsəlmanlarının  I 

qurultayında  Şəkidən  Şirəli  bəy  Əmircanov,  Mürsəl  bəy  Sədrəddinbəyov  və 

Qəbələni  təmsil  edən,  dövrün  tanınmış  coğrafiyaşünası  Əhməd  Əfəndi  iştirak 

edirdilər.  Türk  Federalistlər  partiyasının  yerli  özəyinə  rəhbərlik  edən  Şəki 

bələdiyyəsinin  sədri  Şirəli  bəy  dinləyiciləri  riqqətə  gətirən  bir  nitqlə  qurultay 

tribunasından çıxış etmişdir. 

   1917-ci ilin mart ayının axırlarında Şəki maarifpərvərlərinin təşəbbüsü ilə 

«Hürriyyəti  Maarif  Cəmiyyəti»  təsis  olundu.  Bu  cəmiyyət  Şəkidə  maarifin, 

                                                           

5

 



Ə.Kərimov. Şəki keçmişdə və indi. «Şəki» mətbəəsi, 1927-ci il 

 



14 

 

mədəniyyətin inkişafında  müstəsna rol oynadı. Yaşadıqları ömrün mənasını xalqa 



xidmət  etməkdə  görən insanların gördükləri işin  miqyası adamı heyrətləndirməyə 

bilmir. 


  «Hürriyyəti Maarif Cəmiyyəti» tərəfindən 60 nəfərə yaxın tələbənin təhsil 

aldığı  ibtidai  məktəb  müəllimi  hazırlayan  kurs  açıldı.  Kursda  yalnız  Şəki 

qəzasından deyil, Şamaxı, Qaryagin kimi uzaq bölgələrdən gələn tələbələr də təhsil 

alırdılar. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi. 

Zamanın  tələbatına  uyğun  olaraq  tələbələr  hərbi  təlim  də  keçirdilər.  Bunun  üçün 

kursa  zabit dəvət  olunmuşdu. Üç  aylıq təhsil prosesi başa  çatdıqdan sonra  uğurla 

imtahan  verən  35  nəfər  tələbəyə  diplom  təqdim  edildi.  Qısa  müddət  ərzində 

cəmiyyət  tərəfindən  qəzada  25  məktəb,  təhsildən  kənarda  qalan  200  nəfər  üçün 

Vətən  məktəbi  yaradıldı.  Tavanasız  ailədən  olan  uşaqların  pulsuz  paltarla,  dərs 

ləvazimatı  ilə  təchiz  edilməsi,  həmçinin  müəllimlərin  əmək  haqqının  ödənilməsi, 

Şəki qəzasında açılan qiraətxanalar, konsert və teatr truppalarının fəaliyyəti bütün 

bunlar Nuxa «Hürriyyəti Maarif Cəmiyyəti»nin adı ilə bağlı idi. 

  Cəmiyyətin  18  nəfər  fəxri  və  76  nəfər  həqiqi  üzvü  var  idi.  Nurməmməd 

Əfəndi cəmiyyətin fəxri sədri seçilmişdi. 

  Nuxa  «Hürriyyəti  Maarif  Cəmiyyəti»  öz  məramını  dolğun  şəkildə 

reallaşdırmaq üçün xeyli maliyyə vəsaiti sərf etmişdi. Maliyyə problemləri Şəkinin 

sahibkarları və ziyalıları tərəfindən şəxsi vəsaitlər hesabına həll edilirdi. O zaman 

çox  yüksək  dəyərə  malik  olan  manat  hesabı  ilə  Abdulla  Əbdürrəhmanzadə  300 

manat,  tacir  Cəfər  Əbdürrəhmanzadənin  oğulları  1000  manat,  Mustafa  Əlibəyov 

200 manat, Hacı Məmmədsadıq Əliyevin vəfatı ilə əlaqədar qardaşları ehsan olaraq 

200 manat, Süleyman Məmmədzadə, Həmid Qasımoğlu və doktor Əliabbas Əfəndi 

Qədimov hər biri 100 manat Hürriyyəti Maarif cəmiyyətinə yardım göstərmişlər.

6

 

  S.Şaumyanın Bakı Sovetini Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca 



mərkəzinə  və  istehkamına  çevirəcəyi  təhdidindən  irəli  gələn  faciəvi  nəticələr 

Şəkidə də özünü büruzə verdi. 

   1918-ci  ilin  martında  Şahmalıyev  soyadlı  bir  nəfər  Şəkiyə  gələrək  yeni 

hökumət quruculuğu barədə bir sıra təkliflərlə çıxış etdi. 

  Bu  təkliflər  şeyx  Əli  Salman  tərəfindən  təqdir  edildi.  Eyni  zamanda  o, 

Bakıdan Şəkiyə rəhbər işə göndərilən nümayəndənin artıq yolda olduğunu və onu 

qarşılamaq üçün Çapağan kəndinə yaxın olan yerdə pişvazına çıxmağı tövsiyə etdi. 

   Şəkidə  sənətkarlıqla  məşğul  olan  Movses  adlı  erməni  daha  da  irəli 

gedərək Əli Salmanın da hökumət nümayəndəsinin qarşılanma mərasimində iştirak 

etməsini  məsləhət  bildi.  Onun  rəyinə  görə  din  xadiminin  yerli  rəhbərliyə 

göndərilən  şəxsin  qarşılanmasında  iştirakı  şəkililərin  qurulan  hökumətə 

bəslədikləri hörmətin təzahürü kimi qəbul edilərdi. 

                                                           

6

 



“Nuxa Hüriyyəti Maarif Cəmiyyəti” kitabçasının tam mətni bu kitabın “Sənədlər” bölməsində verilir. 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə