ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

38 

 

  Bəhram bəy Nəbibəyov 1930-cu ilin iyul ayında Şəkinin Bideyiz kəndinin 



yaxınlığındakı  Buxdur  dağında  Beriya  və  Bağırovun  üsyanı  yatırmaq  üçün 

göndərdikləri çeka cəlladları ilə döyüşdə qəhrəmancasına həlak oldu. 

  Üsyan  yatırıldıqdan  sonra  asmaq-kəsmək  xislətinə  sadiq  qalan  bolşevik 

rejimi  əhalinin  gözünü  qorxutmaq  üçün  kütləvi  repressiya  tətbiq  etdi.  Sözdə 

övladın ataya cavabdeh olmadığını iddia edən Stalin üsul-idarəsi əslində ərə görə 

arvadı, qardaşa görə qardaşı amansızcasına cəzalandırırdı. 

   Bəhram  bəyin  yaxın  qohum-əqrəbası  da  belə  qanunsuzluğun  qurbanı 

oldular. 

  «Üsyandan  sonra  Bəhram  bəy  Nəbibəyovun  qardaşlarını  da  həbs  etdilər. 

Otuz səkkiz yaşlı Hüseyn bəy 60 yaşlı Vahid bəy Nəbibəyovların hərəsinə 1931-ci 

il martın 2-də üç il həbs cəzası kəsilir».

31

 



  MTN-nin  arxivindəki  sənədlərə  əsaslanan  Cəlal  Qasımov  «Yaddaşın 

bərpası»  kitabında  Zaqatala-Nuxa  dairəsində  baş  vermiş  üsyanın  rəhbərlərinin 

müfəssəl siyahısını təqdim edir: 

1. Molla Mustafa Şeyxzadə (Baş Şabalıd) 

2. Nəbibəyov Bəhram bəy (NKİ-nin səfərbərlik şöbəsinin keçmiş rəisi) 

3.  İsmayıl  Hakki  Əfəndi  (türk)  -    Nuxa-Zaqatala  mahalı.  RXTŞ-nin 

təlimatçısı. 

4.  Əlicanbəyov  Mustafa  bəy,  üsyanın  başlandığı  gün  Tiflisdə  həbs 

olunmuşdur. 

5. Şeyxzadə (Tala), 1920-ci il üsyanın iştirakçısı. 

6. Hafiz Əfəndi, 1920-ci il üsyanın iştirakçısı. 

7. Hacı Ağa Kişibəy (Qazmalar), qolçomaq. 

8. Cəlil  Moçayev,  KGİ  Zaqatala  Komsomol  idarəsi  Rəyasət Heyətinin 

keçmiş üzvü (həbs olunub). 

9. Balacayev Sadıx bəy (qolçomaq) həbs edilib. 

10. Molla Yusif -  partiyanın üzvü -  Almalı rayonunun rəhbəri. 

11.  İslam  və  Novruz  -    Əliabad  rayonundakı  Varxiyan  quldur  (qaçaq  - 

M.H.) dəstəsinin başçıları. 

12. Molla Əbdurrəhman (Muxax) -  Əliabad rayonunda həbs olunub. 

13. Heydər Hacı Qurban Maqoma (qolçomaq) -  Qabaqçöl. 

14. Hacı Heybətulla (Qabaqçöl) Molla Murtazəli qrupunun ideya rəhbəri. 

15. Murtazəli Xalatolinski (Qabaqçöl) -  qolçomaq.  

16. Bəhman İsa (Qabaqçöl). 

17. Molla Şərif (Balakən), partiyanın keçmiş üzvü. 

18. Dost Tahir (Balakən). 

                                                           

31

 

Şəmistan Nəzirli. «Azərbaycan» qəzeti, 20 fevral, 2000



 



39 

 

19. Paşan Məhəmməd Şaban oğlu (ittihadçı). 



20. Mustafa Hacı Əli oğlu (Balakən imamı). 

21. Hüseyn İlyas oğlu (keçmiş qoçu, ittihadçı). 

22. Vartaşen rayonu Qumlax kənd Sovetinin sədri.

32

 



   Şəki üsyanın liderləri ilə yanaşı daha iki nəfərin adı rəsmi sənədlərdə daha 

çox  hallandırılır.  Bunlar  Hafiz  Əfəndi  və  Şeyxzadə  Talski  idilər.  Bu  şəxslər  öz 

fəaliyyətlərini  yaşadıqları  ərazi  ilə  məhdudlaşdırmamış,  bütün  mahal  miqyasında 

üsyanın  hazırlanmasında,  Tala,  Çim-Çar,  Dəymədağlı  və  Qazmalar  kəndlərində 

üsyançı  dəstələrin  yaradılmasında,  silahlandırılmasında  fəal  iştirak  etmişdilər.  Bu 

barədə  yuxarıda  adı  çəkilən  əsərdə  deyilir:  «1920-ci  il  Zaqatala  üsyanının 

iştirakçısı  olan  Hafiz  Əfəndi  və  Şeyxzadənin  (Talski)  digər  rayonlarda  üsyanın 

hazırlanmasında rolları olmuşdur. Bu haqda aşağıdakı məlumatlar vardır: 

  Tala kəndindəki üsyanın başçıları Şeyxzadə və Hafiz Əfəndidir. 1930-cu il 

fevralın  17-də  Tala  kəndinə  hücumdan  əvvəl  Şeyxzadə  yaxın  kəndləri  gəzmiş, 

üsyana  hazırlıq  işləri  ilə  məşğul  olmuşdur.  Əvvəl  Tala  kəndinə  rus  və  türk 

tüfəngləri  ilə  silahlanmış  2030  nəfər  hücum  etmiş,  daha  sonra  onlara  silahlanmış 

talalılar da qoşulmuşdular. 

  Aprelin 8-də  məlum oldu ki, Tala kəndinin sakini, baramaaçan  fabrikinin 

keçmiş sahibi,  qaramal  alveri etmək  məqsədilə Dağıstanla  mütəmadi əlaqəsi olan 

Əli  Məhərrəmov  quldur  dəstəsi  təşkil  etmiş,  heyvandarlıq  kooperativinin  müdiri, 

Əbdürrəhman  isə  həmin  dəstəni  sursatla  təmin  etmək  üçün  güllə  tədarükü 

görmüşdür. O, Taladakı quldur dəstəsi ilə əlaqə yaratmış və söz vermişdir ki, guya 

Baş Siyasi idarədə işləyən yaxın tanışı vasitəsilə silah əldə edəcəkdir. 

  Fevralın  14-də  Əli  Məhərrəmovun  evində  yığıncaq  keçirilmişdi.  Həmin 

yığıncaqda Əlinin atası bildirmişdi ki, onun göstərişi ilə hərəkət etməyə hazır olan 

2025  nəfər  adam  var.  Adamlar  Tala,  Çim-Çar  və  Momul  kəndlərindədir.  O, 

həmçinin bildirmişdi ki, cəmi 10 tüfəngləri var, lakin üsyana cəlb edilən adamların 

bir çoxu silaha malikdirlər. 

  28  apreldə  bu  quldur  dəstəsi  (üsyançılar  -    H.M.)  haqqında  verilən 

məlumatda bildirilir ki, onun başçısı carlı Taban Laçındır. 

  Dəymədağlı  və  Qazmalar  kəndlərində  antisovet  özəklər  yaranmışdır. 

Dəymədağlı kəndindəki özəyə Qax kəndinin sakini Sadıx bəy Balacayev rəhbərlik 

edirdi.  Dadaş  İsayev  -    AK(b)P-nin  üzvü  (hal-hazırda  gizlənib)  həmin  özəyin 

üzvləri olublar. 

  Qazmalar  kəndindəki  özəyə  isə  Hacı  Ağakişi  bəy  başçılıq  etmişdir.  O, 

Hafiz Əfəndi və Şeyxzadə ilə sıx əlaqədə idi.

33

  

                                                           



32

 

Cəlal Qasımov. Yaddaşm bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 118-119 



33

 

Cəlal Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 116-117 



 


40 

 

  Beləliklə bütün Şimal-Qərbi Azərbaycan böyük üsyana hazırlaşırdı. 1930-



cu ilin ilk aylarında üsyana hazırlıq prosesinin genişlənməsinə və intensiv xarakter 

almasına  təkan  verən  başlıca  amil  yanvar  ayının  5-də  ЦИК  (b)P  MK  tərəfindən 

qəbul  edilən  qərar olmuşdur.  Həmin  qərara  görə  1932-ci  ilin  yayına  kimi  kütləvi 

kollektivləşmə  həyata  keçirilməli  və  bu  zəmində  qolçomaqlar  bir  sinif  kimi  ləğv 

edilməli  idi.  Hətta  qərarın  yerinə  yetirilməsi  üçün  500  milyon  manat  vəsait 

ayrılması nəzərdə tutulmuşdu. 

  Söhbət  azad  əkinçiliklə  bağlı  yüz  illər  ərzində  formalaşmış  iqtisadi 

münasibətlərə  son  qoyulmasından,  bu  qərarla  razılaşmayan  on  minlərlə  insanın 

bütün  hüquqlardan  məhrum  olunmasından  və  nəhayət  fiziki  cəhətdən  məhv 

edilməsindən gedirdi. 

  Deməli,  kəndlinin  fərdi  torpaq  sahəsinə  malik  olmaq  və  öz  əməyinin 

nəticələri üzərində sərəncam vermək hüququnun üstündən birdəfəlik xətt çəkilirdi. 

Bu isə onu həyata bağlayan tellərin qırılması demək idi. 

  Kommunist bolşeviklər partiyasının kütləvi kollektivləşmə və bu zəmində 

qolçomaqları  bir  sinif  kimi  ləğv  etmək  qərarı  ilə  1930-cu  ildə  baş  vermiş  Şəki 

üsyanı  arasında  məntiqi  bağlılıq  məhz  bundan  ibarət  idi.  Həmin  üsyanın 

səbəblərini  bütün  istehsal  münasibətləri  üzərində  dövlətin  total  nəzarətini  təmin 

etməyə  çalışan  sovet  sisteminin  mahiyyətindən  kənarda  axtarmaq  bu  tarixi 

hadisəyə elmilikdən uzaq olan qeyri-ciddi münasibətdir. 

  Şəkidə,  eləcə  də  Zaqatala-Nuxa  mahalının  digər  rayonlarında  baş  verən 

üsyançıların  ЦИК(b)P-nin  1930-cu  il  5  yanvar  qərarı  ilə  bağlılığı  o  zaman  rəsmi 

dairələr tərəfindən də etiraf olunmuşdur. 

  AK(b)P Zaqatala-Nuxa dairə komitəsinin AK(b)P MK-ya verdiyi məlumat 

dediklərimizi  təsdiq  edir.  Məlumatda  bildirilir:  «...axırıncı  üç  ayda  bu  iş  (üsyana 

hazırlıq) daha intensiv olmuşdur. Bunun səbəbi sosializmin kapitalist elementlərə -  

qolçomaqlara, din xadimlərinə qarşı bütün cəbhə boyu hücumu ilə əlaqədar idi»

34



  Digər  sənəddə  isə  deyilir  ki,  Az.SSR  ərazisində  antisovet  elementlərin 



qəflətən aradan götürülməsi başqa belə ünsürlər içərisində çaxnaşma yaratdı.

35

 



  Kolxoz quruluşunun törədəcəyi fəsadlar haqqında kəndlilər arasında qeyri-

adi  söhbətlər,  şayiələr  baş  alıb  gedirdi.  Hətta  kollektivləşmənin  üstünlüklərindən 

ağız dolu danışan hakimiyyət nümayəndələrinin də bu sistem haqqında təsəvvürləri 

olduqca bəsit idi. Bu, onların kəndlilər içərisində apardıqları təbliğat işində özünü 

büruzə  verirdi.  Dairə  partiya  komitəsinin  hesabatındakı  bu  etiraf:  «Üsyan 

hərəkatına  yoxsulların  cəlb  edilməsi,    aşağı  partiya  və  hakimiyyət  orqanlarının 

onlar arasında apardıqları təbliğat işinin zəif olması ilə izah etmək olar». 

  Şəkinin Baş Göynük kəndində olmuş gerçək bir əhvalat həmin problemin 

ciddiliyindən xəbər verirdi. 

                                                           

34

 Baş Arxivlər idarəsi. f. 255, s. 1, iş 56, v. 3847 



35

 Yenə orada. f. 12, s. 4, iş 62, v. 140 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə