ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   2   3   4   5   6   7   8   9   ...   35

10 

 

  Ulu şairimizin təkidli tövsiyələrindən sonra bu yükün altına girməyi qərara 



aldım.  Arxivdə  çalışdım,  Şəkinin  özündə  və  kəndlərində  bir  çox  məlumatlı 

ağsaqqallarla söhbətlər etdim. Nəticədə bu kitab meydana gəldi. 

   «Şəki  üsyanı»  kitabı  ilk  dəfə  məhdud  tirajla  2000-ci  ildə  çap  olundu. 

Lakin  sonralar  əldə  etdiyim  yeni  sənədlər,  üsyan  yatırılandan  sonra  davam  edən 

qaçaqçılıq  hərəkatı  haqqında  məlumatlar  məni  kitab  üzərində  yenidən  işləməyə, 

onu daha da genişləndirməyə sövq etdi. 

   Əziz  oxucular,  XX  əsrin  30-cu  illərində  bolşevizmin  yaratdığı  zülmət 

səltənətində  yarasa  tək  qaranlıqda  yaşamaqdan  imtina  edib  mərdanə  ölümə 

üstünlük verən sələflərimizin həqiqi əməlləri, şəxsiyyətləri uzun müddət  təhrif və 

yalan  kölgəsi  altında  gizlədildiyindən  həyatda  olduqları  tək  yox,  Sovet  rejimi 

qurucularının təsvirlərinə uyğun şəkildə təqdim edilmişdir. 

  Müəllif  kimi  mənim  başlıca  niyyətim  kölgədən  işığa  doğru  gedən  balaca 

bir cığır açmaqdan ibarət olmuşdur. Sizin rəyiniz bu məqsədə çatmaq üçün edilən 

cəhdin uğurunu müəyyən edən meyar olacaqdır. 




11 

 

I FƏSİL 



 

1930-cu il  

 

ÜSYANINA GEDƏN YOLLAR 

 

Şəki  XX  yüzilliyin  ilk  onilliklərində  sözün  həqiqi  mənasında  intibah 



dövrünü  yaşayırdı.  İqtisadiyyatının  aparıcı  sahəsi  olan  ipək    sənayesi  mövcud 

olduğu  müddət  ərzində  ən  böyük  tərəqqi  mərhələsinə  yüksəlmişdir.  İpək  istehsal 

edən fabriklərdə o dövr üçün ən müasir, ən mükəmməl avadanlıqlar tətbiq edilirdi. 

Çar  imperiyasında  ilk  dəfə  elektrik  enerjisindən  istifadə  etmək  yolu  ilə  barama 

açmaq  təcrübəsi  Şəki  sahibkarı  Salam  Lətifovun  zavodunda  həyata  keçirilmişdi. 

Şəki ipək sənayesində 1915-ci ildə 10 milyon manatlıq məhsul istehsal edilmişdir. 

Bu göstərici əsrin əvvəlləri ilə müqayisədə 5 dəfədən çox idi.

2

 



   İqtisadi  yüksəliş  zəncirvarı  qaydada  arxasınca  mənəvi  tərəqqi  gətirir, 

təhsilin, mədəniyyətin inkişafı üçün zəmin rolunu oynayırdı. 

  Xalqın  təhsilə  qovuşması,  dünyagörüşünün  artması  naminə  hər  cür 

fədakarlığa getməyə hazır olan, könül evini millət sevgisi ilə işıqlandıran insanların  

Axund  Fərəgullah  Pişnamazzadə,  Axund  Məhəmməd  Həsən  Mövlazadə,  Məşədi 

Abdullah  Qafarov,  Şirəli  bəy  Əmircanov  və  başqalarının  gərgin  səyləri  hesabına 

«Şəki şəhəri və qəza müsəlman əhalisi arasında savad yayan Nuxa cəmiyyəti» adlı 

xeyriyyə  təşkilatı  yarandı.  Bu  cəmiyyət  öz  məramından  irəli  gələn  vəzifələrin 

həyata keçirilməsində diqqətə layiq uğurlar əldə etdi. 

   Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  səbəb-nəticə  əlaqələrinin  ahəngdarlığı 

baxımından  iqtisadi  tərəqqi  və  mədəni  səviyyənin  yüksəlişi  milli  özünüdərk 

prosesinin inkişafına təkan verən mühüm amilə çevrilir. I Dünya savaşı ərəfəsində 

bu  qanuna  uyğunluq  Azərbaycanın  iqtisadi  və  mədəni  cəhətdən  inkişaf  etmiş 

bölgələrindən  olub  Şəkidə  də  özünü  büruzə  verirdi.  Milli  oyanışı  təsdiqləyən  ən 

mühüm  əlamət  əhalinin  öz  etnik  soy-kükünə,  Türkiyəyə  marağının  xeyli  artması 

idi.  Abdulla  Əfəndizadənin  1919-cu  ildə  Şəkinin  “Mədəniyyət”  mətbəəsində  çap 

olunmuş  “Ya  ölüm,  ya  Türkiyə”  kitabçasının  məzmununu  milli  şüurun  inkişafını 

təsdiq  edən  bariz  nümunədir.  Əsərin  mahiyyəti  müəllifin  «Böyük  Türkiyə  ilə 

birləşib  əzəmətli  və  elmi  səltənət  təşkil  etməklə  bərbad  ittihadi-millət  və 

ittihadlaşan  bizim  milli  əməllərimiz  çiçəklənə  biləсəkdir”

3

  -    fikrində  öz  əksini 



tapmışdır. 

  Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  Şəkili  sahibkar  Həsən  Mustafayevə 

məxsus olan bu mətbəə 1911-ci ildə işə başlamışdır. Həmin mətbəədə 1916-cı ildə 

Rəşid  bəy  Əfəndiyevin  «Saqqalı  kəraməti»  əsəri,  yenə  həmin  ildə  «Əsgəri 

                                                           

2

 



Mahmud İsmailov. «Şəki», Bakı, 1982, səh. 70

 

3



 

Abdulla Əfəndizadə. «Ya ölüm ya Türkiyə». «Şəki Mədəniyyət» mətbəəsi, 1919-cu il 




12 

 

Marşlar», 1918-ci ildə Rəcəb Əfəndizadənin «Türk qiraəti» dərsliyi, 1919-cu ildə 



«Nuxa Hürriyəti Maarif» kitabçası və Abdulla Əfəndizadənin yuxarıda adı çəkilən 

əsəri çap olunmuşdur. 

4

 

1913-cü  ilin  yazında  Şəkidə  Müsavat  Partiyasının  yerli  özəyi  yaradıldı. 



Özəyin təsis yığıncağında bəyan edildi ki, Müsavatın başlıca məqsədi milli mənafe 

uğrunda mübarizə aparmaqdır. 

   Qısa  bir  zaman  kəsiyi  ərzində  Müsavat  Partiyasının  Şəki  özəyinin 

üzvlərinin sayı 400 nəfərə çatdı. Hətta Şəki qəza polis idarəsinin rəisi Mürsəl bəy 

Həsən  bəy  oğlu  Sədraddinbəyov  da  onun  sıralarında  fəaliyyət  göstərirdi.  O, 

partiyaya  cəlb  etdiyi  polis  idarəsinin  əməkdaşları  Əhmədağa  Yusifbəyov  və 

Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl 

bəyin  qurduğu  təbliğat  sisteminin  təsir  dairəsi  Şəkinin  hüdudlarını  aşaraq  Qəbələ 

və  Ərəş  nahiyələrini  də  əhatə  edirdi.  O,  mütəmadi  olaraq  Bakı,  Gəncə  və  Tiflis 

şəhərlərində  olur,  F.X.Xoyski,  X.Xasməmmədov,  X.Məlikaslanovla  görüşərək 

müxtəlif xarakterli tapşırıq və məsləhətlər alırdı. 

  Məmmədəli  Xəlfəzadə  Müsavat  Partiyasının  Şəki  özəyinin  ilk  rəhbəri 

olmuşdur. Türkiyədə təhsil alması onun dünyagörüşünə əhəmiyyətli təsir etmişdir. 

Məmmədəli  Xəlfəzadə  Şəkinin  Küngüt,  Zəyzid,  Göynük  və  digər  kəndlərini 

gəzərək  Müsavat  ideyalarını  təbliğ  edir,  bu  partiyanın  guya  bəylərin,  varlıların 

partiyası olması haqqında təəssüratların yanlış olduğunu, xalqın bütün zümrələrinin 

mənafeyini qoruduğunu, milli birliyi təmin etməyə can atdığını təkidlə izah edirdi. 

«Türk  millətindənəm,  islam  hümmətindənəm,  qərb  mədəniyyətindənəm»  kəlamı 

onun dilinin əzbəri idi. 

  Milli  hökumət  qırmızı  ordunun  süngüləri  ilə  süquta  uğradıqdan  sonra 

M.Xəlfəzadə  özünü  cəmiyyətdən  təcrid  edib,  bir  növ  qaçaq  həyat  tərzi  keçirir. 

1925-ci ildə həbs olunur. Yüksək intellekt sahibi olması, bir neçə dili, o cümlədən 

rus dilini mükəmməl bilməsi Məmmədəli Xəlfəzadəni xilas edir. 

   O  bir  müddət  Maarif  komissarlığında  çalışır,  sonra  Sənaye  (Neftkimya) 

institutunda  pedaqoji  fəaliyyətini  davam  etdirir.  Məmmədəli  müəllim  ömrünün 

sonuna kimi bu institutda rus dili kafedrasına rəhbərlik etdi. 

Məmmədəli  Xəlfəzadənin  keşməkeşli  ömrü  1959-cu  ildə  başa  çatdı. 

İnsanlar  ürəklərində  gəzdirdikləri  Vətənlə  bağlı  arzularını  Müsavat  Partiyası 

tərəfindən  reallaşdırılacağına  inandıqlarından  ona  tapınırdılar,  onunla  nəfəs 

alırdılar.  Belə  isti  münasibətin  nəticəsi  idi  ki,  partiya  elin-obanın  məhəbbət  və 

qayğı orbitinin cazibə dairəsinə düşmüşdür. 

  İpək sənayesində çox böyük nüfuz yiyəsi olan fabrik sahibi Salam Lətifov 

(Törə  Salam),  zərgər  Usta  Əhməd  Usta  Əziz  oğlu,  İstanbulda  təhsil  almış  Vüsəl 

Əfəndi,  hüquqşünas  Mustafa  bəy  Əlibəyov,  Şəkinin  Hacı  Zeynalabdini  hesab 

                                                           

4

 Kərimov. Şəki keçmişdə və indi. «Şəki» mətbəəsi, 1927-ci il, Azərbaycan Yazıçılar birliyinin üzvü. 



Sabir Əfəndiyevin şəxsi arxivindən

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə