ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

32 

 

  Törədilən  rəzalətlər,  verilən  zülm  və  sitəmlər  müqabilində  mütləq  itaət 



nümayiş  etdirilməsi  bu  ittihamdan  yaxa  qurtarmaq  üçün  yeganə  çıxış  yolu  idi. 

Fəqət insanın zülm qarşısında daim itaət göstərməsi mümkün idimi? Bu insanın öz 

təbiətinə qarşı çıxması, öz-özünü inkar etməsi demək olardı. 

  İnsan ruhuna doğma olan, qəlbi riqqətə gətirən dəyərlərdən məhrum olmaq 

istəməyən,  mənəvi  cəhətdən  şilküt  edilmiş  halda  yaşamaqdan,  daha  doğrusu 

mövcud olmaqdan imtina edən adamların qiyamdan başqa digər yolları qalmırdı. 

  Üsyan ərəfəsində meydana gəlmiş kiçik silahlı dəstələrin üzvləri məhz bu 

yolu seçən insanlar idi. Budur onların bir qismi. 

 

1. Süleyman Salman oğlunun dəstəsi (Baş Göynük) -  3 nəfər. 



2. Əbdül Məcid Bakkayevin dəstəsi -  3 nəfər. 

3. Novruz Şirinovun dəstəsi (Əliabad) -  2 nəfər. 

4. İslam Qara oğlunun dəstəsi (Varxıyan) -  3 nəfər. 

5. Məmməd Ramazan oğlunun dəstəsi (Qabaqçöl) -  5 nəfər. 

 6. Həsən Osman oğlunun dəstəsi (Tala qrupu -  Şuayan qalıqları) -  3 nəfər. 

7. Abbas Zikzitski 

 

   1930-cu il aprel ayının 13-də üsyanın başlandığı gün  bir sıra fəallar həbs 



edildilər.  Çox  güman  ki,  xəyanətin  qara  əlləri  bu  həbslər  üçün  zəmin  rolunu 

oynamışdır. 

  Həmin gün Mustafa bəy Əlicanbəyov (Şəkinin bəyi), Hidayət Hacı Vahab 

oğlu  (Xalxaldan  olan  tacir),  Bəkir  Yusif  oğlu  Əhmədov  (Vartaşen  rayonunun 

Turkeş  kəndindən  olan  ortabab  kəndli),  Rəsul  Abdulla  oğlu  Rəsulov  (Nuxanın 

Qışlaq  hissəsindən  olan  kustar)  və  Talıb  Həsənov  o  vaxt  rəsmi  hakimiyyət 

nümayəndələrinin dedikləri kimi aradan götürüldülər. 

  Nuxa  rayon  milis  şöbəsinin  rəisi  Cərulla  Əfəndizadəni  gizləndiyinə  görə 

həbs etmək mümkün olmadı. 

  Molla  Mustafa  Şeyxzadə  Zaqatala-Nuxa  qəzasında  fəaliyyət  göstərən 

müqavimət hərəkatı fəalları ilə əlaqə saxlayır, üsyana mütəşəkkil halda başlamaq, 

vahid  qüvvə  ilə  çıxış  etmək,  hərəkətləri  uzlaşdırmaq,  kortəbiiliyə  və  özfəaliyyət 

hallarına yol verməmək üçün danışıqlar aparırdı. Belə danışıqlardan biri 1930-cu il 

aprel  ayının  əvvəllərində  Qax-Muğal  kəndinin  sakini  Xəlil  Musa  oğlu  Eminovun 

evində, Qax üsyançılarının başçısı Sadiq bəy Balacayevlə olmuşdur. 

   Sadıq  bəy  həbs  olunduqdan  sonra  1930-cu  il  aprelin  27-də  ifadə 

vermişdir. Onun dediklərindən: «Üsyan başlanmazdan 10-12 gün əvvəl (aprelin ilk 

günlərində)  səhər  tezdən  mənim  evimə  Qax-Muğal  kəndinin  sakini  Xəlil  Musa 

oğlu Eminov gəldi və bildirdi ki, məni onun evində olan Molla Mustafa Şeyxzadə 

çağırır. O, mənə dedi ki,  heç kimin görməməsi üçün bağların içi ilə gedim və bu 

barədə  heç  kimə,  heç  nə  deməyim.  Bu  tapşırıqları  verdikdən  sonra  o  saat  getdi. 

Mən Xəlilin tapşırdığı kimi etdim və tezliklə onun evində oldum. Məni Xəlil özü 




33 

 

qarşıladı. Mustafa və başqaları oturan otağa deyil, heç kim olmayan otağa apardı. 



Molla  Mustafa  ilə  otaqda  kimin  olduğunu  bilmirdim.  Lakin  səsindən  öz 

həmkəndlim Şabanı (Mahal İH-nin başçısı Ağamirovun kürəkəni) tanıdım. Bundan 

başqa  Şabanın  orada  olmasını  Xəlil  özü  də  təsdiq  etdi,  lakin  orada  olan  başqa 

adamlar  haqqında  heç  nə  demədi.  Xəlil  Molla  Mustafanı  mən  olan  otağa  gətirdi. 

Bizi tək qoyub çıxıb getdi. Molla Mustafa ilə mən çoxdan tanışam. O, hələ ticarətlə 

məşğul olarkən Mən onun Baş Şabalıddakı evində olmuşam. Onu deyə bilərəm ki, 

Molla Mustafa mənə yaxşı tanışdır. Mən Molla Mustafaya sual verəndə ki, bu cür 

məxfilik nəyə lazımdır, o bildirdi ki, qeyri-leqal vəziyyətdədir, həbs olunmağından 

qorxduğu  üçün  gizlənir.  Molla  Mustafa  maraqlandı  ki,  məni  incidən  və  ya 

sıxışdıran  varmı,  hazırkı  qayda-qanunla  razıyammı?  Cavab  verdim  ki,  məni  heç 

kim nə incidir, nə də sıxışdırır və hökumətə qarşı heç bir narazılığım yoxdur. Bu 

zaman Molla Mustafa başladı danışmağa ki, Sovet hökuməti öz siyasəti ilə əhalinin 

dini hisslərinə toxunur, məscidləri əllərindən alır, mollaları həbs edir və bununla da 

bizi və dinimizi məhv edir. Son nəticə olaraq Molla Mustafa Sovet hakimiyyətinin 

devrilməsinin zəruri olduğunu bildirdi. 

  Mən onun təklifindən boyun qaçırdım, lakin o mənim bu işə qoşulmağıma 

təkid etdi və təklif etdi ki, silahlı dəstə yığım. Mən buna razı olmadım, lakin Molla 

Mustafa məni hədələdi ki, razı olmasam son anda mənim üçün pis ola bilər. Axırda 

Molla Mustafa mənə aşağıdakıları dedi: «Bu haqda heç kim qətiyyən bilməməlidir, 

özün  hazır  olmalısan  və  silah  tədarükü  də  görməlisən,  mən  isə  kimə  paylamaq 

lazım  olduğunu  sənə  deyəcəyəm.  Əgər  mənə  qulaq  asmasan,  sonra  çox 

heyfsilənəcəksən.  Mən  bunlara  baxmayaraq,  razılıq  vermədim.  Yadımdadır  ki, 

Molla  Mustafa  söhbət  zamanı  bildirdi  ki,  Sovet  hakimiyyətini  yıxmaq  üçün 

hazırlıq  hər  yerdə  gedir,  türklər  tərəfindən  də  köməklik  olacaq.  Nuxa  şəhərinə 

gələn türk Kazım paşanın adını çəkdi. Bunlardan başqa Molla Mustafa mənə heç 

nə  demədi.  Mən  Molla  Mustafadan  o  biri  otaqda  oturanlar  haqqında,  xüsusən 

Şaban haqqında soruşanda, Molla Mustafa «onu haradan tanıyırsan, bəlkə bu işdə 

Ağamirov özü də iştirak edir» -  deyə cavab verdi. 

   Görünür, Siyasi idarənin zindanında məruz qaldığı işgəncələr Sadıq bəyin 

iradəsini  sarsıtdığından  onu  vicdan,  əxlaq  meyarlarına  uyğun  gəlməyən  bu  cür 

ifadə verməyə sövq etmişdir. 

  Molla  Mustafanın  Nuxa-Zaqatala  dairəsində  üsyana  hazırlıq  prosesində 

mühüm  rol  oynadığını  təsdiqləyən  faktlardan  biri  də  hərəkatın  iştirakçısı  Xəlil 

Musa oğlu Eminovun həbsindən sonra verdiyi ifadədir. O, ifadəsində bildirmişdir 

ki, üsyandan 20 gün əvvəl Molla Mustafa, İsmayıl, papaqçı Məmməd (Qax sakini) 

və Hacı Ağakişi bəy (Qazmalar kəndinin sakini) onun evində olmuşlar. Xəlil Musa 

oğlu  Hacı  Ağakişi  bəyin  həmin  görüşdən  əvvəl  həbs  edilməsinə  baxmayaraq 

papaqçı  Məmmədin  onun  bura  necə  gətirə  bildiyinə  təəccüblənmişdir.  O, 

ifadəsində daha sonra bildirmişdir ki, onlar dördü də nə barədəsə söhbət edirdilər. 

Səhər  papaqçı  Məmmədlə  Hacı  Ağakişi  bəy  çıxıb  getdilər.  Molla  Mustafa  və 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə