ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   2   3   4   5   6   7   8   9   ...   35

 

atmaqda  davam  edirlər.  Birdən  evin  arxa  tərəfindən  güllə  səsi,  arxasınca  da 



Xudunun «namərd, al, bu da sənin payın» deyən səsi eşidilir. Sonra məlum olur ki, 

Xudu evin arxa tərəfindəki ayaqyolunda gizlənmiş ev sahibini vurubmuş. Milislər 

evin  arxa  tərəfinə  keçmək  istədikdə  Xudu  öndə  gələn  milisi  vurub  qışqırır:  Bir 

gülləm qalıb, mən sizə yox, özümə təslim oluram -  deyə sonuncu gülləni sinəsinə 

sıxır. 

   Sadəddin  kişi  şahidi  olduğu  bu  hadisəni  mənə  qəhərdən  boğula-boğula 



danışıb  Xudunun  igidliyinə,  cəsarətinə  bütün  kəndin  heyran  qaldığını  və  onun 

haqqında o zaman xalq arasında qəribə əfsanələr dolaşdığını dedi. 

  İkinci  arzum  budur  ki,  1930-cu  ildə  xalq  hərəkatını  boğmaq  üçün 

canfəşanlıq  göstərən  və  bu  uğurda  ölən  kommunistlər  üçün  Şəkidə  ucaldılmış 

həmin  abidənin  yerində  kommunistlərə  qarşı  vuruşan,  canlarını    ədalət  yolunda 

fəda  edən  üsyan  qəhrəmanlarına  abidə  ucaldılsın.  Çünki  kommunistlər  üçün 

ucaldılan o abidənin ömrü zorakılığın üstündə bərqərar olan quruluşun ömrü qədər 

oldu.  Arzu  etdiyim  abidə  isə  həmin  zülmə  qarşı  çıxan  Bəhram  bəy,  Hüseyn  bəy, 

Qaçaq  Abbas,  Mustafa  bəy  Əlicanbəyov,  Hafiz  Əfəndi  kimi  haqq  uğrunda 

canlarını  qurban  verənlər  üçün  ucaldılacağından  onun  ömrü  xalqın  ömrü  qədər 

olacaq. 



 

 



 

GİRİŞ 

 

Sovet  hakimiyyətinin  XX  əsrin  20-ci  illərində  fərdi  kəndli  torpaqlarını 

birləşdirərək  kollektiv  təsərrüfatlara  çevirmək  və  beləliklə  taxıl  məhsullarının 

istehsalı,  satışı  sahəsində  dövlətin  inhisarçı  mövqeyini  təmin  etmək  məqsədi  ilə 

Azərbaycanda  apardığı  aqrar  siyasət  xalqın  kəskin  narazılığına  səbəb  oldu. 

Kəndlilər  kütləvi  kollektivləşmə  siyasətini  haqlı  olaraq  onları  torpaqdan, 

əməklərinin  nəticələri  üzərində  sərəncam  vermək  hüququndan  məhrum  edəcək 

müdhiş  bir  bəla  kimi  qarşıladılar.  Bu  bəlanın  qarşısını  almaq  üçün  aparılan 

mübarizədə xalqımız minlərlə övladını qurban verdi. 

   Məhz  səbəb  olduğu  çoxsaylı  faciələrə  və  ağır  sosial-iqtisadi  nəticələrə 

görə böyük öndərimiz M.Ə. Rəsulzadə kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı 

yeri, daim qanayan yarası” adlandırmışdır. 

   Xalqın  torpaqla  bağlı  ümidlərinin  üstündən  xətt  çəkən  kütləvi 

kollektivləşmə siyasəti Azərbaycanın bir çox bölgələrində üsyan həddinə yüksələn 

müqavimət  hərəkatı  ilə  üzləşdi.  Müqavimət  hərəkatının  yalnız  sosial-iqtisadi 

xarakteri ilə deyil, həm də siyasi mahiyyəti ilə fərqlənən şərəfli səhifələrindən biri 

də 1930-cu ilin aprel ayında baş vermiş Şəki üsyanıdır. Şəkidə yüksələn, sonra isə 

Qax,  Zaqatala,  Balakən  və  məmləkətimizin  digər  qəzalarına  yayılan  üsyanların 

siyasi xarakterə malik olması rəsmi sənədlərdə də öz təsdiqini tapmışdır. 

   Üsyan  ərəfəsində  Şəkidə  sosial-iqtisadi  və  mənəvi-psixoloji  durum 

olduqca  gərgin  idi.  Hakimiyyət  qurumları  «düşmən  ünsürlərlə»  mübarizə  şüarı 

altında  xalqın  maddi  və  mənəvi  həyatına  qarşı  zorakılığı  gündəlik  davranış 

normasına çevirmişdilər. «Mübariz allahsızlar cəmiyyəti»nin üzvləri tərəfindən yüz 

illərin  sınağından  çıxmış  gözəl  adət-ənənələr,  milli  və  dini  dəyərlər  hörmətsiz 

münasibətə məruz qalırdı. 

   Bolşevik  rejiminin  inzibati  metodlara,  ağır  vergi  sisteminə  əsaslanan 

iqtisadi  siyasəti  Şəki  sənətkarlığını,  manufaktura  təsərrüfatını  iflasa  uğratmış,  elə 

bu  səbəbdən  də  əhalinin  güzəranı  olduqca  ağırlaşmışdı.  Belə  iqtisadi  siyasətin 

özülündə  duran  başlıca  məqsəd  azad  sənətkarlığı  ləğv  etmək  hesabına  istehsal 

vasitələri üzərində dövlətin inhisarçı mövqeyini təmin etmək idi. Beləliklə 1920-ci 

ildən  başlayaraq  yalnız  doğma  vətən  torpağına  deyil,  həm  də  xalqın  maddi  və 

mənəvi  dünyasına,  həyat  və  düşüncə  tərzinə  qarşı  yönələn  təcavüz  1930-cu  ildə 

Şəkidə yüksələn üsyanın başlıca səbəbləri idi.    

Doğrudur  1930-cu  ilin  aprelində  Şəkidə  baş  vermiş  hadisələr  haqqında 

fərqli fikirlər və mülahizələr də mövcuddur. Həmin mülahizələrin mahiyyəti budur 

ki,  Sovet  hakimiyyətinin  xüsusi  xidmət  orqanları  1920-ci  il  aprel  işğalından 

əvvəlki  dövrə  məxsus  əxlaqi-etnik  baxışları,  iqtisadi  münasibətləri,  istiqlaliyyət 

düşüncəsini  təmsil  edən  sosial  zümrəni  məhv  etmək  məqsədilə  həmin  üsyanın 




 

başlanması  üçün  təhrikedici  rol  oynamışlar.  Əslində  bu  sayaq  niyyətlərin 



mövcudluğundan  asılı  olmayaraq  bolşevik  rejiminin  mahiyyətindən  irəli  gələn 

sosial-iqtisadi  münasibətlərin  törətdiyi  ziddiyyətlər  müqavimət  hərəkatı  üçün 

obyektiv şərtlər olaraq qalır. 

  Yüzlərlə insanın qətlindən irəli gələn kədər hissindən, milli sərvətin tərkib 

hissəsi hesab edilən yüksək əxlaq və zəka sahibi olan şəxslərin məhvindən doğan 

təəssüf hissindən çıxış etsək Şəki üsyanının əhəmiyyətindən daha çox qanlı rejimin 

qara  niyyətlərinə  rəvac  verdiyini  düşünmək  olar.  Lakin  bolşevik  rejiminin  insan 

iradəsinə  qarşı  yönələn  zorakılığı,  insan  düşüncəsini  qəlibə  salmaq  niyyəti,  azad 

sənətkarlığı və fərdi kəndli təsərrüfatlarını sıradan çıxarmaq üçün apardığı iqtisadi 

siyasət  xalq  qəzəbini  zəruri  edirdi.  Şəkililər  rəsmi  hakimiyyət  orqanlarının 

düşündüyü  təxribat  xarakterli  niyyətlərdən  asılı  olmayaraq,  yüz  illər  ərzində 

formalaşmış,  həyatlarının  mənasına  çevrilmiş  dəyərlər  uğrunda  mübarizəyə 

qalxmışdılar. 

   1930-cu  ildə  Azərbaycanın  bir  çox  bölgələrində,  o  cümlədən  Şəkidə  baş 

verən  üsyanların  mahiyyəti  tariximizə  məxsus  olan  digər  proseslər  kimi  kobud 

təhrifə məruz qalmışdır. 

  Üsyanın yuxarıda sadalanan obyektiv səbəblərinin üstündən xətt çəkilməsi

onun türk, ingilis kəşfiyyatının təhriki ilə imtiyazlardan məhrum edilmiş bir ovuc 

keçmiş  istismarçının  əli  ilə  törədildiyinin  iddia  edilməsi  və  yaxud  xüsusi  xidmət 

orqanlarının  iradəsinin  nəticəsi  kimi  subyektiv  amillə  əlaqələndirilməsi  hərəkatın 

mahiyyətinin təhrif edilməsinə xidmət edir. 

  Üsyançıların  həqiqi  niyyətlərindən  bəhs  edən  rəsmi  sənədlər  isə  tamam 

başqa mətləblərdən xəbər verir. 

  Uzun  müddət  «tamamilə  məxfidir»  qrifi  altında  qıfılda  saxlanılan  Xalq 

Komissarı  Qorçayevanın  Azərbaycan  qəzalarındakı  siyasi  vəziyyət  haqqında 

Şkiryatova  ünvanladığı  445  saylı  məktubda  bildirilir:  «Zaqatala-Nuxa  qəzasında 

üsyançıların əsas şüarı Qafqazın azad edilməsidir”.

1

 



   Göründüyü  kimi,  Zaqatala-Nuxa  qəzasında  Sovet  rejiminə  qarşı  çıxan 

qüvvələr  nəinki  Azərbaycanı,  hətta  bütün  Qafqazı  bolşevik  əsarətindən  xilas 

etməyi düşünürdülər. 

  Hörmətli oxucular, böyük şairimiz Bəxtiyar Vahabzadənin 1930-cu il Şəki 

üsyanı haqqında ağrı, kədər yüklü söhbətlərini dəfələrlə dinləmişdim. O, uşaqlıqda 

şahidi  olduğu  hadisələrdən,  böyüklərdən  eşidib  yaddaşına  həkk  etdiyi 

mətləblərdən, üsyan yatırılarkən Şəki camaatına tutulan amansız divandan, atasının 

qaçaqlara  yardım  göstərməkdə  ittiham  edilərək  həbs  olunmasından  yana-yana 

danışardı. Və hər dəfə bu məsələni öyrənib qələmə almağı məsləhət görərdi. 

                                                           

1

  

 



Azərbaycan Resp. Nazirlər Kabineti yanında Baş Arxivlər idarəsi. f. 12, s. 4, iş 57, v. 8  

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə