ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

34 

 

İsmayıl  da  çay  içdikdən  sonra  getdilər.  Onlar  hara  getdikləri  haqqında  mənə 



məlumat vermədilər. Üsyan başlamazdan əvvəl Molla Mustafa və İsmayıl mənim 

evimə  qayıtdılar.  Səhər  tezdən  Molla  Mustafa  mənə  Qaxa  gedib  Şabanı  və  onun 

qonağı Şərifi bura çağırmağı tapşırdı. Mən atla Şabangilə gedib Mola Mustafanın 

tapşırığını ona çatdırdım. 

   ...Oradan  Sadıq  bəygilə  getdim,  ona  da  həmin  tapşırığı  çatdırıb  əlavə 

etdim ki, Cəlal həkimi də özü ilə gətirsin. Sonra mən evə qayıtdım. 

   ...Mən  əminəm  ki,  bu  hazırlıq  işləri  haqqında  Balacayev  Sadiq  bəy, 

Şaban,  Hacıağakişi  bəy,  papaqçı  Məmməd  və  Şərifin  yaxşı  məlumatları  var  idi. 

Molla Mustafanın bütün  fəaliyyəti haqqında  isə  İsmayıl Molla Musa  oğlu bilirdi, 

çünki onlar bir-birindən ayrı  olmurdular.

27

 

  Molla Mustafanın evində axtarış zamanı tapılan vərəqədən məlum olur ki, 



o  hərəkatın  təşkilatçısı  və  rəhbəridir.  Vərəqədə  deyilir:  «Aşağıda  adları  yazılmış 

adamlar  silahlıdırlar  və    onları  sizin  sərəncamınıza  göndərirəm.  Siyahıda  adları 

yazılmış şəxslərdən gəlməyənlər haqqında mənə məlumat verilməli:  

“1. Salman Məmməd oğlu çaxmağı olmayan üçşeşli (beşatılan) tüfəng;  

2. Şahqulu Mustafa oğlu üçşeşli (beşatılan) tüfəng və hər birində adı çəkilən 

silah olmaqla 8 nəfər.  

İmza:  Yüzbaşı  Layıski  İlyas  İsgəndər  oğlu,  Katib  Yaqub  Yunus  oğlu. 

10.04.1930“. 

28

 

   Molla  Mustafanın  SSRİ  miqyaslı  üsyan  hazırlayan  «Xalq  Azadəçilər 



Firqəsi»nin Baş Göynük kəndindəki özəyinə rəhbərlik etməsi haqqında da məlumat 

olmuşdur. 

  Baş  Göynük  kəndinin  müəllimi  Səadəddin  Əfəndiyev  həmkəndliləri  Paşa 

Mahmudov  və  Əli  Məmməd  oğlu  ilə  etdiyi  söhbət  zamanı  bildirilmişdir  ki,  ona 

Sovet  hökumətinin  devriləcəyi  və  Milli  hökumətin  qurulacağı  barədə  məlumat 

vermişlər.  Molla  Mustafanın  «Xalq  Azadəçilər  Firqəsinin  Baş  Göynük  özəyinə 

rəhbərlik etməsi və təşkilatda 450 nəfər silahlı adamın birləşməsi haqqında fakt da 

Səadəddin Əfəndiyevə verilən həmin məlumatdan bəlli olmuşdur. 

  Şəki  üsyanının  fəal  iştirakçılarından  biri  də  vaxtı  ilə  Hacı  Zeynalabdın 

Tağıyevin yanında qulluq etmiş Əsədulla Sadıxov idi. Üsyan ərəfəsində o, Göynük 

kooperativində  mühasib  işləyirdi.  Ə.Sadıxov  rus  dilində  orta  təhsil  almış,  sonra 

Türk  kommersiya  məktəbini  bitirmişdir.  Türk,  fars  və  rus  dillərini  mükəmməl 

bilirdi. 

  Ə.Sadıxov  gizli  təşkilatın  üzvü  olub.  Həmin  təşkilatda  14  ay  fəaliyyət 

göstərib.  Bu  təşkilatın  sonuncu  iclası  1930-cu  il  aprelin  8-də,  ya  da  9-da  olub. 

                                                           

27

 

C.Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim», 1999, səh. 111-112 



28

 

Yenə orada. səh. 116 



 


35 

 

Həmin iclasda  Azərbaycanda Sovet  hakimiyyətinin qurulmasının 10-cu ildönümü 



günü üsyana başlamaq haqqında qərar qəbul olunub. 

  Ə.Sadıxov  təşkilatın  tapşırığı  əsasında  üsyana  hazırlaşan  qüvvələri  Sovet 

hökumətinin  qəbul  etdiyi  qərarlar  və  beynəlxalq  vəziyyət  haqqında  məlumatlarla 

təmin etməli idi. 

  O,  Nuxa  qəzasında  baramaçılıq  təsərrüfatında  yaranan  böhran,  Roma 

Papasının dünya dövlətlərini SSRi-yə qarşı səlib yürüşünə çağırması ЦИК (b/P-nin 

elliklə kollektivləşmə zəminində qolçomaqları bir sinif kimi ləğv etmək haqqında 

qəbul  etdiyi  qərarın  Göynük  sakini  Əli  Məmməd  adlı  şəxsin  evində  müzakirə 

edilməsi barədə məlumatları təşkilata vermişdi. 

  Mustafa  bəy  Əlicanbəyovun  1930-cu  il  mayın  4-də  həbsxanada  verdiyi 

ifadədən məlum olur ki, 1929-cu ilin yayında Nuxa sakini Hüseyn İnçəli Əsədulla 

oğlu  ona  bildirmişdir  ki,  «xalqçı»  adlı  təşkilatın  üzvüdür  və  türklərlə  sıx  əlaqəsi 

var.  Təşkilatda  əsasən  nuxalı  və  zaqatalılardan  ibarət  üçlüklər  yaranıb.  Təşkilat 

türk  təşkilatıdır,  ona  Qara  Bəkir  paşa  və  Məmməd  Əmin  Rəsulzadə  rəhbərlik 

edirlər. Təşkilatın əsas məqsədi SSRİ-nin üçlüklərlə üzük kimi əhatə etməkdi. Bu 

məlumatın  onda  haradan  olması  sualını  cavab  verərək  bildirib  ki,  1924-cü  ildə 

Türkiyədə olarkən bu təşkilat ilə əlaqəyə girmişdi.

29

   



   Hüseyn  Əsədulla  oğlu  müqavimət  hərəkatının  fəal  iştirakçısı  olub.  Onun 

babası  Beydulla  irsi  olaraq  nəsli  xətlə  İnçə  kəndinin  qazısı  seçilmişdir.  Əsədulla 

sonralar  Şəkiyə  köçərək  şəhərin  Yuxarı  baş  deyilən  hissəsində,  Giləhli 

məhəlləsində məskunlaşmışdır. 

  Hüseyn  Molla  Mustafanın  bacısı  ilə  evlənərək  onunla  yaxın  qohumluq 

münasibətləri yaratmışdır. 

  O,  bolşevik  rejimi  ilə  heç  vaxt  barışmamış,  həyatının  mənasını  ona  qarşı 

güzəştsiz  mübarizədə  görmüşdü.  Cəsarət  və  qoçaqlığın  vəhdəti  Hüseyn  Əsədulla 

oğlunun  xarakterinə  xas  olan  mühüm  xüsusiyyət  idi.  Onun  mahir  və  sərrast  atıcı 

olması  düşmənlərini  daim  vahimə  içində  saxlayırdı.  Bolşevik  partiyasının  üzvü 

olan,  canla-başla  rejimə  xidmət  edən  və  bunun  müqabilində  Göyçay  rayon  hərbi 

komissarı vəzifəsinə yüksələn qardaşı Əlibala onu yolundan döndərmək üçün çox 

səy göstərmiş, lakin məqsədinə nail ola bilməmişdir. 

  Bir dəfə  hərbi komissarların Şəkidə bölgə müşavirəsi keçirilirdi. Müşavirə 

iştirakçıları  şəhər  mehmanxanasının  restoranında  şam  yeməyinə  əyləşərkən, 

təsadüfən orada olan Hüseyn Əlibalanı yanına çağırtdırır. Onların arasında yenə də 

həmin mövzuda söhbət olur. 

  Əlibala  Hüseyni  Sovet  hökumətinin  qayda-qanunları  çərçivəsində 

yaşamağa  dəvət  edir.  Hüseyn  bildirir  ki,  mayasında  allahsızlıq  olan,  Leninin 

bayrağı altında yalnız satqınlar yaşaya bilər, mən yox. 

                                                           

29

 



C. Qasımov. Göstərilən əsəri, səh. 112-113 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə