ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

36 

 

  Üsyan  yatırıldıqdan  sonra  Hüseyn  bəy  qeyri-leqal  şəraitdə  yaşamaq 



zərurəti  qarşısında  qalır.  Axtarışlar  zamanı  o,  İnçə  kəndində  Bəxtiyar  kişinin 

evində  xəstə  vəziyyətdə  yatırmış.  Xəyanət  nəticəsində  onun  yerini  öyrənən 

hakimiyyət  orqanları  evi  mühasirəyə  alırlar.  Bəxtiyar  kişinin  qorxudan  canına 

titrəmə düşür. Lakin evə soxulan milis işçiləri və çekistlər oranı ələk-vələk etsələr 

də  Hüseyn  tapılmır.  Hətta  onun  yatdığı  çarpayı  səliqə-səhmanla  yığışdırılmış 

vəziyyətdə olur. 

  Sən demə Hüseyn Əsədulla oğlu evin mühasirəyə alındığını görərək özünü 

itirir,  yatdığı  çarpayını  yığışdırır  və  evin  çardağına  qalxaraq  oradan  arxa  tərəfdə 

olan ot tayasının içinə atılır. Ara sakitləşəndən sonra o Bəxtiyar kişiyə bildirir ki, 

rəva  görmərəm  ki,  səni  mənə  görə    incitsinlər  və  onunla  halallaşaraq  oradan 

uzaqlaşır. 

  Hüseynin  çox  inandığı  dostlarından  biri  xəyanət  çirkabına  bulaşaraq 

hakimiyyət  orqanlarına  onu  təslim  edəcəyi  barədə  söz  verir.  O,  Hüseyn  Əsəd 

oğlunu tələyə salmaq üçün evinə qonaq çağırır. 

 Sərəncamda  üsyanın  yatırılmasında  iştirak  etmiş  hərbi  hissələrə  təklif 

olunur ki, daimi yerləşmə məntəqələrinə qayıdarkən əhalinin tərksilah olunmasında 

Dövlət  Siyasi  İdarəsinə  kömək  etsinlər.  Sənəddə  həmçinin  Zaqafqaziya  Dövlət 

Siyasi  İdarəsinin  üsyançıların  ram  edildiyi  yaşayış  məntəqələrini  ordu  hissələri, 

milis və kommunar dəstələri ilə möhkəmləndirmək tövsiyəsi nəzərə çatdırılır. Eyni 

zamanda  bildirilir  ki,  Bəhram  bəy  Nəbibəyovun  ətrafında  olan  üsyançı  qüvvələri 

məhv  etmək  üçün  ordu  hissələrindən  məqsədə  müvafiq  şəkildə  istifadə  olunması 

səhra komandanlığı ilə razılaşdırılsın. 

   Bəhram  bəy  Nəbibəyovun  bioqrafiyası  barədə  məlumatları  Şəmistan 

Nəzirlinin yaralarından əldə edirik. 

  Bəhram  bəy  Nəbibəyov  1884-cü  il  dekabrın  6-da  Şəkidə  bəy  ailəsində 

anadan  olub.  İlk  təhsilini  Kutaisi  Realnı  məktəbində  almışdı.  Sonra  Peterburq 

Konstantin  artilleriya  məktəbinin  tələbəsi  olub.  1904-cü  il  sentyabrın  2-də  oranı  

birinci dərəcəli diplomla başa vurub. Elə həmin il Qafqazdakı iyirminci artilleriya 

briqadasrada  podporuçik  kimi  hərbi  xidmətə  başlayıb.  Bəhram  bəy  1909-cu  il 

sentyabrın 7-də poruçik, 1912-ci il avqustun 31-də isə ştabs-kapitan rütbəsinə layiq 

görülüb. 

   1913-cü  ildə  üçüncü  batareyanın  komandiri  təyin  olunan  Bəhram  bəy 

əlaçı zabit kimi birinci əlahiddə Qafqaz Ordusunun qərargahında artilleriya rəisinin 

müavini  vəzifəsinə  təyin  olunur.  Elə  həmin  il  üçüncü  dərəcəyə  «Müqəddəs 

Stanislav” ordeni ilə təltif olunur. 

  Bəhram bəy qardaşları Vahid bəy və podpolkovnik Hüseyn bəylə birlikdə 

1919-1920-ci illərdə daşnaklara qarşı igidliklə vuruşmuşdur. 

   1919-cu  il  dekabrın  5-də  yenicə  yaranmış  Azərbaycan  ordusunun 

hissələrinə baxış keçirən hərbi nazir Səməd bəy Mehmandarov kapitan Bəhram bəy 



37 

 

Nəbibəyovun  rəhbərlik  etdiyi  dördüncü  Dağ  batareyasında  əsgər  və  zabitlərin 



döyüş hazırlığından tam razı qalır. 

   General-mayor  Həbib  bəy  Səlimovun  1920-ci  il  martın  29-da  Hərbi 

Nazirliyə göndərdiyi raportdan: 

   “Bu gün saat 13-də Xanabadın ucqarı bizim partizanlar tərəfindən alındı. 

Bata alayı sıldırım qayalarla Daşbaşı yüksəkliyinə yanaşdı: Podpolkovnik Bəhram 

bəy  Nəbibəyov  ermənilərin  təqib  edilməsinə  uymasaydı  və  mövqeləri 

dəyişməsəydi, alayın həmləsi daha uğurlu olardı. 

   Sol  cinahda  ermənilər  ələ  keçirdikləri  iki  pulemyotla  əks  həmləyə 

keçdilər.  Onları  Xanabaddan  vurub  çıxarmağa  və  qaçmağa  məcbur  etdik. 

Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, 

ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə 

döyüşə atılırdı. 

  Qoşunların  əhval-ruhiyyəsi  əladır,  düşmən  çoxlu  itki  verib,  təkcə 

Xaraşurtda 60-dək erməni meyidi var. 

General Həbib bəy Səlimov, Şuşa, 10 aprel 1920.” 

  “Podpolkovnik  Bəhram  bəy  Nəbibəyovun  üçüncü  batareyasının  topları 

aramsız döyüşlər apardığına görə tamamilə yararsız hala düşmüşdür. Yaxşı olar ki, 

onlar  1902-ci  il  nümunəli  porşenli  toplarla  əvəz  olunsun.  Əlavə  batareya  qüvvəsi 

göndərməyinizi xahiş edirəm. 

General Həbib bəy Səlimov.”

30

 

  Bəhram  bəy  Nəbibəyovun  həyat  tarixinin  hər  bir  mərhələsi  türklük  və 



qəhrəmanlıq  ucalığına  doğru  aramsız  yüksəliş  mərhələləridir.  Müstəmləkə  rejimi 

hər  bir  xalq  üçün  qul  həyatıdır.  Xalqının  bir  daha  belə  acınacaqlı  aqibətə  tuş 

gəlməməsi  üçün  Bəhram  bəy  milli  ordu  quruculuğunda  fədakarlıq  nümunəsi 

göstərmiş,  müqəddəs  vətən  torpaqlarının  üfunətli  erməni-daşnak  tapdağı  altına 

düşməməsi üçün döyüş meydanlarına atılmışdır. 

  20-ci illərdə bolşevik istibdadı altında inləyən xalqın dərdinə şərik çıxaraq, 

bütün imtiyazlardan rütbə, vəzifə  və  rahat  həyat  tərzindən  bir andaca  imtina  edib 

ayaqlar  altına  atılmış  insan  ləyaqətinin  qaldırdığı  üsyanın  rəhbərlərindən  birinə 

çevrilmişdir. 

  Milli  mənşə  etibarilə  şotland  olan  ingilis  tarixçisi  və  filosofu  Tomas 

Karleyl  qeyd  etmişdir  ki,  dünyanın  zənginliyi  məhz  bənzərsiz  şəxsiyyətlərdir. 

Onların əməllərinin sayəsində dünyanın işığı artır. 

  Dünyanın  işığını  artırmaq  naminə  öz  həyatını  qurban  verən  bənzərsiz 

şəxsiyyətlərdən biri də Bəhram bəy Nəbibəyov olmuşdur. 

                                                           

30

 



Şəmistan Nəzirli. «Azərbaycan» qəzeti, 20 fevral 2000-ci il 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə