Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   2   3   4   5   6   7   8   9   10   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

24 



Allah rəhm etsə, onu həmin yerdən buraxar və həmin 

şəxs ömrü boyu dəyirman atı tək yerində fırlanar. Bir 

ömür  qaranlıqda  yol  getdikdən  sonra  görər  ki,  çıxış 

nöqtəsinə çatıb. Budurmu möminlik?! 

Ey  ata,  ey  ana!  Alıcı  gözlü  qərb  qarətçilərinin 

cövlan  etdiyi  üçüncü  dünyada  övladından  nə 

gözləyirsən?! Vay olsun o namaz qılanların halına ki, 

qəflətdədirlər.  Onlar  Allaha  ibadət  etdiklərini  güman 

etsələr də, əslində, bütpərəstlərə oxşayırlar. Bu bütlər 

nə İbrahim, nə də Məhəmməd (s) əsrindəki bütlərdir.  

Məgər  oruc  şam  ilə  naharın  vaxtını  dəyişməkdən 

ibarətdir?!  Əgər  orucun  mahiyyəti  təkcə  bundan 

ibarətdirsə, mən həkimlə məsləhətləşib, daha münasib 

rejim  tutaram!  Sən  isə  mədə  yarasından  əziyyət 

çəkdiyin  halda  oruc  tutur,  özünü  təhlükəyə  atırdın. 

Müqəddəs  saydığın  ramazan  ayında  səndə  aclıqdan 

başqa  bir  dəyişiklik  görmədim.  Tutduğun  oruc  sənin 

əqidə  və  rəftarındakı  nöqsanları  aradan  qaldıra 

bilmədi.  

HƏCC 

Ey  ata,  ey  ana!  Sizinlə  Həccə  getdim  və  o 

müqəddəs məkanda hər bir hərəkətinizə şahid oldum. 

Sizin  işiniz  Həcc  proqramına  kəlmə-kəlmə  əməl 

etməkdən  ibarət  oldu.  Qiyamət  səhnəsini  xatırladan 

bu misilsiz anlarda səni yalnız bir şey narahat edirdi: 

Birinci hansı ayağımı atmalıyam?. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

25 



Məsum Əhli-beyt övliyalarının uyuduğu Mədinəyə 

getdik.  Sən  pərəstiş  edib,  ziyarətnamə  oxuduğun,  bu 

insanların müqəddəs amallarından xəbərdarsanmı?! 

Sonra  Peyğəmbər  məscidindən  azan  sədaları 

ucaldı. Elə düşündüm ki, bu azan səsi sənin qəlbində 

ilkin 


İslam 

xatirələrini 

oyadacaq 

və 


dünya 

müsəlmanları ilə çiyin-çiyinə dayanıb namaz qılmağa 

həvəslənəcəksən.  Kasıb,  varlı,  ağ,  qara,  ərəb,  türk, 

hind,  əfqan,  yuqoslav,  bir  sözlə  -  azan  səsini  eşitmiş 

hər  bir  müsəlman  məscidə  axışıb  sıralara  düzülürlər. 

Sanki  əlvan  bir  dərya  dalğalanırdı.  Bu  dərya  məscidi 

doldurub  Mədinə  küçələrini  bürüdü.  Bu  zaman  nə 

gördüm?  Mənim  ata-anam  və  onlar  kimi  bir  neçə 

müsəlman  bu  cərgələrin  arasından  sürətlə  bayıra 

qaçır!  Səbəbini  soruşuram.  Deyirlər  ki,  bizim  hoteldə 

məxsus pişnamazımız var, ona iqtida edəcəyik! 

İndi  bu  cərgədə  düzülənlər  sizə  hansı  gözlə 

baxmalıdırlar?! Sizin Həccə hansı məqsədlə gəldiyiniz 

onlarda  şübhə  doğurur.  Çünki  sizin  hərəkətlərinizdə 

ixtilaf əlamətləri var!< 

Həcc  əməllərinin  ruhunu  bir  kənara  qoyub 

əməllərdə  vasvasılıq  göstərmək  hansı  məntiqə  sığır?! 

Amandır, təvaf zamanı sol çiynin Kəbədən dönməsin! 

Əgər bir barmaq səhv olsa, hər şey batil olacaq! Hətta 

bəzi  kişilər  öz  xanımlarının  çiynindən  tutub,  Kəbəyə 

tərəf 

istiqamətləndirirlər. 



qədər 


xırdaçılığa 

varırsınız  ki,  sanki  Həcc  protexniki  bir  məsələdir  və 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

26 



kiçik  bir  səhv  partlayışa  səbəb  ola  bilər.  Allaha 

yönələsi diqqət gör nələrə yönəlir! 

Daim sualım bu oldu ki, «necə?» Bir dəfə də olsun 

«nə üçün?» soruşmadın.  

Ey  Həcc  zamanı  fikri  çiynində  qalan  ata!  Xəbərin 

varmı ki, səndən azca aralı bir məmləkətdə yəhudilər 

sənin  əqidə  qardaşlarının  evlərinə  girir,  namuslarına 

təcavüz  edir,  evlərini  partladırlar.  Sən  isə  heç  «son 

xəbərlər»lə də maraqlanmırsan! 

Sənin bəhanələrin budur: Biz nə edək axı? Hər kəs 

özünü  xilas  etməlidir!  Özünü  islah  et!  Biz  nə  bilirik 

beynəlxalq  siyasət  nədir?  Kim  bilir  ki,  sünni 

fələstinlilər  pisdir,  yoxsa  yəhudilər?  Gör,  ərəb 

filmlərində  hansı  əxlaqsızlıqlar  var!  Cəzalarıdır,  qoy 

çəksinlər! Onlar şiə deyil! 

Həcc  karvanındakılardan  birinin  adyalı  yoxa 

çıxmışdı.  Bu  şəxs  Ərəfatda  itirdiyi  adyalı  bir  nəfərin 

əlində  görüb  tanıyır.  Həmin  şəxs  adyalın  haşiyəsindəki 

tikişləri sökürmüş. Bəli, şəri cəhətdən ehram, yəni Həccə 

məxsus paltarda tikiş olmamalıdır. Belə bir etiqad insanı 

dəhşətə  gətirir.  Bir  tərəfdən  başqasının  malını  götürür 

(«oğurlayır»  deməyə  dilim  gəlmir),  digər  tərəfdən  isə 

şəri  vəzifəsinə  əməl  edir!  Bu  insan  qiyamət  səhnəsini 

xatırladan Ərəfat çölündə də öz əyriliyindən qalmır! 

Deyə bilərsən ki, bu istisna haldır. Amma mən başqa 

səhnələrə  də  şahid  olmuşam.  Məsələn,  Səfa  və  Mərvə 

dağları  arasında  səy,  yəni  şütüyən  zaman  iki  nəfərin 

Hacərin  xatirəsini  yad  etmək  əvəzinə,  söhbət  etdiyini 

gördüm: 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

27 



- Hacı filan kəs, bu gün təzə bir şey öyrəndim.  

- Nə öyrəndin? 

- Bəzi müsəlmanlar nisa təvafı (Həccdə bir dini ayin) 

etmirmiş.  Axı  nisa  təvafı  etməyənin  Həcci  naqisdir  və 

Həccdən sonra öz xanımı ona haramdır. Başa düşdün nə 

demək istəyirəm hacı? 

- Hacı, başa düşdüm. Əhsən sənin diqqətinə! Yəni ki, 

bu adamların hamısı< 

Amma  bir  müddət  yoldaşlıq  etdiyim  həkim  zəvvar 

deyirdi:  «İlk  dəfə  hiss  etdim  ki,  Həccdə  necə  böyük 

hikmət varmış. İslam dəyərlərində belə bir dərin fəlsəfə 

olduğu ağlıma gəlməzdi». 

Bəli,  bu  diqqətli  insan  hər  bir  əməlin  mahiyyəti  ilə 

maraqlanır  və  mənəvi  qida  alırdı.  O,  mənimlə  yanaşı 

gedir,  dərin  hisslərə  qapılaraq  Həccə  aid  kitab 

oxuyurdu.  Qəfildən  təəccüb  içində  məndən  soruşdu: 

«Burada  bir  şey  yazılıb,  anlamadım.  Yazılıb  ki, 

dördüncü  səy  (gediş)  zamanı  Səfanın  dördüncü 

pilləsində dayanıb bu duanı oxuyan varlı olar!». 

Ruhi  gözəllikləri  dəyərləndirən,  ilahi  eşq  haqqında 

düşünən  gənc  ziyalının  belə  bir  məsələ  ilə  rastlaşması 

məni narahat etdi. Zəvvar yoldaşıma dedim ki, bu dinin 

yox,  kitabı  tərtib  edənlərin  fikridir  və  sürətlə  ondan 

uzaqlaşdım.  

Mən  demirəm  ki,  bu  qəbil  göstərişlər  düzgün  deyil. 

Amma məhz Həccdə, insan ruhunun İbrahim dinindən, 

İsmayıl  qurbanlığından,  Hacər  səyindən  şövqə  gəldiyi 

bir vaxt uyğun hissləri həyəcanlandırmağın yeridirmi?! 

Ey  müəllif,  sən  gördüyün  işə  görə  pul  almırsan? 

Məgər  pul  qazanmaq  üçün  başqa  yol  yoxdur?!  Pullu 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə