Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

31 



Ey mənim təbliğatçı atam! Sizin üçün Peyğəmbərdən 

(s) və Əlidən (ə) böyük bir şəxsiyyət varmı? Bu iki şəxs o 

qədər əzəmətlidir ki, hətta İslama əqidəsi olmayanlar da 

bu  əzəməti  etiraf  edirlər.  Amma  sizin  həmin  insanlara 

təqdim etdiyiniz rəvayətə baxın:  

«Peyğəmbər  (s)  ömrünün  son  günlərində  hamıdan 

xəlvət  Əlinin  evinə  daxil  oldu.  O,  bu  son  saatlarında 

Əliyə böyük bir sirr açmalı idi (bu sözləri oxuyanları, iki 

əzəmətli  şəxs  arasındakı  sirrə  münasibətdə  maraq 

bürüyür;  amma  görün  bu  sirr  nədən  ibarət  imiş). 

Peyğəmbər (s) Əliyə (ə) iki sifariş etdi: «Ya Əli, mən can 

verərkən  canım  ağzımdan  çıxanda  onu  tut  və  üzünə 

çək..». (ikinci sifarişi xatırlamasaq daha yaxşı olar).  

Bəli, bu imiş böyük sirr! Qərb öz dəyərsiz adamından 

şəxsiyyət düzəldir, siz isə Peyğəmbər (s) şəxsiyyətini bu 

qədər  kiçildirsiniz.  Axı  niyə  məni  elm,  fəlsəfə, 

ədəbiyyat, sənət ardınca getməyə qoymursan?! 

Mən  böyük  Fransa  inqilabı  haqqında  «Eşq  və  ölüm 

oyunu» kitabını və digər inqilablar haqqında əsaslı elmi 

əsərlər  oxumuşam.  Bu  mütaliələrdən  sonra  əzəmətli 

Kərbəla 

hadisəsini, 

əslində, 

kiçildən 

kitablarla 

maraqlana  bilmirəm.  Sən  deyirsən  ki,  filan  azdırıcı 

kitabı  oxuma,  filan  azğın  şəxsin  sözünə  qulaq  asma, 

filan  azdırıcı  yerə  getmə.  Mən  sənə  «baş  üstə»  deyə 

bilmirəm.  Birdəfəlik  bil  ki,  sənin  bugünkü  səviyyədə 

təqdim olunan dinin mənim ehtiyaclarımı ödəmir! 

Sən  təvəssülə,  yəni  Əhli-beytə  üz  tutmaqla  onları 

Allah  yanında  şəfaətçi  etməyə  çox  əhəmiyyət  verirsən. 

Bir  dəfə  mənə  dedin  ki,  mənimlə  filan  məclisə  gedək, 

ziyalı bir şəxs şöhbət edəcək. Mən də razılaşdım. Həmin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

32 



şəxs  öz  söhbəti  zamanı  dedi:  «Fəsadcıl  bir  adam  bir 

neçəsini  öldürmüşdü.  Bir  alimdən  soruşur  ki,  mən  öz 

günahlarımı  hər  hansı  bir  yolla  yuya  bilərəmmi?  Alim 

deyir  ki,  yox,  olmaz.  Qatil  dərhal  həmin  alimi  də 

öldürür. Sonra başqa bir alimin yanına gedir. Müsbət bir 

cavab ala bilməyib, onu da öldürür. Bu qayda ilə 99 alim 

öldürən  qatil  100-cü  alimə  üz  tutur.  Əvvəlki  alimlərin 

taleyindən xəbərdar olan alim çarəsizlikdən qatilə deyir: 

«Yuxarı  kənddə  saleh  insanlar  yaşayır.  Get  o  kəndə  və 

onlar  dua  edəndə  sən  də  onlara  qatıl.  Allah  onlara 

mərhəmətini 

nazil 


edərkən, 

sən 


də 

öz-özünə 

bağışlanacaqsan». 

Doxsan  doqquz  nəfəri  qətlə  yetirən  yüzüncünü 

buraxıb,  üz  tutur  həmin  kəndə.  Amma  yolun  ortasında 

qatili  əcəl  yaxalayır<  Axşam  bu  qatili  yuxuda  görən 

olur. Soruşur ki, «necə oldu Behiştə düşdün? Qatil deyir: 

«Əzab və rəhmət mələkləri gəldilər və mənim barəmdə 

mübahisəyə  başladılar.  Axır  qərara  gəldilər  ki,  mənim 

öldüyüm  yerdən  yuxarı  və  aşağı  kəndlərə  qədər  olan 

məsafəni  ölçsünlər.  Əgər  öldüyüm  yer  yuxarı  kəndə 

yaxın  olsa  Behiştə,  aşağı  kəndə  yaxın  olsa  Cəhənnəmə 

aparılım.  Ölçdülər  və  gördülər  ki,  öldüyüm  yer 

salehlərin  kəndinə  iki  barmaq  yaxındır.  Buna  görə  də 

bütün  günahlarımı  və  doxsan  doqquz  alimin  qanını 

bağışladılar!». 

Ey  ana!  Sən  öz  gənc  qızını  dini  bir  məclisə 

aparmışdın.  Bu  məclisdəki  natiq  Kərbəla  hadisəsinin 

azadlıq  məktəbi  olduğunu  sübut  etməyə  çalışır  və  bu 

məktəbdən 

faydalanmağımız 

üçün 


nə 

etməli 


olduğumuz barədə söhbət edirdi: 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

33 



Bir  aşura  günü  kibrit  tapa  bilməyən  çox  əxlaqsız  bir 

qadın qonşudan kibrit almağa gedir. Həmin evdə rövzə 

deyilirmiş.  Əxlaqsız  qadın  sönməkdə  olan  ocağı 

üfürməyə  başlayır.  Ocağın  külü  gözünə  dolduğu  üçün 

gözləri yaşarır.  

Bir  vaxt  bu  qadın  dünyasını  dəyişir.  Onu  yuxuda 

görən başqa bir şəxs təəccüblənir ki, necə olub bu qadın 

Behiştə  düşüb?  Qadın  başına  gələnləri  danışır  və 

nəhayət,  məlum  olur  ki,  ocaq  üfürdüyü  zaman 

gözündən gələn yaş damcısına görə həmin evdə şəninə 

rövzə oxunan Hüseyn (ə) ona şəfaət verib! 

Ey  ata,  ey  ana!  Belə  cəfəngiyatlar  mənim  dindən 

uzaqlaşmağıma səbəb oldu. Həmin gecə natiqin əxlaqsız 

qadın haqqında danışdığı hekayət qəlbimdəki son sevgi 

bağlarını qırdı. Mən o natiqin dinindən qaçdım. İndi də 

hürkmüş  at  kimi  dayanmıram,  siz  də  asta-asta  dalımca 

gəlirsiniz.  Siz  bu  atı  zorla  yüyənləmək  fikrindəsiniz. 

Sizin bu fikrinizi duyduğumdan, sürətimi artırıram.

  

Ey ata, ey ana! Sən öz qızına geyinmək, bəzənmək və 



digər  işlərdə  o  qədər  «olmaz»lar  yüklədin  ki,  onun 

təsəvvüründə  qadına  azadlıq  vermiş  bir  dini  qadağalar 

kompleksinə  çevirdin.  Dini  məclislərdə  hətta  natiqi 

görməyi  də  ona  qadağan  etdin.  Savadsız  kişilər 

istədiyini  etdiyi  halda,  elmli  və  təhsilli  qadınlar  öz 

fikrini  deməyə  imkan  tapmadı.  Onlar  hicablı  olduqları 

halda,  ikinci  bir  hicaba  salınırlar.  Bu  gün  İslama  maraq 

göstərib  hər  hansı  bir  həqiqəti  öyrənmək  istəyən 

modern  xanım  sizin  məclisə  yaxınlaşa  bilmir.  Əgər 

təsadüfən  onun  saçının  bir  neçə  tükü  görünsə,  onun 

ünvanına nələr deməzsiniz?!

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə