Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   12   13   14   15   16   17   18   19   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

51 



olduğunu»  dərk  etdilər.  Başa  düşdülər  ki,  İslam  fərdi 

ibadətlərlə başa çatmır, İslam Peyğəmbəri (s) rahib yox, 

cihad  peyğəmbəridir.  Onun  risalət  hədəfi  agahlıq  və 

ədalətdir! 

Bildilər  ki,  Allah-taala  dəmiri  ədalət  tərəzisi,  ədalət 

tərəzisini  isə  vəyhlə  yanaşı  xatırladır.  Anladılar  ki, 

imanlı  cəmiyyətin  nişanəsi  özününkülərlə  mehribanlıq, 

düşmənlə  sərtlikdir.  Bu  cəmiyyət  qüdrət  və  şərəflə 

seçilir.  Əgər  istismar  altında  olan  cəmiyyət  dözümsüz 

və  biganədirsə,  demək,  onların  din  hesab  etdiyi  həqiqi 

İslam  deyil.  Onların  nə  namazları,  nə  orucları,  nə 

duaları,  nə  həccləri  həqiqi  ibadətlərdən  sayıla  bilməz. 

Həqiqi  ibadət  edən  şəxs  cəmiyyətdəki  ədalətsizliklərə 

biganə qalmır!  

Bəli,  Quran  onun  mahiyyətinə  varan  xalqları  ayıltdı 

və  anlatdı  ki,  ən  böyük  dini  vəzifə  cəmiyyətdəki 

süqutun  qarşısını  almaqdır.  Quran  insanları  inandırdı 

ki, dua vasitəsi ilə şəhadət savabı qazanmaq əvəzinə, ələ 

silah  götürüb  Fransa  istismarı  ilə  vuruşmaq  lazımdır. 

Süqut etmiş həmin dini cəmiyyətlər Quranın köməyi ilə 

ayıldılar  və  cihada  qalxdılar.  Xalqdan  uzaqlaşmış 

ziyalılar  istismara  qarşı  mübarizədə  İslamın  gücünü 

görüb,  bu  əzəmətli  hərəkata  qoşuldular.  Beləliklə,  xalq 

xurafatdan,  ziyalılar  isə  qərbpərəstlikdən  xilas  oldular. 

Afrikada  marksizmin  dayaqlarından  hesab  olunan 

mütəfəkkir  Ömər  Ozqan  İslama  iman  gətirib,  «Ən 

böyük  mübarizə»  kitabını  yazdı.  «Əlcəzair  milli  tələbə 

təşkilatı»  adını  götürdü.  Dindarlar  arasında  yeni  ruh 

tapan  din,  dindar  olmayan  ziyalıları  da  cəzb  etdi. 

Əlcəzair  kommunist  partiyasının  orqanı  olan  «Əlcəzair 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

52 



respublikası»  qəzetinin  baş  redaktoru  fransız  mənşəli 

Henri Aleq İslam mücahidləri sırasında  həbsdə olarkən 

yazır:  «Belə  bir  yerdə  işkəncələrdən  danışmaq  düz 

çıxmır.  Burada  hər  saatda  bir  ağır  işkəncələrdən  sonra 

qanlı  dodaqlarında  dua  pıçıldayan  birini  həyətin 

ortasına  tullayırlar.  Mən  bu  kəlmələrin  mənasını  başa 

düşmürəm.  Amma  bu  vaxtadək  eşitdiklərim  arasında 

yalnız bu kəlmələrə inanıram». 

Həmin  illərdə  qərb  təcavüzü  qarşısında  qazanılmış 

qələbələrin  yeganə  səbəbi  Qurana  həqiqi  yanaşma 

olmuşdur.  İnsanlar  anlamışlar  ki,  Quran  büt  yox, 

həqiqət  yolunu  göstərən  mayakdır.  Demək,  Quran 

yalnız  o  zaman  faydalı  olur  ki,  oxunur,  düşünülür, 

açıqlanır  və  onun  göstərişlərinə  əməl  edilir.  Əlbəttə  ki, 

Qurana  belə  bir  yanaşma  istismarçıları  qəzəbləndirir. 

Ona  görə  də  Afrikada  Fransa  istismarının  quduz 

canavarı Sustel deyir: «Quran dini kitab deyil. Bu kitab 

insanları ibadət və sülhə çağırmaq əvəzinə, onları döyüş 

və  intiqama  qaldırır.  Zəlil  bir  cəmiyyəti  Quran  kimi 

hərəkətə  gətirəcək  ikinci  bir  qüvvə  yoxdur.  Quran  öz 

sehirli  kəlmələri  və  ecazkar  avazı  ilə  ən  ölü  qəlbləri 

diriltmək gücündədir...». 

Yəqin ki, Qladiston haqqında eşitmisiniz. İngiltərənin 

ekspansionist  siyasəti  yolunda  can  qoymuş  yəhudi 

məsləkli  bu  baş  nazir  İngiltərə  parlamentində  Quranı 

tribunaya döyəcləyərək demişdir: «Nə qədər ki, bu kitab 

müsəlmanlardadır,  ingilis  siyasəti  qarşısında  mütilik 

olmayacaq!». 

Dilindən bu sayaq təhqirlər çıxaranlar Quranın hansı 

təsirə 


malik 

olduğunu 

təcrübədə 

görənlərdir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

53 



Düşmənlər  Quranın  təsir  dərəcəsini  İslam  alimlərindən 

daha dəqiq təfsir edirlər. Çünki həm düşməndirlər, həm 

də  xəyali  məfhumlardan  uzaqdırlar.  Bu  insanlar  artıq 

dərk  etmişlər  ki,  oxunub  düşünülən  Quran  istismarın 

qənimidir.  

Qurani-kərimin  «Şura»  surəsində  buyurulur:  «O 

kəslər  üçün  ki,  Rəbbinin  dəvətini  qəbul  edər,  namaz 

qılar,  işlərini  öz  aralarında  məsləhət-məşvərətlə  görər, 

onlara verdiyimiz ruzidən sərf edərlər; və o kəslər üçün 

ki,  onlar  zülmə,  təcavüzə  məruz  qaldıqda  intiqam 

alarlar;  hər  hansı  bir  pisliyin  cəzası  onun  özü  kimi  bir 

pislikdir;  zülmə  məruz  qaldıqdan  sonra  onun  əvəzini 

çıxanlara heç bir cəza verilməz».

5

 



Məşhur  «Mədəniyyət  tarixi»  kitabının  müəllifi  Vill 

Dorant  Quran  haqqında  deyir:  «Quranın  «Sizə  qarşı 

həddi aşanlara siz də həmin ölçüdə həddi aşın» ayəsini, 

İncilin «Sol üzünüzə sillə vursalar, sağ tərəfini də gətirin 

və əgər əbanızı istəsələr, ridanızı da bağışlayın» ayəsi ilə 

müqayisə  etsək  aydın  olar  ki,  Quran  «mərdanə  əxlaq», 

İncil  isə  «qadınsayağı  əxlaq»  təlim  edir».  Demək,  bu 

günkü  müsəlman  cəmiyyətləri  Quran  prinsipləri  ilə 

daban-dabana 

ziddir. 


Ekspansionist 

fransız 


generallarının necə bir din arzuladıqları da məlum olur! 

Ey  haqq  axtaran  ziyalı!  Sən  cəmiyyətdə  insan 

şəxsiyyətinin  alçaldılmasından  əziyyət  çəkirsən  və 

bilirsən  ki,  Quran  ən  azı  peyğəmbər  dövründə  bu 

şəxsiyyəti  zülmətdən  çıxarıb.  Amma  bu  gün  Qurana 

xurafatçı  dindarların  gözü  ilə  baxırsan.  Axı  ziyalı  şəxs 

                                                 

5

 



ayə: 38-41. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə