Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   2   3   4   5   6   7   8   9   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 



olduğunu  zənn  edirlər.  Bu  sayaq  çərçivədə  yaşayan 

insanın qarşısına elə bir problem çıxmır ki, həmin şəxs 

məsuliyyət  hiss  edə  bilsin.  O,  öz  dini  işləri  ilə 

məşğuldur.  Onu  əhatə  edənlərin  də  əksəriyyəti 

dindardır.  Onlar  dini  məclislər  keçirir,  namaz  qılıb 

dua  oxuyur,  müxtəlif  dini  ayinlər  icra  edirlər.  Bu 

etiqadlı  ailələr  arvadlı-kişili,  oğullu-qızlı  öz  dini 

vəzifələrini bilir və həmin vəzifələrə əməl edirlər. Ona 

görə  də  bu  insanlar  bir  çox  problemlərdən  azad 

olurlar.  Bu  kiçik  cəmiyyətlərdə  özünü,  yolunu, 

sözünü  və  düşüncə  tərzini  dəyişmək  üçün  hər  hansı 

təcavüz  yoxdursa,  bu  cəmiyyətlər  sakit  və  xoşbəxt 

həyat  sürürlər.  Onlar  xüsusi  bir  fəzada  nəfəs  alır  və 

zərrəcə iztirab çəkmirlər.  

Amma,  mənim  də  aid  olduğum  bir  qrup  insan 

başqa  mədəniyyətlər  və  düşüncələrlə  tanış  olub  əsrə 

bağlandıqlarından,  digər  ictimai-siyasi  fikirlərdən 

təsirlənir və başqa bir aləmdə yaşayırlar.  

Ənənəvi  dini  ayinlərə,  zahirən  və  ya  həqiqətən, 

bağlı  insanlar  mənim  bu  günkü  düşüncələrimə  irad 

tuturlar.  Mənə  elə  gəlir  ki,  onlar  öz  tənqidlərində 

ifrata varır, ən xırda şeyləri də bağışlamırlar. Məsələn: 

nə  üçün  qalstuk  vurursan?  Nə  üçün  saqqalını 

qırxırsan?  Nə  üçün  Peyğəmbərin  və  Əlinin  adını 

çəkəndə  salavat  demirsən?  Nə  üçün  tribunaya 

çıxırsan?.. Nə üçün, nə üçün, nə üçün? 

Doğrudanmı,  onların  ictimai  mühitinin  və  dininin 

ən mühüm problem və çətinliyi bu xırdalıqlardır?! 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 



Uyğun ictimai təbəqəyə mənsub yazıçılar həmin bu 

iradlardan 

yazır, 

böyükləri 



isə 

bu 


iradları 

söhbətlərinin  əsas  mövzusuna  çevirirlər.  Onların 

nəzərincə,  bu  xırdalıqlara  qarşı  mübarizə  aparmaqla 

dini  qorumaq  olar.  Əlbəttə  ki,  onların  danışmağa 

haqqı var, bunu inkar etmirəm. Onların məhəlləsində 

İslam  var,  vilayət  etiqadları  düzgündür,  dini 

vəzifələrə  əməl  olunur,  məzhəbi  mərasimlər  keçirilir, 

rövzə oxunur! Amma mənim kimi düşünən insanların 

varlığı onların rahat həyatını təlatümə gətirir.  

Bəli,  İranda  və  ya  Avropada  təhsil  almış,  dünya 

mədəniyyəti  ilə  tanış  olan,  insani  şəxsiyyətə  qarşı 

yönəlmiş  ideoloji  məktəbləri  tanıyan,  eyni  zamanda 

öz  dininə  sadiq  qalaraq  bu  dini  təcavüzlərdən 

qorumaq  istəyən  -  mənim  də  mənsub  olduğum  - 

ictimai təbəqə böyük çətinliklə üzbəüzdür.  

BİZ MÜTTƏHİMİK 

Xahiş  edirəm,  tünd  sözlərimdə  və  kəskin 

tənqidlərimdə  bir  acılıq  varsa,  məni  bağışlayın. 

Əlbəttə  ki,  bu  sözlərdə  həqiqət  görürsünüzsə! 

Həvəsləndirmək  və  əsassız  da  olsa,  tərif  etmək  şirin, 

həqiqət  isə  acıdır.  Gəlin,  dərdləri  gizlədib  özümüzü 

aldatmaq  əvəzinə,  xəstəliklərin  üstünə  düşüb,  açıq 

şəkildə  deyək:  «Qandakı  xərçəngin  qol-budağı  beyin 

və  qəlbin  dərinliklərinədək  şaxələnib  və  inkişaf  edib. 

Fürsət az, faciə isə ağır!» 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 



Ənənəvi  məzhəbi  mühitlərdə  bir  şəxs  dinin 

əsaslarına  inanıb  göstərişlərinə  əməl  etsə,  İslamdan, 

şiəlikdən  danışsa,  cəmiyyətin  diqqətini  cəlb  edir. 

Onun  əlini  öpür,  yaşayışını  təmin  edir,  hörmətini 

saxlayır, ruhani alim kimi qəbul edirlər. Bu insan din 

vasitəsi ilə həm hörmət, həm də sərvət qazanır.  

Amma  mənim  bağlı  olduğum  ictimai  mühitdə 

münasibət  tamam  başqadır.  Bu  mühitdə  bir  alim,  bir 

tələbə, bir tərcüməçi, bir yazıçı, bir filosof, bir sosioloq 

dinə etiqad edirsə, bu inam həmin şəxs üçün zəiflik və 

nöqsan hesab olunur. 

Yaşadığımız  mühitdə  namaz  qılıb  dua  edən  və 

əlavə  ibadətlər  yerinə  yetirən  şəxs  həm  hörmət 

qazanır,  həm  də  maddi  cəhətdən  təmin  olunur. 

Əksinə,  günün  elmlərindən  xəbərdar,  ideoloji 

məktəblər  və  əsrin  mədəniyyəti  ilə  tanış,  dini  və 

məzhəbi  etiqadı  olan  müsəlman  əksər  imtiyazlardan 

məhrumdur.  Onun  elmi  səviyyəsini  inkar  edə 

bilməsələr  də,  əxlaqında  və  şəxsiyyətində  nöqsanlar 

tapırlar. Onu ittiham edəcəklər ki, məzhəbin və xalqın 

xeyrini qoyub, onların zərərinə işləyir! 

Avropadan  gələn  təhsilli  müsəlman  müasir  və 

inqilabi ziyalı kimi tanınmaq üçün nə edəcəyini yaxşı 

bilir.  Onun  şəxsiyyətinin  qorunmasında  digər 

ziyalılar  da  məsuldur.  Əgər  o,  Jan  Pol  Sartrdan 

tərcümə  etsə,  cəmiyyətdə  dünyəvi  bir  sima  kimi 

tanınacaq.  Həmin  şəxs  dini  bir  əsər  yazsa,  cəmiyyət 

bu  əsəri  məzhəbi  cəhətdən  etibarlı  hesab  etməyəcək. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 



Onun  kitabı  oxunmayacaq,  sözü  eşidilməyəcək, 

şəxsiyyətinə «günahkar»lıq ünvanlanacaq.  

Cəmiyyətimizdə  qərb  atmosferinin  hakim  olduğu 

ziyalı dairələr də var. Qərbdən qayıtmış təhsilli insanı 

etiqadlı  olduğu  üçün  bu  dairələr  də  qəbul  etmir. 

Onun etiqadı köhnəpərəstlik hesab olunur.  

Bu  cür  ziyalılardan  biri  mənim  haqqımda 

mətbuatda belə yazmışdı: «O (yəni mən), alim də olsa, 

beynindəki  məzhəb  xəstəliyi  onun  təfəkkürünü  iflic 

edib.  İlkin  tərbiyəsi  onu  qədim  dini  səviyyədə 

saxlayıb». Nə üçün belə olur? 

Mən burada - axşamkı məclisdə bir alim, bir yazıçı, 

bir  sosioloq,  bir  natiq  kimi  danışmaq  fikrində 

deyiləm.  Mən,  mənim  özümü  dindarlıqda  ittiham 

edən  ziyalı  təbəqənin  adından  danışmağı  faydalı 

hesab  edirəm.  Mən  həmin  təbəqənin  adından,  məhz 

öz  dinimi  sevdiyim  üçün,  sizə  etiraz  edib,  ittihamlar 

irəli sürəcəyəm. 

Mən,  bütün  ömrümü  tələbə  və  müəllimlikdə 

keçirmiş, 

həmin 

ziyalı 


təbəqənin 

mühitində 

yaşamışam.  Onların  sözlərini  yaxşı  başa  düşür,  şəxsi 

çalarlarını  tanıyıram.  Mənsub  olduğum  bu  təbəqə  ilə 

çiyin-çiyinə  bütün  təhsil  mərhələlərini  pillə-pillə 

adlamışam.  Şəhər  və  kənd  fəqirliyini  yaşamış 

insanlarla  gecə-gündüz  ünsiyyətdə  olmuşam.  Düz  18 

yaşımdan  müəllimlik  etmişəm.  Bütün  ömrüm  elmin 

təhsil  və  tədrisinə  sərf  olunub.  Həm  dini  mərkəzdə, 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə