Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

34 



Siz  dininizin  adı  ilə  bəzən  ən  kiçik  səhvi  bağışlamır, 

bəzən isə dünya ağırlığında günahı olan əxlaqsız qadına 

mərhəmət  göstərirsiniz.  Bütün  deyilənlərin  zahirinə 

baxırsınız.  Peyğəmbərə  bir  salavat  göndərməklə  bir 

ömür günah yükündən azad olmaq fikrindəsiniz! 

Ey ata, ey ana! Sən mənə Əlinin yalnız şücaətindən və 

Zülfüqarından danışdın. Amma bu gün bizi düşməndən 

qoruyacaq Zülfüqar yoxdur. Bu gün yəhudilər Xeybərdə 

yox,  Fələstində  tüğyan  edir.  Sən  Əlinin  (ə)  arpa  çörəyi 

yeməyindən danışır, bununla da xalqda fəqirliyə rəğbət 

oyadırsan.  Sən  Əlinin  (ə)  əjdahanı  öldürməyindən 

danışırsan.  Bir  sözlə,  sizin  danışdıqlarınız  Əlini  (ə) 

yalnız  bir  pəhləvan  kimi  tanıtdırır.  Sanki  Əli  (ə)  bizim 

İran  pəhləvanı  Rüstəmin  oxşarıdır.  Bir  dəfə  olsun  belə 

Əlinin (ə) elm və biliyindən bir söz eşitmədim. Axı sadə 

bir  pəhləvanı  özümə  necə  rəhbər  seçəydim?!  Mən 

əfsanəvi  yox,  həqiqi  bir  rəhbər  istəyirəm.  Sən  onun  ən 

təhlükəli  bir  vaxtda  canından  keçərək,  Peyğəmbərin  (s) 

yerində yatması ilə fəxr edirsən. Mən bilirəm ki, Əli (ə) 

ömür  boyu  ölümün  istiqbalında  olub.  Elə  bu  gün  də 

canını  din  yolunda  fəda  edənlər  var!  Sən  mənə  Əlinin 

(ə) başqa xüsusiyyətləri haqqında nə deyə bilərsən? Heç 

nə! 

Dediklərin  məni  qane  etmir.  Bəs  Əlinin  (ə)  məktəbi? 



Bəs  Əlinin  (ə)  dünyaya  baxışı?  Bəs  Əlinin  böyük  ruhu? 

Əhli-beyt  ardıcılları  öz  bilik  və  təqvaları  ilə  dünyanı 

rəğbətləndirməli  olduqları  halda,  cəfəng  xurafatlarla  öz 

xalqını  şiəlikdən  bezdirirlər.

 

Sən  Fatiməni  (ə)  öz  qızına 



daim  ağlamaqla  məşğul  olan  bir  qadın  kimi  tanıdırsan. 

Guya  Fatimə  ümmətin  yox,  yalnız  özünün  və  ərinin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

35 



itirilmiş  haqlarına  görə  qiyama  qalxıbmış.  Guya, 

Fatimənin  (ə)  Fədək  bağını  geri  almaqdan  başqa 

məqsədi  yoxmuş.  Sən  Fatimə  (ə)  haqqında  bundan 

başqa nə demisən?! 

Sən öz qızına təqdim etdiyin Zeynəb (ə) Aşura günü 

şəhidlər  üstündə  nalə  çəkib  ağlayan  bir  qadındır.  Bəs 

aşuradan  sonra  xanım  Zeynəbin  (ə)  başına  nələr  gəldi? 

Axı Zeynəbi  (ə)  ideala çevirən, əslində,  onun Aşuradan 

sonrakı  fəaliyyətidir.  Bu  barədə  sən  nə  bilirsən?  Sənin 

üçün  Zeynəb  (ə)  yalnız  öz  qardaşının  müsibətinə 

ağlayan  bir  bacıdır.  Demək,  sən  Zeynəbi  tanımırsan! 

Çünki 


sənin 

sevdiyin 

kitablarda 

Zeynəb 


(ə) 

şəxsiyyətindəki əsas çalarlar açıqlanmayıb. Yalnız sənin 

və  mənim  əlim  çatmayan  bəzi  kitablarda  bu  barədə 

məlumat  verilib.  Sənin  təbliğindəki  Zeynəb  isə  bizim 

dünyamız  üçün  maraqlı  ola  bilməz.  Sənin  təbliğin 

dünyadan  əl  çəkib,  yalnız  axirət  barədə  düşünməyə 

çağırır! 

Sənin məzhəbində Əli (ə) vilayətindən danışılır. Siz 

Əlinin  (ə)  Allah  ilə  xüsusi  əlaqələrindən,  Əli  (ə) 

məhəbbətinin  günah  yuyan  kimyəvi  təsirindən 

danışırsınız. Amma bu gün bəşəriyyətə, onu bugünkü 

ağır  vəziyyətindən  çıxaracaq  gücdə  olan  bir  ideal 

gərəkdir. Tarixə hakim olmuş ədalətsiz cari qanunları 

necə aradan qaldıraq? Sual budur! 

Ey ata, ey ana!  Sən mənə imaməti öyrətdin  və dedin 

ki,  Peyğəmbərin  (s)  özündən  sonra  on  iki  canişini  var. 

Sual  verirəm:  imamət  əqidəsinin  bugünkü  bəşəriyyətə 

nə  faydası  var?  Necə  ola  bilər  ki,  adi  tarixi  şəxsiyyətin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

36 



düşüncələri  bu  günümüzə  təsir  etsin,  amma  ilahi 

şəxsiyyətə  malik  insanların  əqidəsi  tarixdə  qapanıb 

qalsın?!  Sən  yalnız  əzbərlədiyin  bu  sözü  təkrarlayırsan 

ki, hakimiyyət onların yox, bunların idi.  

Sən  imamları  qeyri-adi  varlıq  kimi  tanıtdırırsan: 

«Onlar  ali  insanlar  yox,  insandan  ali  varlıqlardır». 

Demək,  bu  şəxsiyyətlər,  yalnız  axirət  əzabından 

qurtuluş  üçün  faydalıdır.  Biz  bu  gün  ədalətli  rəhbər 

axtarır,  öz  insani  haqlarımızı  qorumaq  istəyirik.  Bu 

yolda  gerçək  ideallardan  ehtiyacsız  deyilik.  Sənin  isə 

imamətin sıra ilə düzülmüş on iki addan ibarətdir! 

Ey ata, ey ana! Sən mənə—öz taleyini qurmaq istəyən 

gənc  nəslə  öz  əməllərinlə  və  mərasimlərinlə  nə  verə 

bilirsən?  Heç  nə!  Elə  ona  görə  də  biz  axtarışda  olan 

gənclər  sizdən  uzaqlaşıb,  diqqətimizi  cəlb  etmiş 

filosoflar və ideologiyalar arxasınca getdik.  

Ey  ata,  ey  ana!  Mən  həqiqəti  axtarmaqda  davam 

edirəm.  Mən  öz  dünyamı  ədalətsizlik  məngənəsindən 

xilas etmək istəyirəm. Sənin bugünkü həyatın və əqidən 

mənim istəklərimi doğrultmur. Sən kasıblığı üstün tutur 

və yalnız kasıbları Allaha yaxın hesab edirsən. Belə çıxır 

ki, dünya əhalisinin əksəriyyətini təşkil edən aclar onları 

bu  günə  qoymuş  istismarçı  təbəqəyə  təşəkkür 

etməlidirlər! Demək, dünyanı bizə zindana döndərənlər 

olmasaydı, Behişt üzünə həsrət qalasıydıq! 

Ey ata, ey ana!  Din adı  ilə evdə həbs edib, təhsildən, 

dünya 

səadətindən 



məhrum 

etdiyin 


qız 

səni 


bağışlamayacaq!  Sən  o  qızı  məhbus  etməklə,  onun 

qəlbinin  ovuna  çıxmış  düşmənə  yol  açmısan.  Bu  qız  ya 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə