Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   2   3   4   5   6   7   8   9   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

10 



həm  universitetdə,  həm  İranda,  həm  də  Avropada 

təhsil almışam.  

Uşaqlıqdan  öz  mühitimin  ictimai  dəyişiklikləri  və 

düşüncə 


təbəddülatları 

ilə 


maraqlanmışam. 

Dövrümün  ideoloji  hadisələri  ilə  birbaşa  təmasım 

olub.  Ömrüm  kitabla  keçib.  Qərb  mədəniyyətinin 

hücumları, 

ziyalınümaların 

təslimçiliyi, 

müsəlmannümaların  təəssüblü  müqaviməti  mənə 

tanışdır! Biri din iddiasındadır, o biri isə müasirlik. 

Cəmiyyətin  adət-ənənə  mərhələsindən  modernizm 

mərhələsinə keçid dövrünü yaşamışam; cəmiyyətdəki 

dəyərlərin dəyişməsinə şahid olmuşam. 

Kəndli mənşəyim toplum mənasının həqiqətini hiss 

etməkdə köməkçim olub. 

Aldığım dini tərbiyə məni xalqın fitri və dərin ruhu 

ilə  bağlayıb.  Eləcə  də,  qərbdə  təhsil  aldığım  üçün 

əsrimin ruhunu və əqidəsini tanımışam. Dünyada baş 

verən hadisələrdən xəbərdaram. Bu bilgilərin köməyi 

ilə  hiss  etmişəm  ki,  qərb  mədəniyyətinin  günbəgün 

güclənən 

hücumları 

qarşısında 

məzhəbi 


cəmiyyətimizi  hansı  aqibət  gözləyir.  Çünki  bizim 

cəmiyyətdə  köhnəlmiş  adət-ənənələr,  irsi  dəyərlər, 

təlqini  iman  hakimdir.  Qərb  cəmiyyətində  isə  yaxşı-

pis  hər  nə  varsa  elmi  şəkildə  təqdim  olunur,  günün 

ehtiyacı  əsas  götürülür  və  azadlıq  şüarları  altında 

bütün dini və əxlaqi dəyərlər ikinci plana keçir. 

Müşahidələrdən  görünür  ki,  cəmiyyətimizdəki 

mövcud  məzhəb  adət-ənənələr  təəssübü  ilə  qorunur. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

11 



Dinin 

elmi 


və 

düşüncə 


əsasları 

müasirliklə 

ayaqlaşmır.  Uzun  bir  dövr  zamanla  ayaqlaşan, 

hadisələri  qabaqlayan,  ictimai  və  fərdi  problemlərin 

həlli  yolunu  göstərən  İslam  dini,  özünü  müqəddəs 

göstərən  bir  qrup  şəxs  tərəfindən  əhkam  şəklində 

dondurulub qorunur. 

Amma  zaman  başqa  zamandır!  Öz  iqtisadi 

tərəqqisi  ilə  millətlərin  gözünə  kül  üfürən  düşmən 

başımızın  üstünü  alıb.  Onun  bir  əli  İslamla  tarixi 

düşmənliyi  olan  qərb  kapitalizminin  ətəyindədir. 

Şərqə ayaq açmaq üçün İslam dini onlara mane olur. 

İslamı  tanıyan,  onun  tarixini  bilən,  son  iki  əsrdə 

qərbin  təcavüzlərindən  xəbərdar  olan  hər  bir  şəxs 

yaxşı  bilir  ki,  İslam  dini  yatmış  cəmiyyəti  oyatmağa, 

onu  hərəkətə  gətirib,  ayağa  qaldırmağa  qadirdir. 

İslam  təkcə  iman  dini  deyil!  Bu  din ən  sivil  cəmiyyət 

qurmaq üçün proqramlar verir və yad mədəniyyətlər 

üçün  boş  yer  saxlamır.  İslamı  aradan  qaldırmaq 

istəyən  düşmənin  məqsədi  cəmiyyəti  müdafiəsiz 

qoymaq,  ziyalıların  düşüncəsini  əsarətə  almaq, 

insanları  tarixi  kökdən  və  ruhi  azadlıqdan  məhrum 

etməkdir. İslama formal yanaşan əksər cəmiyyətlərdə 

istənilən  bir  vətəndaşı  tora  salıb,  qibləsini  qərbə 

döndərmək çox asandır.  

Mən 


intellektual 

dairəyə 


poetik 

həvəslə 


qoşulmamışam. Bunun əsas səbəblərindən biri xalqın 

içindən çıxmağımdır. Ziyalıların düşündüklərini mən 

həyatda 

görüb, 


bütün 

varlığımla 

yaşamışam. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

12 



Həyatımın  hər  bir  anı  ictimai  təbəddülatları 

düşünərək  ötüb.  Bu  günkü  mədəniyyət  və  dünənki 

məzhəb  cəbhələrinin hər  ikisində  iştirak  etmişəm.  Bu 

günkü 


məzhəbin 

qərb 


təcavüzü 

qarşısındakı 

vəziyyətindən,  burjua  baxışlarından  xəbərdaram. 

Ziyalı  gənclərimizin  İslam  dinindən  uzaqlaşma 

səbəbləri  mənə  qaranlıq  deyil.  Onlar  «bu  günkü 

din»dən  qaçır!  Amma  hansı  tələyə  düşəcəkləri 

müəmmalıdır.  

Bu  biliklər  mənə  haqq  verir  ki,  dinin  cəmiyyətdə 

aqibəti,  təbliğatçıların  özbaşnalığı,  xalqı  dindən 

uzaqlaşdıran  səbəblər  haqqında  danışım  və  öz 

biliklərimi 

uyğun 


mövzuların 

elmi 


şəkildə 

öyrənilməsinə sərf edim. 

Son  iki  əsrdə  baş  vermiş  düşüncə  qiyamları, 

üçüncü  dünyada  istismara  qarşı  yönəlmiş  hərəkatlar, 

müasir  ideologiyalar,  dini  cəmiyyətimizdə  istismarın 

macəraları ilə tanışlıq mənə daha çox haqq qazandırır 

ki, ziyalılarımızın din qarşısındakı mövqeyi və onların 

dinin  bu  günkü  formasına  münasibəti  haqqında  söz 

deyim. Siz də mənə bu haqqı verin ki, bir mütəxəssis 

kimi  məzhəbdən,  sizə  bağlı  təhsilli  nəsildən, 

məsuliyyətli  olduğunuz  cəmiyyətdən  danışaraq,  öz 

mütaliə və təcrübələrimi hüzurunuzda təqdim edim.  

Deyirlər ki, hamının xoşuna gələn tərzdə danışmaq 

lazımdır. Amma vəziyyət məni fəryad çəkməyə vadar 

edir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

13 



Deyəcəklərimi 

kor-koranə 

qəbul 

etməyinizi 



istəmirəm. Amma unutmayın ki, sözlərimin elmi əsası 

var  və  kimsənin  xeyrinə  danışmıram.  Dediyim 

sözlərin  bütün  təbəqələrə  zidd  olması  bir daha  sübut 

edir  ki,  mən  həqiqət  naminə  danışıram.  Məni 

danışmağa  vadar  edən  yeganə  şey—məsuliyyətdir! 

Nəzərlərimdə nöqsan olsa da, niyyətim düzdür.  

Məni  Quranın  buyuruğuna  əsasən  dinləyin:  «O 

kəslər  ki,  sözü  dinləyib,  onun  ən  gözəlinə  uyarlar, 

onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl 

sahibi də onlardır»

1

.  


Mən dindən bezib, hər hansı yad düşüncəyə pənah 

aparmış  bir  ziyalı  təbəqəsinin  nümayəndəsiyəm.  Siz 

dininizə, 

cəmiyyətinizə 

və 

ailənizə 



görə 

cavabdehsiniz.  Ona  görə  də  bilməlisiniz  ki,  bu 

cəmiyyətin  bir  hissəsi  olan  mənim  təbəqəm  nə  üçün 

sizə və sizin dininizə biganədir. Mən ana və qızın bir-

birini 

anlamamasının 



səbəblərindən 

danışmaq 

istəyirəm.  Bu  gün  qız  ananı  eşitmir.  Çünki  ananın 

nəsihətində  məntiq  yoxdur!  Ey  atalar,  övladlarınız 

sizdən qaçırsa, bunun səbəbi onların əxlaqsızlığı yox, 

düşüncə  və  inamlarındakı  fərqdir.  Siz  müsəlmanlar 

üzərində  bu  «dinsizlik  əsri»ndə  böyük  məsuliyyət 

vardır.  Allah-təala  buyurur:  «Özünüzü  və  əhli-

əyalınızı 

oddan 


qoruyun».

2

 



Siz 

dindarlar 

                                                 

1

 «Zumər» surəsi, ayə: 18. 



2

 

«Təhrim» surəsi, ayə: 6. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə