Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   12   13   14   15   16   17   18   19   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

66 



qanına  yeritmək  istəməmişlər.  Onlar  belə  təbliğ 

etməmişlər  ki,  zülmə  dözmək,  sazişçilik  müsəlmanın 

dini  vəzifəsidir.  Hətta  təslimçiliyi  imamət  etiqadının 

şərti  kimi  təqdim  etməmişlər!  Nə  üçün?  Nə  üçün  ilk 

ağıla gələn üsuldan istifadə olunmamışdır?

 

Şiə  məzhəbinə  xüsusi  bir  metodla  hücum 



edilmişdir.  Aşuranı  təsirdən  salmaq  məqsədi  ilə 

bütün  şiə  tarixi  Aşuraya  həsr  olunmuşdur.  Ədalət, 

imamət 

və 


Kərbəla 

dəyərlərinə 

nəzərdə 

tutulduğundan  da  çox  yer  verilir.  Bu  üsulla 

cəmiyyətdə zülmə qarşı mübarizəni alovlandıracaq üç 

mərkəz  dondurulur.  Onlar  birbaşa  inqilab  çeşməsini 

zəhərləyirlər  və  həyatverici  suyun  rəngini,  dadını  və 

qoxusunu  elə  dəyişirlər  ki,  hətta  ən  mütərəqqi 

ziyalılar da bu dəyərlərə arxa çevirirlər. 

Bu  vəsvəsəçilərin  digər  bir  işi  cəmiyyəti  hərəkətə 

gətirəcək  bütün  düşüncələri  iflic  etməkdir.  Məsələn, 

intizar fəlsəfəsinə nəzər salaq. Çoxları intizar dedikdə, 

təslimçilik  başa  düşürlər.  Amma  intizar  təslimçilik 

yox,  etirazdır.  İmamın  zühurunun  intizarında  olan 

hər  bir  şəxs  ətrafındakı  ədalətsizliklərə  etiraz 

ruhiyyəsində  olmalıdır.  «Həzrət  gəlib,  ədaləti  bərpa 

edəcək»  deyərək  öhdəsinə  düşən  məsuliyyətdən 

boyun  qaçıranlar,  sözsüz  ki,  yanılırlar.  Onlar  öz 

süstlüklərini intizarda olmaları ilə əlaqələndirirlər.  

İntizar  oturub  gözləmək  yox,  hazırlıqda  olmaqdır! 

Dünya 

imperializminin 



bu 

günkü 


gücünə 

baxmayaraq,  hər  an  bu  zülmətləri  işıqlandıracaq, 

ədaləti  yer  üzündə  bərpa  edəcək  bir  inqilabın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

67 



həqiqətinə  inanıb  intizarda  olan  şəxs  yatıb  yuxuya 

qala  bilməz!  Bu  insan  hər  an  bu  zühuru 

gözlədiyindən,  həyatını  əyləncə  və  işrət  içində  keçirə 

bilməz!  Əksinə,  bu  intizar,  insanı  hər  an  gözlənilən 

inqilaba  hazır  olmağa  çağırır.  Nə  qədər  ki,  intizar 

inancı təhrif edilməmişdi, müsəlman cəmiyyətlərində 

hər həftənin cümə namazından sonra cıdır və oxatma 

mərasimləri keçirilərdi. Bu mərasimlərdə ən tanınmış 

İslam  alimləri  iştirak  edərdilər.  Amma  sonralar 

intizarda  olan  insanlar  evdə  çevik  görünsələr  də, 

bayırda  özlərini  yıxılmaqdan  zorla  saxlayırdılar. 

Möminlər  ifrat  ibadətə  varıb,  iqtisadi  duruma 

qətiyyən  fikir  vermirdilər.  Ruhaninin  vüqarı  dinin 

vüqarıdır.  Ruhani  başını  uca  tutmalı,  məzlum 

görünməməli,  dindarlara  öz  nikbinliyi  ilə  ümid 

verməlidir.  İslamın  ilkin  dövrlərində  alimlər  cıdır  və 

oxatma  yarışlarında  şəxsən  iştirak  edərdilər.  Onların 

iştirakı xalq üçün «hazır ol» komandası idi.  

Bəli,  əsrin  imamının  zühuruna  inam  insanı 

ümidsizlikdən 

çıxarmalı, 

ona 


vüqarlı 

görkəm 


verməlidir.  Əgər  insan  zalımların  zorundan  xoflanıb 

bu  zülmü  məğlubedilməz  hesab  edirsə,  demək, 

intizarda deyil.  

İslam  öz  ardıcıllarını  əmin  edir  ki,  dünyada 

hökmranlıq  edən  zor  Allahın  iradəsi,  tarixin  hökmü 

ilə  ölümə  məhkumdur.  Şiə  məzhəbinə  görə,  həqiqət 

və  ədalət,  birlik  və  qardaşlıq  arzuları  bəşəriyyətin 

qəlbində  qalıb  gora  getməməli,  dünya  həyatında 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

68 



gerçəkləşməlidir. 

Quran 


buyuruqlarına 

əsasən, 


məzlumların  qələbəsi,  onların  dünyaya  hakimiyyəti 

qaçılmaz  həqiqətdir.  Buyurulur  ki,  dünyanın  sonuna 

bir  gün  də  qalmış  olsa,  Allah  həmin  günü  o  qədər 

uzadacaq ki, məzlumların arzuları həyata keçsin.  

İntizar həqiqət və ədalətin qələbəsinə aparan tarixi 

zərurətdir.  Bu  zərurət  həqiqətin  batil,  ədalətin  zülm, 

insanın şeytan üzərində qələbəsinə inamdan doğur.  

Sosializm  baxışlarına  görə,  proletariatın  hakim 

təbəqə üzərində qələbəsi tarixi zərurətdir. Bu əqidədə 

olanlar daim həmin qələbənin intizarındadırlar. Baxaq 

görək,  bu  intizar  hissi  onların  mübarizəsini 

gücləndirir,  yoxsa  süstləşdirir?  Əlbəttə  ki,  bu  inam 

onları daha qəti mübarizə aparmağa ruhlandırır. Bəli, 

intizarda ruhlandırmaq xüsusiyyəti var! 

Ziyalı  bacım,  ziyalı  qardaşım!  Həcc  ibadəti  iki  əsas 

əməldən  ibarətdir:  1-təvaf,  yəni  Kəbənin  ətrafına 

dolanmaq; 2-səy, yəni Səfa və Mərvə dağları arasında iti 

yeriş. Bu iki əməl vasitəsi ilə İbrahim və Hacərin xatirəsi 

təzələnir.  Allahın  əmrinə  əsasən.  İbrahim,  Hacər  və 

onun  südəmər  körpəsini  tikan  bitməyən  susuz  səhrada 

qoyub,  evinə  qayıdır.  Allahın  mərhəmətinə  əmin  olan 

Hacər  belə  bir  tapşırığı  öz  öhdəsinə  götürür.  O,  bu 

səhrada  tənha  qalmağa  zərrəcə  tərəddüd  etmir.  Budur 

mütləq təvəkkül! Diqqət edin: belə bir təvəkkülün sahibi 

yerində oturmayıb, körpəsinə su tapmaq üçün iki dağın 

arasında qaçaraq tər axıdır. Budur mütləq səy! 

Kəbə evini yeddi dəfə təvaf etmək insanı ömrünün 

son  anınadək  çalışmağa  çağırır.  Yeddi  rəqəmi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

69 



əbədilik,  sonsuzluq  simvoludur.  Budur  Hacərsayağı 

həyat! 


Ziyarətçi  Kəbənin  təvafından  sonra  Səfa  və  Mərvə 

dağları  arasında  qaçmağa  başlayır.  Bu  səy  və 

zəhmətin  arxasında  əbədilik  axtarışı  durur.  Səy  də 

yeddi dəfə təkrarlanır.  

Bu  iki  əməlin  məcmusu  həm  ruh,  həm  də  həyat 

yaradır. Bəli, İslamda rahib təvəkkülü yoxdur! Həzrət 

Əlinin  (ə)  simasında  bu  təvəkkülün  nümunəsini 

görmək  olar.  Həzrət  öz  övladına  müharibənin  qızğın 

anı  haqqında  deyir:  «

Allaha  tapşır,  ayağını  yerə  mıxla

Allahındır!». 

Bir  ziyalı  ictimai  mübarizəni  dünyapərəst  burjua 

cəmiyyətində 

təcrübədən 

keçirib, 

mömin 


müsəlmandan  daha  çox  təvəkkülün  yardımını  hiss 

edə  bilməz.  Şərait  qələbənin  mümkünsüzlüyünü 

sübut  etdiyi  bir  halda,  həqiqi  təvəkkül  zəif  təbəqəni 

qüdrətli hakimlər üzərində qələbəyə çatdırır. 

Səbir  haqqında  da  yanlış  təsəvvürlər  var.  Səbir  - 

mübarizə yolunda qarşıya çıxan çətinliklərə səbir edərək 

sarsılmayıb, müqavimət göstərməkdir. Amma insanlara 

belə  təlqin  olunub  ki,  guya  səbir  zülmə  dözüb,  yerində 

oturmaqdır.  Görün,  Quranda  nə  buyurulur:  «Ey  iman 

gətirənlər  səbir  edin,  dözün,  döyüşə  hazır  olun..»

9



Başqa  bir  ayədə  bu  fikir  daha  aşkar  bəyan  olunur:  «Ya 

Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə 

                                                 

9

 

«Ali-İmran» surəsi,ayə: 200. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

70 



iyirmi  səbirli  kişi  olsa  iki  yüz  kafirə,  yüz  səbirli  kişi 

olsa  min  kafirə  qalib  gələr.  Çünki  onlar  (həqiqəti, 

Allahın  möminlərə  olan  köməyini)  anlamayan  bir 

tayfadır!;  Ey  möminlər!  İndi  Allah  yükünüzü 

yüngülləşdirdi.  Çünki  O,  sizdə  bir  zəiflik  olduğunu 

bilirdi.  Artıq  aranızda  yüz  səbirli  kişi  olsa  iki  yüz 

nəfərə,  min  kişi  olsa,  iki  min  nəfərə,  Allahın  izniylə, 

qələbə çalar. Allah səbir edənlərlədir!»

10

.  



Bir  zaman  müsəlmanlara  başucalığı  gətirmiş 

«qənaət»  prinsipi  bu  gün  «ye  ki,  ölməyəsən»  kimi 

zərərli  bir  fəlsəfəyə  çevrilmişdir.  Guya,  müsəlman 

kasıb 


yaşamalı, 

dünya 


malını 

böyük 


iştaha 

sahiblərinin  ixtiyarına  verməlidir.  Əslində,  bu  sayaq 

səbir  və  qənaət  itlərin  həyatından  öyrənilmişdir. 

Əcnəbi  bir  şairin  bu  barədə  gözəl  bir  şeri  var.  Şerdə 

soyuq  bir  qış  gecəsi  acından  və  soyuqdan  tir-tir 

titrəyən  bir  neçə  itin  söhbəti  təsvir  olunur.  İtlərdən 

biri deyir: 

-  Ağanın  mətbəxinin  yanında,  yumşaq  saman  üstə 

yatıb, mətbəxin xoş qoxusunu almaq necə də gözəldir.  

Digər bir it davam edir:  

- Süfrənin artığından da olsa, başqa ləzzəti var! 

Başqa bir it:  

- Sümük də olsa, yaxşı olar! 

Birinci it:  

- Necə də rahat ömürdür, necə də mehriban ağadır! 

Başqa bir it xatırlayır:  

                                                 

10

 



«Ənfal» surəsi, ayə: 65-66. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

71 



- Amma bu şallaq da bir bəladır. 

O biri it ona təskinlik verir:  

- Düz deyirsən, amma dözmək lazımdır. Nə vaxtsa 

ağanın  rəhmi  gələr,  hirsi  soyuyar,  biz  də  üzümüzü 

ayağına  sürtərik.  Baxar  bizim  yaralarımıza.  Biz  də 

onun məhəbbətini qənimət bilərik< 

Xeyr, əzizlərim! İslam dinindəki səbir şallağa səbir, 

deyil! Qənaəti isə Allahın dediyi mənada Əli (ə) başa 

düşürdü. Hər halda, bu günkü təhsilli insan qənaətin 

mənasını  ayaqyalın  məsihi  rahibdən  daha  düzgün 

anlayır.  Bu  günkü  dünyamızda  əksər  sahələrdə  bir 

şüar  hakimdir:  «Daha  çox  istehsal  və  daha  çox 

məsrəf». 

İnsanşünas  şəxs  israfçılığın  insan  ruhuna,  eləcə  də 

cəmiyyətə  nə  dərəcədə  zərərli  olduğunu  çox  gözəl 

anlayır.  Kapitalistlərin  təbliğat  maşını  öz  gündəlik 

gəlirini  artırmaq  üçün  qondarma  ehtiyaclar  yaradır.  Bu 

zərərli  «ehtiyaclar»  fərdlərə,  ailələrə,  təbəqələrə, 

cəmiyyətlərə  və  millətlərə  zorla  qəbul  etdirilir.  İnsanlar 

az  qala  bütün  ömürlərini  bu  ehtiyacların  təmininə  sərf 

edirlər.  Budur  Sartr  fəlsəfəsinin  əsl  mahiyyəti.

 

Bu  lap 



yunan  mifologiyasında  Zevsin  əmri  ilə  çiynində  ömür 

boyu  nəhəng  daş  qaldıran  zavallı  qəhrəmanın  taleyinə 

oxşayır. Bu qəhrəman iri bir qaya parçasını dağın başına 

qaldırır  və  elə  həmin  anda  bu  qaya  parçası  onun 

çiynindən  düşüb  üzüaşağı  dığırlanır.  Əzaba  məhkum 

olunmuş bu zavallı, əbədi olaraq eyni bir işi təkrarlayır! 

«Qazan,  xərclə»  şüarı  da  insan  ömrünü,  beləcə, 

puça çıxarır. İnsan bu gününün ötəri həvəslərinə xatir 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

72 



gələcəyini,  ömrünü  satır.  O,  bu  işdə  azad  deyil.  Onu 

bu  ehtiyaclara  möhtac  etmişlər!  Müasir  dünyamızda 

hökm  sürən  quldarlıq,  insanları  gələcəyini  satmış 

azad  qullara  çevirir.  Bu  günün  gərəksiz  ehtiyaclarını 

ödəməyə  xatir,  insan  könüllü  şəkildə  kapitalistlərə 

satılır.  Belə  bir  insan  öz  fitri  istedadlarını  məhv 

edərək, «qazan, xərclə» bir həyat sürür.  

Cəmiyyətin  başına  gətirilən  bu  müsibətləri,  yalnız 

həqiqi  ziyalılar  dərk  edə  bilir.  Əgər  dərk  edirlərsə, 

demək  məsuliyyət  də  onların  üzərinə  düşür.  Bəs  nə 

üçün ziyalı öz vəzifəsini yerinə yetirmir? Çünki ziyalı 

da  bu  modern,  komfortlu  həyat  tərzinin  sehrinə 

düşmüşdür. Süni ehtiyacların təmini ardınca qaçanlar 

arasında ziyalı da var. Beləcə, ziyalı da «ağlını başına 

toplayaraq», 

kimsəyə 


dəyib-dolaşmadan, 

öz 


beşgünlük  həyatını  qurmağa  çalışır.  Bütün  bu 

incəlikləri  dərk  edən,  cəmiyyətin  dəyərli  ömrünün 

bər-bəzəyə sərf olunduğunu görən hər bir ağıllı insan, 

İslamdakı qənaət prinsipini anlaya bilər. 

Qənaət,  yalnız  əxlaqi  fəzilət  deyil,  insanın  böyük 

ideallara  çatması  üçün  xüsusi  zəruri  şərtdir.  Qənaət 

edən,  mövcud  imkanlarına  qane  olan  insan  əqidəsi 

yolunda  daha  fədakardır.  Həyatını  xalqın  səadəti 

yolunda  fəda  etmək  istəyən  insanda  iki  xüsusiyyət 

olmalıdır:  keşikçi  istəyən  qeyri-zəruri  sərvətdən 

imtina və rahatlığı əldən alan qeyri-zəruri istəklərdən 

çəkinmə. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

73 



Əsl azad insan, olanlarına qane olub, nəfsə itaətdən 

boyun  qaçıran  insandır.  Budur  Əli  (ə)  zöhdünün  əsl 

mənası!  Bu  zöhd  insanı  daim  ali  məqsədlər  sorağına 

aparır.  Demək,  qənaət  -  yoxsulluq,  aclıq,  səfalət  yox, 

insanlığın  qorunması  üçün  zəruri  olan  şəraitlə 

kifayətlənməkdir.  

Həzrət  Əli  (ə)  zahidliyi  qarşıya  məqsəd  qoymuş 

Asim  ibn  Ziyad  Harisiyə  deyir:  «Rəzil  şeytan  səni 

yoldan  azdırmışdır.  Ey  özünün  ən  böyük  düşməni 

olan! Nə üçün ailə və övladlarına rəhm etmirsən? Nə 

üçün  Allahın  halal  buyurduğunu  özünə  haram 

edirsən?» 

Həzrət  Əli  (ə),  insanı  ictimai  məsuliyyətdən 

yayındıran zahidliyi rədd edir. Ondan soruşurlar: «Ya 

Əli,  bəs  sən  nə  üçün  nimdaş,  yamaqlı  geyim  geyinir, 

arpa çörəyi yeyirsən?» Həzrət belə cavab verir: «Mən 

sizin kimi deyiləm. Allah-taala rəhbərlərə əmr edib ki, 

cəmiyyətin  ən  məhrum  təbəqəsi  səviyyəsində 

yaşasınlar». 

Ey bacım, ey qardaşım, ey ziyalı! Mənim inandığım 

Allah öz evini xalqın çapılması üçün vasitə edən Allah 

deyil!  Nümayəndələrinə  bac  ödəməklə  Onu  razı 

salmaq  qeyri-mümkündür!  Mənim  inandığım  Allah 

bəşəriyyəti  öz  ailəsi  kimi  tanıtdıran  Allahdır!  O,  öz 

evini  xalqın  evi  bilən  Allahdır!  Bu  Allah  öz 

bəndələrinə  yardım  göstərərək  zülmə  qarşı  çıxan 

Allahdır! Onun peyğəmbərinin bir əlində kitab varsa, 

o  biri  əlində  qılınc  var.  Mənim  Peyğəmbərim  (s) 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

74 



zalımla məzlum, ağa ilə qul arasında sevgi təbliğ edən 

katolik  peyğəmbəri  deyil!  Mənim  Peyğəmbərim  (s) 

vəhşi  imperatorları  diz  çökdürüb,  məzlum  xalqlara 

nicat verən Peyğəmbərdir. Bəli, bizim Peyğəmbərimiz 

(s)  cinayətkarlar  qarşısında  qılıncla  dayanıb,  bəni-

qərizələri  dəstə-dəstə  doğrayıb,  quyuya  tökən 

Peyğəmbərdir!  O  qüdrət  və  izzət  peyğəmbəridir!  Vill 

Dorant yazır: «Heç bir peyğəmbər öz ardıcıllarını güc 

və  qüdrətə  Məhəmməd  səviyyəsində  çağırmamış  və 

bu  yolda  onun  qədər  müvəffəq  olmamışdır».  Bəli, 

İslam peyğəmbəri (s) həyatımızın, ədalətin, tərəqqinin 

peyğəmbəridir.  O,  hamıdan  sadə  tərzdə  yaşamış  və 

xalqa xidmət etmişdir.  

Əli  (ə)  də  canişin  olaraq  onun  yolunu  davam 

etdirmişdir.  Şiə  məzhəbinin  bütün  imamları  zülmlə 

mübarizə meydanında həlak olmuşlar.  

Ey  xanımlar,  ey  ağalar!  Bu  gün  mənim  təbəqə 

nöqteyi-nəzərindən mənsub olduğum, amma düşüncə 

tərzinə  qarşı  çıxdığım  ziyalıların  qəzet,  jurnal,  teatr 

kimi  böyük  təbliğ  imkanları  vardır.  Bu  təbliğat 

vasitələri, istisnasız olaraq, dinə qarşı çıxır.  

Digər  bir  cəbhədə  rahat  və  xoşbəxt  möminlər 

dayanır.  Onların  ixtiyarında  minlərlə  məscidlər  və 

minbərlər vardır! 

Bu  iki  cəbhənin  arasında  mənim  kimi  düşünənlər 

avara qalmışlar. Min bir əzabla bir kitab çap etdirəndə 

hər  iki  cəbhədən  təzyiqlər  başlayır.  Ziyalılar 

dindarlıqda,  dindarlar  isə  dinsizlikdə  ittiham  edirlər. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

75 



Hər iki cəbhənin böyük təbliğat imkanları var. Mənim 

kimilər  isə  iki  dəyirman  daşı  arasında  əzilən  buğda 

dənəsi tək əzilir. Bu iki cəbhənin həqiqət axtaran azad 

düşüncə və qələmi görən gözləri yoxdur! 

Əzizlərim!  Siz  bir  müsəlman  və  şiə  olaraq 

əminsiniz ki, Allah çoxlarının düşündüyü kimi deyil, 

Həcc  bu  günkü  təsəvvürlərdən  fərqli  olaraq  ali 

məqsədlər  daşıyır,  Əli  (ə)  sadəcə  cəngavər  yox, 

qurtuluş  və  hərəkət  nümunəsidir.  Əgər  əminsiniz  ki, 

bu  günkü  dini  mərasimlərin  səviyyəsi  əsrin  sürəti  ilə 

ayaqlaşmır,  onda  tora  düşməkdə  olan  bu  gənc  nəsil 

üçün  bir  iş  görün!  Bu  nəsil  əldən  çıxmaqdadır.  Hələ 

ki, 



köhnəpərəstliklə 



qərbpərəstlik 

arasında 

qalmışdır.  İnanın  ki,  o  bir  iman  yeri  axtarır.  Mən  bir 

qrup  dindar  gənci  və  bir  qrup  eyş-işrət  yolçusu  olan 

qərbpərəst  gəncliyi  nəzərdə  tutmuram.  Mənim 

nəzərdə  tutduğum  həm  xurafatdan,  həm  də  modern 

əxlaqsızlıqdan 

qaçan 


çoxluqdur. 

Onlar 


insani 

ehtiyacları ödəyəcək bir məktəb axtarışındadırlar.  

Ey  İslam  ümməti!  Əgər  siz  əminsiniz  ki, 

bəşəriyyətin  fitri  istəklərini  xurafatdan  təmizlənmiş 

həqiqi  İslamdan  başqa  heç  bir  inanc  doyura  bilməz, 

onda bir iş görün! 

Bu  gənclik  üçün  əsrin  tələbinə  uyğun  səviyyədə 

olan  bir  məktəb  hazırlanmalıdır.  İnanın,  inanın! 

İnanın  ki,  dinin  bu  günkü  səviyyəsi,  köhnə  adət-

ənənələrlə  qatışdırılmış  İslam  gəncliyini  cəzb  etmək 

iqtidarında deyil. Həqiqət axtaran bu nəslə İslamın və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

76 



şiəliyin,  Quran  və  Əhli-beytin  (ə),  Məhəmməd  (s)  və 

Əlinin  (ə),  Fatimə  (ə)  və  Zeynəbin  (ə),  cihad  və 

Kərbəlanın  həqiqi  simasını  göstərin.  Dünyaya 

mədəniyyət  bəxş  etmiş  İslamı  əgər  biz  bu  səviyyəyə 

endirmişiksə,  biz  də  öz  səviyyəsinə  qaldırmalıyıq. 

Əgər bütün məsullar bu gün ayağa qalxmazsa, sabah 

gec  ola  bilər.  Nə  qədər  ki,  gənc  nəsil  həqiqətə  olan 

ümidini  itirməyib,  onların  sorağına  getməyimiz 

zəruridir! 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

77 



 

 

 



 

 

Mündəricat 



 

 

EY ATA, EY ANA, BİZ MÜTTƏHİMİK! .................................. 4 



BİZ MÜTTƏHİMİK ..................................................................... 7 

İKİ BÖYÜK VƏ MƏŞHUR SƏHV ........................................... 16 

BƏTNƏ BAĞLI ƏQİDƏ VƏ YA ALIN YAZISI .................... 20 

«QADAĞALAR» DİNİ! ............................................................ 21 

HƏCC .......................................................................................... 24 

BURA QƏDƏR DEYİLƏNLƏR VƏ BUNDAN SONRA< . 37 

 

 

 



 

 

 



 

 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə