Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   2   3   4   5   6   7   8   9   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

20 



Hansı ki, İslam dinində bu işlərin günah elan edildiyi 

sənə məlumdur! 

Bir  sözlə,  sənin  mənə  göstərdiyin  din  yolu  məni 

dünyada 


düçar 

olduğum 


bədbəxtçiliklərdən 

qurtarmaq  iqtidarında  deyil.  Mən  azad  və  başıuca 

olmaq  istəyirəm.  İnsanları  hiyləgərliklə  azadlığa 

çağıran küfr ilə, sənin həyatı donduran dinin arasında 

fərq görmürəm.  

BƏTNƏ BAĞLI ƏQİDƏ VƏ YA ALIN YAZISI  

Ey  ata,  ey  ana!  Sənin  inandığın  qəzavü-qədər 

prinsipinə  görə,  dünyada  baş  verən  bütün  işlər, 

cinayətlər,  müharibələr  əvvəlcədən  yazılıb  və 

qarşısıalınmazdır.  Demək,  nə  cinayətkar  cinayətdən 

çəkinə  bilər,  nə  də  günahkar  günahdan.  Demək, 

bizdən  asılı  bir  iş  yoxdur.  Bu  məntiqlə  heç  bir 

cinayətkarı  ittiham  etmək  olmaz!  Demək,  biz  ya 

caniliyə,  ya  da  qurbanlığa  məcburuq  (əslində,  bu 

əqidə  şiələrə  yox,  cəbri  məzhəblərə  məxsusdur). 

Demək, oturub alnımıza yazılanları gözləməliyik.  

Ey  ata,  ey  ana!  Mən  bu  yolla  gedə  bilmərəm. 

Mənim  qarşımda  iki  yol  var:  əvvəla,  məni  öz 

gələcəyimə  məsul  edən  bir  məktəb  tapmalıyam;  əgər 

tapa 

bilməsəm, 



etiqadsızlığa 

və 


nihilizmə 

məhkumam. Mən inanmıram ki, Allah sizin dediyiniz 

kimidir. Necə ola bilər ki, bağışlayan və mehriban bir 

varlıq  istədiyini  edə?!  Əgər  belə  olsaydı,  əxlaqdan 

danışmağa  dəyməzdi.  Sən  dərinliyinə  varmadan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

21 



«Xoşbəxt kəs anasının bətnində xoşbəxtdir və bədbəxt 

kəs  anasının  bətnində  bədbəxtdir»  hədisini  əsas 

götürürsən.  İnsaf  etsənə!  Bu  ki,  bətnə  bağlı  bir 

baxışdır. Bu baxış bütün məsuliyyətlərdən insanı azad 

edir, tale mütləq şəkildə həll olunur. Əgər dediklərin 

həqiqətdirsə,  nə  üçün  Əliyə  sitayiş  edir,  Hüseynin 

şəhadətinə  ağlayır,  Şimrə  qəzəblənirsən?!  Əgər  hər 

şey  bətndə  həll  olursa,  Şimrdə  nə  günah?!  Sənin  bu 

günkü təhrif olunmuş əqidən yalnız Yezidə sərf edir! 

Sən,  mənə  ehtiyaclarıma  cavab  verəcək  bir  din 

təqdim  edə  bilmədin.  Sən,  Allahın  bəşəri  bir  dinini 

təkcə  alın  yazısında  məhdudlaşdırdın.  Mən  isə 

özümün 

və 


cəmiyyətimin 

gələcəyini 

qurmaq 

arzusunda  idim.  Bu  arzu  məni  ekzistensializmə 



apardı.  Sartrın  sözləri  daha  xoş  gəldi.  O,  deyir: 

«Anasından  iflic  doğulmuş  körpə  dünya  çempionu 

ola  bilməzsə,  özü  günahkardır».  Gör,  dinsiz  və 

materialist  bir  alim  insan  iradəsini  haraya  qaldırır! 

Amma mənim məzhəbçi və mənəviyyatçı ata-anamın 

bu günkü əqidəsi həyatı donuqluğa çəkir. Amma mən 

əminəm  ki,  sizin  indiki  «İslamınız»  bir  zaman 

dünyanı fəth etmiş İslam deyil.  



«QADAĞALAR» DİNİ! 

Ey  ata,  ey  ana!  Sən  mənə  qadağalar  dini  verdin. 

Mənə 

göstərdiyin 



yol, 

verdiyin 

məsləhətlər, 

öyrətdiyin  əxlaqi  dəyərlərin  məğzi  bu  oldu:  getmə, 

baxma,  demə,  anlama,  hiss  etmə,  yazma,  oxuma! 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

22 



Bunların  ki,  hamısı  «yox»  oldu.  Amma  mən  işıqlı  bir 

yol  göstərən  din  istəyirəm.  Yazıçılardan  biri  deyir: 

«Vay  o  dinin  halına  ki,  onda  «yox»  «hə»dən  çox 

olsun».  Mən  isə  səndən  bir  dənə  də  olsun  «hə» 

eşitmədim! 

Ey  ata,  ey  ana!  Sən  müqəddəs  hesab  etdiyin 

Qurandan  bu  gün  nə  anlaya  bilərsən?  Sən  o  kitaba 

etiqadlı  olduğun  halda,  mənim  qədər  xəbərsizsən. 

Amma  daim  onu  gözünə,  sinənə,  körpənin  beşiyinə, 

xəstənin  balışına  sürtürsən.  Evdən  çıxanda  bir  neçə 

ayə oxuyub, qıfıla üfürürsən. Məgər Allah öz kitabını 

bunun  üçünmü  göndərib?  Amma  elə  bir  qıfıl  almaq 

olar  ki,  üfürülməmiş  də  onu  kimsə  aça  bilməz!  Əgər 

Quran  bir  neçə  ayəni  boyundan  asmaqla  sağlamlığı 

qorumaq  üçündürsə,  belə  çıxır  ki,  xəstəliyə  qarşı 

peyvənd  (vaksin)  vurduranların  sənin  «Quran»ına 

ehtiyacları yoxdur! 

Sən  düşünüb  ağıl  yolu  ilə  doğru  yolu  seçmək 

əvəzinə,  yeri  gəldi-gəlmədi  istixarə  edirsən.  Amma 

mən  sənin  verdiyin  tərbiyə  sayəsində  dindar 

olmadığım 

halda, 


Qurana 

bu 


qədər 

ucuz 


yanaşılmasına  tərəfdar  deyiləm.  Mən  elm  və  biliyin 

köməyi  ilə  əqlimi  işə  salıram  və  qarşıma  çıxan 

suallara məntiqi cavab axtarıram. Mən Quranı istixarə 

üçün yox, həqiqəti tapmaq üçün oxuya bilərəm. Əgər 

sən gözlərini yumub Quranı açırsansa, mən gözlərimi 

açıb Quranı oxumaq istəyirəm! Atacan, əgər bir kimsə 

mənim dərsliklərimlə bu sayaq qeyri-ciddi rəftar etsə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

23 



mənim qanım qaralar. Sənin bu kitablara münasibətin 

məndə  belə  bir  təsəvvür  yaratdı  ki,  bu  kitab  oxumaq 

üçün deyil və mən başqa kitablara üz tutdum.  

Ey  ata,  ey  ana!  Mən  sizin  namazınızda  heç  bir 

əxlaqi  təsir  görmürəm.  Nə  dediyiniz  sözlərin 

mənasını  anlayırsınız,  nə  də  ibadətin  fəlsəfəsindən 

xəbəriniz  var!  Sizin  namazınız  idman  hərəkətlərini 

xatırladır.  Əgər  namaz  təkcə  idman  xarakterində 

olacaqsa,  daha  əhatəli  fiziki  hərəkətlər  kompleksi 

tapmaq  olar!  Mən  isə  hər  sübh  təsirli  musiqi  sədaları 

altında düşüncəmdə əsər qoyan şerlər oxuyuram.  

Gəlin 


həqiqəti 

birlikdə 

araşdıraq. 

Hamıya 


məlumdur ki, namaz qılan şəxs Allahla danışır. Necə 

ola  bilər  ki,  Allahla  danışan  insan  dediyi  sözlərin 

mənasını  və  nə  istədiyini  başa  düşməsin?!  Sizin 

diqqətiniz  yalnız  hərflərin  düzgün  tələffüzünə 

yönəlib! Görəsən, bu dünyada sizdən başqa bu qədər 

yalvardığı  halda  nə  istədiyini  bilməyənlər  varmı?! 

Qarşınızda  dayanıb  sizə  yalvaran  və  nə  istədiyini 

bilməyən  adama  necə  baxarsınız?  Siz  ona  nə 

verərsiniz?  Həmin  adamın  yalvarmağa  adət  etdiyinə 

və  yalnız  qorxudan  yalvardığına  əmin  olsanız,  onun 

sözlərini qulaqardına vurmazsınızmı?! 

Əgər  Allah  bir  insanı  onun  diqqətsizliyinə  görə 

xoşlamasa,  elə  namazın  ilk  rəkətində  dərgahından 

çıxarar,  elə  bir  yerə  atar  ki,  dünya  cəhənnəmində 

axirət  behişti  arzulasın!  Belə  kişi  cəhalətdə  «Əbu 

Ləhəb»,  arvadı  isə  «Həmmalətəl-hətəb»  olar.  Əgər 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə