Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

28 



olmaq  üçün  hökmən  Səfa  dağının  dördüncü  pilləsində 

dayanıb  dua  oxumaq  lazımdır?!  Xəbərin  varmı  ki,  Səfa 

və Mərvə arası yol artıq qumluq səhra yox, müasir dəbli, 

kondisionerlə  soyudulan  bir  dəhlizdir?  Bilirsənmi  ki, 

İbrahim  dövründəki  dördüncü  pilləni  tapmaq  bu  gün 

müşkülə  çevrilib?  Sən  insanlara  vəd  edirsən  ki,  dua 

oxumaqla düşməni susdurmaq, varlanmaq, şəfa tapmaq 

olar. Camaat da elə zənn edir ki, sənin dediklərin dinin 

buyuruqlarıdır.  Ona  görə  də  duaları  qəbul  olmayanda 

səndən 


yox, 

dindən, 


Kəbədən, 

Qurandan 

üz 

döndərirlər! 



Ey  ata,  ey  ana!  Siz  gah  «Peyğəmbər  (s)  buyurub  ki, 

fəqirlik fəxrdir» deyərək fəqirliyə üz tutursunuz, gah da 

dua  və  ziyarətnamə  oxuyub  Allahdan  və  imamlardan 

var-dövlət  istəyirsiniz.  Sizin  gözünüzün  qabağında 

məmləkətinizin  var-dövləti  qərbə  daşınır.  Siz  isə  öz 

sərvətinizi  qorumaq  əvəzinə  deyirsiniz:  «Dünya  neməti 

axirətdən  binəsib  kafirlərindir.  Bir  vaxt  bizə  həsrətlə 

baxar və yediklərini qaytararlar. Qoy aparsınlar!» 

Amma  dindar  olmadığım  halda,  milli  sərvətimizin 

düşmən  tərəfindən  dağıdılmasının  əleyhinəyəm.  Çünki 

xalqımın  varlanma  yolunu  bu  sərvətin  qorunmasında 

görürəm.  İqtisadiyyatı  inkişaf  etdirmək  üçün  elmi-

texniki  tərəqqiyə,  düzgün  iqtisadi  siyasətə  ehtiyac  var. 

Vaxtını  dua  oxumaqla  keçirən  siz  cahil  müsəlmanların 

hesabına  kafirlər  inkişaf  edərək,  planetin  nemətlərinə 

sahib durub! 

Ey  ata,  ey  ana!  Sən  hər  zaman  Kərbəla  vaqiəsini 

xatırlayaraq ağlayırsan. Mən səndən bu hadisə haqqında 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

29 



soruşduqda  suallarım  cavabsız  qalır  və  məlum  olur  ki, 

sən həmin hadisənin mahiyyətindən xəbərsizsən.  

Mən  Hüseynin  (ə)  qətlə  yetirilməsinin  səbəbini 

soruşuram.  Sən  cavab  verirsən  ki,  Hüseyn  (ə)  özünü 

ümmətə  fəda  etdi.  Axı  bu  sözlər  xaçpərəstlərin  İsa  (ə) 

haqqında dediyi sözlərdir. Onlar bu əqidədədirlər ki, İsa 

özünü  qurban  verməklə  Adəm  övladının  günahları 

səbəbindən  bağlanmış  Behişt  qapısını  açdı.  Sənin 

sözlərin bu deyilənlərə çox oxşayır! 

Belə  çıxır  ki,  həyatını,  ailəsini  zülm  qılıncının  altına 

verib,  şəhadətə  yetən  Hüseyn  (ə)  sənin  və  mənim 

dünyamı  xoşbəxt  etmək  niyyətində  olmayıb?!  Məgər 

Hüseynin (ə) məqsədi insanları məcbur beyətə və zülmə 

qarşı  qiyama  qaldırmaq  deyildi?  Yoxsa  Hüseynin  (ə) 

azadlıq  və  ictimai  ədalətin  bərpası  kimi  niyyətləri 

olmayıb?  Sizin  dediklərinizdən  belə  çıxır  ki,  Kərbəla 

vaqiəsinin  məqsədi  bizə  ağlamaqla  bağışlanma  yolu 

açmaqdır  və  bu  hadisənin  dünya  işlərinə  heç  bir  dəxli 

yoxdur.  

Sizin  bu  baxışınız  dünya  işlərində  dini  təsirsiz 

tanıtdırır. Mən isə öz idealları ilə dünyanı bu günkü ağır 

problemlərdən 

xilas 

edə 


biləcək 

qəhrəman 

sorağındayam.  

Sizin  mənə  verdiyiniz  Kərbəla  faciəsindən  danışan 

qalın  kitabı  oxudum.  Mən  dünyada  baş  vermiş  əksər 

inqilablar,  eləcə  də  böyük  Fransa  inqilabı  haqqında 

oxumuşam.  Amma  siz  verdiyiniz  kitabın  Kərbəla 

vaqiəsinin  nəticələri  haqqında  izahatları  məni  qane 

etmədi.  Guya,  bu  hadisənin  mənəvi  nəticəsi  odur  ki, 

Hüseynə  əzadarlıq  edənlərin  sayı  milyonlara  çatır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

30 



Hadisənin  ikinci,  iqtisadi  nəticəsi  isə  bütün  qərb 

iqtisadçılarını  heyrətə gətirə  bilər.  Sizin  kitabın  müəllifi 

yazır: «Dünyanın müxtəlif yerlərindən Kərbəlaya axışan 

zəvvarlar  özləri  ilə  bir  qədər  yerli  istehsal  məhsulu 

götürüb,  orada  satır  və  bir  miqdar  sovqat  alıb 

vətənlərinə  gətirirlər.  Bu  gedişlə  Kərbəla  ilə  ölkəmiz 

arasında  ticari  mübadilə  yaranır  və  bu  mübadilə 

ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərir». 

İlahi, necə də dar baxış! Əslində, bu iqtisadi dövriyyə 

pulsuz iranlıların özü ilə pul əvəzi götürdüyü az sayda 

xalçalardan  və  bu  xalçaların  puluna  Kərbəla  və 

Nəcəfdən  alınan  möhür  və  təsbehdən  ibarətdir.  Uyğun 

mübadilənin  miqdarı  kiçik  bir  yapon  şirkətinin 

göstəricilərindən  çox-çox  aşağıdır.  Müəllifin  hansı 

iqtisadi nailiyyətdən danışdığı müəmma olaraq qalır.  

Müəllifin  araşdırmalarından  belə  çıxır  ki,  ölkəmizin 

möhür  və  təsbeh  sarıdan  qərbi  geridə  qoyması  Kərbəla 

hadisəsinin uğurlu nəticəsidir. Dəhşət! 

Bəşər  tarixinin  ən  əhəmiyyətli  hadisəsi  haqqında 

oxuduğum  son  kitabın  səviyyəsi  məlum  oldu.  Bu 

əsərləri  oxumaqla  Hüseyn  haqqında  ciddi  düşünmək 

olarmı?!  Mən  din  alimi  deyiləm  ki,  dini  həqiqətləri 

araşdırıb  üzə  çıxara  biləm.  Mühəndisin,  həkimin, 

iqtisadiyyatçının,  müəllimin  öz  işi  var  və  onlar  dini  bu 

sayaq  səviyyəsiz  kitablardan  öyrənirlər.  Bu  kitabları 

yazanlar  rəsmi  din  təbliğatçılarıdırlar.  Onların  yazdığı 

kitablar  qətiyyən  tənqid  olunmur.  Bəs,  bədbəxt  ziyalı 

həqiqi  İslamı  hansı  mənbələrdən  öyrənsin?!  Əgər  sizin 

etimad  etdiyiniz  bir  kitabdakı  əsassız  iddialara  cavab 

verən tapılmırsa, kimə üz tutaq?! 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə