Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   2   3   4   5   6   7   8   9   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

14 



cəmiyyətinizi, 

ailənizi 

və 

özünüzü 


dinsizlik 

təbliğatından qorumalısınız». 

Mən  sizin  imanınıza  və  düşüncənizə  düşmüş 

oddan  xəbər  verməyə  gəlmişəm.  Sizə  bildirmək 

istəyirəm ki, lərzəyə gəlmiş dininizi qorumaq nə üçün 

çətin olub; nə üçün hər bir nəsil tənhalaşır və zəifləşir; 

nə üçün əsrin təcavüzkar düşüncəsi sizi geri oturdur, 

özünüzü  aciz  hiss  edirsiniz,  duadan  başqa  bir  yol 

görmürsünüz! 

Biz  müttəhimik!  Əgər  mən  gündə  otuz  tənqid 

eşidirəmsə,  bu  otuz  tənqiddən  beşi  möminlər 

tərəfindəndir.  Möminlər  məni  olduqca  əhəmiyyətsiz 

şeylərə  görə  tənqid  edirlər.  Qalan  iyirmi  beş  tənqid  isə 

bu mövzudadır: «Sən dinə və məzhəbə istinadınla elmə 

və ziyalılara xəyanət edirsən». Mən bu tənqidə daha çox 

əhəmiyyət verirəm. Çünki cəmiyyətin formalaşmasında 

mənsub  olduğum  bu  təbəqənin  rolu  böyükdür.  Bu 

təbəqəni  təşkil  edən  yazıçılar,  mütəfəkkirlər,  həkimlər 

və  mühəndislər  zamanın  insanlarıdır.  Mənim  dindar 

zümrəyə  məxsus  nüfuzlu  şəxslərlə  bağlılığım  yoxdur. 

Onların mənə müxalif olub-olmamalarının mənim üçün 

əhəmiyyəti yoxdur. Mən nə din yolu ilə çörək yeyirəm, 

nə  minbərim  var,  nə  də  mehrabım  varımdır.  Ruhani 

libasım,  dini  ünvanım,  məzhəbi  mövqeyim  də  yoxdur. 

Həm də var-dövlət həvəsində deyiləm.  

Mən  öz  təbəqəmin  nümayəndəsi  kimi  danışıram  və 

sizin  məclisdə  iştirakım,  həmkarlığım  hiss  etdiyim 

məsuliyyətlə  bağlıdır.  Gəlmişəm  xəbərdarlıq  edəm  ki, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

15 



bütün  dəyərlərin  əldən  getdiyi  vaxtda  nə  işlə 

məşğulsunuz?! 

Həzrət Əli (ə) buyurur: «Düşmən sizi aldadır, hiylə 

işlədir. Siz isə heç bir tədbir görmürsünüz. Sizi dəstə-

dəstə  oğurlayıb  aparırlar,  sizsə  heç  qəzəblənmirsiniz. 

Sizi  hər  an  izləyirlər,  siz  isə  hər  işdən  qəflətdəsiniz. 

And  olsun  Allaha,  bir-birinin  köməyinə  gəlməyib,  işi 

bir-birinin üstünə atan camaat məğlub olacaq»

3

.  


Bəli,  mənə  ünvanlanan  otuz  tənqiddən  iyirmi 

beşində  deyilir:  «Sən  bu  günün  ziyalısı,  bu  nəslin 

yazıçısı kimi nə üçün bütün vaxtını və düşüncəni din 

və  məzhəbin  müdafiəsinə  sərf  edirsən?  Sənin 

fəaliyyətin bu əsrə və bu nəslə xəyanətdir». 

Bir vaxt tələbəm olmuş bu günkü yazıçılardan biri 

öz  dostuna  yazır:  «Heyf  şəriətidən  ki,  məzhəbi 

düşüncədədir,  yoxsa  ziyalıların  bütü  olardı!»  Bu 

mənim  öz  təbəqəmin  ittihamıdır.  Bu  ittiham  məni 

düşündürsə də, bir o qədər narahat etmir.  

Mən sizə öz gənc nəslinizin ittihamlarını çatdırmaq 

istəyirəm.  Mən  həqiqətdən  savayı  heç  bir  şeyin 

təəssübünü çəkmirəm. Elə ona görə də həm ziyalılar, 

həm  də  dindarlar  mənə  qəzəblənir.  Hamının 

qəzəbləndiyini gördükdə belə qənaətə gəlirəm ki, düz 

danışıram.  Çünki  hər  kəs  Əlinin  (ə)  yolunu  getmək 

istəsə tənha qalacaq. Bu şəxslə həm dinin düşmənləri, 

həm  də  dini  qoruyanlar  vuruşacaq.  Bu  tarixin  şahid 

durduğu bir həqiqətdir! 

                                                 

3

 «Nəhcül-bəlağə». 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

16 



Ötən  il  Məkkədə  -  beynəlxalq  dini  bir  konfransda 

ifratçı şiə adı ilə çıxışımı rədd etdilər. Şükr edirəm ki, 

İranda  məni  sünnilikdə,  Ərəbistanda  isə  şiəlikdə 

ittiham edirlər. Allahın mənə nəsib etdiyi bu yola şükr 

edirəm.  Nə  qədər  nöqsanım  olsa  da,  «həm  axurdan, 

həm xurcundan yeyənlərdən» deyiləm. Tutduğum yol 

məni 

həm 


ziyalıların, 

həm 


də 

dindarların 

hörmətindən  məhrum  edir.  O  həqiqətə  görə  ki,  hər 

şeyi itirirəm, umacağım da həmin həqiqətdəndir! 

Biz  müttəhimik!  Dindən  uzaqlaşmış  və  ya  sürətlə 

uzaqlaşmaqda olan gənc nəsil qarşısında günahkarıq. 

Bu  həqiqəti,  hətta  dünyadan  xəbərsiz  qalan  insan  öz 

evinin içində, televizorun kənarında hiss edə bilər. Bu 

məclisdəkilərin  əksəriyyəti  mənimlə  həmdərddir. 

Hamı hiss edir ki, bizimlə gənc nəsil arasında uçurum 

yaranmışdır.  Qərb  dəyərlərinə  meyilli  övlad  öz 

dindar ata-anasına həqarətlə baxır.  



İKİ BÖYÜK VƏ MƏŞHUR SƏHV 

Xanımlar  və  ağalar!  Siz  öz  gənclərinizi  azğınlıq  və 

əxlaqsızlıqda  ittiham  edirsiniz.  Ata-anaların  əsas 

səhvlərindən  biri  budur.  Əksəriyyət  bu  fikirdədir  ki, 

kişilər  qadınlardan,  qocalar  isə  gənclərdən  daha 

düşüncəlidir. Bəzi kişilər məhz kişi olduqları üçün elə 

güman edirlər ki, dini məclisdə iştirak etmək, hətta bu 

məclislərdə  göstəriş  vermək  hüququ  yalnız  onlara 

məxsusdur.  Bu  adamlar  qadınları  elmi  və  dini 

tədbirlərdə  iştirak  etməyə  layiq  bilmirlər.  Hansı  ki, 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə