Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   2   3   4   5   6   7   8   9   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

17 



həkim  və  ya  müəllimə  bir  xanım  təhsilsiz  kişidən 

daha  düşüncəlidir.  Məclisimiz  dini  məclis  olduğu 

üçün  mən  dindar  kişiləri  nəzərdə  tuturam.  Bu 

insanlar  elə  başa  düşürlər  ki,  İslam  və  din  yalnız 

kişilərə  aid  bir  məsələdir  və  qadın  nə  qədər  savadlı 

olsa  da,  kişinin  razılığı  olmadan,  hər  hansı  bir 

məclisdə  iştirak  edib,  söz  deyə  bilməz.  Guya  onlar 

evdə  qalıb  gözləməlidirlər  ki,  ağa  onların  dini 

vəzifələri haqqında nə göstəriş verəcək! 

İkinci  səhv  odur  ki,  yaşlılar  özlərini  gənclərdən 

daha  düşüncəli  hesab  edirlər.  Ədəbiyyatdan  bir 

şablon, riyaziyyatdan təkcə bir çötkə, dindən bir neçə 

ziyarətnamə  bilən  yaşlı,  ali  təhsilli,  dərin  düşüncəli 

gənci özünə tabe etmək istəyir! 

Çox  vaxt  yüksək  məqam  sahibi  olan  alimlər  gənc 

nəslə 


ehtiyatla 

yanaşır, 

mülayim 

nəsihətlərlə 

keçinirlər.  Amma  orta  savadlı  bir  dindar  tündlük 

göstərib, güzəştə getmir.  

Zənnimcə,  iki  müxtəlif  məfhum  dolaşıq  salınır. 

Pullu  olmaq  şüurlu  olmaq  deyil!  Yaşlı  olmaq 

düşüncəli  olmaq  deyil!  Hansı  əsasla  var-dövlətli  bir 

yaşlı  adam  sadə  məktəbli  bir  qızcığazdan  daha 

düşüncəli hesab olunur?! Cəmiyyətdə tanınmış böyük 

tacirlər  öz  təhsilli  övladlarından  daha  ağıllı  qəbul 

edilir.  Demək  olar  ki,  bütün  yaşlı  nəsil  gənc  nəslə  bu 

gözlə  baxır.  İctimai  və  dini  tribunalardan  danışanlar 

isə,  ağaların  xoşuna  gəlmək  üçün  öz  sözləri  ilə  bu 

yanlış  hissləri  daha  da  gücləndirirlər:  «Ağa  hara, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

18 



tələbə  oğlu  hara?!»  Ağaya  deyilmir  ki,  «Siz  çox 

hörmətlisiniz,  gözümüz  üstə  yeriniz  var,  amma 

savadınız  yoxdur.  Sizin  cılız  övladınız  daha  yaxşı 

düşünür.  Düzdür  ona  yeriməyi,  danışmağı,  namazı, 

dinin əsaslarını, dəstəmaz və qüslü, bir sözlə, hər şeyi 

siz öyrətmisiniz. Amma indi onun elm və biliyi sizdən 

üstündür. Bu sayılmayan övlad istənilən bir məsələni 

analiz edir, sizin babalarınızın xəbərsiz olduğu tənqid 

isbata cəhd göstərir». 

Ey atalar, ey analar! Bu gün Jan Pol Sartr, Marks və 

Engels,  Dekart,  Hegel  və  digər  mütəffəkirlərin 

əsərlərini oxuyan, müxtəlif elmi konfranslarda iştirak 

edən  gənc  nəsli  hansı  kitablarla  maraqlandırmaq 

istəyirsiniz?!  İslam  dinini  məntiqi  şəkildə,  əsrin 

dilində  anladacaq  kitablarınız  varmı?  Bilməlisiniz  ki, 

sizin  ehkamçı  nəsihətləriniz  onları  qane  etmir.  Sizin 

yanlış təbliğatınız nəticəsində bu gənclər İslam dininə 

həqarətlə  baxmaqdadırlar.  Necə  olur  ki,  parlaq 

düşüncələri  təzimə  gətirən  bir  din  gənc  nəsli  qane 

etmir?!  Onların  məzhəbə  yönəlmiş  ittihamlarının 

günahkarı  bizik!  Görün,  bu  nəsil  bizi  necə  ittiham 

edir:  Ey  mənim  atam,  ey  mənim  anam!  Sizin  din  və 

məzhəb,  bu  ada  söykənmiş  əqidə  və  əməlləriniz 

büsbütün  faydasızdır!  Sizin  dininiz  insanı  dünyadan 

çəkindirir,  bütün  diqqəti  ölüm  və  ölümdən  sonrakı 

həyata yönəldir. Mən müasir və təhsilli bir gəncəm və 

ölümdən  qabaqkı  həyat  mənim  üçün  maraqlıdır. 

Sənin  dinin  isə  bu  həyata  aid  bir  söz  deyil.  Sən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

19 



deyirsən  ki,  bu  din  qəbir  sorğusuna  cavab  vermək 

üçündür.  Bəs  bu  dinin  qarışıq  dünyanı  islah  etmək 

üçün  nəyi  var?  Bütün  dünya  od  içində  yanır,  sən  isə 

yalnız Qiyamət odunun fikrini çəkirsən. Mənim üçün 

isə 

bu 


gün 

bəşəriyyəti 

yandıran 

od 


daha 

əzabvericidir.  Mən  bu  odu  söndürəcək  bir  şey 

axtarıram.  

Ey  ata,  ey  ana!  Mən  sizin  xəlvəti  dualarınızı 

eşitdim.  Siz  Allahı  bütün  müqəddəsliklərə  and 

verərək  ondan  qurtuluş,  sağlamlıq,  xoşbəxtlik, 

borcların  ödənməsini,  xəstənizə  şəfa,  ruhların 

bağışlanması, 

Behiştdə 

övliyalarla 

yaxınlıq 

istəyirdiniz. Bu necə dindir ki, ona etiqad edən dindar 

bəşəri  problemləri  qoyub,  yalnız  özü  haqqında 

düşünür?  Mən  bir  şəxsə  yox,  bütün  bəşəriyyətə  nicat 

verəcək bir din sorağındayam.  

Ey  ata,  ey  ana!  Aramızda  böyük  fərqlər  var.  Sənin 

düşüncəndəki  Allah  səni  bütün  məsuliyyətlərdən 

azad  edir.  Sən  öz  Allahına  yalvarmaqla  bütün 

cinayətlərin  üstünü  örtə  bilirsən.  Sənin  dinindəki 

gedişatlar  bizim  cəmiyyəti  xatırladır.  Məsələn,  bizdə 

məhkəməyə  işi  düşən  adam  hakimə  yol  axtarır.  Sən 

öz dinində də bu üsulla hərəkət edirsən. Öz Allahına 

inamın  səni  cinayətdən  çəkindirmir.  Əksinə,  sən 

bağışlanmaq  üçün  vasitə  tapacağına  əmin  olub 

istənilən 

qanunu 


pozur, 

heç 


bir 

cinayətdən 

çəkinmirsən! Dinin səni günahlardan çəkindirə bilmir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə