Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

47 



Quran Allah adı  ilə başlayıb, xalq kəlməsi  ilə bitir. 

Bu  kitabın  70-dən  çox  surəsinin  adı  insanla,  30 

surəsinin  adı  digər  maddi  varlıqlarla,  yalnız  iki 

surənin  adı  ibadətlə  bağlıdır.  Quran  cahillərin  və 

düşmənlərin  təqdim  etdiyi  kimi,  yalnız  ölülərə  aid 

kitab  deyil.  Quran  əsl  həyat,  cihad  və  tərəqqi 

kitabıdır! 

Bu gün Quran (bir qism agah şəxs istisna olmaqla) 

təhsilsiz insanların əlindədir. Bu insan yazıb oxumağı 

bacarmadığı halda, Quran dili ilə qələmə and içir.  

Ey  ziyalı  bacı  və  qardaş!  Bilirsənmi,  Quranın 

bəşəriyyətə ünvanlanmış ilk göstərişi nə oldu? «Ələq» 

surəsinin  ilk  ayəsinə  bax:  «Oxu!».  Bəli,  «qələm»  ilə 

yazı-pozu bilməyən bədəvi bir cəmiyyətin tərbiyəsi! 

Düşmənin  hiyləsi  və  dostun  cahilliyi  insanları 

səadət  yolunu  göstərmək  üçün  göndərilmiş  Quranı 

müqəddəs  təbərrükə  çevirərək,  gündəlik  həyatdan 

uzaqlaşdırdı  və  ölülərin  ruhuna  hədiyyə  etdi.  İndi 

Quran 

ayələri 


bəşəri 

problemlərin 

müzakirə 

olunduğu 

beynəlxalq 

məclislərdən 

yox, 

qəbristanlıqlardan  eşidilir.  Ey  mənim  ziyalı  bacım, 



qardaşım, 

bilirsənmi 

Quranı 

cəmiyyətdən 



uzaqlaşdırıb  and  kitabına  çevirmək  üçün  nə  qədər 

zəhmət çəkilib, nə qədər pul xərclənib?! 

Hətta  dedilər  ki,  «Quran»  sözünün  götürüldüyü 

«qərəə»  kökü  düzgün  seçilməyib.  Guya,  əsl  kök 

«qərn»  kəlməsidir.  Yəni  «Quran»  «oxumaq»  yox, 

«yanında  saxlamaq»  deməkdir.  Bəzi  həqiqətləri  ifrat 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

48 



qabardaraq,  Quranı  əlçatmaz  göstərdilər.  Dedilər  ki, 

«bismillah»  kəlməsinin  yalnız  birinci  hərfini  təfsir 

etmək  üçün  insan  ömrü  çatmaz.  Doğrudan  da, 

«bismillah» kəlməsində çox dərin mənalar var. Amma 

bu  sözü  şüara  çevirənlərin  məqsədi,  yalnız  və  yalnız 

Quranı qapalı saxlamaqdır.  

Həzrət Peyğəmbər buyurur (s): «Hər kəs Quranı öz 

nəzəri, rəyi əsasında təfsir etsə, oda qovuşar». Bu çox 

elmi  və  məntiqi  bir  buyuruqdur.  Əsl  təhqiqatçı 

həqiqət  axtarışında  şəxsi  ehtimallarından,  tələsik 

mühakimələrindən 

çəkinməli, 

təsir 

altına 


düşməməlidir.  Peyğəmbərin  (s)  bu  buyuruğu  bu 

günkü  dünyada  analitiklərə  ünvanlanmış  ən  aktual 

mesajdır.  

Bəs,  düşmən  bu  fikri  necə  mənalandırdı?  Həzrətin 

(s)  bu  kəlamını  əsas  götürüb,  Quranı  dərk  etmək 

istəyənləri  qorxutdular.  Özləri  isə  Quranı  sinfi 

mənafelərinə  uyğun  elə  təfsir  etdilər  ki,  guya 

Quranda  rəhmət  və  lənətdən  başqa  bir  şey  yoxdur. 

Hətta İslamın kökünü kəsmək istəyən düşmənlər «bu 

həqiqi Quran deyil, həqiqi Quran əsrin imamındadır» 

dedilər.  

Bir  sözlə,  insanlar  yalnız  Quranın  cildini  tanıdılar 

və bu cildi öpüb göz üstünə qoymaqla kifayətləndilər.  

Bütün  bunlara  baxmayaraq,  ümid  var  ki,  həqiqəti 

hər  şeydən  üstün  tutan  ziyalılar  bu  ilahi  kitabı  açıb 

oxuyalar  və  Qurana  münasibətdə  bu  günkü  cahil 

münasibət  buzu  sındırıla.  Əgər  belə  bir  intibah  baş 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

49 



versə  ziyalı  şahid  olacaq  ki,  hətta  böyük  İslam 

alimlərindən  bir  qisminin  beyni  oğurlanıb.  Şükürlər 

olsun  ki,  şiə  məzhəbində  hər  zaman  dinini  canından 

üstün tutan mücahid alimlər olub. Məhz bu alimlərin 

kitablarında  həqiqəti  axtaranlar  üçün  maraqlı 

məlumatlar var.  

Ey  ziyalı  dost!  İslama  qarşı  baş  vermiş  təxribatlar 

göstərir  ki,  düşmən  Qurandan  qorxur.  Sən  Quranın 

əzəmətini  düşməndən  öyrən.  Məgər,  səni  qucağına 

çağıran  hiyləgərin  qorxusu  sənə  Quran  haqqında  bir 

söz demir?! 

Onların  çirkin  fəaliyyətləri  nəticəsində  düzgün 

düşüncə  və  əməl  yolunu  göstərən  bir  kitab  təbərrük, 

istixarə,  and  vasitəsinə  çevrildi.  İslam  dininə  iman 

gətirənlər Qurana təzim etməklə, onu taxçanın başına 

qoymaqla,  ona  dəstəmazsız  əl  vurmamaqla,  səfərə 

çıxanın  başına  tutmaqla  öz  vəzifələrini  bitmiş  hesab 

etdilər. Ey cəmiyyətinin, mühitinin və mədəniyyətinin 

süqutundan  əzab  çəkən  qardaşım,  hansı  Qurandan 

danışırsan?!  Sən  savadsız  dindarı  qınayırsan.  Amma 

onun  haqqı  var  ki,  oxumadığı  Qurana  iman  gətirsin. 

Sənin isə haqqın yoxdur ki, oxumadığın, mətləblərini 

araşdırmadığın  bir  kitabı  rədd  edəsən.  Sənin 

düşündüyünün  əksinə  olaraq  bu  insanları  zəifliyə 

düçar  edən  Quran  deyil.  Bu  insanlar  Quranla  həqiqi 

ünsiyyəti tərk etdikdən sonra tənəzzülə uğrayıblar.  

Ey  agah  ziyalı!  Əgər  Quranın  mətnini  anlayıb, 

onun mö’cüzələrini dərk etməyə qüvvən çatmırsa, heç 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

50 



olmasa,  İslamdan  faydalanmış  inqilab  rəhbərlərinin 

fikirləri ilə tanış ol.  

Bilirsənmi  istismar  körüyündə  qovrulan  Şimali 

Afrikada  azadlıq  hərəkatı  necə  başlayıb?  Şüarı  «Bütün 

müsəlmanların  Qurana  qayıdışı»  olan  Seyyid  Camal 

məktəbinin  davamçısı  Məhəmməd  (əbdüh)  Şimali 

Afrikaya  qədəm  qoyduğu  gün!  O,  din  alimlərini 

toplayıb  onları  köhnə  fəlsəfədən  çəkinməyə  və  xalqı 

Quranın həqiqi siması ilə tanış etməyə çağırdı.  

Həmin vaxt Quran yenidən tədris olunmağa başladı. 

Hətta  kənd  məktəblərində  əsaslı  bir  proqram  şəklində 

Quran  təlimləri  həyata  keçirildi.  Qurandan  istifadə 

etməklə, Fransız əsarətinə şərait yaradan xurafatlara son 

qoyuldu.  Hansı  ki,  əvvəllər  istismar  boyunduruğu 

altında olan din nümayəndələri, yalnız fərdi ibadətlərlə 

məşğul olurdular. Onlar ibadətlə məşğul olduqları vaxt 

fransız  generalları  Arqo  və  Salan  Əlcəzairin,  Tunisin, 

Mərakeşin,  Mavritaniyanın  qanını  sorur,  bu  ölkələrdə 

koloniya qanunları tətbiq edirdilər. Meşədə ərəb ovu ilə 

əylənən  bir  general  Parisə—öz  arvadına  yazırdı:  «Biz 

hamımız yaxşıyıq - mən də, itim də, ərəbim də!» Bəli, bu 

müsibətlər  baş  verdiyi  vaxt  möminlər  zikr  və  duaya 

məşğul idilər.  

Amma  Quran  taxçadan  düşüb  həyata  qayıdan  kimi 

müsəlmanlara  anlatdı  ki,  dünyada  zəlil  ölən  axirətdə 

zəlil  qalxacaqdır.  İnsanlar  anladılar  ki,  İslamda  Allaha 

yaxınlaşmağın  yeganə  yolu  əql  və  düşüncə,  elm  və 

bilikdir. Anladılar ki, hər kəs zülmə təslim olsa, zalımla 

əlbirdir.  «Həyatın  əqidə  uğrunda  cihaddan  ibarət 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə