SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə6/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   116

 
 
14 
deməli  bu  ölkə  industrialdan  əvvəlki  mərhələdən  industrial  mərhələyə  keçid 
dövründədir.  
1964-1966-cı  illərdə  ABŞ-nın  aparıcı  proqnozlaşdırma  mərkəzlərindən 
birində Q.Kan və A.Vinerin rəhbərliyi ilə «2000-ci il» adlı kitab nəşr olundu. 
Kitabda  müəlliflər  Ümümi  Milli  Məhsulun  əhalinin  sayına  görə 
bölüşdürülməsi əsasında ölkələrin siyahısını tərtib etmişdilər. Bu əsasda Kann 
və Viner ölkələri 5 kateqoriyaya bölmüşdülər: industrializmə qədərki ölkələr, 
keçid  ölkələri,  industrial  ölkələr,  yüksək  industrial    ölkələr  və  postindustrial 
ölkələr.  Müəlliflər  ÜMM  hesablanması  əsasında  ölkələrin  bir  səviyyədən 
digər  səviyyəyə  keçməsini  müəyyənləşdirməyə  çalışmışdılar.  Belə  nəticəyə 
gəlmişdilər  ki,  postindustrial  inkişaf  səviyyəsinə  keçmək  üçün  yüksək 
industrial ölkərə 11 – 42 il, industriala qədərki mərhələdə olan Çinə – 101 il, 
Hindistana  117  il,  Nigeriyaya  –  339  il,  İndoneziyaya  –  593  il  lazımdır.  Bu 
konsepsiyada göstərilirdi ki, XXI əsrdə dünya ölkələri ABŞ-nın 60-cı illərdəki 
inkişaf  səviyyəsinə  çata  biləcək,  ABŞ  isə  postindustrial  cəmiyyət  olacaq. 
Lakin  müasir  dövrdə  göründüyü  kimi  bu  konsepsiya  təsdiqini  tapmadı.  Belə 
ki, müasir dövrdə ölkələrin inkişafı yalnız iqtisadi əsaslarla deyil, elmi-texniki 
tərəqqi ilə də müəyyənləşir. Bununla yanaşı ABŞ-da əhalinin təxminən 10%-i 
milyarderlər olsa da, 10%-i də səfil, dilənçilərdən ibarətdir. Postindustrializm 
nəzəriyyəsi  tənqidə  məruz  qaldığı  üçün  müəllifələr  postindustrial  cəmiyyətin 
sosial  struktur  göstəricilərini  nəzərdən  keçirdilər,  cəmiyyətin  istehsal-
peşəkarlıq  strukturunun  «üç  industriya»  konsepsiyası  ilə  (1  –  kənd  və  meşə 
təsərrüfatı,  balıqçılıq  sənayesi,  2  –  emal  sənayesi,  3  –  xidmət  və  mənəvi 
istehsal  sahəsi)  uyğunlaşdırılması  ön  plana  çəkildi.  Gələcəyin  belə  təsviri 
cəmiyyətin  təhsil  strukturunun  təkamülü  ilə  tamamlanmışdı.  İndustrial 
cəmiyyətdən  fərqli  olaraq,  postindustrial  cəmiyyətdə  əhalinin  böyük 
əksəriyyəti  diplomlu  mütəxəssislərdən  ibarət  olmalı  idi.  Bununla  yanaşı 
cəmiyyətin  sosial  demoqrafik  struktur  göstəricilərinə  də  xüsusi  diqqət 
yetirilirdi.  İndustrializmə  qədərki  cəmiyyətlərdə  doğum  səviyyəsi  yüksək 
olduğu  halda,  industrial  cəmiyyətlərdə  əhali  artımı  nəzərəçarpacaq  qədər 
azaldığından,  postindustrial  cəmiyyətlərdə  əhalinin  doğumu  və  ölümü 
səviyyəsi  bərabərləşir,  təbii  artım  0%-ə  qədər  azalır.  Postindustrializm 
nəzəriyyəsində  həmçinin  idustriala  qədərki,  industrial  və  postindustrial 
cəmiyyətlərdə  ailənin  ümumi  gəlir  səviyyəsi  əsas  göstərici  kimi  götürülərək, 
belə  müəyyənləşdirilirdi  ki,  industriala  qədərki  cəmiyyətlərdən  fərqli  olaraq, 
postindustrial cəmiyyətlərdə əsas xərc yeməyə və geyimə deyil, yaşayış yeri, 
nəqliyyat, mədəniyyətə sərf ediləcək və əhalinin gəliri çox olduğundan məişət 
xidmətlərinin də xərci görünməyən həddə çatacaq.            


 
 
15 
Nəzəriyyəçilər postindustrial cəmiyyətin əsas göstəricilərindən biri kimi iş 
ilinin  strukturunu  müəyyənləşdirməyə  çalışırdılar.  Onlar  belə  bir  nəticəyə 
gəlmişdilər  ki,  industriala  qədərki  cəmiyyətlərdə  6  günlük  iş  həftəsi  10-12 
saatlıq iş günü müəyyənləşdirilirdisə, postindustrial cəmiyyətlərdə 4 günlük iş 
həftəsi 6 saatlıq iş günü ilə tənzimlənəcəkdir. 
Postindustrial  cəmiyyətdə  əhalinin  1/10  hissəsi  kənd  təsərrüfatı  və 
sənayedə, qalan 9/10 hissəsi isə xidmət və  mənəvi istehsal sahəsində çalışan 
diplomlu mütəxəssislərdən ibarət olacaqdır.   
 
YOXLAMA SUALLAR 
1.»Elmi fantastikanın» aparıcı nümayəndələri kimlərdir? 
2.»Texnoloji proqnozlaşdırma» gələcəyi necə görürdü? 
3.Postindustrializm  nəzəriyyəsinin  tərəfdarları  cəmiyyətləri  hansı  istiqamətdə 
öyrənməyi təklif edirdilər?   
4. Gələcək haqqında elmi-publisistik fikirlərin əsas inkişaf istiqamətlərini sadalayın. 
 
REFERAT MÖVZULARI 
1.XIX – XX əsrin birinci yarısına aid sosial utopiyalar  
2.Anarxizm ictimai siyasi cərəyan kimi 
3.Liberal reformizm gələcək haqqında inkişaf konsepsiyası kimi  
4.Feodal və Utopik sosializm konsepsiyaları 
5.Gələcək haqqında iqtisadi inkişaf nəzəriyyələri   
6.Elmi fantastika gələcəyin proqnozlaşdırılmasına cəhd kimi 
ƏDƏBİYYAT: 
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
2. Виноградов В.Н. Гончарук С.И. Законы общества и научное предвидение. М., 
1999. 
3.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
4.Впереди  XXI  век:  перспективы,  прогнозы,  футурологи.  Антология 
современной  классической  прогностики  1952-1999.  Редактор-составитель  И.В. 
Бестужев-Лада. М.: Academia, 2000. 
5.Добров  Г.М.  Прогнозирование  науки  и  техники.  3-е  изд.  М.:  Изд-во  РАН, 
1998. 
6.Гусейнов З.Р., Ибрагимов Э.Р. Планирование инвестиционного процесса на 
основе новой имформационной технологии. Баку, «Элм», 1990. 
7.Лезгина М.Л. Детерминация прогнозирования. Л., 2000. 
8.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль, 
1982. 
9.Форрестер Дж. Мировая динамика. М., Наука, 1978. 
 


 
 
16 
1.3
 
PROQNOZLAŞDIRMA  İLƏ  BAĞLI  MÜASİR TƏDQİQATLAR.  
QLOBALİSTİKA  VƏ ALTERNATİVİSTİKA 
 
XX  əsrdə  yaranmış  bir  sıra  futuroloji  modellərdə  silahlanma  gələcək 
inkişafın mənfi göstəricisi kimi göstərilirdi. Hələ 50-ci illərdə silahlanmaya 60 
milyard dollar sərf edilirdisə, 80-cı illərdə bu məbləğ triliyon dollara çatmışdı 
və bu  məbləğ ildən-ilə artır. Bu bəşəriyyətin ümumi ictimai məhsulunun 1/5 
hissəsini  təşkil  edir  və  nəticədə  digər  sosial  ehtiyaclara  çox  az  pul  qalırdı. 
Proqnozlaşdırma  modellərində  gələcəyin  inkişafı  ilə  bağlı  digər  mənfi 
göstərici kimi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqin 
genişlənməsi  götürülürdü.  İlk  dövrlərdə  bu  fərq  bir  neçə  dəfə  kimi  qeyd 
edilirdisə, sonralar on dəfələrlə qiymətləndirilirdi. Dünya əhalisinin 1/3 hissəsi 
aclıq  çəkir,  yarıdan  çoxunun  tibbi  xidmətə  və  təmz  su  ehtiyatlarına  ehtiyacı 
var,  kütləvi  epidemiyalara  məruz  qalır.  Üçüncü  qrup  qlobal  problemlər 
bəşəriyyətin həyat ehtiyatları, ilk növbədə ərzaq problemilə bağlıdır. XX əsrin 
50-ci  illərində  inkişaf  etməkdə  olan  ölkələrdə  səhiyyə  xidmətlərinin  tətbiq 
edilməsi  Asiya,  Afrika  və  Latın  Amerikası  ölkələrində  ölüm  səviyyəsinin 
azalmasına  səbəb  oldu  və  bu  ölkələri  xarici  yardımdan  asılı  vəziyyətə  saldı. 
Hazırda  inkişaf  etməkdə  olan  ölkələrin  borcu  trilyonlara  çatır.  60-cı  illərdə 
başlanan  «yaşıl  inqilab»  nəticəsində  kənd  təsərrüfatında  məhsuldarlığın 
artmasına  səbəb  olan  toxumlar  geniş  istifadə  olunmağa  başlandı  və  bir  çox 
inkişaf  etməkdə  olan  ölkələrdə  gözlənilən  aclığın  qarşısı  alındı  və  əhalinin 
sayı  artdı.  Lakin  müasir  dövrdə  də  inkişaf  etməkdə  olan  ölkələrdə  aclıq 
təhlükəsi qalmaqdadır. Hətta yanacaq və xammal ehtiyatları ilə bağlı təhlükə 
də  aclıq  təhlükəsindən  daha  aşağı  səviyyədədir.  Müasir  dövrün  ən  kəskin 
problemlərindən biri də ekoloji problemdir. İnkişaf etməkdə olan ölkələrdə bu 
təhlükənin  qarşısı  bir  qədər  alınır,  lakin  inkişaf  etməkdə  olan  ölkələrdə 
havanın,  suyun,  təbiətin  çirklənməsi,  şüalanma,  yanacaq,  səs-küy,  məişət  və 
kimyəvi tullantıların ətraf mühiti çirkləndirməsi yüksələn xətlə gedir və buna 
qarşı  əməli  mübarizə  aparılmır.  Müasir  dövrün  əsas  problemlərindən  biri  də 
urbanizasiya  prosesinin  sürətlənməsidir.  Urbanizasiya  nəticəsində  on 
milyonlarla  əhalisi  olan  şəhərlər  formalaşır  və  kəndin  deqradasiyası  prosesi 
gedir, yer faunası məhv edilir. 
Bir sıra müəlliflər qlobal problemlər sırasında dünya okeanı və kosmosun 
məskunlaşmasını,  elmi  və  elmi-texniki  tərəqqinin  nəticələrini  görürlər.  Eyni 
zamanda  qlobal  miqyaslı  sosial-siyasi  dəyişikliklər  vəziyyətin  pisləşməsi 
səbəbləri kimi göstərilir.  
Qlobalistika  XX  əsrin  70-ci  illərindən  inkişaf  etməyə  başlayıb.  Bu  illər 
ərzində  dünyada  böyük  dəyişikliklər  baş  verib:  sosializm  sistemi  süqut  etdi, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə