SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə17/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   116

 
 
41 
digər  sahələrini  əhatə  edir.  Proqnozun  həqiqilik  səviyyəsi  elmi  faktların, 
əsaslandırılmış tendensiyaların tamlığından asılıdır. Sosial proqnozlaşdırmada 
kompleks  proqnozlar  istifadə  edilir.  Buraya  aparıcı  və  köməkçi  istiqamətli 
proqnozlar  daxil  olur.  Bu  metod  idarəetmədə  geniş  istifadə  edilir.  Lakin 
böhran və keçid dövrlərində bu metod düzgün nəticələr vermir. 
Normativ pronqoz – təzahürün mümkün vəziyyətinə nail olma yollarının 
və  müddətinin  müəyyənləşdirilməsilə  bağlıdır.  Bu  zaman  norma,  ideallar, 
hərəkətverici  səbəb  və  məqsədlər  əsasında  arzu  edilən  vəziyyətə  nail  olma 
nəzərdə  tutulur.  Belə  proqnoz  –  arzu  edilənə  hansı  yollarla  nail  olmaq 
mümkündür?  –  sualına  cavab  verir.  Normativ  proqnozlaşdırma  qoyulan 
məsələdən  müşahidə  edilən  meyllərə  yönəlir.  Normativ  proqnozlaşdırma 
normativ  planlaşdırma,  proqramlaşdırma,  yaxud  layihələşdirməyə  uyğundur 
və  normalara  nail  olmanın  mümkün,  alternativ  yollarının  ehtimali  təsviridir. 
Normativ proqnozlaşdırma qərarların obyektivlik və  səmərəlilik səviyyəsinin 
yüksəldilməsilə bağlı tövsiyyələr təklif edir.  
Məqsədli  pronoz  alt  tip  kimi  –  nə  arzu  ediləndir  və  nə  üçün?  –  sualına 
cavab verir. Bu zaman dəyər funksiyası əsasında: arzu ediləndir – daha az arzu 
ediləndir – daha çox arzu ediləndir – çox arzu ediləndir – səmərəlidir şkalası 
istifadə  edilir.    Oriyentasiya  –  məqsədə  nail  olmanı  optimallaşdırır.  Plan 
proqnoz  –  planların  yerinə  yetirilməsi  gedişində  kəşfiyyat  və  normativ 
proqnozlaşdırmanın  məlumatlarından  istifadə  edərək,  daha  məqsədəuyğun 
normativlərin,  məsələlərin,  təlimatların  seçilməsi,  lazımsız  alternativlərin 
aradan  qaldırılması  və  qərarların  mümkün  nəticələrinin  aşkar  edilməsinə 
yönəlir.  Bu  proqnoz  –  qoyulan  məqsədlərə  daha  səmərəli  nail  olmaq  üçün 
planlaşdırmanı necə və hansı istiqamətdə yönəltməli? – sualına cavab verir.  
Proqram  proqnoz  –  arzu edilənə  nail omaq  üçün  nə  vacibdir?  –  sualına 
cavab  verir.  Bu  suala  cavab  vermək  üçün  həm  kəşfiyyat,  həm  də  normativ 
proqnozlaşdırmanın  nəticələri  vacibdir.  Proqram  proqnozlaşdırma  müxtəlif 
amillərin mümkün qarşılıqlı təsiri haqqında hipotez hazırlamalı, məqsədə nail 
olmanın ehtimali müddətini və ardıcıllığını müəyyənləşdirməlidir. Bu əsasda 
plan proqnozun başladığı iş sona çatdırılır. 
Layihə  proqnoz  –  bu  necə  mümkün  ola  bilər,  bu  necə  görünəcək?  – 
sualına  cavab  verir.  Layihə  proqnozlar  səmərəli  layihələşdirmənin  optimal 
variantlarının seçilməsinə kömək edir.   
Təşkilati proqnoz – qərarı hansı istiqamətdə yönəltmək? – sualına cavab 
verir.  Bu  zaman  kəşfiyyat  və  normativ  proqnozlaşdırmanın  nəticələri 
müqayisə  edilir  və  bu  əsasda  idarəetmənin  ümumi  səviyyəsini  yüksəldən 
təşkilati tədbirlər kompleksi müəyyənləşdirilir. 


 
 
42 
Zaman  müddətinə  görə    -  operativ  (cari),  qısa,  orta,  uzun  və  çox  uzun 
müddətli proqnozlar fərqləndirilir. Operativ proqnozlar tədqiqat obyektində 
əsaslı  dəyişikliklər  (nə  kəmiyyət,  nə  də  keyfiyyət)  gözlənilməyən  yaxın 
gələcəyə  aid  olur.    Qısa  müddətli  proqnozlar  yalnız  kəmiyyət 
dəyişikliklərini,  uzun  müddətli  proqnozlar  isə  həm  kəmiyyət,  həm  də 
keyfiyyət  dəyişikliklərini  nəzərdə  tutur.  Orta  müddətli  proqnozlar  qısa  və 
uzun  müddətli  proqnozlar  arasında  orta  mövqe  tutur,  bu  zaman  kəmiyyət 
dəyişiklikləri üstünlük təşkil edir. Çox uzun müddəti əhatə edən proqnozlar 
isə  təbiətin  və  cəmiyyətin  ümumi  inkişafı  ilə  bağlı  əhəmiyyətli  səviyyəli 
keyfiyyət  dəyişikliklərini  nəzərdə  tutur.  Operativ  proqnozlar  –  müfəssəl 
kəmiyyətli  qiymətləndirməni,  qısa  müddətli  proqnozlar  –  ümumi  kəmiyyət, 
orta  müddətli  proqnozlar  –  kəmiyyət-keyfiyyət,  uzun  müddətli  proqnozlar  – 
keyfiyyət-kəmiyyət,  çox  uzun  müddətli  proqnozlar  –  ümumi  keyfiyyət 
qiymətləndirilməsini nəzərdə tutur.   
Proqnozların  müddətli  bölgüsü  nisbidir  və  proqnozun  xüsusiyyət  və 
məqsədinə  görə  müəyyənləşir.  Bəzi  elmi-texniki  proqnozlarda  müddət 
günlərlə,  geologiya,  yaxud  kosmologiyada  isə  miliyon  illərlə  ölçülə  bilər. 
Sosial-iqtisadi  proqnozlarda  inkişaf  xüsusiyyətinə  və  sürətinə  uyğun  olaraq, 
operativ  proqnozlar  –  bir ilə  qədər,  qısa  müddətli  – bir ildən  beş  ilədək,  orta 
müddətli – beş  ildən on ilədək, uzun müddətli – on ildən on beş ilədək, çox 
uzun müddətli – on beş ildən çox uzun müddəti əhatə edən proqnozlar verilir. 
Bu  zaman  sosial-iqtisadi  sahənin  müxtəlif  tərəfləri  nəzərə  alınır.  Siyasətdə 
qısa  və  uzun  müddətli  proqnozlar  arasındakı  zaman  müddəti  –  on  il, 
şəhərsalmada  –  yüz  il,  iqtisadiyyatda  –  xalq  təsərrüfatı  planlarına  əsasən 
müəyyənləşir. Tədqiqat obyektinə görə təbiətşünaslıq, elmi-texniki və ictimai 
proqnozlar  fərqləndirilir.  Təbiətşünaslıqla  bağlı  proqnozlarda  qabaqcadan 
xəbərvermə  və  təlimat  vermə  arasında  qarşılıqlı  əlaqə  çox  zəifdir,  çünki 
obyekt 
idarəedilməzdir. 
Burada 
yalnız 
kəşfiyyat 
xarakterli 
proqnozlaşdırmadan istifadə edilir. İctimai proqnozlarda bu əlaqə o dərəcədə 
sıxdır ki, özünü təsdiqləmə, yaxud özünü məhv ilə nəticələnə bilər. Buna görə 
də burada idarəetmənin səmərəliliyini yüksəltmək üçün kəşfiyyat və normativ 
proqnozlaşdırma  uyğunlaşdırılmış  şəkildə  istifadə  edilməlidir.  Elmi-texniki 
proqnozlaşdırma aralıq mövqe tutur.  
Təbiətşünaslıqla bağlı proqnozlar  – meteoroloji  (hava, hava axını, təbiət 
təzahürlərilə və s. bağlı), hidroloji (dəniz qabarmaları, sunami, tufan və digər 
hidroloji  təzahürlərlə  bağlı),  geoloji  (faydalı  qazıntı  yataqları,  zəlzələ,  lava 
axını  və  s.  bağlı),  bioloji  və  kənd  təsərrüfatı  da  daxil  olmaqla 
(məhsuldarlıq, xəstəlik və bitki və heyvanlar aləmində və biosferdə baş verən 
hadisələr),  tibbi-bioloji  (insan  xəstəlikləri),  kosmoloji  (səma  cismlərinin 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə