SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə5/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   116

 
 
11 
2.Proqnozlaşdırma nəzəriyyəsinin dini əsasları nə ilə fərqlənirdi? 
3. Gələcək haqqında utopik fikirlərin inkişaf mərhələlərini sadalayın. 
4.Proqnozlaşdırma nəzəriyyəsinin fəlsəfi-tarixi kökləri hansı əsaslarda formalaşırdı? 
 
REFERAT MÖVZULARI 
1. Futurofobiya ibtidai təfəkkür tərzinin törəməsi kimi 
2. Gələcək haqqında dini konsepsiyalar  
3.Dini-fəlsəfi ideyaların utopizmin və idealist fəlsəfənin inkişafına təsiri 
4.Utopist konsepsiyaların meydana gəlməsi 
5..İntibah və maarifçilik dövrlərində gələcək haqqında ideyaların inkişafı   
 
ƏDƏBİYYAT:  
1.Бадж У. Легенды о египетских богах. Изд.:Рефл–бук, Ваклер, М., 1997.  
2.Баталов Э.Я. В мире утопии: Пять диалогов об утопии, утопическом сознании 
и утопических экспериментах. М., Политиздат, 1989. 
3.Баталов Э.Я. Социальная утопия и утопическое сознание в США. М., 1982. 
4.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
5.Жуковская  Н.Л.  «Пространство  и  время  в  мировоззрении  монголов»,  Мифы, 
культы,  обряды  народов  зарубежной  Азии.,  изд.:  «Наука»,  М.,  1986,  (Сборник 
статей). 
6.Литература Древнего Востока. Тексты. Изд.: МУ, М., 1984.  
7.Мифы Древней Греции, М., «Наука», 1973. 
9.Мифы Древней Индии. М., «Наука», 1975. 
10.Мифы народов мира. изд.: Советская энциклопедия,  М., 1982. 
11.Никитина А.Г. Предвидение как человеческая способность. М., Эврика, 1975. 
12.Фанталов  А.Скандинавские  мифы  о  творении  мира,  создании  людей  и  меде 
поэзии.  (Текст  переводится  по  изданию:  Младшая  Эдда.  Издательство  Наука, 
Ленинград, 1970). http://typology.chat.ru/Scandinavian1.html.  
13.Форрестер Дж. Мировая динамика. М., Наука, 1978. 
14.Шиман К.К. К третьему тысячелетию. М.. 1977. 
15.Щуцкий  Ю.К.  Китайская  классическая  «Книга  перемен»,  изд.:  Восточной 
литературы, М., 1960. 
16.Ögel B. Türk mifolojisi (kaynakları və açıklamaları ilə dastanlar). I sşdt, Türk tarih 
kurumu basım evi – Ankara, 1971.  
 
 
 
 
 
 
 


 
 
12 
1.2 XIX – XX ƏSRLƏRDƏ SOSİAL PROQNOZLAŞDIRMA 
 
XIX  əsrdə  gələcəyin  proqnozlaşdırılması  ilə  bağlı  yeni  istiqamət  «elmi 
fantastika» inkişaf etdi. Elmi fantasitik əsərlərin müəllifləri, dövrün görkəmli 
yazıçıları    Bredberi,  Klark,  Şekli,  Saymak,    Azimov,  Merl,  Abe,  Lema, 
İ.Yefremova və başqaları müasir elmin nailiyyətlərinə əsaslanaraq, əsərlərində 
gələcəyin  təsvirini  verməyə  çalışırdılar.  Bu  müəllifləri  bəşəriyyətin  sosial 
gələcəyi deyil, ayrı-ayrı elmi-teniki nailiyyətlərin nəticələri və müəyyən qədər 
də  sosial  tərəqqi  maraqlandırırdı.  Energetikanın  və  maddi-xammal  istehsal 
bazaları, sənaye və şəhərsalma, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə və təhsil, 
mədəniyyət,  hüquq  normaları,  Yer  və  kosmosun  məskunlaşması  əsas  diqqət 
mərkəzində idi. Əvvəllər bu problemlərə elmi məruzə və məqalələrdə, utopiya 
və  bədii  əsərlərdə  və  s.  daha  çox  toxunulurdu.  Sonralar  gələcək  haqqında 
xüsusi bədii əsərlər meydana çıxdı. Bu sırada 1886-cı ildə P.Qartinqin «2006-
cı il», 1892-ci ildə Ş.Rişenin «Yüz il sonra», 1896-cı ildə Q.Tardın «Gələcək 
tarixi məqamlar», 1902-ci ildə E.Qovardın «Gələcəyin şəhər-bağları», 1907-ci 
ildə İ.İ.Meçnikovun «Optimizm etüdləri» və s. əsərlərini qeyd etmək olar. Bu 
əsərlər  arasında  Q.Uillisin  1901-ci  ildə  nəşr  olunmuş  «Mexanika  və  elmin 
təqərqisinin  insan  həyatına  və  fikirlərinə  təsiri  ilə  bağlı  uzaqgörənlik»  adlı 
əsəri dövrü üçün əhəmiyyətli mənbə idi.  
XX  əsrin  20-ci  illərində  gələcək  haqqında  elmi  fantastik  əsərlərin 
yazılması ənənə şəklini aldı. 1916-cı ildə C.B.S.Qoldeynin «Dedal, yaxud Elm 
və  gələcək»  adlı  əsəri    1925-1930-cu  illərdə  elm,  texnika,  iqtisadiyyat, 
mədəniyyət, 
siyasət, 
incəsənət 
problemlərilə 
əlaqədar 
gələcəyin 
planlaşdırılması ilə bağlı əsərlərin nəşrinə  səbəb oldu. Eyni zamanda Qərbdə 
A.M.Lou,  F.Cibbs,  E.Birkenxed  və  bir  sıra  müəlliflərin  fundamental  əsərləri 
çap olundu.    
XX  əsrin  30-cu  illərində  baş  verən  iqtisadi  böhran  və  dünya  müharibəsi 
təhlükəsi  Qərbin  erkən  futuroloji  konsepsiyalarının  zəifləməsinə  səbəb  oldu.  
C.Due,  D.Fullera,  B.  Liddel-Qarta  və  digər  hərbi-nəzəriyyəçilərin  əsərləri  ön 
plana çıxdı.  
SSRİ-də  QOELRO  planı  ilə  bağlı  əsərlər  nəşr  olunmağa  başlandı. 
Siolkovski,  L.M.Sabsoviç,  N.Meşeryakov  və  digər  müəlliflər  bilavasitə 
gələcəyin elmi planlaşdırılması istiqamətli əsərlər yazırdılar.   
1924-1928-ci  illərdə  görkəmli  iqtisadçı  V.A.Bazarov-Rudnev  gələcəyə 
yeni  yanaşma  istiqamətli  məqalələrlə  çıxış  etməyə  başladı.V.A.Bazarov-
Rudnev  proqnoz-qabaqcadan  xəbərverməni  kəşfiyyat  proqnozla  əvəz  edərək, 
onun  iki  formasını  təqdim  edirdi:  1)  məntiqi  ardıcıllıq  yolu  ilə  gələcək 
tendensiyaların  aşkar  edilməsi  və  problemlərin  həll  edilməsi;  2)  teoloji 


 
 
13 
(normativ)  proqnozlaşdırma  əsasında  gələcək  problemlərin  səmərəli  həlli 
yollarının aşkar edilməsi. Bazarovun tədqiqatları dərk edilmədiyindən inkişaf 
etdirilmədi. Ancaq XX əsrin 80-cı illərində elmdə istifadə edilməyə başlandı.  
XX  əsrin  50-60-cı  illərində  Amerika  ekspertləri  T.Qordon,  O.Qelmer  və 
başqaları  ABŞ-ın  və  dünyanın  15  il  sonrakı  vəziyyəti  ilə  bağlı  «Appalon» 
proqram-proqnoz  hazırlamışdılar.  Burada  ABŞ-ın  Aya  uçuşu  planlaşdırılırdı. 
ABŞ  tədqiqatçıları  müstəqil  şəkildə  Bazarovun  yaddan  çıxmış  kəşfiyyat  və 
normativ proqnozlaşdırma konsepsiyalarını işləmişdilər. 
İkinci  dünya  müharibəsi  illərində  gələcək  haqqında  konsepsiyaların 
işlənməsi tənəzzül etdi. XX əsrdə 40-cı illərin sonu 50-ci illərinin əvvəllərində 
Elmi Texniki İnqilab (ETİ) konsepsiyalarının meydana çıxması, kəşfiyyat və 
normativ  proqnozlaşdırma  texnikasının  işlənməsi  və  gələcək  haqqında  yeni 
konsepsiyaların (industrializm,  ekzistensializm,  strukturalizm,  neopozitivizm, 
sosial-reformizm,  teyardizm,  konvergensiya  nəzəriyyəsi  və  s.)  formalaşması 
proqnozlaşdırmanın  yeni  istiqamətli  inkişafına  gətirdi.  Bu  dövrdə  C.Bernal, 
N.Viner, R.Yunqun əsərlərində elmi texniki tərəqqinin nailiyyətlərinin gələcək 
inkişafa təsiri təsvir edilirdi.  
XX  əsrin  60-cı  ilərində  «texnoloji  pronozlaşdırma»  ilə  məşğul  olan 
yüzlərlə  proqnozlaşdırma  müəssisələri  açıldı.  Qərb  fəlsəfəsinin  yeni 
istiqamətləri  ilə  tanışlıq  gələcək  haqqında  konsepsiyaların  yaradılması  üçün 
vacib  olan  anlayışlar,  kateqoriyalar,  nəzəri  əsaslandırmalar,  yeni  meyllər, 
sosial  normalar  və  s.  formalaşmasına  şərait  yaratdı.  Fransız  sosioloqu 
J.Furastyenin «1960-cı ilin sivilizasiyaları» (1947), «XX əsrin böyük ümidi» 
(1949), «Gələcəyin tarixi» (1956), «XX əsrin böyük metamorfozası» (1961), 
ingilis  alimi  A.Tomsonun  «Görünən  gələcək»  (1955),  A.Klarkın  «Gələcəyin 
cizgiləri»  (1962)  və  başqalarının əsərləri  elmi-texniki  tərəqqinin  nailiyyətləri 
əsasında gələcəyin təsvirini verməyə yönəlmişdi.  
Həmin  illərdə  Qərbdə  industrializmin  ideya  əsaslarnı  təşkil  edən  fəlsəfi, 
iqtisadi  və  sosioloji  konsepsiyaların işlənməsi  geniş miqyas  almışdı.  1960-cı 
ildə  Amerika  iqtisadçısı  və  sosioloqu  U.Rostou  «İqtisadi  inkişaf  mərhələlri. 
Qeyri-kommunist  manifesti»  adlı  əsəri  nəşr  olundu.  Təxminən  eyni  vaxtda 
C.Gelbreytin «Yeni industrial cəmiyyət» (1967), fransız sosioloqu R.Aronun 
«İndustrial  dövr  haqqında  üç  məqalə»  (1966),  A.Turenin  «Postindustrial 
cəmiyyət»  (1969),  D.Bellin  «Postindustrial  cəmiyyətin  yaranması»  (1973), 
«Kapitalizm  mədəniyyətinin  ziddiyyətləri»  (1967)  əsərləri  nəşr  olunmuşdu. 
İndustrializm  konsepsiyasının  əsasında  belə  bir  fikir  dururdu  ki,  ölkənin 
sosial-iqtisadi inkişafı ictimai-iqtisadi formasiya ilə deyil, sənaye potensialı ilə 
müəyyənləşir. Əgər ölkənin daxili mədaxili yüz min dollarlardan ibarətdirsə, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə