SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə7/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   116

 
 
17 
silahlanmanın  sürəti  azaldı,  inkişaf  etməkdə  olan  ölkələrdə  ətraf  mühitin 
çirklənməsini  dayandırmağa  nail  oldular,  dünyanın  hər  yerində  əhali  artımı 
zəifləyib  (bununla  belə  2020-ci  ilədək  dünya  əhalisinin  8  milyard  nəfərə 
çatacağı  ehtimal  edilir),  bir  sıra  dünya  xalqlarının  məhv  olması  təhlükəsi 
yaranıb. İnkişaf etməkdə olan ölkələrdə işsizlərin sayı milyard nəfərə çatıb və 
bu  miqrasiya  prosesinin  genişlənməsinə  gətirir.  Mafioz  qruplaın  güclənməsi 
nəticəsində sosial partlayış, yaxud dördüncü dünya müharibəsi gözlənilir.         
Məsələnin  digər  tərəfi  qlobal  problemlərin axıradək  dərk  olunmamasıdır. 
Hökumət  orqanları  bu  məsələyə  ciddi  yanaşmırlar.  Qlobalistlər  bu  əsaslarda 
qaçılmaz  olan  qlobal  təhlükənin  qarşısını  almaq  üçün  fənlərarası  tədqiqatlar 
aparılması tərəfdarı olaraq çıxış edirlər. 
 German  Kann  son  dövrlərə  qədər  əmin  idi  ki,  məhz  elm  və  texnikanın 
inkişafı bəşəriyyəti qlobal təhlükədən xilas edəcək. Kann və onun tərəfdarları 
«texnooptimistlər», onların opponentləri isə «ekopessimistlər» adını almışdılar 
və  bu  iki  tərəf  arasında  daimi  mübarizə  gedir.  70-ci  illərdə  iki  cəbhəyə 
bölünmüş  dünyada  sosialist  sistemli  ölkələrdə  texnooptimistlərin,  kapitalist 
sistemli  ölklərdə  isə  ekopessimitslərin  tərəfdarları  çoxalmışdı.  80-cı  illərdə 
ekopessimitslərin  opponentləri  olan  digər  bir  cərəyan  –  «alternativ 
sivilizasiya»  meydana  gəldi.  Alternativ  sivilizasiya  tərəfdarları  gözlənilən 
qlobal  təhlükədən  xilas  olmaq  yolunu  keyfiyyətcə  fərqli,  alternativ 
sivilizasiyaya  keçiddə  görürdülər.  Hələ  1978-ci  ildə  M.Satin  «Yeni  eranın 
problemləri: özünü və cəmiyyəti xilas edərkən» əsərində 1847-1967-ci illərdə 
alternativistika ilə bağlı 270 əsərin nəşr olunduğunu göstərmişdi. 80-cı illərdə 
mövzu  ilə  bağlı  G.Gendersonun  «Alternativ  gələcəyin  qurulması», 
M.Fergyusonun  «Dolçanın  sui-qəsdi  və  80-cı  illərdə  şəxsi  və  ictimai 
transformasiyalar»,  L.Broun  «Sabit  cəmiyyətin  qurulması»,  J.Roben 
«Dövrlərin  dəyişilməsi»,  E.Veytszekker  və  L.Lovinsovun  «Dörd  amil:  itki  – 
yarı,  fayda  –  iki  dəfə  artıq»  və  s.  əsərlər  nəşr  olunmuşdu.  Rusiyada  1990-cı 
illərdə  V.Q.Budanovun  «İctimai  tərəqqi  alternativi:  homo  agens», 
İ.M.Savelyevin  «Alternativ  dünya:  modellər  və  ideallar»,  A.N.Çumakovun 
«Qlobalistikanın  fəlsəfəsi:  sivilizasiyaların  sağ  qalması  yollarının  axtarışı», 
L.N.Vodviçenkonun 
«Alternativistlərin 
sosial-siyasi 
baxışlarının 
formalaşması»,  İ.V.Bestujev-Ladanın  «Alternativ  sivilizasiya»,    «XXI  əsrə 
dair  qlobal  texnoloji  proqnoz»,  N.N.Moiseyevin  «Sabahkı  günə  çox 
qalıbmı?»,  «Bəşəriyyət  olsun  yoxsa,  olmasın»,  V.L.İnozemtsevin  «İqtisadi 
cəmiyyətin  hüdudlarında»,  «Parçalanmış  sivilizasiya»  və  s.  əsərləri  nəşr 
olunmuşdur.  E.Şumaxerin  «Günəş  dövrü  siyasəti:  iqtisadi  alternativ»  və 
«Tərəqqi  paradiqması:  iqtisadiyyat  hüdudlarında  həyat»,  D.X.Medouz, 
D.L.Medouz,  Y.Randers  «İnkişafın  hüdudlarında»  (1994),  A.C.Toynbi 


 
 
18 
«Sivilizasiya  tariximəhkəmə  qarşısında»  (1995),  İ.Vallerstaynın  «Dünya 
sisteminin  təhlili  və  müasir  dünyanın  vəziyyəti»  (2001),  Y.Xabermas  «Son 
kapitalizm dövründə sistem və dünyəvi həyat arasında münasibətlər» (1993), 
«Modern haqqında fəlsəfi müzakirələr» (2003), F.Fukuyama F. «Tarixin sonu 
və  sonuncu  insan»  (2004),  C.E.Stiqlitz  «Qloballaşma  və  onun  doğurduğu 
narazılıqlar»  (2004),  S.Hantinqton  «Sivilizasiyaların  toqquşması»  və  s. 
əsərləri meydana çıxdı. 
İ.V.Bestujev-Lada  gələcək  inkişafın  çoxtərəfli  proqnozlaşdırılması  ilə 
bağlı  ümumiləşdirmə  təqdim  edir  və  gələcək  inkişafa  dair  «doqquz  dalğa» 
prinsipini irəli sürür: 
1.  «Birinci  dalğa»  -  geridə  qalmış  ölkələrdə  urbanizasiya,  inkişaf  etmiş 
ölkələrdə deurbanizasiya prosesinin genişlənməsi
2. «İkinci dalğa» - ekoloji problemlər; 
3.  «Üçuncü  dalğa»  -  insanların  mədəni  səviyyəsi  (katarsis  və  antikatarsis) 
problemi; 
4.  «Dördüncü  dalğa»  -  müasir  təhsil  və  elm  sistemində  yaranan  anarxizm 
prosesi; 
5.  «Beşinci  dalğa»  -  insanların  narkotiklərin  quluna  çevrilməsi  prosesinin 
genişlənməsi
6. «Altıncı dalğa» - cinayətkarlığın genişlənməsi; 
7. «Yeddici dalğa» - hərbi-siyasi proseslərin dərinləşməsi
8. «Səkkizinci dalğa» - demoqrafik proseslərin genişlənməsi; 
9. «Doqquzuncu dalğa» - elmi-texniki proseslərin inkişaf xüsusiyyətləri.   
Gələcək inkişafın tədqiqatçıları belə hesab edirlər ki, cəmiyyətin bu və ya 
digər  forması  enerji  əsasında  müəyyən  edildiyinə  görə  alternativ  sivilizasiya 
qlobal  yanacaq-enerji  və  xammal  bazasının,  demoqrafik,  ekoloji  tarazlığın  
keyfiyyətcə  yenidən  bərpa  olunması,  silahlanmanın  qarşısının  alınması  və 
yüksək insani dəyərlər sistemi əsasında qurula bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
19 
YOXLAMA SUALLAR 
1.Qlobal problemlər dedikdə nə nəzərdə tutulur? 
2.Qlobalistika nə vaxtdan inkişaf etməyə başladı və mahiyyəti necədir? 
3.G.Kan qlobal təhlükədən xilas yolunu nədə görürdü? 
4.Alternativ  sivilizasiya  konsepsiyasının  tərəfdarları  qlobal  təhlükədən  xilas  yolunu 
nədə görürdülər? 
 
REFERAT MÖVZULARI 
1.Xarici sosiologiya və sosial fəlsəfədə sosial proqnostika 
2.Müasir sosial proqnozlaşdırma  
3.Gələcək  haqqında  təsəvvürlər  və  ETT  haqqında  konsepsiyaların  cəmiyyətin 
inkişafına dair yeni nəzəriyyələrlə əlaqəliliyi  
4.Yeni dövrdə ETT haqqında keyfiyyətcə yeni konsepsiyaların əmələ gəlməsi şərtləri 
(XX əsrin 70-ci illərinin ortaları) 
5.Futurologiya gələcək haqqında elm kimi 
 
ƏDƏBİYYAT: 
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
2. Виноградов В.Н. Гончарук С.И. Законы общества и научное предвидение. М., 
1999. 
3.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
4.Впереди 
XXI 
век:  перспективы,  прогнозы,  футурологи.  Антология 
современной  классической  прогностики  1952-1999.  Редактор-составитель  И.В. 
Бестужев-Лада. М.: Academia, 2000. 
5.Добров  Г.М.  Прогнозирование  науки  и  техники.  3-е  изд.  М.:  Изд-во  РАН, 
1998. 
6.Лезгина М.Л. Детерминация прогнозирования. Л., 2000. 
7.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль, 
1982. 
8.Форрестер Дж. Мировая динамика. М., Наука, 1978. 
9.Храленко Н.И. Философско-методологические проблемы прогнозирования. Л., 
1980. 
10.Ярская В.М. Научное предвидение: Вопросы методологии. Саратов. 1989. 
 
 
 
 
 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə