SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə4/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   116

 
 

Beşinci mərhələ XIX əsrin birinci yarısını əhatə edir. Bu dövrün görkəmli 
nümayəndələri  olan  Sen-Simon,  Furye,  L.Blan,  Kaabe,  Dnzami,  Veytlinq  və 
başqaları  utopik  sosialistlər  idi.  Bu  dövrdə  Böyük  Fransa  inqilabı  tənqidi 
analiz edilirdi və utopizmin tənəzzülü aydın nəzərə çarpırdı. Rusiya və bir sıra 
Şərq  ölkələrində  XX  əsrin  birinci  yarısınadək  utopik  sosializm  ideyaları 
qalmaqda  idi.  XX  əsrdə  utopik  sosializmin  Morris,  Bellami,  Zolya,  Frans, 
Uells, C. London və s. kimi nümayəndələri meydana çıxmışdı. 
Altıncı mərhələ XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərini əhatə edir və 
marksist və anarxist utopiya arasında mübarizə dövrü kimi xarakterizə olunur. 
Marksizm  inqilabi  hərəkata  çevrilib  «sosializm  utopiyasının»  reallaşmasına 
gətirib çıxarmışdı. Anarxizmin kökləri XVII-XVIII əsrlərin utopik fikirlərinə 
söykənirdi  və  patriarxal  icma  münasibətlərinin  ideallaşdırılması  ilə  bağlı  idi. 
XIX əsr anarxizmi Qodvin, Prudon Ştirner, Bakunin, Kropotkin, Reklö, Qrav, 
Karelin, Forun əsərlərində inkişaf etdirilmişdi və «azad federasiya» qurulması 
fikrinə əsaslanırdı.  
Yeddinci  mərhələ  1917-ci  ildən  –  bu  günə  qədərki  dövrü  əhatə  edir.  Bu 
dövrdə marksizm-leninizm utopiyasının reallaşması və süqutü baş vermişdi.  
Qeyd  etmək  lazımdır  ki,  utopizmdə  gələcəyin  detallı  təsviri,  ideal  sxemi 
yaradılır,  gələcək  nəsilin  «davranış  qaydaları»  müəyyənləşdirilirdi. 
Bəşəriyyətin  gələcək  inkişafı  ilə  bağlı  utopik  baxışlar  sırasına  liberal 
reformizmin  müxtəlif  istiqamətləri  də  daxildir.  Qarrinqtonun  «Okeaniya» 
əsəri, Bentam, Q.Corc, Qertski və başqalarının əsərləri bu tiplidir.  
Karleyl,  Dizrali,  Reskin  və  başqalarının  feodal  sosializm  nəzəriyyəsində 
utopistlər ideallaşdırılmış orta əsrlərə qayıdışı təsvir edirdilər. Bu nəzəriyyənin 
əsasında  Lamenne  və  başqalarının  xristian  sosializmi  konsepsiyası  dururdu. 
XIX  əsrin  əvvəllərində  bu  cərəyan  müstəqil  xüsusiyyət  kəsb  edərək,  burjua 
utopizminə  çevrilmişdi.  Quldarlıq  və  feodalizm  dövrü  utopiyaları 
ictimaiyyətin antiutopizm kimi qiymətləndirdiyi faşizmlə əvəz olunmuşdu. 
Qərbdə  və  ABŞ-da  texnokratik  və  reformist  utopizm  ideyalarının 
reallaşdırılması ilə bağlı bir sıra klublar yaranmışdı. XX əsrin 20-ci illərində 
Sialkovskinin  «Bəşəriyyətin  ictimai  təşkili»  adlı  əsərində  Yer  kürəsinin 
yenidən qurulması və kosmik məkanın məskunlaşması ideyaları, elmi-texniki 
tərəqqinin  müsbət  keyfiyyətləri  öz  əksini  tapırdı.  Sonrakı  dövrlərdə  ideya 
baxımından zəifləyən utopiyalar elmlə rəqabət apara bilmədiyi üçün tənəzzülə 
uğrayırdı.    
Keyns  və  onun  tərəfdarları  olan  keynsiançılar  və  yeni  keynsiançıların 
utopik ideayaları isə iqtisadi inkişafla bağlı idi.  Müasir dövrdə Asiya, Afrika, 
Amerika  sosalizmi  ideyaları  da  utopizmin  xüsusi  forması  kimi  qəbul  edilir. 


 
 
10 
Həmçinin  marksizm,  leninizm,  maosizm  və  s.  sosial  utopiyanın  müxtəlif 
formaları kimi qəbul edilir.     
  Tarixi  inkişaf  prosesi,  bəşəriyyətin  gələcəyi  ilə  bağlı  fəlsəfi-tarixi 
konsepsiyaların inkişafı e.ə. 1 minilliyə aiddir. Fəlsəfi-tarixi proqnozlaşdırma 
konsepsiyalarında «qızıl dövrdən» başlanan tənəzzül, mədəniyyətlərin sonsuz 
dövrü  yüksəlişi  və  süqutu,  sadədən  mürəkkəbə  doğru  inkişaf  və  s.  ideyalar 
üstünlük təşkil edir. Qədim Hind (Çarvaka və Sankxya məktəbləri), Çin (Men 
tszı,  Çjuan  tszı)  və  Qədim  Yunan  fəlsəfəində  (Hesiod,  Platon,  Aristotel) 
dünyanın  keçmişi,  mövcud  vəziyyəti  və  gələcəyi  ilə  bağlı  əbədi  təkamül 
mərhələlərinə  dair  hadisələr  təsvir  olunurdu.  Sonralar  «qızıl  dövr» 
konsepsiyası  əsasında  Kiniklər  və  stoiklərin  «təbii  vəziyyət»  nəzəriyyəsi 
inkişaf  etmişdi.    Sofistlər,  sonralar  Demokrit  və  Epikür  tərəqqi  ideyasını  bu 
fikrə  qarşı  qoyurdular.  Həm  stoiklər,  həm  də  epikürçülər  tarixi  prosesdə 
determinizm  ideyasını  irəli  sürürdülər  və  «ictimai  razılıq»  nəzəriyyəsini 
inkişaf etdirmişdilər. E.ə. II əsrdə Polibi tsikillər nəzəriyyəsini işləmişdi və bir 
çox  tarixçilər  Qumploviç,  Pareto,  Şpenqler,  Sorokin,  Toynbinin  anoloji 
konsepsiyalarını  məhz  Polibinin  fikirərinin  inkişafı  kimi  qiymətləndirirlər. 
Seneka,  Siseron, Vergili, Tibul,  Ovidi  və başqaları «qızıl  dövrdən»  başlanan 
tənəzzül konsepsiyasına qarşı Lukretsinin tərəqqi konsepsiyası qoyulmuşdu. 
   Orta  əsrlərdə  dini  təşkilatların  siyasi  həyatdakı  üstünlük  uğrunda 
mübarizə aparan döyüşkən klerikalizm tənəzzül konsepsiyasından başqa digər 
konsepsiyaları  inkar  edirdi.  Orta  əsrlərin  sonlarına  doğru  yenidən  tərəqqi 
konsepsiyaları  inkişaf  etməyə  başlamışdı.  Bu  dövrdə  R.Bekonun  texniki 
tərəqqi və İbn Haldunun tsiklik nəzəriyyələri işlənmişdi.  
İntibah  və  Maarifçilik  dövrlərində  tsikllər  və  tərəqqi  nəzəriyyələri  yeni 
inkişaf mərhələsinə qədəm qoyur. Boden, Leybnist və Lessinq kimi filosoflar 
tərəqqini  ilahi  əsaslarla,  Monten,  F.Bekon  və  Spinoza  isə  maddi  əsaslarla 
bağlayırdılar.  Volterdən  başlayaraq  tarixin  fəlsəfəsi  yeni  inkişaf  mərhələsinə 
qədəm qoymuşdu. Tyurqo, Kondorse, Qodvin tərəqqini əqlin kamilləşməsi və 
xarici  amillərin  təsiri  əsasında  izah  edirdilər.  Qerder  tarixi  inkişafın 
qanunauyğunluqlarını  coğrafi  amillərlə  bağlasa  da  bəşəriyyətin  taleyində 
Allahın  həlledici  rolunu  da  qəbul  edirdi.  Kantın  tərəqqi  ideyaları  teoloji 
ideyalarla  qarışırdı.  Fixte  tərəqqini  sosial-siyasi  prinsiplərlə  əlaqələndirirdi. 
Heqel tarixi «dünya ruhunun ali təzahür» forması kimi izah edirdi və keçmiş 
tərəqqini qəbul etsə də, gələcək tərəqqini inkar edirdi.   
 
 
YOXLAMA SUALLAR 
1.Bəşəriyyətin ilkin inkişaf mərhələsində gələcək haqqında ideyalar hansı istiqamətdə 
inkişaf edirdi? 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə