SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə16/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   116

 
 
39 
dinamiklik  sosial  sistemlərin  inkişafında  qeyri-bərabərliyi  aşkar  etməyə, 
tsikllərin  və  fazaların  bir-birini  əvəz  etməsini,  sosial  böhranların  əmələ 
gəlməsini,  sistemlərin    qarşılıqlı  əlaqəsini  görməyə  imkan  verir.  
Sosiogenetika  sistem  mövcud  olduğu  dövrdə  onun  mövcud  dəyişikliklərə 
uyğunlaşmasını  əsaslandıran  irsi  dəyişkənlik  mexanizmlərini  izah  etməyə, 
dəyişən  sosial  şəraitdə  sistemin  yaşamaq  imkanlarını  qoruyan  və  genotipi 
zənginləşdirən təbii və məqsədyönlü seçmə bacarıqlarını  müəyyənləşdirməyə 
imkan yaradır. Ən mürəkkəb və məsuliyyətli element olan tsiklik dinamikanın 
proqnozu tsikllərin  və  onun  fazalarının,  mərhələli  böhranların bir-birini  əvəz 
etməsini nəzərdə tutur. Hər bir tsikl öz inkişafında 5 mərhələ keçir: 1) əvvəlki 
tsiklin  nüvəsində  yeninin  əmələ  gəlməsi;  2)  yayılma  (diffuziya);  3)  sabit 
inkişaf  (yetkinlik);  4)  köhnəlmə;  5)  yeni,  daha  proqressiv  sistem  tərəfindən 
sıxışdırılma.  Bu  mərhələlərdən  sonra  sistem  ya  yeni  mərhələyə  keçir,  ya  da 
süqut edir. Sosial sistemin dinamikasında tsikllər müxtəlif müddətli olur: qısa 
müddətli tsikllər (3-4 il); orta müddətli (8-12 il); uzun müddətli (40-60 il); çox 
uzun müddətli (bir neçə əsr) və minillik tsikl.  
Sosial sahədə proqnozlaşdırmanın 3 növünü fərqləndirirlər: I – qeyri-sabit 
hadisələrin  proqnozlaşdırılması;  II  –  müəyyən  dərəcədə  düzgün  təkrarlanma, 
tsiklik  xüsusiyyətli  hadisələrin  proqnozlaşdırılması;  III  –  bu  və  ya  digər 
ümumi  tendensiyaların  inkişafının  proqnozlaşdırılması.  Proqnoz  verərkən 
genetik və ilahiyyatçı yanaşmalar nəzərə alınmalıdır. Genetik yanaşma tədqiq 
edilən  obyektin  qanunauyğunluqları  və  tendensiyalarının  dərindən 
öyrənilməsinə  əsaslanır.  İlahiyyatçı  yanaşma  subyektiv  və  obyektiv 
qanunauyğunluqların  təhrif  olunmasına  əsaslanır.  Hər  iki  yanaşmanın 
kombinə 
edilməsi 
pronozların 
əsaslandırılmasını, 
fəallığını 
və 
məqsədyönlülüyünü  təmin  edir.  Hal-hazırda  əsas  üç  amil:  1)  bazar 
iqtisadiyyatı  şəraitindəki  qeyri-sabit  və  dəyişkən  mühit;  2)  mülkiyyətin 
mərkəzdən  uzaqlaşması;  3)  açıq  cəmiyyət,  çoxsahəli  iqtisadiyyat  əsas  rol 
oynayır.  
Sosial  proqnozlaşdırmanın  üç  əsas  funksiyasını  fərqləndirirlər: 
1)Proqnozlaşdırılan obyektin inkişaf və qarşılıqlı əlaqələndirilməsi sisteminin 
tendensiyasının  proqnozlaşdırılması;  2)  Qəbul  edilən  qərarların  proqnozlu 
əsaslandırılması;  3)  Qərarların  yerniə  yetirilməsinin  proqnozla  müşayiət 
edilməsi – proqnozlaşdırmaya əsaslı təsir göstərir.  
Sosial  proqnozlaşdırma  qeyri-müəyyən,  bir  mənalı  olmayan  və  strateji 
xarakterli  olur.  Proqnozun  qiymətləndirilməsi  onun  həqiqilik  dərəcəsinə 
uyğun  olur.  Mütləq  verifikasiya  proqnozun  empirik  təsdiqinə  və  ya  inkarına 
əsaslanır.  Nisbi  verifikasiya  yoxlama  tədqiqatlarla  proqnozlaşdırılmış 
hadisənin  düzgünlüyünün  əvvəlcədən  öyrənilməsinə  cəhd  edir.  Yüksək 


 
 
40 
həqiqilik dərəcəsi təsdiq olunan pronoz plan işlərinin əsasını təşkil edir. Əks 
təqdirdə proqnozun həqiqiliyi dəqiqləşdirilir. 
Sosial proqnozlaşdırma aşağıdakı mərhələlərə bölünür:  
1) proqnozdan əvvəlki  mövqeyin  və  ya tədqiqat proqramının tərtib edilməsi.  
Bu  zaman  proqnazlaşdırma  obyekti  və  proqnozun  parametrləri  müəyyən 
edilir.  Proqnozun  parametrləri  dedikdə  –  əsaslandırma  mərhələsi, 
müəyyənləşdirmə  mərhələsi  və  proqnozun  həqiqiliyi nəzərdə  tutulur.  Burada 
məqsəd və vəzifələr, parametrələr, problemlər, hipotezlər, metodlar, tədqiqatın 
strukturu və təşkili formalaşdırılır.  
2) Proqnozlaşdırma obyektinin modeli qurulur.  
3)  Obyektin  inkişafına  təsir  edən  xarici  amillərin  təhlili  yolu  ilə 
proqnozlaşdırma fonu müəyyən edilir. 
4) Modelin maksimal və minimal imkanları hesablanır və mümkün problemlər 
ağacı qurulur.   
5)  Normativ  proqnozlaşdırmada  ideal  (qeyri-məhdud  proqnozlaşdırma  fonu) 
və optimal (məhdudiyyətlərin nəzərə alınması) vəziyyəti müəyyənləşdirilir və 
bu istiqamətdə mümkün fəaliyyət yolları hazırlanır.  
Proqnozların  tipologiyası  məqsəd,  vəzifə,  obyekt,  problem,  metodlar, 
pronozlaşdırmanın  təşkili  və  s.  kimi  müxtəlif  meyrlara  görə  müəyyənləşə 
bilər.  Əsas  meyar  problem-məqsədli  meyardır:  proqnoz  nə  üçün  hazırlanır? 
Əsasən  proqnozun  iki  tipi  fərqləndirilir:  kəşfiyyat  və  normativ.  Kəşfiyyat 
pronoz  –  təzahürün  gələcəkdə  mümkün  vəziyyətinin  müəyyənləşdirilməsinə 
yönəlir.  Mümkün  qərar  və  fəaliyyətdən  təcrid  edilərək,  tədqiq  edilən 
təzahürün  keçmiş  və  cari  inkişaf  meylləri  nəzərə  alınmaqla  onun  gələcək 
inkişaf meyllərini dəyişmək və proqnozun özünü reallaşdırması, yaxud özünü 
məhvi  prosesinə  nail  olmaq  mümkündür.  Belə  proqnoz  –  mövcud  meyllərin 
saxlanması  şəraitində  nə  baş  verə  bilər?  –  sualına  cavab  verir.  Kəşfiyyat 
proqnoz  müəyyən  imkanlar  şkalası  əsasında  qurulur  və  bu  əsasda 
proqnozlaşdırılan təzahürün ehtimal dərəcəsi müəyyənləşir.   
Kəşfiyyat  proqnozlaşdırma  və  ya  ekstrapolyasiya  idarəetmə  obyektinin 
keçmiş  və  müasir  inkişaf    tendensiyalarını  nəzərə  alaraq,  onun  gələcəkdə 
mümkün  vəziyyətini  müəyyənləşdirməkdir.  Bu  ənənəvi,  məqsədli 
proqnozlaşdırmadır.  Bu  proqnozlaşdırma  növü  sosial  idarəetmə  obyektinin 
müxtəlif  nöqteyi-nəzərlərdən  analiz  edilən  bir  sıra  ehtimali  vəziyyətlərini 
öyrənir.  Bu  gələcək  problemli  vəziyyəti  ifadə  edən  informasiya  olub, 
idarəetmə  qərarlarının  qəbul  edilməsinə  xidmət  edir.  İdarəetmə  obyekti 
haqqında  düzgün  proqnozlar  söyləmək  üçün  sosial  mühitin  inkişafına  təsir 
edən keyfiyyət dəyişiklikləri nəzərə alınmalıdır. Proqnoz dairəsi elmi-texniki, 
demoqrafik,  ekoloji,  iqtisadi,  daxili  və  xarici  siyasi  vəziyyəti  və  cəmiyyətin 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə