SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə3/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   116

 
 

müqavimət  göstərir  və  bu  tərəqqinin  hərəkətverici  qüvvəsinə  çevrilir. 
Ziddiyyətlərin vəhdəti harmoniya yaradır.   
Yunanlar əmin idilər ki, işığın yaranması zamanı yaratmışdır. Yunanlar da 
bəşəriyyətin qızıl dövrünün təsvirini verirdilər.  
Türklərdə  də  universumun  yaranışı,  allahların  fəaliyyəti  ilə 
əlaqələndirilirdi.  «Bəyaz  yaradıcı» torpağı, havanı və insanları yaratmışdı və 
onların yaşamağına kömək etmişdi.    
Miflərdə  ilkin əşyalar, ilkin fəaliyyətlər və ilkin yaradılışın tsiklik təsviri  
veriilirdi.  
Mifik  dünyagörüşü  əsasında  gələcək  haqqında  dini  konsepsiyalar 
formalaşmışdı.  Dünyəvi  dinlərdə  gələcəklə  bağlı  təsəvvürlərin  formalaşması 
iki mərhələyə bölünür: 
1)e.ə. 1 minillikdə formalaşmış dinlərdə gələcək haqqında məlumatlar
2)eramızın  I  minilliyində  formalaşmış  dinlərdə  gələcək  haqqında 
təsəvvürlər. 
Buddizmdə  tarixi  inkişaf  mərhələsinin  qızıl,  gümüş  və  dəmir  dövrləri 
fərqləndirilir,  bu  prosesdə  yeni  əxlaqi  dəyərlər  və  qaydaların  tənzimləyicisi 
olan  tarixi  şəxsiyyətin,  siyasi  liderin  rolu  vurğulanır  və  sosial  dəyişikliklər 
mənəviyyatda  baş  verən  durğunluqla  əlaqələndirilir.  Burada  boşluq,  yaxud 
xaos  dövrü  həm  tənəzzülün  son  mərhələsi,  həm  də  inkişafın  başlanğıcı  kimi 
təsvir edilir. 
Yahudilərin müqəddəs kitabı olan «Talmud» müəyyən tarixi dövrdə (e.ə. I 
minillikdə)  sosial  məkan  və  sosial  zaman  münasibətlərinin,  həmçinin 
tənzimlənən sosial münasibətlərin tarixi inkişaf prosesinə təsirinin öyrənilməsi 
baxımından  çox  qiymətli  dini  mənbədir.  Dini  kitablarda  təsvir  edilən  sosial 
zaman  adətən  keçmişdən  gələcəyə  doğru  yönəlir,  dünyanın  yaranması  ilə 
başlanan  zaman  dünyanın  dağılmasına,  yəni  qiyamət  gününə  qədər  davam 
edir.  
Xristianlıqda  da  dünyanın  varlığın  əvvəli  və  sonu  olan  Allah  tərəfindən 
yaradıldığı  qəbul  edilir.  Yaradılanadək  dünya  formasız  və  boş  idi,  yəni 
dünyada  xaos  hökm  sürürdü:  «Allah  əvvəlcə  səmanı  və  torpağı  yaratdı… 
Torpaq formasız və boş idi, uçurum üzərində qaranlıqlar» (Əhdi-ədiq. Varlıq. 
I  Fəsil).  «Hər  şey  tozdan  yarandı  və  hər  şey  toza  çevriləcək»  (Eklesiatın, 
yaxud vaizin kitabı). 
Quranda  kainatın,  makro  və  mikro  dünyaların  sonsuz  vakuumdan 
yaranması fikri irəli sürülür. Bu vakuum yaradıcı başlanğıca malik olan xaos 
kimi müəyyənləşdirilə bilər. Allah bu xaosdan üstün olub, bütün mövcudatı, o 
cümlədən vakuum və xaotik başlanğıcı idarə edir. Sivilizasiyaların yaranması, 
inkişafı  və  süqutu  Allah  tərəfindən  müəyyənləşdirirlir.  Bütün  mövcudatın 


 
 

məkanı və zamanı nəsilləri ardıcıl olaraq bir-birilə əvəzləyən Allah tərəfindən 
müəyyən və idarə edilir. Quranda canlı həyatın dövri (tsiklik) inkişafı təsvir və 
təhlil edilir: «Allah ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı 
dirildir»  (S.30,  19).  Allah bəşəriyyəti  yaratmışdır  və  onun  məhv  olma  vaxtı, 
yəni  qiyamət,  yaxud  mühakimə  günü  yalnız  Allaha  məlumdur,  qiyamət 
günündən  sonra  yer  üzündə  əmin-amanlıq  hakim  olacaq.  Mövcud  dünyada 
Allah cəmiyyətlərin tənəzzülünü və inkişafını tənzimləyir. 
Dini  təsəvvürlər  gələcək  haqqında  utopik  istiqamətlərin  və  tarixi-fəlsəfi 
konsepsiyaların inkişafının əsası oldu. Utopik konsepsiyalar e.ə. 1 minillikdə 
formalaşmağa başlamışdı. Utopik konsepsiyalar dini konsepsiyalardan «fərqli 
gələcək»,  fövqəlbəşər  qüvvələrin  təyin  etdiyi  deyil,  insanların  özlərinin 
qurduğu,  onların  dünyagörüşü  və  fəaliyyət  səviyyəsinə  uyğun  formalaşırdı. 
Utopiyaların əksəriyyəti gələcək cəmiyyət quruluşu, elm, texnika, səhiyyə və 
s. inkişafı ilə bağlı məsələləri əks etdirir. Hələ qədim Çində «Datun», yaxud 
Böyük  vəhdət,  Böyük  harmoniya  və  «Taypin»,  yaxud  Böyük  tarazlıq 
anlayışları  yaranmışdı.  Texniki  utopiyalar  hələ  XIII  əsrdə  R.Bekonun 
əsərlərində öz əksini tapmışdı və XVII əsrdə bu fikirlər F.Bekonun əsərlərində 
inkişaf etdirilmişdi.   
Mahiyyətinə görə ibtidai icma və quldarlıq dövrləri, feodalizm, kapitalizm, 
sosializmlə  bağlı  utopiyalar  fərqləndirilir.  «Fərqli  dünya»  haqqında  utopik 
təsəvvürlər hələ e.ə. 1 minillikdə Qədim Yunanıstan və Çində, Misirdə, İranda 
və  Hindistanda  formalaşmışdı.  Burada  nəsli  quruluş  ideallaşdrılır,  yaxud 
quldarlıq, sonralar isə feodalizm «rasionallaşdırılırdı».  
Gələcək  haqqında  utopik  təsəvvürlərin  ikinci  inkişaf  mərhələsi  XI-XIII 
əsrlərə aiddir. Bu dövrdə Yaxın və Orta Şərqdə Əl-Fərabi, Nizami, Füzuli və 
başqalarının  əsərlərində  gələcək  və  ya  daha  yaxşı  cəmiyyət  haqqında 
təsəvvürlər öz əksini tapmışdı. Sonradan bu inkişaf XIX-XX əsrin əvvəlinədək 
nəzərəçarpmayacaq forma almışdı.  
Üçüncü  mərhələdə  XVI–XVII  əsrin  əvvəllərində  İntibah  və  Maarifçilik 
dövrlərində  Qərbdə  sosial  inkişaf  haqqında  utopik  fikirlər  geniş  yayıldı.  Bu 
T.Morun «Utopiya» əsərindən Melyenin «Vəsiyyətnamə» və Volterin «Fəlsəfi 
məktublar»  əsərlərinə  qədər  davam  etmişdi.  Məhz  utopiyalar  XVI-XVII 
əsrlərdəki burjua inqilablarının ideologiyasına çevrilmişdi.  
Dördüncü mərhələ XVIII əsri əhatə edir. Yeni dövr fəlsəfəsinin görkəmli 
nümayəndləri  olan  F.Bekon,  Hobss,  Dekart,  Spinoza,  Lokk  və  başqaları  və 
maarifçilik dövrünün görkəmli nümayəndələri olan Volter, Russo, Monteskyö, 
Holbax,  Helvetsi,  Didro,  Lessinq,  Şiller,  Cefferson,  Franklin,  Novikov, 
Radişev  və  digərlərinin  əsərlərində  gələcək  haqqında  düşüncələr  öz  əksini 
tapmışdır.   


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə