Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 92,99 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü92,99 Kb.
#482


173 

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3    

 

Sosial-siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

PEDAQOGİKA 

 

 



UDC 378:303: 147 

 

“QALIQ” BİLİKLƏRİN FORMALAŞMASINDA KOQNİTİV 

ELMLƏRİN METODOLOJİ ƏHƏMİYYƏTİ 

 

A.H.KAZIMZADƏ

*

, R.M.MAHMUDOVA

**

, Q.Y.ABBASOVA

***

 

Bakı Dövlət Universiteti 



akazimzade@yahoo.com

*

, social-sciences&dsk/az

**



q.abbasova@mail.ru

***

  

 

Bu  gün  dünyada,  dünyagörüşünün  bəzi  fəlsəfi  əsaslarının  itirilməsi  ilə  əlaqədar  (xü-

susilə dünyanın bütövlüyü, kainatın və insanın qarşılıqlı əlaqəsi ilə bağlı ontoloji təsəvvürləri 

və  s.),  ictimai  şüurda  onların  kompensasiya  edilməsi  dərin  özünüdərk  istiqamətində  gedir. 

Burada  idrak  prosesləri  xüsusilə  önə  çıxır.  Məlumdur  ki,  müasir  fəlsəfi  konsepsiyalar  insan 

mövcudluğu  problemləri  ilə  daha  çox  əlaqəlidir,  burada  tədqiq  etmək  üçün  psixologiya,  o 

cümlədən digər elm sahələrinin müxtəlif aspektləri təqdim olunur. Koqnitiv inkişaf məsələləri 

şəxsiyyətin  sosiallaşması,  təlim  və  özünü  savadlandırma,  öyrənmə  prosesi  üçün  xüsusilə 

vacibdir. 

 

Açar  sözlər:  fəlsəfə,  metodologiya,  koqnitiv  psixologiya,  təlim,  mütəxəssislərin 

hazırlığı, öz-özünə təhsil alma  

 

Məlumdur  ki,  hər  bir  ölkənin  rəqabətə  dözümlülüyü,  yəni  təhlükəsizliyi 



həm  də  əhalinin  təhsil  səviyyəsi  ilə  müəyyən  olunur.  Dünya  bazarlarında 

səmərəli  şəkildə  rəqabətə  davamlı  olmaq,  ölkənin  bütün  mövqelərini  güclən-

dirmək  üçün  təhsil  sahəsində  dərin  islahatlara  həmişə  ehtiyac  var.  Islahatlar 

sırasında  təhsil  standartlarının  dünya  tələblərinə  uyğunlaşdırlıması  diqqət 

mərkəzində olmalıdır.  

Təhsilin vacib məsələlərindən biri hər bir tədris prosesinin iştirakçısında, 

yəni  bilikləri  öyrənəndə  qavramaq  yolunun  daha  uğurlu  və  keyfiyyətli 

olmasıdır. Burada meyarlar müxtəlifdir və bunlardan biri diqqətimizi daha çox 

cəlb  edir.  Söhbət  “qalıq”  biliklərin  formalaşması  və  səmərəliliyindən  gedir. 

Burada  əhəmiyyətli  olan  tərəf  qalıq  biliklərinin  formalaşmasında  nəzəri-

metodoloji  əsasların  axtarılmasıdır.  Hər  bir  sosial  fəaliyyət  sahəsində  olduğu 

kimi,  təhsilin    metodoloji  əsasını  da  fəlsəfi  biliklər  təşkil  edir.  Yaşamağın 




174 

 

mənası,  şəxsiyyətin  bioloji  və  sosial  tərəflərinin  vəhdəti,  cəmiyyətin  tarixi 



inkişaf mərhələlərinin inkişaf xüsusiyyətləri, həyat tərzi, həyat üslubu, ictimai 

şüur  və  burada  sosial  psixologiya  və  ideologiya  problemləri,  sosial  dəyərlər, 

sosial  dərketmə  və  s.  kimi  problemlərin  fəlsəfi  səpgidə  həlli  təhsilin  fəlsəfə-

sinin düzgün dərk edilməsi və burada fəaliyyətin təhlili və proqnozlaşdırılması 

üçün olduqca əhəmiyyətlidir. Bizi daha çox maraqlandıran sosial dərketmə ilə 

bağlı koqnitiv problemlərin nəzəri-metodoloji problemləridir.  

XIX əsrin sonu - XX əsrin əvvəllərində Qərbi Avropa və Amerika sosio-

loqları  Tonnis,  Zimmel,  Dürkheym,  M.Veber,  Pareto,  Veblen  öz  yaradıcılıq-

larında  sosial  reallığın mahiyyətini,  sosial idrakın  qnoseoloji  xüsusiyyətlərini, 

elmi  və  dünyagörüşününün  nisbətini  təhlil  edir,  cəmiyyətin  norma  və 

dəyərlərini qiymətləndirməyə çalışırdılar. Nəticədə tarixi – təkamülçü yanaşma 

tədricən  struktur  –  analitik  yanaşma  ilə  əvəz  olundu,  nəzəri  ideyalarla  yanaşı 

empirik  tədqiqatlar  da  genişləndi.  Müxtəlif  nəzəri  oriyentasiyalar  yarandı. 

Dürkheym  pozitivist  obyektivizmin,  M.Veber  yeni  kantçılıq  və  həyat 

fəlsəfəsinin,  Zimmel  şəxsiyyətlərarası  qarşılıqlı  fəaliyyət  prosesi  ideyasının 

imkanlarından istifadə edirdilər. 

Kiçik  qrupların  strukturu  və  dinamikası,  insanların  qarşılıqlı  fəaliyyət 

formaları,  şəxsiyyətlərarası  münasibətlərin  tipləri,  şəxsiyyətin  sosial  ustanov-

kalarının  formalaşması,  qrup  səviyyəsində  qərarların  qəbul  olunması  yolları, 

kommunikasiya  vasitələri  və  s.  kimi  hadisələrin  təhlil  olunmasında  böyük 

nəticələr  əldə  edilmişdi.  Bu  problemlərin  təhlili  metodikası  ilkin  etibarlı 

məlumatın əldə edilməsi üçün imkan yaradırdı.  

Sosial  texnologiyalardan  təhsil  problemlərinin  öyrənilməsində  də  geniş 

istifadə  edilməyə  başlandı.  Sosiologiyada  tədricən  sosial-psixoloji  tədqiqatlar 

çoxalır  (simvolik  interaksionizm),  sosial  fəlsəfə  ilə  bağlı  olan  fenomenologi-

yanın rolu, ümumsosioloji nəzəriyyələr yaratmaq cəhdləri artırdı (Q.Qarfinkel, 

A.Qouldner,  P.Sorokin,  A.Etsioni  və  başqaları).  Təhsil  problemləri  postindu-

strial,  informasiya  cəmiyyətində  insan  amilinin  rolunun  artması  və  yeni  tipli 

istehsal  –  iqtisadi  və  sosiomədəni  münasibətlərin  yaranması  şəraitində  təhlil 

edilirdi. Təbii ki, bu zaman elmi-texniki tərəqqinin aparıcı roluna xüsusi diqqət 

yetirilirdi. 

Məlum olduğu kimi, təhsil sayəsində mədəni sərvətlər hifz olunur, qoru-

nub  zənginləşdirilir  və  sonrakı  nəsillərə  ötürülür.  Yeni  texnoloji  metodların 

tətbiqi  və  müvafiq  biliklərin  yenidən  dəyərləndirilməsi  ilə  əlaqədar  olaraq 

cəmiyyətdə önəmli sosial dəyişikliklər baş verir. 

Hal-hazırda bütün, o cümlədən fəlsəfə sahələrinə aid elmlərdə koqnitiv - 

psixoloji  problemlər  ilk  növbədə  sinergetik  dərketmə  baxımından  öyrənilir  və 

tədqiq  olunur  [3].  Koqnitiv  fəlsəfə  sahəsi  də  koqnitiv  elmlərin  metodoloji 

dərketmə  vasitəsi  kimi  qiymətləndirilir.  Demək  olar  ki,  bu  vəziyyətdən  daha 

çox psixoloqlar faydalanır. Bununla belə hesab olunur ki, ontologiya və episte-

mologiyanı  fərqləndirərkən  unutmaq  olmaz  ki,  “bizim  üçün  tam  dərkolunmaz 



175 

 

şeylər  var  və  buna  görə  çox  ehtiyatlı  olmaq  və  biliklərin  hədlərini  varlıqda 



sərhədlərin axtarışı üçün bir fürsət saymaq olmaz” [1, 10].  

Dərketmədə  fəlsəfi  yanaşmadan  həm  də  psixoterapiya  sahəsində  fəal 

şəkildə  istifadə  olunur.  Bu  barədə  Ollport  (Allport,  1961)  deyir  ki,  “bizim 

müzakirələrdə, müvafiq nəzəriyyələrdə özünü biruzə verən dərin fəlsəfi əsaslar 

olmalıdır”,  yəni  “insan  təbiəti  haqqında  müxtəlif  nəzəriyyələrin  əsaslandığı 

ehtimallar nəzərə alınmalıdır” [2, 9]. 

Bundan  başqa,  humanitar  elmlərin  bir  çox  bölmələrinin  və  hər  şeydən 

əvvəl  psixologiyanın  inkişafı  nəticəsində  fəlsəfənin  yeni  istiqaməti  meydana 

gəldi: fəlsəfi ideyaların formalaşması və inkişafı aspektlərinin öyrənilməsi. Bu 

halda  fəlsəfə  yalnız  psixologiyanın  nailiyyətlərinə  yox,  “həm  də  epistemolo-

giya,  neyropsixoloqiya,  sosiologiya  (elmi  biliyin  sosial  təhlili),  kulturologiya, 

koqnitiv linqvistika, süni intellekt sahəsindəki tədqiqatlara söykənir” [4, 175]. 

Güman edilir ki, "bütün təfəkkür prosesləri müəyyən strategiyaları təşkil 

edir, və onları verbal və ya qeyri-verbal xüsusiyyətlər əsasında öyrənmək olar" 

[4, 175]. 

Təxminən  son  yüz  ildə  psixologiyanın  məhz  mental-psixoloji 

istiqamətinin  yaranması  təsadüfi  deyil.  İlk  növbədə  bu,  insan  təbiətinin  istər 

fərdi,  istərsə  də  ictimai  planlarda  tədqiqinə  ehtiyacın  artması  ilə  bağlıdır. 

Əvvəlki  dövrlərdə  bu  sahədəki  təcrübə  fəal  öyrənilirdi,  lakin  bunu  universal 

nizam baxımından edirdilər: problemlərin insani ölçüsü həmişə kosmik ölçüsü 

ilə  tutuşdurulur,  müqayisə  olunurdu,  hətta  bu  müqayisə  etmənin  harmonik 

yolları  axtarılırdı;  belə  axtarışlar  dini  təcrübədə,  həmçinin  Zərduşt,  Aristotel, 

Heqel kimi nəhənglərin yaradıcılığında adi hal olmuşdu. 

Məlumdur  ki,  fəlsəfə  -  düşüncə  üslubudur;  burada  insan  özü  və  dünya 

haqqında olan təsəvvürlər  əsasında dünyaya  öz münasibətini  bildirir.  Adətən 

rasional  və  irrasional  düşüncə  üslublarını  fərqləndirir.  Bunların  hər  biri 

fəlsəfədə  kifayət  qədər  dərindən  tədqiq  edilmişdir.  Sosial  proseslərdə  mühüm 

rol oynayan bu sahənin indi də xeyli nümayəndələri vardır. Fəlsəfə ilə koqnitiv 

fəlsəfənin ümumi sahəsi məhz dərketmə prosesi ilə bağlıdır. Bununla da fəlsəfi 

sistemlər  tərəfindən  insan  şüurunun  dərketmə  səviyyəsində  kompleksli, 

sistemli təhlil imkanını yaradırlar. Burada ilk növbədə söhbət hafizə, təxəyyül, 

dilin işarələr sistemi vasitəsi ilə həyata keçirilən düşüncə fəaliyyətindən gedir. 

Fəlsəfədə bu problemlə əsasən epistemologiya nümayəndələri məşğul olurlar.   

Ədalət naminə qeyd etməliyik ki, filosoflar həmişə təfəkkür proseslərinin 

müxtəlif tərəfləri ilə yaxından maraqlanırdılar, amma bu prosesə həm fizioloji, 

həm də sosial səpgidə insan  zehninin dərin tədqiqatlarına təkan  vermiş  böyük 

təbii-elmi  inqilablar  xüsusilə  təsir  göstərmişdir.  Albert  Ellis  psixoterapiyaya 

məntiqi  və  fikri  (emotiv  -  səmərəli  terapiya  səviyyəsində)  daxil  etməyə 

çalışanlardan  biri  olmuşdur  [5].  Bu  haqda  S.Dennet  Deniel  belə  yazırdı: 

"Biz,… genetik irsiliyin cığırları üzrə deyil, mədəniyyətin geniş yolları ilə bizə 

verilmiş, sözün əsil mənasında tarixin və ya tarixdən əvvəlki iğtişaş dövrlərinin 

dərinliklərində  başqaları  tərəfindən  ixtira  edilmiş  minlərlə  belə  faydalı 




176 

 

fəndlərdən istifadə edirik. Bu mədəni irsin sayəsində biz, fikirlərimizi dünyaya 



necə  yaymağı  öyrənirik,    burada  biz,  bizim  əla  qurulmuş  anadangəlmə 

qabiliyyətlərimizə əsasən obrazları izləməyə və tanınmasına yol tapıb onlardan 

optimal istifadə edə bilirik [1, 145]. 

Təfəkkür  prosesinin  imkanları,  onun  həm  mahiyyəti,  həm  də  praktik 

istifadəsi nöqteyi-nəzərindən sonuna qədər öyrənilməmiş və çətin ki, nə vaxtsa 

öyrəniləcəkdir:  onlar  sonsuzdur.  Bununla  belə  hər  il  insanın  təfəkkür 

fəaliyyətinin  müxtəlif  istiqamətlərinə  aid  maraqlı  materiallar  toplanılır  və  bu 

sahədə tədqiatlar aparılır. 

Şüur  proseslərinin  koqnitiv  tədqiqinə  marağın  güclənməsinə  imkan 

yaradan  bir  neçə  səbəb  var:  elmi-texniki  tərəqqinin  nailiyyətləri,  səhiyyə 

sahəsində  psixologiya,  o  cümlədən  onun  tətbiqi  sahələrində  nailiyyətlər, 

insanlar  arasında  ünsiyyətin  kommunikativ  bazasının,  həmçinin  fəaliyyətin 

müxtəlif,  xüsusən  ictimai  (müxtəlif  tədbirlərdə  çıxışlar  və  s.)  sferalarında 

ritorik  imkanlardan  istifadənin  genişləndirilməsi  və  s.  Bir  çox  tədqiqatçılar,  o 

cümlədən psixologiya sahəsində, anlayırlar ki, bu sahədə bir çox konsepsiyalar 

həm  qədim,  həm  də  müasir  filosoflar,  psixoloqlar,  psixoterapevtlər  və 

sosioloqlar  tərəfindən  xülasə  edilmişdi  [5,  19-20].  Bu  gün  də  fəlsəfi  fikir, 

əvvəlki  əsrlərdə  olduğu  kimi,  kifayət  qədər  fəaldır,  Belə  ki,  alimlər  öz 

tədqiqatlarında  əsas  məzmunu  və  onun  istiqamətlərini  insan  şəxsiyyəti,  onun 

şüuru və düşüncəsi ilə bağlamışlar. 

Psixologiya  və  fəlsəfənin  maraqlarının  toqquşması  və  ya  uyğunluğunun 

nöqtəsi  həmişə  insan  düşüncəsi  idi;  elmi  kəşflər  insan  psixikasının  öyrənil-

məsinə  müxtəlif  cür  yanaşmağa  imkan  yaratdı,  buna  görə  də,  fəlsəfə  öz 

dünyagörüşü yanaşmalarını və daha əvvəl xülasə edilmiş qnoseoloji proseslər 

barəsində  ümumi  qanunauyğunluqların  məzmununu  yenidən  qurmaq  məcbu-

riyyətində  idi.  Qnoseoloji  problemlərə  rasional  və  intuitivist  yanaşmalar 

ənənəvi  olaraq  fərqləndirilirdi.  İndi  oxşar  münasibət  müşahidə  olunur  və 

psixologiyada (məsələn, A.Ellis tərəfindən) rasional düşüncənin imkanları fəal 

istifadə olunur [5, 161]. 

Bek bu barədə açıq yazır ki, koqnitiv terapiya şüursuzun konsepsiyasına 

ehtiyac  duymur,  psixoloji  problemlər  isə  "adi  proseslərin  nəticəsi  ola  bilər, 

məsələn,  yanlış  öyrətmə,  natamam  və  ya  səhv  informasiya  əsasında  yanləş 

nəticələrin  çıxarılması,  uydurma  və  reallıq  arasında  dəqiq  sərhədi  keçirmək 

bacarıqsızlığı  və  s.  Bundan  başqa,  düşüncə  qeyri-real  ola  bilər,  çünki  o,  ola 

bilsin  ki,  yanlış  mühakimələrə  əsaslanmışdır;  davranış  həm  də  özünə  ziyana 

yönəldilmiş ola bilər, çünki düşüncəsiz quraşdırmalara əsaslanır" [2, 253-254].  

Hər iki yanaşma – realistik və koqnitiv, rasional ilə irrasional düşüncənin 

xüsusiyyətlərinə əsaslanır və şüuraltı ilə bağlıdır. Bu sahə kifayət qədər yaxşı 

tədqiq  edilmişdir,  ancaq  hal-hazırda  terapiyanın  koqnitiv  imkanları  əvvəlki 

əsrlərə nisbətən daha geniş açıqlanır və istifadə olunur.  

Koqnitiv  psixologiya  adi  prosesləri  tədqiq  etməyə  və  nəzərə  alınmasına 

üstünlük  verir.  Bunlar  sırasında  "yanlış  öyrətmə,  natamam  və  ya  səhv 




177 

 

informasiya  əsasında  səhv  fikirlərin  çıxarılması,  uydurmanın  və  reallığın 



arasında  dəqiq  sərhədi  keçirmək  bacarıqsızlığı,  və  s.  Məlumdur  ki,  düşüncə 

qeyri-realist  ola  bilər,  çünki  o  səhv  metodologiyaya  əsaslanmışdır;  davranış, 

əgər düşüncəsiz quraşdırmalara əsaslanarsa, onda səhvə yol verilə bilər" [yenə 

orada]. 


Düşüncə  qanunlarının  tədqiqatında  yeni  yanaşmaların  mövcudluğu 

haqqında həm filosoflar, həm də psixoloqlar (məsələn, B.M.Veliçkovski) yazır. 

B.M.Veliçkovski qeyd edir ki, "beyin (hər şeydən əvvəl üçölçülü beyin xəritə-

çəkməsi  əsasında)  işinin  analizinin  yeni  metodlarının  yaradılması  nəticəsində 

vəziyyət  guya  "müstəqil"  maddələrin  böyük  qarşılıqlı  təsirinin  tanınmasına 

tərəf  dəyişməyə  başladı.  Bundan  başqa,  paralel  və  paralel-iyerarxik  quruluşlu 

modellərin yayılmasına görə aparıcı elmi koqnitiv paradiqma bu gün daha çox 

Leybnitsin  monadologiyasını  xatırladır.  Koqnitiv  elmin  və  onun  tətbiqi 

proqramlarının  sonrakı  perspektivləri  Novalis,  Fixte  və  Heqel  tərəfindən  ilk 

dəfə  xülasə  edilmiş,  bir  qədər  unudulmuş,  lakin  olduqca  məhsuldar  fəaliyyət 

paradiqması  ilə  tədqiqatların  plüralizm  üzərində  qurulmuş  strategiyası  ilə 

bağlanmışdir [6, 282]. 

Fixte hesab edirdi ki, "yalnız ağıl özündə sonsuza malikdir, çünki o heç 

vaxt  mütləqi  dərk  etmək  vəziyyətində  olmamışdır;  yalnız  mütləq,  hansı  ki, 



formaliter  kimi,  heç  vaxt  başqa  cür  ağıla  daxil  olmur,  yalnız  və  yalnız 

keyfiyyətli,  heç  vaxt  miqdar  olmayan  vahiddir  və  s."  [7,  371].  O  yazırdı  ki, 

bizim düşüncəmiz  "fəaliyyətdir, beləliklə, sizin müəyyən düşüncəniz müəyyən 

fəaliyyətdir, yəni ki, siz məhz ona görə belə düşünürsünüz ki, siz belə hərəkəti 

məhz düşüncədə edirsiniz" [7, 510]. 

O,  özünün

 

“Mən”  konsepsiyasında  Mənim  haqqımda  düşüncənin  və 



özünə  istiqamətlənmiş  "fəaliyyət"ə  ayrılması  ehtiyacını  vurğulayır.  Bu 

“fəaliyyət” nəticəsində özünün “Mən” haqqında düşüncəsi əmələ gəlir: "Yalnız 

anlayış  yaradan  aktın  göstərişi  vasitəsilə  həmin  anlayış  tamamilə  təyin  edilir. 

Mən sənə dediyimi et və sən mən sənə dediyimi düşünəcəksən.… amma yalnız 

burada, söhbətdə gətirdiyim Mən, yəni hansı ki, yalnız sənin düşüncənin sənə 

müraciəti vasitəsilə yaranır" [7, 511]. 

Filosofların, istər klassik istiqamətin (Berkli, Kant, Fixte, Şellinq, həyatın 

fəlsəfəsinin nümayəndələri Nitsşe, Şopenhauer, Yum, Avenarius, Max), istərsə 

də  müasir  fəlsəfənin  nümayəndələri,  xüsusilə  E.Hüsserl,  neopozitivistlər  bila-

vasitə  təfəkkür  problemləri  ilə  məşğul  olurdular,  özü  də  Fixtenin  yaradıcı-

lığında  gördüyümüz  kimi,  onun  koqnitiv-psixoloji  aspektinə  böyük  diqqət 

yetirirdilər.  

Bu  gün  Fixtenin  ardınca  psixoloqlar  (Meyhenbaum)  iddia  edirlər  ki, 

"özünütəlimatlandırma ilə bağlı təlim aşağıdakı ehtimal ilə əsaslandırılmalıdır: 

"insanların  özünə  dedikləri  onların  etdiyi  hər  şeyi  müəyyən  edir".  Davranış 

"insan  fəaliyyətinin  müxtəlif  aspektlərinin  təsirinə  meyillidir,  o  cümlədən 

müxtəlif  konstruktlarla  təyin  edilir:  fizioloji  reaksiyalar,  affektiv  reaksiyalar, 



178 

 

koqnisiya,  həmçinin  şəxslərarası  qarşılıqlı  təsirlə.  Daxili  nitq,  və  ya  daxili 



dialoq, fəaliyyətin və ya konstruktların bu növlərindən biridir" [8, 202]. 

D. Meyhenbaumun vurğuladığı kimi, 70-ci illərin əvvəllərində koqnitiv-

bihevioral  terapiya  (KBT)  və  koqnitiv-bihevioral  modifikasiya  (KBM) 

bihevioral  texnikalarla  psixodinamik  və  sistem  psixoterapiyasının  kliniki 

məsələlərinin  inteqrasiyasına  cəhd  edirdi.  Bütün  bu  istiqamətlər  psixotera-

pevtik inteqrasiyasının ümumi prosesinə, həmçinin onunla koqnitiv tərəfindən 

bağlı  sahəyə  öz  töhfəsini  verdi,.  "Koqnitiv-funksional  qiymətləndirmənin  hə-

dəfi  Mən-fikirlərinin  funksional  qiymətinin  müəyyən  növünün  ehtimal 

terminlərində  təsvir  olur,  bu  fikirlərin  ardınca  davranışın  və  ya  insanın 

emosional  vəziyyətinin  konkret  növləri,  məsələn,  əhval-ruhiyyə  və  ya  onun 

fizioloji reaksiyaları, və ya diqqətin bölgüsünün prosesləri və s izlənilir. Daxili 

dialoqu hansı təsir göstərir və öz növbəsində necə kənardan başqa hadisələr və 

ya davranış proseslərini necə hiss edir?" [9, 349]. 

Tədqiqatçıların qeyd etdiyi kimi, koqnitiv elmin əsaslarında təbii, həm də 

ictimai  və  humanitar  elmlərinir  bir  çox  istiqamətlərinin  inkişafı  dururdu.  İlk 

metodik  yanaşmaları  V.Vund  tərəfindən  hazırlanmışdı,  bu  işi  onun  davamçı-

ları, həmçinin fizikalizm istiqamətinin nümayəndələri daha da inkişaf etdirmiş-

lər. Prosesin inkişafı burada ziddiyyətli idi, bunun da təsdiqini psixoloji fikirdə 

inkişaf etmiş böhranlarda görmək olar. Buraya böyük töhfəni fiziologiyanın və 

fəaliyyət  psixologiyasının  nümayəndələri  gətirmişlər.  Yanaşma  müxtəlifliyi 

həm  də,  yuxarıda  qeyd  edildiyi  kimi,  kompüter  texnologiyalarının  inkişafı  ilə 

bağlı olmuşdur [6, 90-162]. 

Hal-hazırda  sensor-perseptiv  proseslər,  şüur  və  hərəkətə  nəzarət,  yadda-

şın funksional strukturu, biliklərin təsnifləşdirilməsi və təsviri, kommunikasiya 

və nitq fəallığı, təfəkkür və fövqəldərketmə və s. kimi istiqamətlər fəal şəkildə 

inkişaf  etdirilir  [yenə  orada].  Burada  təhsil  işçilərinin  də  qarşısında  bir  sıra 

vacib  məsələlər  durur.  Ilk  növbədə  hər  bir  istiqamət  üzrə  fəaliyyət  göstərən 

kafedralar  və  digər  struktur  bölmələrində  metodik  sahədə  aparılan  işlərin 

əsasını koqnitiv elmlərin ən son nailiyyətləri təşkil etməlidir. Təhsil standartla-

rına  daha  ciddi  riayət  olunmalıdır.  Hər  bir  tələbənin  koqnitiv  fəaliyyətinə  aid 

olan  təfəkkür  sahələri  (yaddaş,  təxəyyül,  diqqət  və  s.)  xüsusi  testlər  və  digər 

sorğu  materialları  vasitəsilə  yoxlanılmalıdır  ki,  tədris  prosesi  daha  faydalı  və 

səmərəli olsun. Bundan başqa, belə yoxlama nəticəsində müəllimin də işlətdiyi 

tədris  materialları,  onların  tətbiqedilməsi  metodikaları  da  getdikcə  təkmilləş-

diriləcək ki, təhsilin yüksək nəticələri əldə edilmiş olsun.  

Artıq bu istiqamətdə müəyyən işlər aparılır. Ilk növbədə Sosial elmlər və 

psixologiya  fakültəsi  nəzdində  fəaliyyət  göstərən  sosioloji  və  eksperimental 

psixologiya laboratoriyaları, “İnkişaf” Respublika elmi-praktik mərkəzi bir sıra 

layihələri həyata keçirərək, təhsilin fəlsəfəsi, şəxsiyyətin milli özünügerçəkləş-

dirməsini inkişaf etdirmək üçün təhsil sisteminin rolunun artırılması, orta və ali 

məktəblərdə  təlimin  praktik,  o  cümlədən  interaktiv  təliminin  imkanlarından 

daha geniş istifadə edilməsi kimi məsələləri həll etməyə çalışırlar. 




179 

 

Məsələn,  tədqiqatçıların  gəldiyi  qənaətlərdən  biri  də  ondan  ibarət 



olmuşdur  ki,  şəxsiyyətin  mədəniyyət  kontekstində  özünügerçəkləşdirmə  im-

kanlarını  istiqamətləndirmək  üçün  inkulturasiya  prosesinin  psixoloji  mexa-

nizmlərinin  öyrənilməsi  vacibdir,  çünki  bu  prosesin  mexanizmlərinin  öyrənil-

məsi  mədəni  dəyərlərin  assimlyasiyasının  qarşısını  alır,  milli  təfəkkürün  və  

özünütəsdiqin adekvatlığını təmin edir. Təhsildə olan universal imkanlarından 

faydalanmaq,  şəxsiyyətin  hərtərəfli  inkişafına  şərait  yaratmaq  üçün  sosial  və 

humanitar  elm  sahələrinin  sıx  əməkdaşlığı  təmin  olunmalıdır.  Burada 

infrastruktur əhəmiyyətli köməkçi sahə də var – İKT. İKT-nin yaratdığı hədsiz 

imkanlardan  düzgün  bəhrələnən  hər  bir  təhsil  işçisi  tədrisdə  yüksək 

göstəriciləri əldə edə bilər.  

Hal-hazırda  bir  çox  ölkələrdə  koqnitiv  elmlər  və  onların  tətbiqi  məsə-

lələri  ilə  bağlı  yeni  tədqiqat  sahələri  və  tədris  proqramları  yaradılır.  Məsələn, 

Rusiyanın  Ali  İqtisad  Məktəbində,  Psixologiya  fakültəsində  yeni,  “Koqnitiv 

Elmlər və Texnologiya: neyrondan biliyə doğru” magistr proqramı yaradılmış-

dır.  Bu,  fənlərarası  proqramdır.  Diqqət  mərkəzində  həm  psixoloqlar,  həm  də 

riyaziyyatçılar,  menecerlər,  dilçilər,  ictimai  elmlərin  nümayəndələri,  iqtisadçı-

lar üçün maraqlı ola biləcək bir sıra sahələrinin öyrənilməsidir, o cümlədən in-

san tərəfindən informasiya emalı prosesləri, təhsil proqramı iki mümkün istiqa-

mət - idrak psixologiyası və idrak psixofiziolologiyası  üzrə aparıla bilər [10]. 

Nəticə.  Koqnitiv  elmlər  üzrə  IV  Beynəlxalq  konfransında  R.  Şenka  öz 

məruzəsində  təhsil  sistemində  təfəkkür  təbiətinin  anlamında  elmin  koqnitiv 

nailiyyətlərinə  əsaslanan  transformasiya  üzrə  təkliflər  irəli  sürmüşdür.  Onun 

proqramında  on  iki  fundamental  koqnitiv  proses  seçilmişdir:  modelləşdirmə, 

sınaq,  proqnoz,  qiymətləndirilmə,  diaqnoz,  planlaşdırma,  səbəbiyyət,  fikir, 

danışıqlar və ya razılaşmaq bacarığı, təsir, komandada işləmək bacarığı, təsvir. 

Bu  prinsipləri,  ən  erkən  yaşdan  başlayaraq,  sonra  isə  məktəbdə  və  hətta 

universitetlərdə təhsilin əsası kimi, hamıya öyrətmək lazımdır. Prinsiplərin sayı 

əhəmiyyətli deyil, düşünmək bacarığını formalaşdıran üç fundamental bacarığı 

seçmək olar ki, onlar xüsusilə əhəmiyyətlidir: 

1)  təsvir  etmək  qabiliyyəti  olan  təsviri  funksiya,  yəni  özünü  ifadə  etmə 

qabiliyyəti;  2)  diaqnoz  qoymaq  bacarığı  intellektual  proses  kimi,  bu  zaman 

“nə” və “necə olur” anlamaq bacarığı formalaşır; 3) Onsuz hər hansı bir fəaliy-

yət  qeyri-mümkündür:  bu,  əsas  proses  olan  planlaşdırmadır.  Təhsil  qaydaları 

və  düsturları  məcburi  öyrədən  yer  yox,  həyatda  bizə  kömək  edəcək  koqnitiv 

bacarıqların tədrisi olmalıdır [11, 114]. 

Göründüyü  kimi,  fəlsəfə,  mədəniyyətin  (Rusiya  alimi  V.S.Styopinin 

terminologiyası  üzrə)  universaliyaların  mahiyyətinə  əsaslanaraq,  humanitar 

elmlərə  (həmçinin  psixologiyaya),  o  cümlədən  insan  düşüncəsi  ilə  əlaqədar 

olaraq özünü inkişaf etdirmənin qabiliyyətini aşılamağı bacardı. Texnikanın və 

insan  sivilizasiyasının  inkişaf  tarixi  bütün  koqnitiv  elmlərin  insan  inkişafının 

universal  ensiklopediyaya  çevrilməsinə  imkan  yaradırdı.  Demək  olar  ki,  hər 

gün o, yeni biliklərlə, bacarıqlarla və qabiliyyətlərlə zənginləşir. 



180 

 

ƏDƏBİYYAT 

1.

 

Дэниел  С.  Деннет.  Виды  психики:  на  пути  к  пониманию  сознания.  Перевод  с 



английского  Андрея  Веретенникова.  Под  общей  редакцией  Л.Б.Макеевой.  ИДЕЯ-

ПРЕСС. М.:  Наука, 2004, 185 с.  

2.

 

Сесил Паттерсон, Эдвард Уоткинс. Теории психотерапии. 5-ое изд., 1997.  



3.

 

Синергетическая  парадигма.  Когнитивно-коммуникативные  стратегии  современного 



научного познания. Издательство: Прогресс-Традиция, 2004, 560 с. http://myword.ru/  

4.

 



Современный  когнитивизм:  философия,  когнитивная  наука,  когнитивные 

дисциплины (материалы научной конференции)// «Вопросы философии», 2006, №1/ 

5.

 

Эллис А., Драйден У. Практика рационально-эмоциональной поведенческой терапии. 



СПб., Речь, 2002, с. 19-20. 

6.

 



Величковский Б.М. Когнитивная наука: Основы психологии познания. В 2-х т. Т. 1 / 

Борис М.Величковский. М.: Смысл: Издательский центр «Академия», 2006, 448 с. 

7.

 

Фихте  И.Г.  Избранные  сочинения.  Под  редакцией  кн.  Е.Трубецкого.  Т.1.  Путь.  М., 



1916, 520 с. 

8.

 



Meichenbaum  D.  Cognitive  behavior  modification:  An  integrative  approach.  New  York: 

Plenum, 1977, p.256. 

9.

 

Breger,  L.,  &  McGaugh,  J.  (1965).  Critique  and  reformulation  of  “learning  theory”: 



Approaches to psychotherapy and neurosis. Psychological Bulletin 63, 2010, с. 338-358. 

10.


 

На  факультете  психологии  ВШЭ  создана  англоязычная  магистерская  программа 

«Когнитивные науки и технологии: от нейрона к познанию» // http://www.hse.ru 

11.


 

Черникова  И.В.  Когнитивные  науки  и  когнитивные  технологии  в  зеркале  философ-

ской  рефлексии  //  Эпистемология  и  философия  науки,  XXVII.  1.  М.:  Альфа,  2011, 

с.101-117  

 

МЕТОДОЛОГИЧЕСКОЕ ЗНАЧЕНИЕ КОГНИТИВНЫХ НАУК В 

ФОРМИРОВАНИИ «ОСТАТОЧНЫХ» ЗНАНИЙ 

 

А.Г.КАЗЫМЗАДЕ, Р.М.МАХМУДОВА, Г.Я.АББАСОВА 

 

 

РЕЗЮМЕ 

 

В современном мире, с утратой некоторых философских основ мировосприятия, в 

частности,  связанных  с  онтологическими  представлениями  о  целостности  мира  и 

взаимосвязанности  мироздания  и  человека,  компенсация  их  в  общественном  сознании 

пошла  в  направлении  углубленного  самоанализа.  Особенно  стоит  выделить  здесь 

когнитивные  процессы.  Известно,  что  современные  философские  концепции  больше 

связаны  с  проблемами  человеческого  существования,  разные  аспекты  которого  здесь 

стремятся  исследовать  в  комплексе  с  другими  научными  сферами,  в  том  числе  с 

психологией.  Вопросы  когнитивного  развития  особенно  важны  в  процессе  обучения, 

при социализации личности, подготовке специалистов и в самообразовании.  



 

Ключевые  слова:  философия,  методология,  когнитивная  психология,  обучение, 

подготовка специалистов, самообразование 




181 

 

METHODOLOGICAL SIGNIFICANCE OF COGNITIVE SCIENCE IN THE 



FORMATION OF THE "RESIDUAL" KNOWLEDGE 

 

A.H.KAZIMZADƏ, R.M.MAHMUDOVA, G.Y.ABBASOVA 

 

SUMMARY 

 

In  today's  world,  with  the  loss  of  some  philosophical  foundations  of  attitude,  in 

particular  related  to  the  integrity  of  the  ontological  conceptions  of  the  world  and  the 

interconnectedness of the universe and man, their compensation in the public mind went in the 

direction  of  deep  introspection.  Cognitive  processes  are  particularly  remarkable  here.  It  is 

known  that  modern  philosophies  are  more  concerned  with  the  problems  of  human  existence, 

different  aspects  of  which  tend  to  study  as  a  complex  with  other  scientific  areas,  including 

psychology.  Cognitive  development  issues  are  particularly  important  in  the  learning  process, 

socialization of personality, training and self-education. 

 

Key  words: philosophy, methodology, cognitive psychology, education,  training,  self-

education 

 

 



Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin 

 İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilmişdir  

Republic qrant № EİF - 2012 -  2 (6) - 39 / / 30/5  

 

 



 

 

 



Yüklə 92,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə